Məhkəmə qərarları › İş №2-1(102)-402/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-402/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-402/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ö dəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1605/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 5 iyul 2021-ci il tarixli, **********148016 nömrəli qərarına əsasən İddiaçı MMC barəsində səyyar vergi yoxlaması təyin edilmişdir.

2. Yoxlama 22 iyul 2021-ci il tarixdə başlanmış və 25 noyabr 2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticələri 26 noyabr 2021-ci il tarixl i, **********148518 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

3. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 yanvar 2022-ci il tarixli, **********153651 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarına əsasən İddiaçı MMC-yə 104.482,18 manat əsas vergi və 52.361,09 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, «cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarının MDSS üzrə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi» qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarına əsasən İddiaçı MMC-ə 104.482,18 manat əsas vergi və 52.361,09 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı həmin qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsinin mü ddəalarına zidd olduğundan, qanunsuz hesab edir. Belə ki, vergi orqanının hesablama əsası kimi MMC-nin e-qaimə ilə aldığı malların qarşı tərəflərdə alışında olmaması ilə əlaqədardır. Bunun nəticəsində Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşmələr qəbul edilməmiş və xərc sənədləri qəbul edilməyərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilərək əlavə mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən hal-hazırkı vergilərin hesablanmasına əsas olmuş maddələr iddiaçının əməliyyatların aparıldığı dövrdə olmamışdır. Belə ki, məsuliyyətə cəlb etmə qərarına baxdıqda açıq aydın görünür ki, AR Vergi Məcəlləsinin 109.9 və 175.10-cu maddələri həmin Məcəlləyə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrə li Qanununa əsasən əlavə edilmişdir. Yəni, vergi ödəyicisi belə çıxır ki, qanunvericiliyə edilmiş dəyişiklikləri qabaqcadan görməli və ona uyğun hərəkət etməli idi. Bundan başqa, riskli əməliyyatlar anlayışının özü 2020-ci ildə müəyyən edilmişdir. Belə ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı 28 iyul 2020-ci ildə qəbul edilmişdir. Belə olan halda hansı əməliyyatın riskli, hansının əmtəəsiz kimi qiymətləndirilməsi vergi orqanları tərəfindən faktiki sübut edilməli idi. Lakin vergi orqanı sonrakı qanunvericiliyi İddiaçı MMC-yə birbaşa tətbiq etmişdir.

7. İddiaçı MMC bütün bunları vergi orqanına məsuliyyət qərarı qəbul edilməmişdən qabaq bildirmişdir. Lakin vergi orqanı heç bir əsas gətirmədən ona verg iləri hesablamışdır. Bundan başqa, İddiaçı MMC Dövlət Neft Şirkətinin Metanol Zavodunu mallar ilə təchiz edir. Vergi orqanının mövqeyinə görə MMC əmtəəsiz əməliyyat aparmışdır. Belə olan halda, vergi orqanlarının hüququ vardır ki, qarşılıqlı sürətdə yoxlama ilə bağlı Metanol zavoduna sorğu ilə müraciət etsin və onlara mal təchiz edilib-edilməməsini müəyyənləşdirsin. Qarşı tərəfin mal alışının olmaması ilə bağlı isə bildirilməlidir ki, İddiaçı MMC Vergi Məcəlləsində müəyyən edilmiş qaydada e-qaimə və hesab faktura ilə malları almışdır. Müqavilələr, təhvil-təslim aktları var. Həmin mallar isə sonradan Zavoda təqdim edilmişdir. Həmin malların qarşı tərəfin alışında olmaması isə artıq İddiaçı MMC-nin nöqsanı kimi qəbul edilə bilməz. Vergi orqanı həmin müəssisələri yoxlayarkən onlardan soruşmal ıdır ki, həmin malları onlar hardan almışdır, bazardan alıb, kimdənsə götürüb və.s. Yəni, İddiaçı MMC digər şəxsin uçotsuz mal satışı və alışına görə cəzalandırıla bilməz. Vergi orqanı bütün bu nüansları nəzərə almadan iddiaçıya qanunsuz vergilər hesablamışlar. Vergi orqanına hər hesabat dövrləri üzrə mənfəət və ƏDV bəyannamələri təqdim edilmişdir və bütün hesabatlar kameral vergi yoxlamasından keçmiş və hər hansı uyğunsuzluq gəlməmişdir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmçinin Məcəllənin 175-ci maddəsinə uyğun olaraq bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün mal ların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 56.1-ci ma ddəsinin tələbləri nəzərə alınmaqla 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə İddiaçı MMC faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparıldı. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənə dlər vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmişdir. Yoxlama ilə 2018 – 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələbləri pozulmuşdur. Vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı üzrə hərəkəti barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən İddiaçı MMCnin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2018 və 2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərə aid ed ilən məbləğlər üzrə Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələblərinin pozulması, eyni zamanda təsdiqedici sənədlərin yoxlamaya qismən təqdim edilməsi ilə əlaqədar olaraq gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmamışdır.

9. Belə ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən 15 sentyabr 2018-ci il tarixli, 003 nömrəli alqı-satqı müqaviləsi, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 44.200 manat olan 13.000 ədəd “Reaktiv metanol üçün tara şüşə 1 İt” və ƏDV-siz dəyəri 198.290 manat olan 25.100 ədəd ‘Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən (VÖEN **********) 14 sentyabr 2018ci il tarixli 002 nömrəli alqı-satqı müqaviləsi, 24 sentyabr 2018-ci il tarixli EAAM 272378 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 68.000 manat olan 1 ədəd “Qapaq bağlayan aparat” və ƏDV-siz dəyəri 81.600 manat olan 1 ədəd “Yaxalama aparatı”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarixli 004 nömrəli alqı-satqı müqaviləsi, 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarixli 005 nömrəli alqı-satqı müqaviləsi, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 18.258 manat olan 5.370 ədəd “tünd rəngli şüşə tara 1ltr” və ƏDV-siz dəyəri 74.023 manat olan 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” alınması göstərilmişdir.

10. Bununla əlaqədar olaraq, "xxxx" MMC-dən 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında alınmış ƏD V-siz dəyəri 198.290 manat təşkil edən 25.100 ədəd “Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF əsasında alınmış ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında alınmış ƏDV-siz dəyəri 74.023 manat təşkil edən 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” (cəmi 395.000 manat) İddiaçı MMC tərəfindən təqdim edilmiş 2018-ci il mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin 221.4-cü malın dəyəri sətri üzrə xərclərə aid edilmişdir. Bundan başqa, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında "xxxx" MMC-dən alınmış ƏDV-siz dəyəri 44.200 manat təşkil edən 13.000 ədəd “Reaktiv metanol üçün tara şüşə 1 litr”, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında "xxxx" MMC-dən alınmış ƏDV- siz dəyəri 18.258 manat təşkil edən 5.370 ədəd “tünd rəngli şüşə tara 11tr” (cəmi 62.458 manat) İddiaçı MMC tərəfindən təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin 221.4-cü malın dəyəri sətri üzrə xərclərə aid edilmişdir. Lakin alqı-satqı sənədlərində qeyd olunmuş malların, o cümlədən 13.000 ədəd reaktiv metanol üçün 1 litrlik tara şüşə və 25.100 ədəd reaktiv metanol üçün 2,5 litrlik tara şüşənin "xxxx" MMC tərəfindən, 1 ədəd qapaq bağlayan aparat və 1 ədəd yaxalama aparatının "xxxx" MMC tərəfindən, 15.530 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən, 5.370 ədəd 1 litrlik tünd rəngli şüşə taranın və 9.3 70 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən alışı uçot-baza məlumatlarına (EOF, EVHF və gömrük məlumatlarına) əsasən öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ƏDV-siz dəyəri 242.490 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 149.600 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 122.687 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 92.281 manat, ümumilikdə cəmi ƏDV-siz dəyəri 607.058 manat təşkil edən əməliyyatlar zamanı mallar faktiki olaraq həmin müəssisələr tərəfindən təqdim edilməmiş və əmtəəsiz əməliyyatlar aparılmışdır.

11. Buna görə də yuxarıda qeyd olunan əməliyyatlar yoxlama ilə Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələblərinə müvafiq olaraq 2018 və 2019-cu illər üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərc lərə aid edilmədi. 2018-ci il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Nəticədə yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergitutma məqsədləri üçün mənfəətinin (həmçinin vergiyə cəlb edilən mənfəəti) 66.250 manat və mənfəət vergisinin 13.250 manat olması müəyyən edilmiş, 2018-ci il üzrə büdcəyə əlavə olaraq 13.125,60 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixl i 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Nəticədə yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergitutma məqsədləri üçün mənfəətinin 14.583,33 manat, azadolmalar və güzəştlər (Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə müvafiq olaraq) üzrə 10937,50 manat, mənfəət üzrə azadolma, güzəşt və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəətinin 3.645,83 manat və mənfəət vergisinin 729,17 manat olması müəyyən edilmiş, 2019cu il üzrə büdcəyə əlavə olaraq 716,56 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı üz rə hərəkəti barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən İddiaçı MMC-nin 2020-ci il üzrə mənfəət vergisi üzrə zərər məbləğinin 27868,96 manat və nəticədə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozulmaqla 2020-ci il mənfəət vergisi bəyannaməsi üzrə zərər məbləğinin 14,90 manat artıq hesablanması müəyyən edilmişdir.

12. Beləliklə, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108, 109 və 130-cu maddələrinin tələbləri pozulmaqla mənfəət vergisinin 2018-ci il üzrə 13.125,60 manat və 2019-cu il üzrə 716,56 manat olmaqla, cəmi 13.842,16 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstər ilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış 13.842,16 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 6.921,08 manat (o cümlədən 2018-ci il üzrə 6.562,80 manat və 2019-cu il üzrə 358,28 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, vergi orqanında olan uçot-baza məlumatları və bank əməliyyatları barədə məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi əvəzləşdirilən ƏDV-nin düzgün müəyyən olunmaması ilə bağlıdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əvəz ləşmələrin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu araşdırılmış və vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir.

13. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrinin 308-ci sətrində (Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar (1 yanvar 2020-ci il tarixdən elektron qaimə fakturalar) nağdsız qaydada ödənilmiş məbləğ üzrə cəmi ƏDV məbləği 90.640,02 manat artıq hesablanmışdır. Belə ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən 15 sentyabr 2018-ci il tarixli 003 nömrəli alqı-satqı müqaviləsi, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF və 4 sentyabr 2018-ci il tarixli HU 288797 nömrəli EVHF əsasında cəmi ƏDV-siz dəyəri 242.490 manat olan 13.000 ədəd “Reaktiv metanol üç ün tara şüşə 1 İt” və 25.100 ədəd “Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən 14 sentyabr 2018-ci il tarixli 002 nömrəli alqı-satqı müqaviləsi, 24 sentyabr 2018-ci il tarixli EAAM 272378 nömrəli EQF və 29 sentyabr 2018-ci il tarixli HU 760055 nömrəli EVHF əsasında cəmi ƏDV-siz dəyəri 149.600 manat olan 1 ədəd “Qapaq bağlayan aparat” və 1 ədəd “Yaxalama aparatı”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarixli 004 nömrəli alqı-satqı müqaviləsi, 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF və 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF əsasında ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən 30 noyabr 2018-ci il tarixli 005 nömrəli alqı-satqı müqaviləsi, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF və 29 dekabr 2018-ci il tarixli HW 550602 nömrəli EVHF əsasında ƏDV-siz dəyəri 92.281 manat olan 5.370 ədəd “tünd rəngli şüşə tara 11tr” və 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” alınması göstərilmişdir.

14. Bununla əlaqədar olaraq, İddiaçı MMC tərəfindən 4 sentyabr 2018-ci il tarixli HU 288797 nömrəli EVHF üzrə 43.648,20 manat və 29 sentyabr 2018-ci il tarixli HU 760055 nömrəli EVHF üzrə 24.922,80 manat olmaqla, 2018-ci ilin sentyabr ayında cəmi 68.571 manat, 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF üzrə 2018ci ilin dekabr ayında 22.069,02 manat, nəticədə 90.640,02 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Lakin alqı-satqı sənədlərində qeyd olunmuş malların, o cümlədən 13.000 ədəd reaktiv metanol üçün 1 litrlik tara şüşə və 25.100 ədəd reaktiv metanol üçün 2,5 litrlik tara şüşənin "xxxx" MMC tərəfindən, 1 ədəd qapaq bağlayan aparat və 1 ədəd yaxalama aparatının "xxxx" MMC tərəfindən, 15.530 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən, 5.370 ədəd 1 litrlik tünd rəngli şüşə taranın və 9.370 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən alışı uçot-baza məlumatlarına (EQF, EVHF və gömrük məlumatlarına) əsasən öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ƏDV-siz dəyəri 242.490 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 149.600 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 122.687 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 92.281 manat, ümumilikdə cəmi ƏDV-siz dəyəri 607.058 manat təşkil edən əməliyyatlar zamanı faktiki olaraq mallar təqdim edilməmiş və əmtəəsiz əməliyyatlar aparılmış dır. Buna görə də 2018-ci ilin sentyabr ayında 4 sentyabr 2018ci il tarixli HU 288797 nömrəli EVHF üzrə 43.648,20 manat və 29 sentyabr 2018-ci il tarixli HU 760055 nömrəli EVHF üzrə 24.922,80 manat, 2018-ci ilin dekabr ayında 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF üzrə 22.069,02 manat, nəticədə yoxlama ilə əhatə edilən dövr üzrə cəmi əvəzləşdirilməsi həyata keçirilmiş 90.640,02 manat ƏDV məbləği üzrə əvəzləşmələr yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Yoxlama ilə ƏDV bəyannamələrinin 324-cü sətri üzrə büdcəyə ödənilməli ƏDV məbləğinin 2018-ci ilin sentyabr ayı üzrə 68.589 manat, 2018-ci ilin dekabr ayı üzrə 35.775 manat və 2019cu ilin aprel ayı üzrə 4.824,15 manat olmaqla, yoxlama ilə əhatə edilən dövr üzrə cəmi 109.188,1 5 manat olması müəyyən edilmişdir.

15. Beləliklə, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV məbləğinin 90.640,02 manat əskik (o cümlədən 2018-ci ilin sentyabr ayı üzrə 68.571 manat və 2018- ci ilin dekabr ayı üzrə 22.069,02 manat) hesablanması müəyyən edilmiş və büdcəyə əlavə olaraq 90.640,02 manat ƏDV məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış 90.640,02 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 45.320,01 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin 4-cü rüb ü üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalar öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, məcburi dövlət sosial sığorta məbləği 2019-cu ilin 4-cü rübü üzrə 62,50 manat artıq hesablanmışdır. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən maliyyə sanksiyası: Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən 2018-ci ilin 2ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi, 2018-ci ilin 2-ci rübü üzrə MDSS – işə götürənlər muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) hesabatı və 2018-ci ilin 2-ci rübü üzrə işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə cəmi 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

16. Bakı İnzibati Məhkəməsin in 2-1(112)-6613/2022 nömrəli, 5 noyabr 2022-ci il qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********153651 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı “məcburi dövlət sosial sığorta haqları üzrə 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır.

17. Məhkəmə hesab etmişdir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilər Vergi Məcəlləsinin 109.9, 175.1, 175.9, 175.11-ci maddəl ərinin hazırda qüvvədə olan tələblərini rəhbər tutularaq 2018 və 2019-cu illər üzrə əməliyyatlara münasibətdə hesablanmışdır. Lakin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin sadalanan müddəaları 1 yanvar 2020-ci il tarixdən qüvvədədir və bu müddəaların İddiaçı MMC-nin 2018 – 2019-cu illər üzrə fəaliyyətinə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir.

18. Qeyd olunan xüsusatların məcmusunda məhkəmə hesab edir ki, İddiaçı MMC-yə 90.640,02 manat məbləğdə ƏDV və 104.482,18 manat məbləğdə mənfəət vergisi hesablanması, həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi «İnzibati icraat haqqında» Qanununun 11.1, 16.1, 24, 58-ci maddələrinin, eləcə də Vergi Məcəlləsinin 58, 67-ci maddələrinin tələblərinin pozulm ası kimi qiymətləndirilməlidir. Odur ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələri üzrə yuxarıda qeyd olunan əsaslarla qəbul etdiyi **********153651 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı həmin hissələrdə qanunsuz sayılmalıdır.

19. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarı müvafiq hissədə qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1605/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

25. Əlavə olaraq bildirir ki, səyyar vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iddiaçı müəssisənin vəzifəli şəxsi barəsində xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

26. Nəzərə çatdırılır ki, yuxarıda qeyd edilən cinayət işinin ibtidai araşdırılması çərçivəsində istintaq orqanının qərarına əsasən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8287 nömrəli ekspert rəyi ilə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin məbləğinin ümumilikdə 104419,68 manat (2018-2019-cu illər üzrə 13842,16 manat mənfəət vergisi az, 2018-ci ilin sentyabr, dekabr ayları üzrə 90640,02 manat ƏDV az, eləcə də 2019-cu ilin 4-cü rübü üzrə 62,50 manat məcburi dövlət sosial sığorta haqları artıq olmaqla) olduğu müəyyən edilmişdir.

27. Səyyar vergi yoxlaması zamanı əks edilmiş faktlar üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən cinayət işinin istintaqı zamanı iş üzrə İddiaçı MMC-nin əməliyyat apardığı hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin direktorları və faktiki rəhbərləri şahid qismində dindirilmiş, onların verdiyi ifadələrdən əmtəəsiz əmə liyyatlarının mövcudluğu bir daha təsdiq edilmişdir.

28. Həmçinin bildirir ki, vergi ödəyicisi vergi məbləğini ödəmiş və cinayət işinin icraata xitam verilməsi barədə ərizə ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixli qərarla CPM-in 40.4-cü maddəsinə əsasən bəraətverici olmayan əsasla cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin ərizədə iddiaçının direktoru vergilərin yayındırılması faktını təsdiq etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyə n edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının n əticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edi lir. Maddə 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1 vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri 67.1.2. vergi ödəyicisin in gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar 67.1.3. Vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahid ələrin nəticələri, 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlir dən çıxılır. Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi hə min əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.9. Qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

31. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunve riciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. 3

8. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

39. İşin hallarına əsasən qeyd edilməlidir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin 2018-2021-ci illər üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmış, xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 19 yanvar 2022-ci il tarixli, **********153651 nömrəli qərar qəbul edilərək iddiaçıya 2018-2019-cu il üzrə mənfəət vergisi, 2018-ci il üzrə əlavə dəyər vergisi və 2018-ci ilin 2-ci və 3-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyası hesablanmış, müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir.

40. Belə ki, hazırkı mübahisəyə münas ibətdə iddiaçının hüquqi marağı “cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19 yanvar 2022-ci il tarixli, **********153651 nömrəli qərarının MDSS üzrə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsinə yönəlmişdir.

41. Hazırkı qərarın 47-ci bəndindən qeyd edilən işin hallarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar 2018-2019-cu illərə aiddir.

42. Bununla bağlı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, vergi orqanının istinad etdiyi VM-nin 109.9-cu (Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) də yəri bu Məcəllənin 14-cü, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır) və 175.11-ci (Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) maddələri VM-nə 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu əsasən 2020-ci ilin yanvarın 1-dən əlavə edilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında NK qərarı isə 28 iyul 2020-ci ildə qəbul edilmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, vergi orqanı tərəfindən qanunvericiliyin tətbiqində səhvə yol verilmişdir.

44. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, vergi orqanı vergi ödəyicisinin əldə etdiyi malların satan vergi ödəyicilərində alış sənədlərinin olmamasına istinad edir, halbuki vergi ödəyicisi kimi hazırkı iddiaçının alınan malların satıcı tərəfindən kimdən və haradan əldə edilməsini müəyyən etmək kimi bir öhdəliyi olmamışdır. Həmçinin, əməliyyatlar aparılan zamanı sözügedən vergi ödəyiciləri riskli vergi ödəyiciləri sırasına daxil edilməmişdir.

45. Eyni zamanda apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, vergi orqanı İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ədv-siz dəyəri 242490,00 manat, "xxxx" MMC-dən ədv-siz dəyəri 149600,00 manat, "xxxx" MMC-dən ədv-siz dəyəri 122687,00 manat, "xxxx" MMC-dən ədv-siz dəyəri 92281,00 manat ümumilikdə cəmi ƏDV-siz dəyəri 607058,00 manat təşkil edən əməliyyatlar zamanı faktiki olaraq malların tə qdim edilmədiyini və əmtəəsiz əməliyyatlar aparıldığını bildirsə də, iddiaçı tərəfindən müvafiq olaraq alqı-satqı müqavilələri, elektron qaimələr, hesab fakturalar, bank hesabından çıxarışları təqdim edilmişdir. Odur ki, sübutetmə yükü daşıyan inzibati orqan qeyd edilənləri sübuta yetirə bilməmişdir.

46. Beləliklə hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 19 yanvar 2022-ci il tarixli, **********153651 nömrəli qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir.

47. Nəzərə alınmalıdır ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1605/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar