Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-402/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Heydərova Sücahət Hüseyn qızının, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 oktyabr tarixli 2-1(103)-2476/2018 nö mrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhəri, Dzerjinski rayon İcraiyyə Komitəsinin 1956-cı il 25 yanvar tarixli 40 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhər İcraiyyə Komitəsinin Memarlıq işləri Şöbəsinin 1956-cı il 31 yanvar tarixli, 36 nömrəli icazə sənədi ilə x2 10-cu ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi üzrə işlərin aparılmasına icazə verilmişdir. Kirov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1958-ci il 28 aprel tarixli, 33 nömrəli “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” protokolundan çıxarışa əsasən, x2 məxsus 10-cu ünvan 1 ünvanındakı torpaq sahəsi və 1956-cı il 31 yanvar tarixli, 36 nöm rəli icazə sənədi M.S.Avakyanın adına keçirilmişdir. Sonuncu həmin torpaq sahəsində yaşayış evi inşa etmiş, 1962-ci ilin mayında həmin daşınmaz əmlaka dair x3 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmiş, evin ünvanı ünvan 2 göstərilmişdir. Həmin pasportda mülkün yuxarıda qeyd edilən Kirov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1958-ci il 28 aprel tarixli, 33 nömrəli Qərarına əsasən M.S.Avakyana məxsus olduğu qeyd edilmişdir. Texniki pasportda, həmçinin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü (329,0 kv.m) göstərilmişdir. Kirov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 55/465 nömrəli, 1989-cu il 25 avqust tarixli Qərarı ilə Bakı şəhərindən köçmüş vətəndaşlarla İcraiyyə Komitəsi və ya no tariat kontoru tərəfindən təsdiqlənmiş qarşılıqlı razılaşma əsasında dəyişmə etmiş Ermənistan SSR-dən köçmüş ailələrin (qərara əlavə olunmuş siyahı üzrə) daimi qeydiyyatına razılıq verilmişdir. Həmin Siyahıda iddiaçının və ailə üzvlərinin də adları qeyd edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 3 ünvanında yerləşən tikiliyə dair hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 12 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamış və yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. İddiaçı 2018-ci il 12 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ün van 3 ünvanında yerləşən tikilinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçının ailəsi 1989-cu il tarixdə Ermənistandan köçərək Bakı şəhərinə gəlmişdir. Şirazlı kəndində onlara məxsus evi burda erməniyə məxsus evlə dəyişdirmək məcburiyyətində qalmışlar. Kirov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 55/465 nömrəli, 1989-cu il 25 avqust tarixli Qərarı ilə Bakı şəhərindən köçmüş vətəndaşlarla İcraiyyə Komitəsi və ya notariat kontoru tərəfindən təsdiqlənmiş qarşılıqlı razılaşma əsasında dəyişmə etmiş Ermənistan SSR-dən köçmüş ailələrin daimi qeydiyyatına razılıq verilmişdir. Artı q 28 ildir ki, iddiaçının ailəsi mübahisəli evdən istifadə edir. İddiaçının atası 2008-ci ildə, anası isə 2011-ci ildə vəfat etmişdir. Hazırda həmin evdə iddiaçı, bacısı övladı ilə və qardaşı yaşayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 iyul tarixli 2-1(81)-1998/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən tikilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli tikilini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyas iya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 oktyabr tarixli 2-1(103)-2476/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 31 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 27 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 10, 11.1, 12.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. O, iddia ərizəsində göstərilənlərə və “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21-cu maddəsinə istinad edərək şikayətin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəs i: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş ((Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sa hələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakı n dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Yuxarıda qeyd edildiyi kimi, Kirov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1958-ci il 28 aprel tarixli, 33 nömrəli “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” protokolundan çıxarışa əsasən, x2 məxsus 10-cu ünvan 1 ünvanındakı torpaq sahəsi və 1956-cı il 31 yanvar tarixli, 36 nömr əli icazə sənədi M.S.Avakyanın adına keçirilmişdir. Sonuncu həmin torpaq sahəsində yaşayış evi inşa etmiş, 1962-ci ilin mayında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən həmin daşınmaz əmlaka dair x3 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmiş, evin ünvanı ünvan 2 göstərilmişdir. Həmin pasportda mülkün yuxarıda qeyd edilən Kirov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1958-ci il 28 aprel tarixli, 33 nömrəli Qərarına əsasən M.S.Avakyana məxsus olduğu qeyd edilmişdir. Texniki pasportda, həmçinin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü (329,0 kv.m) göstərilmişdir. İddiaçı və ailəsi əvvəlki mülkiyyətçi M.Avakyan ilə yaşayış sahələrini dəyişərək, öz ailə üzvləri ilə Bakı şəhərinə köçmüş, K irov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 25 avqust tarixli, 55/465 saylı Qərarı ilə onların yaşayış sahələrinin dəyişdirilməsi rəsmiləşdirılmiş, iddiaçı və ailə üzvləri ünvan 3 ünvanına daimi qeydiyyata alınmışlar. Beləliklə, iddiaçı həmin daşınmaz əmlaka dair əvvəlki mülkiyyətçinin adına verilmiş sənədlərdən irəli gələn əldə etmə və tələb hüquqlarını hüquq varisliyi (əmlakların dəyişdirilməsi) yolu ilə əldə etmişdir. Başqa sözlə, iddiaçı tikilinin yerləşdiyi torpaq sahəsinə hüququ “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən əldə etmişdir. Tikilinin də yuxarıda istinad edilən icazə sənədlərinə əsasən qanuni yolla inşa edildiyi nəzərə alındıqda, iddiaçının İPM-in 34.1-ci maddəsindən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.8-c i maddələrindən irəli gələn tələb hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 oktyabr tarixli 2-1(103)-2476/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-402/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-402/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver