Məhkəmə qərarları › İş №2-1(102)-4015/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4015/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4015/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümidsiz borcun şəxsi hesab vərəqəsindən silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2018-ci il tarixli, **************** nömrəli və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarlar qəbul edilmişdir.

2. İddiaçı həmin qərarlarla hesablanmış ümumilikdə 163188,29 manat borc məbləğinin ümidsiz borc kimi silinməsini tələb edir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 163188,29 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ona münasibətdə keçirilmiş səyyar vergi yoxlamaları nəticəsində müəyyən edilmiş 163188,29 manat məbləğində vergi borcu qalmışdır və Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 5 illik tələbetmə müddəti ərzində ödənilməmişdir. Bununla həmin borc ümidsiz vergi borcu kimi silinməli məbləğ statusuna keçmişdir. Qeyd olunan borcun silinməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən təqdim olunan cavablarda göstərilən məbləğin silinməsi ilə əlaqədar guya araşdırma aparıldığı qeyd olunaraq vəsaitin silinməsindən imtina olunmuşdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi, həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, işin faktiki hallarına uyğun olmayan ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilən məlumatlara istinadən iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, 163188,29 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmişdir. İddiaçının iddianın dəyişdirilməsi barədə ərizə ilə iddia tələbinin həcmini artırmasına baxmayaraq, onun artırılmış 75336,93 manat məbləğin ümidsiz borc kimi silinməsi ilə bağlı inzibati orqana (vergi orqanına) müraciəti olmamışdır. Cavabdeh tərəfindən iddia tələbinin dəyişdirilməsinə etirazın məhkəməyə təqdim edilməsinə baxmayaraq, cavabdehin etirazı nəzərə alınmamış və ##.##.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının dövlət büdcəsinə yaranmış 50904,84 manat vergi borcunun silinməsi barədə müraciətinə baxılmış və müraciəti ##.##.2023-cü il tarixli məktubla cavablandırılmışdır. Həmin məktub ilə vergi ödəyicisinə məlumat verilmişdir ki, dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi ilə əlaqədar araşdırma aparılır, ümidsiz borcun silinməsi məsələsinə baxılacaq. İddiaçı isə araşdırmanın nəticəsini gözləmədən məhkəməyə müraciət etmiş və həmin məktubu imtina kimi iddia ərizəsinə əlavə etmişdir. İddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi 50914,34 manat səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2018-ci il tarixli, **************** nömrəli qərar əsasında yaranmış borcdur. Vergi orqanı tərəfindən borc məbləği ilə bağlı banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncamın göndərilməsi təmin edilmişdir. İddiaçı tərəfindən vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” ##.##.2019-cu il tarixli, *********** nömrəli qərar qəbul edilmişdir. Daha sonra, vergi orqanı tərəfindən iddiaçıya qarşı ##.##.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 51635,84 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair qaldırılmış iddia üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən ##.##.2021-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən isə ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnamələr qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçı tərəfindən ödənilməmiş 51635,84 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə müddət ötürülmədən müvafiq hüquqi tədbirlər görmüşdür. Bundan əlavə, 2018-ci ilin mənfəət vergisi üzrə tətbiq edilmiş 19364,14 manat və 2018-ci ilin dekabr ayı üçün ƏDV məbləğinə tətbiq edilmiş 17542,38 manat maliyyə sanksiyaları “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli qərar ilə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərara əsasən tətbiq edildiyinə görə, həmin tarixdən 5 il ərzində bu məbləğlər büdcəyə tutulmalıdır və bu borclar vaxtı ötmüş borc hesab edilə bilməz. İddiaçının 163188,29 manat məbləğin (sonuncu artırılmış 75336,93 manat nəzərə alınmaqla) ümidsiz borc kimi silinməsi barədə ##.##.2025-ci il tarixli müraciətinə baxılır, müraciətin araşdırılması və cavablandırılması başa çatmamışdır. Göstərilənlərə əsasən hesab edilir ki, 163188,29 manat məbləğində dəyişdirilmiş iddia tələbi 87851,36 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməli, 75336,93 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə mümkün sayılmamalıdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: Aysev Almazova) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya aid şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 163188,29 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək ödəyicinin hüququ, həmin məbləği silmək isə vergi orqanının vəzifəsidir. Məhkəmə araşdırması zamanı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2018ci il tarixli, **************** nömrəli qərarla iddiaçının səyyar vergi yoxlaması nəticəsində 2015ci il dövrü üzrə ödənilməmiş 50944,84 manat məbləğində maliyyə sanksiyası da nəzərə alınmaqla, ümumilikdə 198757,24 manat (50944,84 manat + 147812,40 manat) məbləğində dövlət büdcəsinə ödənilməmiş maliyyə sanksiyası üzrə borcu müəyyən edildi. Həmin borc məbləğləri 2015-ci il dövrü üzrə ##.##.2018-ci il tarixli, **************** nömrəli qərarla hesablanmış 50944,84 manat məbləğində maliyyə sanksiyasından, 2018-ci il üzrə mənfəət vergisinə tətbiq olunan 19364,14 manat maliyyə sanksiyasından, 2019-cu il üzrə mənfəət vergisinə tətbiq olunan 11771,40 manat maliyyə sanksiyasından, 2020-ci il üzrə mənfəət vergisinə tətbiq olunan (5933,34 manat maliyyə sanksiyası-3004,40 manat isə iddiaçı tərəfindən ödənilən məbləğin vergilər üzrə borc məbləğinə aid edilən hissəsi çıxıldıqdan sonra qalan hissəsi) 2928,94 manat maliyyə sanksiyasından, 2018-ci ilin dekabr ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17542,38 manat maliyyə sanksiyasından, 2019-cu ilin may ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17874,91 manat maliyyə sanksiyasından, 2019-cu ilin iyul ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 14434,70 manat maliyyə sanksiyasından, 2019-cu ilin avqust ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17874,91 manat maliyyə sanksiyasından, 2019-cu ilin dekabr ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 13381,01 sanksiyasından, 2020-ci ilin may ayı ƏDV məbləğinə tətbiq olunan 32040 manat maliyyə sanksiyasından və 2018-2019-cu illərdə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 600 manat maliyyə sanksiyasından ibarət olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddia tələbində qeyd edilən, şəxsi hesab vərəqəsində olan 163188,29 manat borcun sonuncu hissəsinin də yaranma tarixi dekabr ayı 2019-cu il tarixə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Elvin Əliyev) ## ######## 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri qeyd edilən borc məbləğinin əksər hissəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar əsasında hesablandığı və həmin qərarın qəbul edildiyi tarixdən müvafiq müddətin ötürülmədiyi ilə bağlıdır. İnzibati işin hallarından görünür ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2018ci il tarixli, **************** nömrəli və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarları üzrə 2019-cu ilin dekabr ayınadək mövcud olan, ümumilikdə 163188,29 manat borc məbləğinin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 85.4 (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Maddə 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Hazırkı mübahisəyə dair iş üzrə kassasiya icraatının predmeti baxımından iddiaçının hüquqi marağı və məqsədi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2018-ci il tarixli, **************** nömrəli və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarlar üzrə ümumilikdə 163188,29 manat borc məbləğinin ümidsiz borc kimi onun şəxsi hesab vərəqəsindən silinməsinə nail olmaqdan ibarətdir.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının tələbetmə müddəti başa çatmış borclarının tərkibi və başa çatma müddətləri aşağıdakı kimidir: - 2015-ci il üzrə tətbiq edilmiş maliyyə sanksiyasından ödənilməmiş qalan 50904,84 manat – ##.##.2020-ci il; 2013-cü il üzrə hesabatın vaxtında təqdim olunmamasına görə tətbiq olunan 40 manat maliyyə sanksiyası – ##.##.2018-ci il. Bu hissə tamamilə mübahisəsizdir və ümumi məbləğ 50944,84 manat təşkil edir.

28. Bundan əlavə, cavabdeh ##.##.2021-ci il tarixli qərarı ilə səyyar vergi yoxlaması başlamış və nəticəsi üzrə ##.##.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Həmin qərarla hesablanan vergilərin və maliyyə sanksiyasının tələbetmə müddəti aşağıdakı tarixlərdə başa çatmışdır: -2018-ci il üzrə MV – 19364,14 manat maliyyə sanksiyası – ##.##.2023-cü ildə; -2018-ci ilin dekabr ayı üzrə ƏDV – 17542,38 manat maliyyə sanksiyası – ##.##.2023cü ildə; -2019-cu ilin may ayı üzrə ƏDV – 17874,91 manat maliyyə sanksiyası – ##.##.2024cü ildə; -2019-cu ilin iyul ayı üzrə ƏDV – 14434,70 manat maliyyə sanksiyası – ##.##.2024cü ildə; -2019-cu ilin avqust ayı üzrə ƏDV – 17874,91 manat maliyyə sanksiyası – ##.##.2024cü ildə; -2019-cu ilin dekabr ayı üzrə ƏDV – 13381,01 manat maliyyə sanksiyası – ##.##.2024-cü ildə; -2019-cu il üzrə MV – 11771,40 manat maliyyə sanksiyası – ##.##.2024-cü ildə.

29. Beləliklə, iş üzrə materiallardan iki səyyar vergi yoxlaması üzrə tələbetmə müddəti başa çatmış borc məbləğinin 163188,29 manat təşkil etdiyi müəyyən olunur.

30. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85-ci maddəsi vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərini müəyyən edir. Həmin normada nəzərdə tutulmuş müddətlərin başa çatması ilə bağlı şəxs qanuna görə vergi öhdəliyindən azad olunur. Bu baxımdan Vergi Məcəlləsinin 85-ci maddəsi maddi hüquq norması kimi qiymətləndirilməlidir.

31. Nəzərə almaq lazımdır ki, ##.##.2022-ci il tarixli Qanunla (https://eqanun.az/framework/53080) edilmiş dəyişikliyə görə, 5 illik müddətin axımı səyyar vergi yoxlaması nəticəsində inzibati aktın qəbul olunduğu tarixdən hesablanır. Həmin Qanunda hansı normaların hansı tarixdən qüvvəyə minməsi (2023-cü ilin # ######ından, daha əvvəlki tarixdən və ya gələcək tarixdən) ayrıca nəzərdə tutulmuşdur. Məsələn, Qanunun 3.3-cü bəndində qeyd olunmuşdur: “3.3. Bu Qanunun 1.30-cu və 1.31.2-ci maddələri (ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara münasibətdə) 2022-ci il ######ın #-dən tətbiq edilir.”

32. Qanunun 3.5-ci bəndində isə həmin Qanunun müəyyən etdiyi normaların qüvvəyə minməsi ilə bağlı məsələlər tənzimlənib: “Bu Qanunun 3.1-3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2023-cü il ######ın #-dən qüvvəyə minir.” Həmin normanın məzmununa görə, 85.4-cü maddəyə 1.24.1-ci bəndlə əlavə edilən dəyişiklik 2023-cü il ######ın #-dən qüvvəyə minir.

33. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində səyyar vergi yoxlaması 2021ci ildə başlanmışdır. Həmin dövrdə cavabdehin istinad etdiyi redaksiyada yeni norma mövcud deyildi. Nəzərə almaq lazımdır ki, 2023-cü ildən qüvvəyə minən dəyişikliyin 2018- 2019-cu il hesabat dövrlərinə tətbiq olunduğu hallarda, tələbetmə müddəti 2023+5=2028- 2018= 10 il, 2023+5=2028-2019= 9 il olardı və bu müddət ərzində inzibati orqan vergi borcunu tələb etməkdə haqlı olardı. Halbuki, hətta Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə görə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad edilir.

34. Bundan başqa, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin maddi hüquq norması olmasına və 3 il hesablama müddətinin tətbiqinə münasibətdə formalaşmış təcrübə mövcud olmuşdur.

35. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd edilmişdir: “33. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi üzrə mənfəət vergisinin məbləği Vergi Məcəlləsinin 85.4cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının ##.##.2019-cu il tarixli, ****-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik ##.##.2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar ##.##.2018-ci il tarixdə qəbul olunmuşdur.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022ci il tarixli,

36. *-*(***)-**/**** nömrəli qərarında qeyd edilmişdir: “30. Bundan başqa, mübahisələndirilən qərarla (##.##.2020-ci il tarixli) iddiaçıya 2015-2016-cı illər üzrə mənfəət vergisi, həmçinin 2015-2016-cı illər üzrə və 2017-ci ilin yanvar-fevral ayları üzrə ƏDV hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət tələbinə riayət olunmamışdır. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinə əsasən, səyyar vergi yoxlaması zamanı yoxlamanın dayandırılması, habelə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların qəbulu səlahiyyətləri vergi orqanına verilsə də, bu barədə qərarların qəbulu məhz yuxarıda qeyd olunan 3 illik müddətin axımını dayandırmır. Odur ki, iddiaçıya 2015-2016-cı illərin mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbinə zidd olmuşdur.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024cü il tarixli,

37. *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir: “118. Məlum olduğu kimi cavabdehin mübahisə predmeti olan qərar ##.##.2021-ci il tarixdə qəbul edilmişdir ki, bu isə o deməkdir ki, həm mənfəət vergisi və həm də əlavə dəyər vergisi üzrə 2017-ci il üzrə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının 3 illik müddətini ötürmüşdür.”

38. ##.##.2023-cü il tarixdən edilən dəyişiklik eyni normanın eyni bəndində nəzərdə tutulmuşdur. İstinad olunan norma 3 illik hesablama müddəti hissəsində maddi hüquq norması kimi qəbul olunursa, 5 illik tələbetmə müddəti hissəsində də maddi hüquq norması kimi qəbul edilməlidir.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar