Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-401/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1961/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6363 nömrəli qərarına əsasən ünvan 1 ünvanında iddiaçıya məxsus obyektdə (kafe) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, həmin yoxlama xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. 3. operativ vergi nəzarəti həyata keçirilən zaman müştəri tərəfindən alınmış çay və şokolada görə verilən 4 manat məbləğində vəsaitin nəzarət-kassa aparatının yaddaşına daxil edilmədiyi və çek verilmədiyi müəyyən edilmiş, bu barədə xx.xx.2021-ci il tarixli, DVX 007808 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-c i il tarixli, **********4725 nömrəli qərarla iddiaçıya 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
4. Həmçinin operativ vergi nəzarəti həyata keçirilən zaman 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmiş və bu barədə xx.xx.2021-ci il tarixli, DVX 004709 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4763 nömrəli qərarla iddiaçıya 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzi bati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4763 və **********4725 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya məxsus, ünvan 1 ünvanında fəaliyyət göstərən kafedə operativ vergi nəzarəti həyata keçirilmişdir. Tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 004709 nömrəli aktda qeyd edilmişdir ki, 5 nəfər fiziki şəxs əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Akt vergi ödəyicisi və onun nümayəndəsi olmadan, təkcə cavabdehin nümayəndələri t ərəfindən tərtib edildiyindən həqiqiliyi şübhəlidir. Həmin akt əsasında qəbul edilmiş cavabdehin xx.xx.2021-ci il tarixli, **********4763 nömrəli qərarına əsasən iddiaçı barəsində 10000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmçinin, nəzarət tədbiri nəticəsində göstərilmiş xidmətə (çay və şokolada görə 4 manata) görə çekin verilmədiyi qeyd edilməklə, xx.xx.2021-ci il tarixli, 007808 nömrəli akt tərtib edilmişdir, lakin bu zaman nəzərə alınmamışdır ki, adıçəkilən məmulatların dəyəri menyuda 4 manat deyildir. Cavabdeh tərəfindən həmin akt əsasında əsassız olaraq iddiaçıya xx.xx.2021-ci il tarixli, **********4725 nömrəli qərarla 1000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçının həmin qərarlardan şikayət instansiyasına verdiyi inzibati şikayəti təmin olunmamışdır.
7. Cavabdeh in iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya məxsus kafedə keçirilmiş operativ vergi yoxlaması zamanı 4 manat nəzarət-kassa aparatının yaddaşına daxil edilməmiş, müştəriyə çek təqdim edilməmiş, həmin məbləğ sonradan aparatın yaddaşına bərpa edilmiş, həmin hallar aktla rəsmiləşdirilmiş, lakin rəhbərin obyektdə olmaması səbəbindən aktın imzalanması və nüsxəsinin qəbulu mümkün olmamışdır. Həmin akt nəticəsində də məsuliyyətə cəlb edilmə barədə müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə, 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Həmin şəxslərdən 3-ü izahat verərək həmin halları etiraf etmiş, digər 2 nəfər isə izahat verməkdən imtina etmişdir. Həmin akt əsasında da məsuliyyətə cəlb etmə barədə qərar qəbul olunmuşdur. Eyni zamanda, aktda adıçəkilən şəxslərdən ikisi iddiaçı ilə sonradan əmək müqaviləsi də bağlamışdır. Qeyd edilənlərə əsasən, iddianın rədd olunması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 02 dekabr 2022-ci il tarixli, e-2-1(112)-5906/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4763 nömrəli qərar qismən – Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X1 və X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 4000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində **********4763 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. İşin mahiyyətindən isə aydın olur ki, digər 3 işçidən fərqli olaraq 2 şəxsin əmək müqaviləsi olmadan hər hansı əmək fəaliyyətinə cəlb edilməsi halı aşkar edilməmişdir. Belə ki, işin faktiki hallarından da görünür ki, xx.xx.2021ci il tarixli qərar əsa sında operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Tərtib edilmiş aktda qeyd edilmişdir ki, 5 nəfər fiziki şəxs əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilir ki, 3 nəfər fiziki şəxsin izahatı alınsa da, lakin digər 2 nəfər, yəni X9 və X3 heç bir üzrlü səbəb göstərmədən, izahat verməkdən imtina etmişdir. Obyektin rəhbəri olan şəxs isə həmin vaxt obyektdə olmadığından müvafiq sənədlərin təqdim edilməsi mümkün olmamışdır ki, obyektin işçilərinin də qeyd etdiyi kimi həmin şəxs həmin vaxtda ölkə ərazisindən kənarda olduğundan yoxlamada iştirak etmək imkanı olmamışdır. Yoxlama zamanı izahatı alınmış X2 qeyd etmişdir ki, “ofisiant kimi iddiaçının rəhbəri tərəfindən işə qəbul edilmiş, lakin onunla heç bir müqavilə bağlanılmamışdır. İş vaxtı saat 12:00-23:00-dək olmaqla, əmək haqqısı günlük 12 manat təşkil edir. Obyektdə işləyən Tünzalə, Leyla, Gülay adlı şəxsləri tanıyır.” Yoxlama zamanı izahatı alınmış X4 qeyd etmişdir ki, “ofisiant kimi iddiaçının rəhbəri tərəfindən işə qəbul edilmiş, lakin onunla heç bir müqavilə bağlanılmamışdır. İş vaxtı saat 15:00-23:00-dək olmaqla, əmək haqqısı günlük 8 manat təşkil edir. Obyektdə işləyən Tünzalə, Leyla adlı şəxsləri tanıyır.” Yoxlama zamanı izahatı alınmış X8 qeyd etmişdir ki, “nəzarətçi kimi obyektdə fəaliyyət göstərir, lakin onunla heç bir müqavilə bağlanılmamışdır. 10:00-23:00-dək obyektdə olur, ayın sonunda ona nağd şəkildə 200 manat ödəniş edilir. Obyektdə işləyən kababçı Sahibi, ofisiant Könül və Gülayı t anıyır.” Göründüyü kimi, izahatı alınmış şəxslərdən fərqli olaraq X9 və X1 əmək müqaviləsi olmadan işləməsi halı müəyyən edilmədən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, həmin şəxslərə münasibətdə iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən həmin şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi onun nümayəndələri tərəfindən tərtib edilmiş aktla rəsmiləşdirilmişdir ki, həmin aktda adıçəkilən 2 şəxsin izahat verməkdən imtina etməsi halı ilə bağlı hər hansı sübut, video və audio çəkiliş materialı təqdim edilməmiş, cavabdeh həmin şəxsin izahat verməkdən imtina etməsi halına istinad etməklə kifayətlənərək adıçəkilən qərarın qəbulunu həyata keçirmişdir.
10. Eyni zamanda, nəzərə alınmalıdır ki, obyektiv həqiqətin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən şahid qismində dindirilmiş həmin iki şəxsdən biri olan X9 həmin obyektdə işçi olmadığı barədə məhkəmədə ifadə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, həmin şəxs iddiaçı tərəfindən hər hansı əmək fəaliyyətinə cəlb edilməmişdir. Göründüyü kimi, həmin şəxsin əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı cavabdeh hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Sübutetmə baxımından X1 əmək fəaliyyətinə cəlb edilib-edilməməsinə münasibətdə də məhkəmənin gəldiyi nəticə qərarın adıçəkilən hissədə əsassız və qanunsuz olması ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdeh həmin şəxsin də əmək fəaliyyətinə cəlb edildiyini sübut edə bilməmişdir. Təqdim olunan aktlar isə birtərəfli qaydada tərtib edilən sənədlər olmaqla işin hə min halının sübut edilməsi, ziddiyyətli məqamların aydınlaşdırılması vasitəsi qismində çıxış edə bilməz. Bu zaman həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının təmininə yönəlmiş məhkəmə tərəfindən həyata keçirilmiş tədbirlərin nəticə verməməsi də vəziyyəti iddiaçının ziyanına, cavabdehin xeyrinə dəyişmir. Doğrudur, həmin şəxsin şahid qismində iştirakının təmini üçün mümkün vasitələrdən istifadə edilsə də, həmin şəxs məhkəmə iclasında iştirak etməmişdir. Lakin həmin şəxsin iddiaçının işçisi olubolmamasını iddiaçı yox, cavabdeh sübut etməlidir. Cavabdeh isə operativ vergi nəzarəti tədbiri zamanı heç bir video-audio çəkiliş aparmamış, müvafiq akt tərtib etməklə kifayətlənmişdir ki, cavabdehin əməkdaşlarının sübut edə bilmədiyi halın reallıqda mövcud olsa belə iddiaçının ziyanına ş ərh edilməsi yolverilməzdir.
11. Beləliklə, məhkəmə adıçəkilən 2 şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın göstərilən hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi qənaətindədir. Lakin adıçəkilən qərar digər üç nəfərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində tam qanuni və əsaslıdır. Belə ki, yuxarıda adıçəkilən şəxslərin vermiş olduğu izahatlardan da göründüyü kimi, həmin şəxslər, həqiqətən də, əmək fəaliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, qeyd olunan şəxslər vermiş olduqları, məcburi alınması iş materialları ilə sübut olunmayan izahatlarında fəaliyyətdə olan obyektin işçiləri kimi iddiaçı tərəfindən işə cəlb edildiklərini, digər iş yoldaşlarından kimi tanıdıqları, iş saatları, əmək haqqının məbləği və nağd ödənilmə qaydası da da xil olmaqla konkret xarakterli məlumatları vergi orqanına təqdim etmiş, vergi orqanı da həmin məlumatlar əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Adıçəkilən şəxslərdən K.Abdullayeva və L.İsmayılovanın sonradan əmək müqavilələrinin müvafiq informasiya sistemində qeydiyyata alınması, yəni iddiaçı ilə əmək hüquqi münasibətlərinin rəsmiləşdirilməsi də onu sübut edir ki, həmin şəxslər həqiqətən də iddiaçının işçiləri olmuş, iddiaçı müvafiq nəzarət tədbirindən sonra əmək müqavilələrinin rəsmiləşdirilməsini həyata keçirmişdir. Məhkəmə adıçəkilən 3 şəxsdən məhkəmə iclasında şahid qismində dindirilmiş K.Abdullayeva və R.Abbasovun iddiaçının xeyrinə vermiş olduqları ifadələrin inandırıcılıq əlaməti daşımadığı qənaətindədir. Bununla əlaqədar olaraq qeyd edilm əlidir ki, iş üzrə digər sübutlar kimi şahid ifadəsi də məhkəmə üçün qərarın qəbul edilməsində məcburilik əlaməti daşımamaqla işin həlli ilə bağlı məsələyə münasibətdə digər sübutlarla birgə qiymətləndirilir. Bu səbəbdəndir ki, məhkəmə iclasında dindirilən R.Kərimovun vermiş olduğu şahid ifadəsi mötəbər sübut qismində qəbul edilmişdir. Lakin K.Abdullayeva və R.Abbasovun məhkəmə iclasında şahid qismində vermiş olduqları ifadələr onların inzibati orqan tərəfindən alınmış izahatlarına uyğun olmamışdır. K.Abdullayevanın sonradan əmək müqaviləsi bağlaması da, onun iddiaçının işçisi olmaması kimi vermiş olduğu şahid ifadəsinin inandırıcılığını şübhə altına alır. Həmçinin, R.Abbasov tərəfindən verilən ifadədə də hər nə qədər iddiaçının işçisi olmadığı qeyd edilsə də, onun nəzarətçi olması barəd ə məlumat, faktiki olaraq onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyinin təsdiqi qismində qiymətləndirilməlidir. Belə ki, həmin şəxsin obyektdə göstərmiş olduğu fəaliyyət hər bir halda əmək fəaliyyəti olmaqla nəzarətçi funksiyalarının icrası ilə bağlı olmuş, tərəflər arasında əmək müqaviləsi isə bağlanılmamışdır.
12. Məhkəmə, həmçinin iddianın digər hissəsi kimi əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı qərarın qanuni və əsaslığına münasibətdə cavabdehin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia həmin qərarın ləğvinə münasibətdə də rədd edilməlidir. İş materiallarından görünür ki, obyektdə saat 20:10-da çay və şokolada görə 4 manat ödənilmiş, lakin həmin məbləğə görə NKA çeki vurulmamış, müştəriyə təqdim edilməmişdir. Həmin mə bləğ isə 20:21-də bərpa edilmişdir ki, bərpa çeki iş materiallarında mövcuddur. İddiaçı həmin qərarın ləğvinin əsası qismində orada adıçəkilən məhsulun 4 manata olmamasını və vergi əməkdaşları tərəfindən qərəzli şəkildə NKA-ya müdaxilə edildiyini bildirsə də, həmin halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməmiş, əksinə istər bərpa çeki, istərsə də məhkəmə iclasında şahid qismində dindirilmiş inandırıcı şahid ifadəsi ilə qərarın əsaslılığı və qanuniliyi sübut edilmişdir.
13. Məhkəmə, hazırkı iş üzrə xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, hazırkı iddia tələbinin bir hissədə təmininə audio və video çəkiliş aparılmaması mühüm əsas yaratsa da, iddianın bütünlükdə təmini yalnız adıçəkilən prosessual pozuntunun mövcudluğu ilə əlaqələndirilə bilməz. Ümumiyyətlə, qeyd edilməlidir k i, adıçəkilən pozuntuların mövcudluğu mahiyyəti üzrə inzibati orqanın qanuni və əsaslı qərarının hər bir halda ləğv edilməsi üçün əsas ola bilməz və işin digər sübutları ilə birgə qiymətləndirilməlidir. Prosessual pozuntuların mövcudluğu məsuliyyət müəyyən edən normaların hər bir halda tətbiqini istisna edən hal olmayıb, mahiyyəti üzrə düzgün qərarın qəbulunda iştirak edən inzibati orqanın əməkdaşlarının intizam məsuliyyəti üçün əsas qismində çıxış edə bilər. Qeyd olunan səbəbdəndir ki, audio-video çəkilişin aparılmaması, təkcə cavabdehlərin nümayəndəsi tərəfindən aktın tərtibi iddianın bir hissədə təmin edilməsinə əsas yaratmış, digər hissələrdə isə obyektiv həqiqət müəyyən edildiyindən iddianın rəddinə səbəb olmuşdur. İddianın təmin edilən hissəsindən görünür ki, cavabdeh bu zaman işdə t əkcə akta əsaslanmış, heç bir izahat almamış, audio-video çəkiliş aparmamışdır ki, qərarın həmin hissədə qəbulunun əsaslılığının sübut edilməməsi həmin hallardan irəli gəlmişdir. Lakin audio-video çəkiliş aparılmasa belə, vergidən yayınma halının mövcudluğu işin digər halları, şəxslərin izahatları, şahid ifadələri ilə, həmçinin əmək münasibətlərinin sonradan rəsmiləşdirilməsi kimi hərəkətlərlə öz təsdiqini tapmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın rədd olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir.
15. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraa t
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1961/2023 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbləri baxımından iş materialları araşdırıldıqda, birinci halda iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı və onun cavabdehin **********4725 nömrəli qərarı ilə əsaslı olaraq 1000 manat məbləğində maliyyə sanksiyasına c əlb olunduğu sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus həmin kafedə, saat 20:10-da alınan çay və şokolada görə müştəri tərəfindən 4 manat ödənilsə də, həmin məbləğ NKA-ya vurulmamış, çek təqdim edilməmiş və 20:21-də operativ vergi nəzarəti çərçivəsində həmin məbləğ NKA-ya bərpa edilmişdir. Konkret halda, iddiaçı mübahisələndirir ki, adıçəkilən məhsulun qiyməti 4 manat olmamış, vergi orqanının əməkdaşları tərəfindən qərəzli şəkildə NKA-ya müdaxilə olunmuşdur. Lakin iddiaçının bu dəlilləri sübutlarla əsaslandırılmamış, bunun əksi isə birincisi, vergi orqanının təqdim etdiyi bərpa çeki (i.v. 31) ilə sübuta yetirilir. İkincisi, iş materiallarından görünür ki, iddiaçının rəhbəri Ş.H.Sadıqov vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 007808 nömrəli aktı səbəb göstərmədən imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X10 məhkəməyə verdiyi ifadəsində 4 manatlıq çekin kassaya vurulmadığını təsdiq etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası cavabdeh tərəfin tədqiq olunan sübutlarına inandırıcı yanaşır və həmin sübutlarla müəyyən olunan məlumatların mötəbərliyini qəbul edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli, **********4725 nömrəli qərarı ilə iddiaçıya 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qanuni və əsaslıdır.
18. Cavabdeh tərəfindən operativ vergi nəzarəti zamanı 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, kafedə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə xx.xx.2021-ci il tarixli, DVX 004709 nömrəli akt əsasında xx.xx.2021ci il tarixli, **********4763 nömrəli qərarla iddiaçıya hər birinə görə 2000 manatdan olmaqla, ümumilikdə 10000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yalnız iki nəfərə münasibətdə 4000 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmasının əsassız olduğu iş materiallarına əsasən öz təsdiqini tapır. Belə ki, xx.xx.2021-ci il tarixli aktda 3 nəfər fiziki şəxsin (X4, X2, X8) izahatı alınmış və həmin şəxslər izahatlarında (izahatlar işə əlavə olunmuşdur) iddiaçının rəhbəri tərəfindən onlarla əmək müqaviləsinin bağl anmadığını bildirmişlər. İzahatı alınmış həmin şəxslərdən K.Abdullayeva və R.Abbasov birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında məhkəməyə verdikləri şahid ifadələrində operativ vergi nəzarəti zamanı verdikləri izahatlarında göstərilənləri təkzib edə bilən mötəbər məlumatlar verə bilməmiş, iddiaçının təsiri altına düşdükləri özünü biruzə vermişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası onların izahatlarında təsbit olunan obyektdə onların əmək şəraitinə uyğun verdikləri izahatları mötəbər məlumatlar kimi qiymətləndirir. İddiaçıya məxsus obyektdə aşkar edilən digər 2 nəfər fiziki şəxsə gəldikdə, iş materiallarından görünür ki, birincisi, X9 və X3 adında həmin şəxslər vergi orqanı əməkdaşlarına izahat verməkdən imtina etmiş, ikincisi, obyektdə olmadığından oby ektin rəhbəri Ş.H.Sadıqovdan da onlar barədə müvafiq məlumatların (sənədlərin) əldə olunması mümkünsüz olmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş R.Kərimov isə israrla obyektdə heç bir əmək fəaliyyəti ilə məşğul olmadığını demişdir. Odur ki, qeyd olunanlar baxımından, həm də Vergi Məcəlləsinin 53.3-cü maddəsinin 2-4-cü hissələrinin və İPM-in 14.1-ci maddəsinin imperativ tələblərinə görə konkret halda sübutetmə yükünün cavabdeh vergi orqanının üzərinə düşdüyünü nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci il tarixli, **********4763 nömrəli qərara əsasən iki fiziki şəxsə münasibətdə əmək müqaviləsi bağlanmadan işçilərin xidmətlərin görülməsinə cəlb edildiyinə görə iddiaçıya 4000 manat məbləğində maliyyə sanksiyasını n tətbiq olunması əsassız olmuşdur. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən həm iddianın təmin olunan, həm də rədd olunan hissələri – vergi qanunvericiliyinin və prosessual hüquq normalarının tələblərinə uyğundur. Başqa sözlə, iş üzrə hər iki tərəfin apellyasiya şikayətinin əsassız olduğu öz təsdiqini tapır.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunan hissəsində təmin olunmasını xahiş etmişdir.
20. Həmçinin cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunan hissəsində rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri
21. İddiaçı nın kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
23. Kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəs idir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliy yat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti v ə operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 50.7. Azərbaycan Respublikası nın ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi öd əyicisinin xeyrinə şərh olunur. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hes abat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydi yyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun təl əblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edə n bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orq anının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəm ə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayətləri mümkündür. Şikayətlər v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
28. Həm iddiaçı, həm də cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən, hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas müəyyən edilməmişdir.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, o na görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edildikdən sonra, iddiaçı tərəfindən həmin şəxslərdən ikisi ilə əmək müqaviləsinin bağlanılması və həmin əmək müqavilələrinin müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata alınması, iddiaçının vergi məsuliyyətini postfaktum istisna edən hal k imi qiymətləndirilə və onun məsuliyyətdən azad olunmasını şərtləndirə bilməz.
35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1961/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.