Məhkəmə qərarları › İş №2-1(102)-4010/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4010/2025

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4010/2025 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Ali Asgarin cavabdeh cavabdeh3 tabeliyində cavabdeh2n Cavabdehna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə sosial müavinətin təyin edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Ali Asgarin cavabdehlər cavabdeh3 tabeliyində cavabdeh2n Cavabdehna qarşı “yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı ##.##.1958-ci il təvəllüdlüdür, Iran Islam Respublikası vətəndaşıdır.

2. Iddiaçı 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kimya texnologiyası və biotexnologiya ixtisasında təhsil almışdır (A № ****** nömrəli diplom).

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və Informasiya Təminatı Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Iran Islam Respublikası vətəndaşı ##.##.1958-ci il təvəllüdlü İddiaçı Ali Asgara ## ###### 2005-ci il tarixdə QS-*** nömrəli qərarla Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən qaçqın status verilmişdir. Şəxsə sonuncü dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək etibarlı olan QV****** nömrəli qaçqın vəsiqəsi verilmişdir.

4. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *-**-*/*- R******/**** nömrəli “Yaşa görə sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün təqdim edilmiş qaçqın vəsiqəsi əsasında İddiaçı Ali Asgarin yaşa görə sosial müvainətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh3 tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmasının təsdiqlənməsi, sosial təminat hüququnun təmin edilməsi və aylıq yaşa görə müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir.

7. Iddiaçı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Ali Asgar # ###### 1958-ci ildə Iran Islam Respublikasında doğulmuş və həmin dövlətin vətəndaşıdır. Iranda mövcud rejimdən əziyyət çəkən ailənin üzvü kimi 1991-ci ildə Azərbaycan Respublikasına gələrək sığınacaq almaq üçün müraciət etmiş, 1993-cü ildə Azərbaycan Respublikasında siyasi sığınacaq almış, 2000-ci ildə BMT QAK tərəfindən ona mandat qaçqını statusu verilmişdir. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır. ## ###### 2005-ci ildə isə ona Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmişdir. Həmin statusu təsdiq edən vəsiqə Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən verilmiş, sonuncu dəfə 2024-vü ilə vəsiqə verilmişdir, ##.##.2026-cı ilə qədər qüvvədədir. Beləliklə, 30 ildən artıq Azərbaycanda daimi və qanuni əsaslarla yaşayır. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar”. Həmin Qanuna uyğun olaraq, qaçqın statusunu almış şəxsə verilən təminatlardan biri kimi dövlətin təyin etdiyi birdəfəlik və ya digər yardım almaq təminatı nəzərdə tutulmuşdur. Yuxarıda istinad edilən qanunvericilik tələblərinə rəğmən, ona dövlət tərəfindən təyin edilən sosial müavinət almaq hüququ dövlət orqanları tərəfindən məhdudlaşdırılır. Belə ki, # ######## 2023-cü il tarixində * saylı DOST Mərkəzinə yaxınlaşaraq yaşa görə müavinət ala bilməsi üçün yazılı müraciət etmişdir. Sözügedən qurum ## ######## 2023-cü il tarixli 3-17- */*-R-******/**** nömrəli cavab məktubunda onun yaşına görə müavinətin təyin edilməsindən imtina etmişdir. ## #### 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, ## ##### 2024-cü il tarixli 3- **/*-M-****/**** saylı cavab məktubunda əks edilmiş imtina cavabı onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, dövlət qulluqçusuna ömürlük müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir.Həmçinin, eyni məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyaı vasitəsilə cavabdeh3min tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir və cavab məktublarında imtina eyni əsasla əsaslandırılmışdır. “Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.Faktiki olaraq isə, səlahiyyətli orqan "daimi yaşayan vətəndaşlığı olmayan şəxs və əcnəbi" anlayışını dar və məhdud çərçivədə təfsir edərək, nəticədə məsələni səhv qiymətləndirmişdir. Daimi yaşamaq faktının yalnız daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təsdiqlənməsi qanunazidd və yanlış yanaşmadır. Iddiaçı dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır və onun qaçqın statusunu təsdiq edən vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar onun Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmasını sübut edir. Cavabdehlərin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya verilən ##.##.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu dəfə etibarlılıq müddəti ## ######## 2022-ci il tarixdən ## ######## 2024-cü il tarixədək olan QV*Q***** nömrəli qaçqın vəsiqəsi ilə təmin olunmuşdur. Göründüyü kimi, qaçqın vəsiqəsinin etibarlılıq müddəti ##.##.2024-cü il tarixdə bitmişdir.Iddiaçı İddiaçı Ah Äsghar oğlu hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona təqdim edilən qaçqın vəsiqəsi əsasında yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədlərin nümunələrinin təsdiq edilməsi haqqında” ## #### 2000- ci il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunmuşdur: - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: -“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və xüsusi sənədləri haqqında” Əsasnamədə nəzərdə tutulmuş aşağıdakı sənədlər təsdiq edilsin (əlavə olunur):-Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşma çatanadək-Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri; Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşma çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri;...Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin spesifikasiyası. -Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki; bu Fərmanın 1-ci bəndində göstərilən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədlərin blanklarının hazırlanması və istehsalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirsin:....“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. ## ##### 2022-ci il tarixli *** nömrəli “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2.2.1-ci maddəsinə əsasən Qanunun 22-1 -ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) tələb olunur. Bundan əlavə “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında ## #### 2024-cü il tarixli *** nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasının 4.1-ci bəndinə əsasən sosial ödənişlərin müraciət əsasında təyin edilməsi üçün sosial ödəniş almaq hüququ olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2- ci maddəsinə əsasən sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) və aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur. Iddiaçı İddiaçı Alı Asqhar oğlunun isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Ona məxsus sadəcə Azərbaycan Respublikası qaçqın vəsiqəsi vardır. Iddiaçı İddiaçı iddia tələbi yaşa görə sosial müavinətin təyin olunmasından ibarət olduğundan və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən aydın olur ki, sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti mütləq təqdim olunmalıdır. Göründüyü kimi sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır. Iddiaçının isə daimi yaşayış hüququ verən icazə vəsiqəsi olmadığı üçün ona qaçqın vəsiqəsi əsasənda yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələblərinə ziddir.

10. Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı İddiaçı Ali Asqharın Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Belə ki, bu fakt Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məktubu ilə də öz təsdiqini tapmışdır. Normativ hüquqi aktlardan göründüyü kimi, cavabdeh təşkilat qanunvericilik normalarına əsasən hərəkət etmişdir. Sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir.

12. Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və Ə.V.Kərimov) 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Inzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçıa yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdeh cavabdeh3 cavabdeh2n Cavabdehnın üzərinə qoyulması qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ##.##.1958-ci il təvəllüdlü olmaqla Iran Islam Respublikasında anadan olmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. Iddiaçı 1991-ci il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşamaqdadır, 1993-cü ildə Azərbaycan Respublikasında siyasi sığınacaq almış, 2000-ci ildə Birləşmiş Millətlərin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfində mandat qaçqın statusu almış, ##.##.2005-ci il tarixdə QS-*** nömrəli qərarla Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən qaçqın statusu verilmişdir. Bundan sonra onun qaçqın statusu hər dəfə iki il müddətinə artırılmış, sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək etibarlı olan QV******* nömrəli qaçqın statusunu təsdiq edən vəsiqəsi verilmişdir. Beləliklə, iddiaçının əcnəbi olması və Azərbaycan Respublikası ərazisində qaçqın statusu ilə yaşaması işin mübahisəsiz hallarına aiddir. Iddiaçıya 2005-ci ildə qaçqın statusu verildiyi gündən o, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququna malikdir. Iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı, ona yaşa görə sosial müavinətin təyin edilməsindən ibarətdir. Iş materiallarının araşdırılması zamanı iddiaçıya məxsus sənədlərdən (Birləşmiş Millətlərin Qaçqınlar üzrə Ali Komissarlığının arayışı, qaçqın vəsiqəsi) görünür ki, İddiaçı Ali Asgar əcnəbi olmaqla, 1991-ci ildən Azərbaycan Respublikası ərazisində daimi yaşayır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun isə şəxsə qaçqın statusunun verilməsini onun daimi yaşama müddətinin başlanğıcı kimi qiymətləndirmiş, həmin şəxsə əlavə vəsiqə verilməsinin zəruri olmamasını təsbit etmişdir “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Həmin Qanununun 12-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Sadalanan normalardan görünür ki, qüvvədə olan qanunvericilik Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin statusunu eyniləşdirərək, onlara Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarına yaxın hüquq və azadlıq vermiş, eyni vəzifələri daşımalarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində sadalanan hallara əsasən İddiaçı Ali Asgar Azərbaycan Respublikasında yaşayan daimi əcnəbi olması halı öz təsdiqini tapdığı üçün iddiaçıya yaşa görə sosial müavinət təyin edilməli, Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsinin olmaması iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz.

15. Iddiaçının qaçqın statusuna malik olması artıq onun daimi olaraq Azərbaycan Respublikasında daimi yaşamasını ehtiva edir, yəni qaçqınlıq statusu ölkə ərazisində daimi yaşayan əcnəbi statusundan daha geniş mahiyyətə malikdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun şəxsə qaçqın statusunun verilməsini onun daimi yaşama müddətinin başlanğıcı kimi qiymətləndirmiş, həmin şəxsə əlavə vəsiqə verilməsinin zəruri olmamasını təsbit etmişdir. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən çıxış edərək, belə nəticəyə gəlir ki, qaçqın statusuna malik şəxs də Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi hesab olunur. Bu isə o deməkdir ki, "Sosial müavinətlər haqqında" Qanunun 3.2-ci maddəsi həm də onlara şamil olunmalıdır. Əks halda, yəni qanunvericiliyə daxil edilmiş müddəanın hərfi təfsiri, dövlətin bu zaman güddüyü məqsədə zidd ola və yekunda hədsiz formalizmlə nəticələnə bilər. "Sosial müavinətlər haqqında" Qanunun 3.2-ci maddəsi qaçqın statusu olan şəxsləri də nəzərdə tutduğundan, onların sosial müavinət almaq hüququ tanınmalıdır. Belə olan halda isə, aydın olur ki, cavabdeh iddiaçının bu hüququnu tanımaqdan imtina etməklə onun hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə etmiş və bu müdaxilə qanunsuz olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Ona məxsus olan sənəd yalnız Azərbaycan Respublikası qaçqın vəsiqəsidir. Göründüyü kimi, sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır. Iddiaçının isə daimi yaşayış hüququ verən icazə vəsiqəsi olmadığı üçün ona qaçqın vəsiqəsi əsasənda yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələbləri iləuyğunluq təşkil etmir. Lakin, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaları yanlış təfsir etməklə doğru olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, qanunverici “daimi yaşayan” və “qaçqın statusu almış” əcnəbilərin statusunu eyniləşdirməmişdir. Normadan aydın olur ki, qanunverici həmin maddədə əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddətinin hansı tarixdən hesablanmalı olduğuna aydınlıq gətirmişdir. Belə ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs “Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs” statusunu alması üçün mütləq qaydada daimi yaşayış hüququ verən icazə vəsiqəsi almalı, onların Azərbaycan Respublikasında daimi yaşadığı müddət müvafiq icazəni aldığı və ya qaçqın statusu verildiyi gündən hesablanmalıdır. Nəticə olaraq, şəxsin qaçqın statusu alması onun “Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs” statusunu əldə etməsi anlamına gəlmir. Beləliklə, məhkəmə kollegiyası “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini düzgün şərh etməməklə yanlış hüquqi nəticəyə gəlmişdir. Işin araşdırılan hallarından görünür ki, iddiaçı İddiaçıın Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Belə ki, bu fakt Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məktubu ilə də öz təsdiqini tapmışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

19. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.2. yaşa görə müavinət; Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;

20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadə edir və vəzifələri daşıyır. Qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə mərkəzlərində könüllü yerləşdirilə bilər. Məcburi köçkün statusu olan şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.

21. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunu: Maddə 14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.

22. Inzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin olunmamalıdır.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona yaşa görə sosial müavinətin təyin edilməsindən ibarətdir. Iddiaçı bu məqsədlə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona yaşa görə sosial müavinətin təyin edilməsindən imtina edilmişdir.

28. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmamış, bu qərardan verilmiş apellyasiya şikayəti isə apellyasiya instansiya məhkəməsi tərəfindən təmin olunmuş, qərar ləğv edilərək iddia təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının qaçqın statusuna malik olması artıq onun daimi olaraq Azərbaycan Respublikasında daimi yaşamasını ehtiva edir, yəni qaçqınlıq statusu ölkə ərazisində daimi yaşayan əcnəbi statusundan daha geniş mahiyyətə malikdir.

29. Kollegiya apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

30. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

31. Göründüyü kimi, qanunverici əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müavinət almaq hüququnu Azərbaycan Respublikasının ərazisində faktiki olaraq müəyyən müddət yaşamaları ilə deyil, onların Azərbaycan Respublikasında daimi yaşayan şəxs hüquqi statusuna malik olmaları ilə əlaqələndirmişdir. Bu baxımdan “daimi yaşamaq” anlayışı şəxsin faktiki olaraq uzun müddət və ya fasiləsiz surətdə Azərbaycan Respublikasının ərazisində yaşamasını deyil, qanunvericilikdə müəyyən edilmiş qaydada ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq hüququnun verilməsini ifadə edən hüquqi anlayışdır.

32. Iddiaçının qaçqın statusuna malik olması isə özlüyündə ona Azərbaycan Respublikasında daimi yaşamaq hüququnun verilməsi kimi qiymətləndirilə bilməz. Qaçqın statusu şəxsin müəyyən edilmiş hallarla əlaqədar beynəlxalq və milli hüquq normaları əsasında Azərbaycan Respublikasının ərazisində müdafiə ilə təmin olunmasını və həmin statusdan irəli gələn hüquq və təminatlardan istifadə etməsini nəzərdə tutan müstəqil hüquqi statusdur. Bu statusun mövcudluğu şəxsin miqrasiya qanunvericiliyi ilə nəzərdə tutulan qaydada daimi yaşamaq hüququ əldə etməsini əvəz etmir.

33. Apellyasiya instansiya məhkəməsinin “iddiaçının qaçqın statusuna malik olması artıq onun daimi olaraq Azərbaycan Respublikasında daimi yaşamasını ehtiva edir” mövqeyinə münasibətdə Kollegiya qeyd edir ki, Miqrasiya Məcəlləsində Azərbaycan Respublikasında daimi yaşayan şəxsin anlayışı verilmişdir. Həmin Məcəllənin 3.0.8-ci maddəsinə görə, Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs hesab olunur.

34. Kollegiya diqqətə çatdırır ki, qaçqın statusu və Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə müxtəlif hüquqi əsaslardan yaranan və fərqli hüquqi nəticələr doğuran müstəqil hüquqi institutlardır. Qaçqın statusunun verilməsi şəxsin beynəlxalq və milli hüquq normalarında nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının himayəsindən və müdafiəsindən istifadə etməsini təmin etsə də, bu hal özlüyündə həmin şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi ilə eyni hüquqi nəticəni doğurmur. Əks yanaşma qəbul edilərsə, Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsində Azərbaycan Respublikasında daimi yaşayan şəxsin anlayışının ayrıca müəyyən edilməsinin hüquqi əhəmiyyəti aradan qalxmış olardı. Belə ki, şəxsin faktiki yaşayış müddəti və ya ölkədə olmasının digər hüquqi əsasları mövcud olduğu hər bir halda onun daimi yaşayan şəxs hesab edilməsi mümkün olardı. Halbuki qanunverici “daimi yaşayan” statusunun yaranmasını birbaşa olaraq daimi yaşamaq üçün icazənin alınması ilə əlaqələndirmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar