Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4019/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2-1(106)- ***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı Müdafiə Nazirliyinin Quru Qoşunlarının N saylı Hərbi Hissənin 4-cü mexanikləşdirilmiş taborunun 12-ci mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının döyüş maşın komandiri-döyüş maşınları heyətinin rəisi kimi xidmət emişdir.
2. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Idarəsindən Ruslan Quliyev barəsində N nömrəli hərbi hissəyə daxil olmuş məlumata əsasən ekspertiza keçirilmiş, Cavabdeh Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin “maddi sübutların tədqiqatı” barədə ##.##.2022-ci il tarixli, ***/K saylı aktında göstərilmişdir ki, İddiaçı götürülmüş sidik nümunəsinin nazik təbəqəli kull xromatoqrafiya və Immunofermentativ xətli test metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq aşağıdakı rəyə gəlmişdir: məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-∆-Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu preparat çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir.
3. ##.##.2022-ci il tarixli söhbət vərəqindən görünür ki, İddiaçı verilmiş suallara cavab olaraq, narkotik vasitələrdən istifadə etmədiyini, adı göstərilən narkotik vasitələrindən heç birini tanımadığını bildirmiş və ordu sıralarından tərxis edilməməsini xahiş etmişdir.
4. Müdafiə Nazirinin müavini-X6 ##.##.2022-ci il tarixli, ***gm nömrəli əmri ilə N saylı Hərbi Hissənin 4-cü mexanikləşdirilmiş taborunun (BMP-2) 12-ci mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının döyüş maşın komandiri-döyüş maşınları heyətinin rəisi İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirinin müavini-X6 ##.##.2022-ci il tarixli, ***gm nömrəli əmrinin iddiaçıya münasibətdə ləğv olunması, iddiaçının hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xidmət etdiyim dövrdə özünü nizam-intizamlı apararaq hərbi hissə komandirlərinin verdikləri tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Cəbrayılın azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. X3 Qoşunları Komandanının ## ### 2022-ci il tarixli, ***gm saylı əmrinə əsasən onu xidmətdən əsassız və qanunsuz olaraq azad etmişlər. Hesab edir ki, xidməti araşdırma aparılmadan, heç bir əsas olmadan onun xidmətdən azad olunması, ona qarşı yol verilmiş kobud qanun pozuntusudur və eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı kimi onun konstitusion hüquqlarının və qanunun aliliyinin kobud şəkildə pozulmasıdır. Buna görə də hesab edir ki, onun xidmətdən azad olunması qanunsuz, əsassız və ədalətsiz olduğuna görə, ## ### 2022-ci il tarixli, ***gm nömrəli əmr məhkəmə qaydasında ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirib ki, iddiaçının hərbi hissədə yol verdiyi nalayiq hərəkətləri ilə əlaqədar ##.##.2022-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədə şərəf məhkəməsi keçirilmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə məhkəmənin qərarı həmin vaxt iştirak edən iddiaçıya elan edilmişdir. Iddiaçı N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 1-ci döyüş maşını komandiri - döyüş maşınları heyətinin rəisi vəzifəsində, R hərbi rütbəsində xidmətdə olarkən, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Idarəsinə sonuncunun narkotik vasitədən istifadə etməsi barədə məlumat daxil olmuş həmin məlumata əsasən Daxili Təhlükəsizlik Idarəsindən N nömrəli hərbi hissəyə telefonoqram daxil olmuş, daxil olan telefonoqrama əsasən R X1 narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edib-etməməsini müəyyən etmək məqsədilə təyin olunmuş nümayəndələrə təqdim edilmiş, nümayəndələr tərəfindən R R.Quliyevin “qan və sidik” nümunələri götürülmüşdür. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Idarəsinin ##.##.2022-ci il tarixli */*** nömrəli və N nömrəli hərbi hissə komandirinin ##.##.2022-ci il tarixli, ** nömrəli təliqələrinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində götürülmüş “qan və sidik” nümunələrinin iş təcrübəsi 2018-ci ildən olan Məhkəmə tibbi ekspertikimyaçı Vəfa Qarayevə tərəfindən tədqiqatı aparılmış, tədqiqat nəticəsində R R.Quliyevin sidik nümunəsinin tərkibində “9-∆ Tetra-hidro kannabinol” adlı maddə aşkar olunmuşdur. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. R R.Quliyevin müayinəsinin nəticələri barədə MN MTE və PAM-də tərtib edilmiş ***/K nömrəli Akt (Maddi sübutların tədqiqatı) N nömrəli hərbi hissəyə göndərilmişdir. R R.Quliyevin qeyd olunan davranışı nəzərə alınaraq V tərəfindən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ***/K nömrəli maddi sübutların tədqiqatı Aktına əsasən (narkotik vasitədən istifadə etdiyinə görə) ##.##.2022-ci ildə onun şərəf məhkəməsində dinlənilməsi barədə raportla vəsatət qaldırılmış, hərbi hissə komandiri tərəfindən vəsatət təmin edilmiş, ##.##.2022-ci il tarixdə şərəf məhkəməsi keçirilmiş, R.Quliyev “Rlərin şərəf məhkəməsi”ndə dinlənilmişdir. N nömrəli hərbi hissə komandirinin qərarı əsasında ##.##.2022-ci il tarixdə keçirilən “Rlərin şərəf məhkəməsi”ndə R.Quliyev və məhkəməyə cəlb olunmuş şəxslərin məhkəmədə baxılan iş üzrə irad və fikirlərini bildirmək üçün çıxışları dinlənilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2015-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 4.16-cı yarımbəndinin tələblərinə uyğun olaraq bu barədə ** nömrəli ##.##.2022-ci il tarixli protokol tərtib edilmişdir. ##.##.2022-ci il tarixdə keçirilən şərəf məhkəməsi zamanı onunla birgə xidmət edən 5 nəfər hərbi qulluqçu çıxış etmiş, məhkəmə heyətinə çıxış edən şəxslərin 4 nəfəri R Quliyev an Isi oğlunun hərbi qulluqçunun şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verməsi, narkotik vasitədən istifadə etməsi və belə hərbi qulluqçunun müzəffər Azərbaycan Ordusunda narkotik vasitədən istifadə etməsinin məqsədəuyğun olmaması nəzərə alınaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təkliflər etmişlər. Şərəf məhkəməsinin ## #### 2022-ci il tarixli ** nömrəli qərarından sonra onunla 2 dəfə söhbətləşmə aparılmış, əsasnamənin tələblərinə uyğun olaraq təqdimat tərtib edilmiş və natda ehtiyata buraxılma səbəbləri əsaslandırılaraq yuxarı komandanlığa göndərilmişdir. Həmin sənədlər məhkəmə baxışı üçün təqdim edilir. Bundan əlavə xidmət etdiyi hərbi hissədən təqdim olunan sənədlərə əsasən iddiaçı X1 ##.##.2021-ci il tarixdən N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 1-ci döyüş maşını komandiri döyüş maşınları heyətinin rəisi vəzifəsində xidmət edərkən özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidməti vəzifələrinə laqeyd yanaşmış, ona təhkim olunmuş silah və texnikaya vaxtlı-vaxtında qulluq göstərməmiş, verilən tapşırıqları yerinə yetirilməsində çətinlik çəkmiş, ona tutulan iradlardan nəticə çıxarmamış, hərbi qulluqçu adına, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol vermiş, xidmət zamanı narkotik vasitələrdən istifadə etmişdir. Beləliklə, iddiaçının iddiası tam əsassızdır, o xidmət dövründə özünü nizamintizamsız hərbi qulluqçu kimi göstərməsi, hərbi qulluqçu adına, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol verərək xidmət zamanı narkotik vasitələrdən istifadə etməsi nəzərə alınaraq, onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.
8. Cavabdeh Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ##.##.2024-cü il tarixli məktubunda bildirib ki, X1 ##.##.2022-ci il tarixdə götürülmüş nümunələrin qalan hissəsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin arxivində saxlanılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin ## #### 2020-ci il tarixli 05 №li qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ###### 2015-ci il tarixli 07 №li əmrinə əsasən, bioloji nümunələrin saxlanılma qaydasının tələblərinə uyğun olaraq 04.10.23-cü il tarixdə, 48 №li aktla həmin nümunələr məhv edilmişdir.
9. Iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****/k saylı ekspertiza rəyində bildirilmişdir ki, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx“ X2 Məhkəmə-kimya şöbəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlaı* və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. ##.##.2022-ci il tarixdə (***/K saylı akt əsasında) Cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində” İddiaçı götürülmüş qan, sidik və tük nümunələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Məhkəmə-kimya şöbəsinə təqdim edilmədiyindən məhkəmə-kimyəvi tədqiqat aparılmadı və bu səbəbindən də məhkəmə eksperti - kimyaçı qarşısına qoyulan digər sualları cavablandırmaq mümkün olmadı. Narkotik maddələrin qəbulu zamanı onların əksər hissəsi insan orqanizmdə parçalanır və 9-48 saat ərzində bədəndən ifraz olunur. Marixuana qəbulunda xroniki istifadəçilərdə son qəbuldan sonra 70-77 gün, epizodik istifadəçilərdə isə 20-29 gün ərzində onun narkotik metabolitlərini sidikdə immunoferment metodu ilə müəyyən etmək mümkündür. Bioloji obyektlərdə (qan, sidik və s.) kimyəvi-toksikoloji metodlarla tədqiqat zamanı (imunoferment-test üsulu istisna olmaqla) tərkibində kannabinoid (marixuananın əsas təsiredici maddəsi) olmayan hər hansı bir güclü təsiredici dərman və enerji içkilərindən istifadədə çətənə (Cannabis) bitkisindən alınan Marixuana və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin aşkarlanması mümkün deyil.
10. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Müdafiə Nazirinin müavini-X6 ##.##.2022-ci il tarixli, ***gm nömrəli əmri iddiaçı İddiaçı münasibətdə ləğv olunmuş, iddiaçının hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – Amiliya Hüseynova).
11. Məhkəmə hesab etmişdir ki, komandanlıq tərəfindən “Şərəf məhkəməsi”nin qərarı nəzərə alınaraq, iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində “Təqdimat”ın verilməsində ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, iddiaçı xidmət etdiyi hərbi hissədə tibbi ekspertizanın nəticələri ilə razı olmadığını və yenidən analizlər keçirilməsini tələb etdiyini bildirmiş, bundan sonra məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyi üzrə müəyyən edilmişdir ki, iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri, salisilatları və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Iddiaçı İddiaçı barəsində cavabdeh orqan tərəfindən hər hansı cinayət işi və digər təhqiqat materialı aparılmamışdır.
12. Məhkəmə daha sonra qeyd edib ki, iddiaçıdan götürülmüş sidik nümunəsi saxlanılmalı olduğu halda, məhkəmə gedişatı dövründə məhv edilməsi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı ilə aparılmış ##.##.2022-ci il tarixli söhbət vərəqində verilmiş suallara cavab olaraq heç bir narkotik vasitələrdən istifadə etməməsi, narkotik vasitələrindən heç birini tanımaması, ordu sıralarından tərxis edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmə ***/K saylı,##.##.2022-ci maddi sübutların tədqiqatı barədə aktda qeyd edilən hallar sübuta yetirilə bilinmədiyi üçün İddiaçı narkotik maddələrdən istifadə etməsini istisna edən hal kimi qiymətləndirilməsini mümkün hesab edir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2-1(106)- ***/**** saylı qərarı ilə Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir (hakimlər – Fikrət Hüseynov (sədrlik edən və məruzəçi), Samir Həsənov və Aytən Novruzova).
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvala iddiaçının orqanizmində narkotik vasitələr ##.##.2022-ci il tarixdə aşkar edilmiş, həmin tarixdən təqribən 2 il 9 ay sonra, yəni ##.##.2024-cü il tarixdə götürülmüş yeni nümunələrdə narkotik vasitələrin aşkar edilməsi ağlabatan deyil və ümumiyyətlə ilkin nümunələr mövcud olmadığı (məhv edilmişdir) halda yenidən ekspertizanın keçirilməsinə zərurət olmamışdır.
16. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitələrin aşkar edilməsi ona həmin vaxt bəlli olsa da, onunla söhbət vərəqəsindən görünür ki, yalnız narkotik istifadəçisi olmadığını bildirmiş, yenidən ekspertiza təhqiqatının keçirilməsini tələb etməmiş, həmçinin özü də müstəqil qaydada alternativ tibb müəssisələrinə müraciət etməmişdir. Bundan əlavə, ehtiyata buraxılması barədə əmrin verilməsindən təqribən 4 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, işin məhkəmə araşdırması zamanı qanunvericiliklə tələb olunan mümkünlük şərtlərinin yoxlanılması üçün müəyyən zaman keçmiş, nəticə etibarilə həm onun orqanizmində narkotik vasitələrin qalıqlarının yoxlanılması imkanı (həmin maddələrin orqanizmdə qalma müddəti baxımından) aradan qalxmış, həm də Azərbaycan Respublikası Müdafiə Nazirinin ## #### 2020-ci il tarixli ** nömrəli qərarına və ## ###### 2015-ci il tarixli ** nömrəli əmrinə əsasən götürülmüş ilkin nümunələr məhv edilmişdir.
17. Məhkəmə kollegiyası daha sonra bildirib ki, iddiaçı müstəqil qaydada alternativ tibb müəssisəsinə müraciət etməməsinin səbəbi kimi savadsız olmasını, həmçinin xidmət yerində olmasını göstərmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X8 prinsiplərinə və digər normativ sənədlərin tələblərinə uyğun qərar qəbul edilmişdir.
18. Məhkəmə kollegiyası tələbin hərbi xidmətə bərpa olunma hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə sonuncu bağlaşma 2020-ci ilin avqust ayında 5 il müddətinə bağlanmışdır və bu səbəbdən hazırkı vəziyyətdə müqavilə ilə müəyyən edilmiş müddət bitdiyindən onun həmin hərbi hissədə xidmətə bərpa edilməsi üçün hüquqi əsas aradan qalxmışdır.
19. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı onunla söhbət aparılan zaman verilmiş suallara cavab olaraq “Mən heç bir narkotik vasitələrdən istifadə etməmişəm, adı göstərilən narkotik vasitələrdən heç birini tanımıram, məni ordu sıralarından tərxis etməməyinizi xahiş edirəm, mən xidmətimi davam etdirmək istəyirəm ” deməklə ona qarşı qaldırılan ittihamları qəbul etməmişdir.
21. Iddiaçıdan qeyd edilən nümunələr ##.##.2022-ci il tarixdə saat 15:50-də müayinə otağında birdəfəlik şpris vasitəsilə götürülmüş və bir il müddətinə saxlanca verilmişdir. Iddiaçı isə bununla razılaşmayaraq ##.##.2022-ci il tarixdə cavabdeh orqana müvafiq sənədlərin təqdim edilməsi barədə müraciət etmiş, cavabdeh orqan tərəfindən ##.##.2022-ci il tarixdə (iddia ərizəsi məhkəmənin icraatında olduğu vaxtda) iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sənədlər təqdim edilmişdir. Belə olan halda, yəni mübahisə məhkəmənin icraatında olduğu halda cavabdeh inzibati orqanın tabeliyində olan müəssisədə iddiaçıya məxsus nümunələrin məhv edilməsi, bunun məqsədyönlü şəkildə olduğunu sübut edir.
22. Iddiaçı ona qarşı qaldırılan ittihamları qəbul etmədiyi üçün cavabdeh inzibati orqan mübahisənin hərtərəfli və obyektiv araşdırılması üçün təkrar ekspertizanın keçirilməsini təmin etməyə borclu olsa da bunu etməmiş, məhkəmə isə bunu nəzərə almamışdır. Baş vermiş hadisənin istintaq orqanı tərəfindən araşdırılmasına göndərilməməsi, iddiaçıdan götürülmüş nümunələrin mübahisənin məhkəmədə araşdırıldığı dövr ərzində məhv edilməsi, iddiaçıda narkotik vasitələrin tərkib hissəsinin aşkar olunmasını şübhə altına salır ki, bu da iddiaçının xeyrinə təfsir olunmalıdır.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa olunma, vəzifə maaşının və ona əlavələrin ödənilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.
31. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2-1(106)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.