Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-401/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin ötürülməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı qarşı keçmiş dövr üçün ödən ilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-935/2021 nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə və bununla bağlı kassasiya şikayətinin mümkünlüyü məsələsinə 26 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddiaçının əmək pensiyasının 02.02.1999-cu il tarixdən yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhk əməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-3699/2020 nömrəli (sədrlik edən hakim Mehriban Qarayeva) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)3699/2020 nömrəli qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiya məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-935/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Vüsalə Baxışova) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18.11.2020-ci il tari xli, 2-1(112)3699/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin 23.08.2021-ci il tarixli, 21(103)-935/2021 nömrəli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
6. İddiaçının kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilmişdir.
7. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-935/2021 saylı qərarının surəti 30.04.2021-ci il tarixdə poçt vasitəsilə ona göndərilmiş və 06.05.2020-ci il tarixdə almışdır. Həmin qərardan kassasiya şikayəti verilməs i üçün dövlət hesabına vəkillə təmin olunmaq üçün ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-935/2021 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, həmin qərar icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir. Həmin qərar Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən aidiyyəti üzrə Xırdalan Şəhər Vəkil Bürosuna göndərilmiş və o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)935/2021 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhz həmin üzrlü səbəbə görə buraxılmışdır.
8. Bu səbəbdən də i ddiaçı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-935/2021 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən buraxıldığından bərpa olunmalı və kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, ş ikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti ve rən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın müm kün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Mülki Prosessual Məcəllə: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən müddətin bərpası barədə ərizə rədd edilməli və kassasiya şikayəti mümkün sayılmamalıdır.
12. İddiaçı k assasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizədə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-935/2021 saylı qərarının surəti 30.04.2021ci il tarixdə poçt vasitəsilə ona göndərilmiş və 06.05.2020-ci il tarixdə almışdır. Həmin qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmaq üçün ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-935/2021 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, həmin qərar icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir. Həmin qərar Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən aidiyyəti üz rə Xırdalan Şəhər Vəkil Bürosuna göndərilmiş və o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)935/2021 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhz həmin üzrlü səbəbə görə buraxılmışdır.
13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində qeyd edildiyi dəlillər əsassızdır.
14. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə 25.08.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(102)-935/2021 nömrəli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi qərara alınmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(102)-935/2021 nömrəli qərardadının sürəti 15.10.2021-ci il tarixdə Vəkillər Kollegiyası tərəfindən qəbul edilmişdir. Order isə 21.10.2021-ci il tarixdə imzalanmışdır.
17. Buna baxmayaraq kassasiya şikayəti iddiaçı tərəfindən 11.12.2021ci il tarixdə imzalanmışdır.
18. Bununla belə iddiaçı müddətin üzrlü səbəbdən buraxılmasını əsaslandıra bilməmiş və buna dair heç bir mötəbər sübut və dəlil təqdim etməmişdir.
19. Göründüyü kimi, iddiaçı prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini 1 aydan çox ötürmüşdür.
20. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, bununla bağlı qərardadın 9-10-cu bəndlərində göstərilən normaların tələblərinə görə müddətin bərpası barədə ərizə rədd edilməli və kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyaının 23.08.2021-ci il tarixli, 2-1(103)-935/2021 nömrəli qərarından verdiyi kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi rədd edilsin, kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imti na edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.