Məhkəmə qərarları › İş №2-1(102)-4018/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4018/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4018/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (akkreditasiya sahəsinin təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh X1rşı “akkreditasiya sahəsinin təsdiq edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-*/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı MMC ## ###### 2015-ci ildə ********** vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

2. ## ##### 2015-ci il tarixdə akkreditasiya olunmuş və 3 il etibarlılıq müddəti olan akkreditasiya attestatını alaraq attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur.

3. İddiaçı növbəti dəfə təkrar ## ##### 2018-ci il tarixdə akkreditasiya attestatını alaraq attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətini davam etdirmişdir.

4. İddiaçının adına verilmiş ## ##### 2018-ci il tarixli akkreditasiya attestatının qüvvədə olma müddəti bitdiyi üçün iddiaçı növbəti dəfə təkrar akkreditasiyanın keçirilməsi məqsədilə cavabdehə müaciət etmişdir.

5. Bundan sonra iddiaçı İddiaçı MMC ilə Akkreditasiya orqanı Cavabdeh X1 arasında akkreditasiya müqaviləsi imzalanmış, Cavabdeh X1 Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərarına əsasən İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı bu qərara əlavədə qeyd edilmiş istiqamətlər üzrə akkreditasiya edilmiş, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatı hazırlanaraq təqdim edilmiş, akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilmişdir.

6. İddiaçıya Cavabdeh X1 tərəfindən təqdim edilmiş ##.##.2021-ci il tarixli, AZ 02.0567.01.** nömrəli Akkreditasiya attestatına əsasən bu attestat Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu, 9 ünvanında fəaliyyət göstərən İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunduğunu və bu attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malik olduğunu təsdiq edir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ## ##### 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 7, məhəllə 3153, mənzil 10) akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin qoyulması, cavabdeh tərəfindən vurulmuş ziyana görə 541.500,00 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.000 manat məbləğində xidmət haqqının və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ## ###### 2015- ci ildə ********** vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. ## ##### 2015-ci il tarixdə Cavabdeh X1 3 il etibarlılıq müddəti olan akkreditasiya attestatını alaraq AZS İSO/İEC 17065- 2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun (yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə) akkreditasiya olunmuş və attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı MMC Azərbaycanda rabitə və telekommunikasiya vasitələrinə uyğunluq sertifikatının verilməsi sahəsində Azərbaycan Respublikasında ilk yaradılmış orqandır. Növbəti dəfə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə cavabdehə müraciət edib təkrar ## ##### 2018-ci il tarixdə AZ 02.0299.01.** saylı akkreditasiya attestatını alaraq AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun akkreditasiya olunmuş və attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətini davam etdirmişdir. İddiaçının fəaliyyəti dövründə ## ##### 2015, ## ##### 2018 və ## ##### 2021-ci illərdə müəssisədə cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq 4 dəfə inspeksiya nəzarəti qaydasında yoxlamalar həyata keçirilmiş və həmin yoxlamalar dövründə iddiaçının fəaliyyəti ilə bağlı heç bir nöqsan aşkar edilməmişdir. İddiaçının adına verilmiş ## ##### 2018-ci il tarixli, AZ 02.0299.01.** saylı akkreditasiya attestatının qüvvədə olma müddətinin ## ##### 2021-ci il tarixində bitməsini nəzərə alaraq iddiaçı iki ay əvvəldən yəni, ## ###### 2021-ci il tarixdə təkrar akkreditasiyanın keçirilməsi məqsədilə cavabdehə müaciət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 3.2ci bəndində qeyd edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Həmin Qaydaların 1.4-cü bəndində akkreditasiyanın ümumi müddətinin akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla 60 iş günündən çox olmaması müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş bütün sənədlər təqdim edilsə də, cavabdeh iddiaçıdan qərarda nəzərdə tutulmayan sənədlər tələb etmişdir. Halbuki Qaydaların 3.3-cü bəndində 3.2-ci bəndində göstərilən sənədlərdən başqa sənədlərin tələb edilməsi qadağan edilmişdir. İddiaçının cavabdehə ünvanladığı 15 fevral, 03, 05, 12, 14 mart, 07 aprel, 07 may və 03, 04, ## #### 2021-ci il tarixli məktublarına cavabdeh inzibati orqan 01, 18, 30 mart, 08 aprel, 05 may və 11, ## #### 2021-ci il tarixli cavab məktubları ilə müxtəlif bəhanələr gətirmiş, iddiaçının adına akkreditasiya attestatının verilməsini qəsdən uzatmışdır. Cavabdeh inzibati orqana iddiaçı tərəfindən sonuncu dəfə ## ##### 2021-ci il tarixli məktubla akkreditasiya sahəsinin layihəsi təqdim edilmiş, cavabdeh iddiaçı ilə ## ##### 2021-ci il tarixli, *** nömrəli akkreditasiya müqaviləsi bağlamış və akkreditasiyanın keçirilməsinə görə xidmət haqqının ödənilməsi üçün hesab faktura vermişdir. İddiaçı tərəfindən 16.530 manat şişirdilmiş xidmət haqqı ## ##### 2021-ci il tarixdə cavabdehin hesabına köçürülmüşdür. Sözügedən Qaydaların 5.1-ci bəndinə əsasən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən isə akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin nüsxələri 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərilir. Həmin Qaydaların qeyd olunan tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən xidmət haqqı ## ##### 2021-ci il tarixdə ödənildiyindən cavabdeh həmin gün akkreditasiya attestatını hazırlayıb imzalayaraq möhürlənməklə uyğunluğu qiymətləndirən qurumun, yəni iddiaçının akkreditasiya sahəsini və əsasnaməsini təsdiq edib 2 iş günü müddətində iddiaçıya təqdim etməli və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərməli idi. Lakin qeyd olunanların heç biri cavabdeh tərəfindən nəzərdə tutulan müddətdə həyata keçirilməmişdir. Cavabdeh ## #### 2021-ci il tarixdə iddiaçının müraciət etdiyi gündən 150 gün sonra “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” qərar qəbul etmiş və İddiaçı MMC-nin Əsasnaməsini təsdiq edərək iddiaçının adına ## #### 2021- ci il tarixli, AZ 02.0567.01.** saylı akkreditasiya attestatını rəsmiləşdirmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən ## ##### 2021-ci il tarixli məktubla təqdim edilmiş 2 nüsxə olmaqla hər biri 16 vərəqdən ibarət akkreditasiya sahəsinin layihəsini qəsdən təsdiq etməmiş və onu özünün internet saytında yerləşdirməmişdir. Sözügedən Qaydaların 2.1.3-cü bəndində göstərildiyi kimi akkreditasiya sahəsini - uyğunluğu qiymətləndirən qurumun uyğunluğunu qiymətləndirə biləcəyi malın, xidmətin, işin, prosesin, idarəetmə sisteminin və işçi heyətinin təsvirinin (adı və ya digər fərqləndirici əlaməti) və həmçinin mala, xidmətə, işə, prosesə, idarəetmə sisteminə və işçi heyətə dair tələbləri, sınaq üsullarını müəyyən edən standart, texniki reqlament və digər normativ hüquqi akta dair məlumatın əks olunduğu sənədi təsdiq etməməklə cavabdeh tərəfindən iddiaçının qanunla nəzərdə tutulan hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı tərəfindən 15 və ## ######## 2021-ci il tarixli məktublarla cavabdehə akkreditasiya sahəsinin layihəsinin təsdiq edilməsi ilə bağlı müraciətlər olunmuşdur. İddiaçının təkidlərindən sonra cavabdeh ## ######## 2021-ci il tarixdə köhnə tarixlə təsdiq edilmiş akkreditasiya sahəsini özünün internet saytında yerləşdirmişdir. İddiaçı həmin akkreditasiya sahəsi ilə tanış olduqda cavabdeh tərəfindən ona təqdim edilən akkreditasiya sahəsinin layihəsinin təsdiq edilmədiyi, cavabdeh inzibati orqanın özündən hansısa sahələri artırdığı və çox sahələri isə ümumiyyətlə qeyd etmədiyi məlum olmuşdur. Bununla da cavabdeh qeyd olunan Qaydaların 1.3, 1.4, 3.3, 5.1 və 5.2. bəndləri ilə onun üzərinə qoyulmuş öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə həmin Qaydaların tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə iddiaçı Belarus Respublikasında olan laboratoriya ilə əməkdaşlıq edir, fəaliyyət göstərdiyi dövrdə həmişə həmin laboratoriya ilə əməkdaşlıq etmiş və bu, Azərbaycan Respublikasında qəbul edilmişdir. Bununla əlaqədar münasibətlər «Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatdlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş»lə tənzimlənir və həmin Saziş Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli, *** nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə əsasən tərəflər, qüvvədə olan dövlət (milli) standartlaşdırma, ölçmələrin eyniliyinin təmini, akkreditasiya və sertifikatlaşdırma sistemlərini qarşılıqlı tanıyırlar. X2 6-cı maddəsində göstərilən orqanlarla müəyyən olunan, digər tərəfin sertifikatlaşdırma üzrə akkreditə olunmuş orqanlarını, sınaq laboratoriyalarını (mərkəzlərini), razılaşdırılmış qaydada qarşılıqlı göndərilən məhsullara onların verdikləri sertifikatları və uyğunluq nişanlarını tanıyırlar. Bunlarla yanaşı, cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq iddiaçının 6 il müddətində sifarişçilər qarşısında qazandığı işgüzar nüfuzuna ciddi zərbə vurulmuşdur. Belə ki, iddiaçının ən iri sifarişçisi olan “xxxx” MMC ilə iddiaçı arasında ## ###### 2016-cı il tarixdə 5 il müddətinə bağlanmış telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına dair müqavilənin müddətinin başa çatdığı tarixə kimi cavabdeh orqan iddiaçının akkreditasiya sahəsini təsdiq etmədiyi üçün iddiaçı həmin sifarişçi ilə yeni müqavilə bağlaya bilməmişdir. Bununla da iddiaçı növbəti 5 ildə əldə edə biləcəyi cəmi 510.900,00 manat gəlirdən məhrum olmuşdur. Bundan əlavə cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq iddiaçı digər sifarişçilərinin də sifarişlərindən imtina etmək məcburiyyətində qalmış, bununla da 8 sifariş üzrə iddiaçı 13.600,00 manat gəlirdən məhrum olmuşdur. Eyni zamanda iddiaçı ona verilən bir neçə sifarişi icra etmək üçün başqa sertifikatlaşdırma orqanı kimi fəaliyyət göstərən “xxxx” MMC-yə yönəltmiş, nəticədə 10 sifariş üzrə cəmi 17.000,00 manat gəlirdən məhrum olmuşdur. Beləliklə də cavabdeh üzərinə qoyulmuş vəzifələri qanunla nəzərdə tutulmuş müddətdə icra etməyərək iddiaçının akkreditasiya sahəsini təsdiq etmədiyi üçün iddiaçıya 541.500,00 manat həcmində ziyan vurulmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, akkreditasiyanın keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”na uyğun olaraq, habelə tərəflər arasında bağlanmış ## ##### 2021-ci il tarixli, *** saylı akkreditasiya müqaviləsinə əsasən aparılmışdır. Belə ki, Qaydaların 3.2-ci bəndinə əsasən, tələb olunan sənəd və məlumatlar iddiaçı tərəfindən ## ###### 2021-ci il tarixli məktubla göndərilsə də, təqdim olunan və akkreditasiya olunması istənilən akkreditasiya sahəsində göstərilən məlumatlarda forma, tərtibat baxımından uyğunsuzluq və çatışmazlıqlar müəyyən edilmişdir, məhsula dair standart, texniki reqlament və digər normativ aktlar tam göstərilməmişdir. Təqdim edilən akkreditasiya sahəsində uyğunluğu qiymətləndirilə bilinəcək mal, xidmət, iş və s. dair məlumatlar düzgün təsvir edilməmiş, həmçinin tam şəkildə göstərilməmişdir. Qaydaların 3.5-ci maddəsinə əsasən, uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya barədə müraciətinə 10 iş günündə araşdırılır. Müəyyən edilmiş çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış, lakin aradan qaldırılmadığında, Qaydaların elə həmin bəndinə uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması barədə ##.##.2021-ci il tarixli qərar qəbul edilmiş və bu barədə İddiaçıya məlumat verilmişdir. Daha sonra iddiaçının uyğunsuzluqların aradan qaldırılması ilə bağlı bir neçə dəfə müraciəti daxil olmuş, lakin müvafiq olaraq təkrarən düzəlişlərin natamam olduğu və çatışmazlıqların qalması ilə bağlı iddiaçıya cavab məktubları göndərilmişdir. Sonda iddiaçı müvafiq düzəlişləri etmiş və ## ##### 2021-ci il tarixli məktubla sənədləri təqdim etmişdir. Buna uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Müraciətə təqdim edilmiş sənədlər əsasında baxılması və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya keçirilməsi üçün tərəflər arasında ## ##### 2021-ci il tarixli, *** nömrəli akkreditasiya müqaviləsi imzalanmış, xidmətin göstərilməsi üçün qarşılıqlı şəkildə razılaşdırılmış xidmət haqqı müəyyən edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən, akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 iş günündən çox ola bilməz. Qaydaların 3.5-ci maddəsi müraciət edilən zaman sənədlərin araşdırılması üçün müəyyən edilmiş müddət – 10 iş günü, çatışmayan sənədlər təqdim edilmədikdə müraciətə baxılmanın müddət axımının dayandırılması qərarın müddəti - 20 iş günü, həmçinin 4.9-cu maddədə komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabatda qeyd edilən çatışmazlıqlar və onların aradan qaldırılması üçün təyin edilmiş müddətlər 60 iş günü müddətinə daxil deyildir. Lakin iddiaçı iddia ərizəsində qanunvericiliyin bu tələbinə dair müddəasını qəsdən təhrif etmiş, həmin müəyyən edilmiş müddətə daxil olmayan müddəaları göstərməmişdir. Bundan əlavə, iddiaçının akkreditasiya tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı da uyğunsuzluqlar aşkar edilmiş, Qaydaların 4.9-cu maddəsində göstərildiyi kimi bu uyğunsuzluqlar qiymətləndirmənin nəticəsində dair komissiya tərəfindən tərtib edilmiş hesabatda qeyd edilmiş və aradan qaldırılması ilə bağlı müddət müəyyən edilmişdir. Bütün bunlar göstərir ki, cavabdehin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə” Qərarı heç də iddia ərizəsində göstərildiyi kimi müraciətindən 150 gün sonra deyil qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmişdir. Çünki, iddiaçı müddət axımının dayandırılması, həmçinin qiymətləndirmə zamanı uyğunsuzluqların olması ilə bağlı məlumatları gizlətməyə və bundan yayınmağa çalışmışdır. Bütün bunlar bir daha sübut edir ki, iddiaçının bununla bağlı fikirləri tamamilə əsassızdır. İddiaçının qeyd etdiyi yoxlamalar aparılmamışdır. Belə ki, 2015-ci ildə Cavabdeh publik hüququ şəxsi ümumiyyətlə mövcud olmamış və cavabdeh Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli № **** nömrəli Fərmanı ilə yaradılmışdır. Bundan əlavə ## ##### 2021-ci il tarixdə isə ümumiyyətlə belə bir yoxlama həyata keçirilməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin mahiyyətini yanlış anlayır. Həmin müqavilə, eləcə də Qaydalar heç də mütləq müraciət edilən sahə ilə bağlı gözlənilən nəticənin verilməsini ehtiva etmir. Akkreditasiya orqanı tərəfindən qiymətləndirmənin başlanması və akkreditasiya komissiyasının yaradılması haqqında qərar qəbul edildikdən sonra komissiya tərəfindən uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirməsini 2 mərhələdə həyata keçirir. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün təqdim olunmuş sənədləri təhlil edir. İkinci mərhələdə komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. Komissiya tərəfindən qurumun yerləşdiyi yer üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid bir sıra uyğunsuzluqlar aşkar edilmiş və qeydə alınmışdır. Bununla bağlı sənəd və məlumatlar iddiaçıya göndərilmiş və aradan qaldırılması istənilmişdir. Lakin iddiaçı qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Müvafiq uyğunsuzluqlar qiymətləndirmənin nəticəsinə dair hazırlanan hesabatda göstərilmişdir. Cavabdeh tərəfindən təsdiq edilən akkreditasiya sahəsi məhz akkreditasiya aparılması zamanı aşkar edilən və aradan qaldırılmayan uyğunsuzluqlar nəzərə alınmaqla təsdiq edilmişdir. İddiaçının akkreditasiya müqaviləsi bağlaması heç də təqdim etdiyi sahəsinin mütləq qaydada təsdiq edilməsini ehtiva etmir. Qiymətləndirmənin nəticəsinə müvafiq olaraq imtina barədə də qərar qəbul edilə bilərdi. İddiaçının təqdim etdiyi akkreditasiya sahəsinin həmin forma və məzmunda təsdiq edilməsinin qeyrimümkün olması barədə digər bir hal isə həmin sahədə göstərilmiş uyğunsuzluqlar, Avropa direktivləri, texniki reqlamentlərin, xarici dövlətlərin texniki şərtlərinin göstərilməsidir. Belə ki, bununla bağlı standartlaşdırma üzrə normativ sənədlərin Azərbaycan Respublikası ərazisində tətbiqi ilə bağlı məlumatın əldə edilməsi məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” X1 müvafiq olaraq ## #### 2021-ci il tarixli və ## ######## 2021-ci il tarixli məktublarla müraciət edilmişdir. Cavab olaraq göndərilən məktublarda iddiaçının da təqdim etdiyi akkreditasiya sahəsində göstərdiyi Avropa direktivlərinin, texniki reqlament, xarici dövlətlərin texnik şərtlərinin ölkə ərazisində qüvvədə olmadığı bildirilmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi akkreditasiya sahəsinin təsdiq edilməsi üçün iddiaçının xüsusi laboratoriyası olmalıdır. Lakin iddiaçı belə bir laboratoriyaya malik deyildir. Bundan əlavə akkreditasiya attestatının qüvvədə olma müddəti 3 ildir. İddiaçının hər hansı şirkətlə müddətsiz də müqavilə bağlaya bilər. Bu heç də demək deyil ki, iddiaçı müqavilə bağladığı zaman qüvvədə olan akkreditasiya attestatına əsasən öz üzərinə götürdüyü öhdəliklərini icra etməsi üçün cavabdeh tərəfindən ona attestat verilməli və akkreditasiya sahəsi mütləq qaydada təsdiq edilməlidir. Bu, qəbuledilməzdir. Belə ki, iddiaçı ilkin olaraq akkreditasiya attestatının qüvvədə olma müddətini nəzərə almalı və buna uyğun olaraq müqavilə bağlamalı idi. Bundan əlavə iddiaçının təkrarən “xxxx” MMC ilə müqavilə bağlaya bilməməsinin səbəbi kimi cavabdeh tərəfindən təsdiq edilmiş akkreditasiya sahəsini göstərməsi heç də anlaşılan deyil. İddiaçının “akkreditasiya attestatı və mübahisəli akkreditasiya sahəsi daha əvvəl verilmiş və hazırda da verilməlidir, çünki daha əvvəl mənə verilib” düşüncəsi ilə yanaşması məntiqə sığmır. İddiaçının bununla bağlı dəymiş maddi ziyanı müqavilənin tarixi kimi göstərdiyi 5 illik müddətə hesablaması bir daha göstərir ki, iddiaçı akkreditasiya attestatının 3 illik müddətə verildiyini unutmuşdur. Bundan əlavə, müqavilənin olması, müddətinin bitməsi heç də yeni müqavilənin bağlanılacağı və ya müqavilənin məhz akkreditasiya sahəsinin iddiaçının istədiyi kimi verilməməsi səbəbindən imzalanmadığı mənasına gəlmir. Bununla bağlı hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə ki, “xxxx” MMC-nin müqavilə bağlanması ilə bağlı müraciəti və ya tərəflərin hər hansı formada yazışması və iddiaçının müqavilənin bağlana bilməməsinin izahı kimi akkreditasiya sahəsinin tam olaraq verilməməsi ilə bağlı heç bir sənəd və ya məlumatlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının bir sıra şirkətlərdən daxil olmuş 8 ədəd sifarişi icra edə bilməməsi ilə bağlı iddiası tamamilə absurddur. Sadəcə bir məsələni qeyd etmək kifayət edir ki, iddiaçıda attestatın və akkreditasiya sahəsinin ona veriləcəyi ilə bağlı əminliyin olması və sifarişləri qəbul etməsi anlaşılan deyil. İddiaçının təqdim etdiyi məlumatlardan da görünür ki, sifarişlər 16,17,19, 27, 29 aprel, 04 və 24 may aralığında daxil olmuşdur. İddiaçıya da məlumdur ki, həmin tarixlərdə cavabdeh tərəfindən uyğunluğun qiymətləndirilməsi ilə bağlı işlər həyata keçirilmiş və uyğunsuzluqları barədə qarşı tərəfə sənədlər göndərilmişdir. Həmin dövrdə iddiaçının sifarişləri hansı əsasla qəbul etməsi, sanki ona hansı akkreditasiya sahələrinin qabaqcadan veriləcəyini bilməsi təəssüratı yaradır. Məhz uyğunsuzluqları aşkar edilən sahələr üzrə akkreditasiya sahəsi ona verilməmişdir. İddiaçının qüvvədə olan akkreditasiya attestatı olmadan sifarişləri qəbul etməsi öz günahıdır. Həmin sahələrin ona verilməyə biləcəyini bildiyi halda, iddiaçı sifarişləri qəbul etməkdən ehtiyat etməmişdir. İddiaçının qeyd etdiyi kimi 10 ədəd sifarişin “xxxx” MMC-yə verilməsi ilə bağlı iddia isə ümumiyyətlə anlaşılan deyildir. İddiaçının bu tələbi sadəcə iddianın həcminin şişirdilməsi məqsədi daşıyır və heç bir hüquqi əsasa söykənmir.

birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin (hakim: P.A.Hüseynov) 2022-ci il ## ### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid bir sıra uyğunsuzluqlar aşkar edilmiş və qeydə alınmış, bununla bağlı sənəd və məlumatlar iddiaçıya göndərilmiş və aradan qaldırılması istənilmişdir. Lakin, iddiaçı qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmadığı sahələr üzrə akkreditasiya sahəsi təsdiq edilməmişdir. Göründüyü kimi, akkreditasiya sahəsinin təsdiq edilməsi ilə əlaqədar iddiaçının müraciətinə baxılarkən cavabdeh tərəfindən nöqsan və uyğunsuzluqlar aşkar edilmiş, bu barədə iddiaçıya məlumat verilsə də, nöqsan və uyğunsuzluqlar aradan qaldırılmamışdır. Cavabdeh tərəfindən təsdiq edilən akkreditasiya sahəsi məhz akkreditasiya aparılması zamanı aşkar edilən və aradan qaldırılmayan uyğunsuzluqlar nəzərə alınmaqla təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi «cavabdehin üzərinə ## ##### 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 7, məhəllə 3153, mənzil 10) akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin qoyulması» hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin «cavabdeh tərəfindən vurulmuş ziyana görə 541.500,00 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.000 manat məbləğində xidmət haqqının və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi» hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona ziyanın vurulmasını təsdiq edən sübutları, ümumiyyətlə iddia tələbinin həmin hissəsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qeyd olunan hissədə də əsassızdır və təmin edilməməlidir.

13. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və G.M.Abbasova) 2025-ci il ## ####### tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2022-ci il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində cavabdeh qurum tərəfindən həm prosedur qaydaların pozulduğunu, həm də qiymətləndirmənin düzgün aparılmadığını iddia edir. Belə ki, iddiaçı cavabdeh quruma müraciət etdiyi tarixdən 60 iş günü ərzində müvafiq qərarın qəbul edilməli olmasına baxmayaraq, qanunvericiliklə müyyən edilmiş müddət pozularaq 150 gün sonra qərarın verilməsini və hətta qərar verilən zamanı da müraciətdə göstərilən sahələrin təsdiq edilməməsini əsas gətirərək iddia tələbinin tam təminini xahiş edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati icraatda inzibati orqanın mülahizəsi iki mərhələdə fərqləndirilməlidir. Birinci olaraq inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə münasibətdə mülahizəsi, yəni inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkəti, ikinci olaraq isə hüquqi nəticəyə münasibətdə mülahizəsi, yəni inzibati orqanın diskresion səlahiyyətlərinə əsasən seçim hüququnun olması fərqləndirilməlidir. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməzdir. Başqa sözlə, cavabdeh orqanın uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsi ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. Elmi ədəbiyyatda qəbul olunan yanaşma ondan ibarətdir ki, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə tərəfindən inzibati aktın yoxlanılması demək olar ki, inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul edilmiş inzibati aktın yoxlanılması qaydası ilə eynilik təşkil edir. Bu zaman inzibati orqan mövcud qanunvericlik normalarının müəyyən prinsip və tələblərinə əməl etməlidir. İşin məhkəmələr tərəfindən araşdırılması zamanı cavabdeh tərəfin gətirdiyi arqument ondan ibarət olmuşdur ki, ilk növbədə qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmiş və ən əsası isə qiymətləndirmə azadlığına malik qurum tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid bir sıra uyğunsuzluqlar aşkar edilmiş və qeydə alınmış, bununla bağlı sənəd və məlumatlar iddiaçıya göndərilmiş və aradan qaldırılması istənilmişdir. Lakin iddiaçı qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmadığı sahələr üzrə akkreditasiya sahəsi təsdiq edilməmişdir. Belə ki, akkreditasiyanın keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”na uyğun olaraq, habelə tərəflər arasında bağlanmış ## ##### 2021-ci il tarixli, *** saylı akkreditasiya müqaviləsinə əsasən aparılmışdır. Qaydaların 3.2-ci bəndinə əsasən, tələb olunan sənəd və məlumatlar iddiaçı tərəfindən ## ###### 2021-ci il tarixli məktubla göndərilsə də, təqdim olunan və akkreditasiya olunması istənilən akkreditasiya sahəsində göstərilən məlumatlarda forma, tərtibat baxımından uyğunsuzluq və çatışmazlıqlar müəyyən edilmişdir, məhsula dair standart, texniki reqlament və digər normativ aktlar tam göstərilməmişdir. Təqdim edilən akkreditasiya sahəsində uyğunluğu qiymətləndirilə bilinəcək mal, xidmət, iş və s. dair məlumatlar düzgün təsvir edilməmiş, həmçinin tam şəkildə göstərilməmişdir. Qaydaların 3.5-ci maddəsinə əsasən, uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya barədə müraciəti 10 iş günündə araşdırılır. Müəyyən edilmiş çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış, lakin aradan qaldırılmadığından Qaydaların elə həmin bəndinə uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması barədə ##.##.2021-ci il tarixli qərar qəbul edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Daha sonra iddiaçının uyğunsuzluqların aradan qaldırılması ilə bağlı bir neçə dəfə müraciəti daxil olmuş, lakin müvafiq olaraq təkrarən düzəlişlərin natamam olduğu və çatışmazlıqların qalması ilə bağlı iddiaçıya cavab məktubları göndərilmişdir. Sonda iddiaçı müvafiq düzəlişləri etmiş və ## ##### 2021-ci il tarixli məktubla sənədləri təqdim etmişdir. Buna uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Müraciətə təqdim edilmiş sənədlər əsasında baxılması və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya keçirilməsi üçün tərəflər arasında ## ##### 2021-ci il tarixli, *** nömrəli akkreditasiya müqaviləsi imzalanmış, xidmətin göstərilməsi üçün qarşılıqlı şəkildə razılaşdırılmış xidmət haqqı müəyyən edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən, akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 iş günündən çox ola bilməz. Qaydaların 3.5-ci maddəsi müraciət edilən zaman sənədlərin araşdırılması üçün müəyyən edilmiş müddət – 10 iş günü, çatışmayan sənədlər təqdim edilmədikdə müraciətə baxılmanın müddət axımının dayandırılması qərarın müddəti - 20 iş günü, həmçinin 4.9-cu maddədə komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabatda qeyd edilən çatışmazlıqlar və onların aradan qaldırılması üçün təyin edilmiş müddətlər 60 iş günü müddətinə daxil deyildir. Apellyasiya araşdırması zamanı iddiaçı təsdiq edilməyən sahələrlə bağlı hər hansı bir sənədin, halın tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını iddia edərək, əsassız olaraq cavabdeh qurum tərəfindən qanunla nəzərdə tutulmayan tələblər irəli sürüldüyünü iddia etmişdir.

16. Məhkəmə kollegiyası tərəfindən cavabdeh qurumun mübahisə ilə bağlı malik olduğu qiymətləndirmə azadlığının mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilibkeçirilməməsi, həmçinin qiymətləndirmə azadlığının məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda sadalanan Qaydalardan da aydın olduğu kimi müraciət nəticəsində orqan qiymətləndirmə aparır və bır sıra hallarda müraciətə imtina edir. Bu hallara daxildir: qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə; qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə; bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilmənin aparılmasını təmin etmədikdə. Göründüyü kimi, müraciət edən qurum müvafiq tələblərə yəni akkreditasiya tələblərinə cavab verməlidir. Akkreditasiya tələbləri isə akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblərdir. Belə olan halda qiymətləndirmə azadlığına malik olan qurum akkreditasiya tələblərini yoxlamaq səlahiyyətindədir və yalnız bundan sonra müvafiq çatışmamazlıqlar müəyyən olunsa müraciət edənin diqqətinə çatdırılmalıdır. Hazırki mübahisə üzrə də ilkin müraciətdən sonra qeyd edilən bır sıra çatışmamazlıqlar, müvafiq sahələr üzrə texniki şəraitin, resursların olmaması müraciət edənin diqqətinə çatdırılmışdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı indiki müraciətində göstərilən sahələr üzrə daha əvvəl iki dəfə ## ###### 2015-ci il və ## ##### 2018-ci il tarixlərində akkreditasiya olunduğunu və 3 il etibarlılıq müddəti olan akkreditasiya attestatını əldə etdiyini diqqətə çatdırıraq sonuncu dəfə etimad hüququnun da pozulmasına istinad edir. Lakin məhkəmə kollegiyası onu diqqətə çatdırır ki, iddiaçının müvafiq sahələr üzrə daha əvvəl akkreditasiya olunması sonuncu müraciəti zamanı da həmin sahələr üzrə mütləq akkreditasiya olunmalıdır anlamına gəlməməlidir. Qanunvericilikdə bir mənalı olaraq qeyd edilmişdir ki, hər bir müraciət zamanı qurum tərəfindən qiymətləndirmə aparılmalı və müvafiq tələblərə cavab verən sahə üzrə akkreditasiya attestatı verilməlidir. Əks halda qanun 3 illik etibarlılıq müddəti müəyyən etməzdi, həmçinin daha əvvəl akkreditasiya olunmuş şəxslərə üstünlük müəyyən edərdi.

17. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın birinci hissəsi uğurlu olmadığından dəymiş ziyanla bağlı tələb də əsassızdır. Həmçinin, iddiaçı cavabdeh tərəfindən ona ziyanın vurulmasını təsdiq edən sübutları, ümumiyyətlə iddia tələbinin həmin hissəsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçıda attestatın və akkreditasiya sahəsinin ona veriləcəyi ilə bağlı əminliyin olması və sifarişləri qəbul etməsi onun məsuliyyət sferasına aiddir. İddiaçının təqdim etdiyi məlumatlardan da görünür ki, sifarişlər 16,17,19, 27, 29 aprel, 04 və 24 may aralığında daxil olmuşdur. İddiaçıya da məlumdur ki, həmin tarixlərdə cavabdeh tərəfindən uyğunluğun qiymətləndirilməsi ilə bağlı işlər həyata keçirilmiş və uyğunsuzluqları barədə qarşı tərəfə sənədlər göndərilmişdir. Həmin dövrdə iddiaçının sifarişləri hansı əsasla qəbul etməsi, sanki ona hansı akkreditasiya sahələrinin qabaqcadan veriləcəyini bilməsi təəssüratı yaradır. Məhz uyğunsuzluqları aşkar edilən sahələr üzrə akkreditasiya sahəsi ona verilməmişdir. Beləliklə, iddiaçının qüvvədə olan akkreditasiya attestatı olmadan sifarişləri qəbul etməsi öz məsuliyyət sferasına aiddir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlilləri iddia ərizəsinə və apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Uyğunluğun qiymətləndirilməsi – malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin texniki reqlamentdə və digər normativ hüquqi aktda, müvafiq standartlaşdırma sahəsində normativ sənəddə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi; Maddə 1.0.2. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. Maddə 1.0.3. Uyğunluğu qiymətləndirən qurum - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. Maddə 1.0.4. Akkreditasiya tələbləri - akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblərdir. Maddə 1.0.5. Akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdur. Maddə 1.0.6. Akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəddir. Maddə 5.1. Akkreditasiya, bu qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır. Maddə 5.2. Akkreditasiya aşağıdakı mərhələləri əhatə edir: 5.2.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti; 5.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi; 5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi. Maddə 5.6. Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə araşdırır. Bu qanunun 5.3-cü maddəsinə uyğun olaraq, akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda, akkreditasiya orqanı həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir. Maddə 5.7. Bu qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş halda əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmamalıdır. Maddə 5.10. Çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəliş tədbirləri daxil olmaqla, qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 5 iş günü müddətində ərizəçiyə təqdim edilir. Qiymətləndirmə hesabatında düzəliş tədbirləri üçün müddət aşkarlanan çatışmazlığın mahiyyətindən asılı olaraq təyin edilir. Maddə 5.13. Düzəliş tədbirlərinin təmin edilməməsi uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərarın qəbulu üçün əsasdır. Maddə 5.14. Bu qanunda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir. Maddə 5.15. Akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, akkreditasiyanın ümumi müddəti, bu qanunun 5.7-ci və 5.10-cu maddələrinə uyğun olaraq təyin edilən müddət nəzərə alınmadan, 60 iş günündən çox ola bilməz 6.1-ci maddəsinə əsasən akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir. Maddə 6.2. Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır. Maddə 8.1. Uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. Maddə 8.2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Maddə 8.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. Maddə 10.1. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilir. Maddə 10.2. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Maddə 10.3. Nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları»: Bənd 1.1. bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarını müəyyən edir. Bənd 1.2. bu Qaydalar uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur: 1.2.1. sınaq laboratoriyaları; 1.2.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar; 1.2.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar; 1.2.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar; 1.2.5. inspeksiya orqanları; 1.2.6. etalon material istehsalçıları; 1.2.7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar. Bənd 4.1. bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunduqda, sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və akkreditasiya komissiyasının (bundan sonra komissiya) yaradılması haqqında qərar qəbul edilir. Bənd 4.5. Komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir. Bənd 4.6. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədləri təhlil edir. Bənd 4.7. Qiymətləndirmənin ikinci mərhələsində komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. Bənd 4.8. Akkreditasiya üçün müraciət etmiş şəxs komissiyanın fəaliyyət sahəsinə daxil olması və qiymətləndirmənin aparılması üçün zəruri şərait yaratmalıdır. Bənd 5.1. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. Bənd 5.3. Akkreditasiya attestatı verildiyi tarixdən 3 (üç) il müddətində etibarlıdır. Bənd 5.5. Aşağıdakı hallarda uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir: 5.5.1. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə; 5.5.2. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə; 5.5.3. bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilmənin aparılmasını təmin etmədikdə. Bənd 6.2. Akkreditasiya attestatının qüvvədə olma müddəti başa çatdıqda akkreditasiya attestatının etibarlılıq müddətinin uzadılması barədə uyğunluğu qiymətləndirən qurumun müraciətinə bu Qaydalara uyğun baxılır və qiymətləndirmənin müsbət nəticələri əsasında yeni akkreditasiya attestatı verilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən vurulmuş ziyana görə kompensasiyanın iddiaçıya ödənilməsindən ibarətdir.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbinin təmin edilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar