Azərbaycan₄Respublikası₄adından Qərar Bakı₄şəhəri İş₄№₄2-1(102)-4026/2025 15.04.2026 ALI₄MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI (Açar sözlər: güzəştli şərtlərlə pensiya təyinatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət₄tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə₄yazılı₄məhkəmə₄icraatı₄qaydasında₄baxaraq₄aşağıdakı₄qərarı₄qəbul₄etdi. IŞIN HALLARI
1. Iddiaçı ##.##.1969-cu il tarixdə anadan olmuşdur. O, ##.##.1982-ci ildən Əli Bayramlı (indiki Şirvan) Cihazlar zavodunda “tornaçı” kimi əmək fəaliyyətinə başlamış, 1983-1985-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş, ##.##.1986-cı ildən Əli Bayramlı “Cihazlar” zavodunda “cilalayıcı” peşəsində əmək fəaliyyətini davam etdirmiş, ##.##.2007-ci il tarixdən “Telemexanika” zavodunda “pardaqçı” peşəsinə keçirilmiş, hal-hazıradək həmin peşədə₄işləyir.
2. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2023-cü il tarixli, ***/**-*** nömrəli arayış-açılışından görünür ki, ## ######## 1963-cü il təvəllüdlü iddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun Alətlər sexinə ***K saylı ## ###### 1982-ci il tarixli əmrlə 4-cü dərəcəli tornaçı peşəsi işinə qəbul edilmiş, hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq ## ####### 1983-cü il tarixli *** saylı əmrlə işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Əli Bayramlı şəhər “Cihazlar” zavodunun Alətlər sexində ## ###### 1986-cı il tarixli ** saylı əmrlə 4-cü dərəcəli cilalayıcı peşəsində işə başlamış, ## #### 1995-ci il tarixli ** saylı əmrlə 5-ci dərəcəli cilalayıcı peşəsinə keçirilmiş, ## ####### 2005-ci il tarixli 134 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. ## ### 2007ci il tarixli 115 K saylı əmrlə Müdafiə Sənayesi Nazirliyinin “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mexaniki emal və alətlər sexinə 4-cü dərəcəli pardaqçı peşəsinə qəbul edilmiş, ## ##### 2010-cu ildə ** saylı əmrlə 5-ci dərəcəli, ## ###### 2015-ci il tarixli *** saylı əmrlə 6-cı dərəcəli pardaqçı peşəsinə keçirilmiş, hal-hazırkı tarixədək Mexaniki emal və alətlər sexində pardaqçı peşəsində işləyir. Iddiaçının bu iş yerində güzəştli iş stajı 16 il ₄04₄ay₄olmaqla,₄ümumi₄iş₄stajı₄37₄il₄03₄ay₄təşkil₄edir.₄
3. “xxxx” QSC “xxxx” X1 MMC “Telemexanika” zavodunun ## #### 2024-cü il tarixli, ***/**-*** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Müdafiə Sənayesi Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi ümumi iş stajı 38 il 16 gün təşkil edir. Bunun da 17 il₄01₄ayı₄güzəştli₄iş₄stajı₄hesab₄olunur.
4. Iddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir (daxil olma ## ####### 2023 və ## ###### 2024-cü illər), iddiaçının müraciətinə cavabdeh tərəfindən aidiyyəti üzrə baxılaraq ## ###### 2023-cü il tarixli və ## ###### 2024-cü il tarixli məktublarla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş “xxxx” MMCnin iddiaçıya dair ## ###### 2023-cü il tarixli arayışında ## ### 2007- ## ######## 2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniki emal və alət sexində pardaqçı vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinfi, həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsi barəsində hər hansısa məlumat göstərilməyib. Buna görə₄də₄iddiaçının₄güzəştli₄iş₄stajını₄müəyyən₄etmək₄mümkün₄deyil.₄₄
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı tarixdən, yəni ##.##.2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.₄
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi pardaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ vardır. ## ######## 2023-cü ildə 60 yaşı tamam olmuşdur. Cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda güzəştli sığorta stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının₄təyin₄edilməsindən₄imtina₄edilmişdir.
7. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilərək, iddiaçıya hüququnun yarandığı tarixdən, yəni ##.##.2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin₄cavabdehin₄üzərinə₄qoyulması₄qərar₄alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunla müəyyən edilmiş həcmdə₄həm₄ümumi,₄həm₄də₄güzəştli₄iş₄stajı₄mövcud₄olduğundan₄tələbində₄haqlıdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia₄tələbinin₄təmin₄edilməməsini₄xahiş₄etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Cahid Imanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ###### 2024-cü₄il₄tarixli₄qərarı₄ləğv₄edilmiş,₄iddia₄təmin₄edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi iddianın təmini əsası kimi işəgötürən tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışların mötəbərliyinə istinad etmiş, lakin iddiaçının çalışdığı peşə üzrə (pardaqçı) hansı sinif zərərli maddələrin tətbiq edilməsini araşdırmamışdır. Məhkəmə kollegiyasının müvafiq sorğusu əsasında müəyyən edilmişdir ki, iddiaçı 4-cü sinif zərərli maddələr tətbiq etməklə sözügedən fəaliyyətlə məşğul olmuşdur. Tərəflər arasında mübahisə iddiaçının çalışdığı pardaqçı peşəsinin güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, güzəştli iş barədə müvafiq arayış təqdim etmiş müəssisə bu məsələyə aydınlıq gətirmiş və bu əsasla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 11.14. “Metal emalının digər peşələri a) Fəhlələr. 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar” peşəsinə uyğun gəlmir.”
12. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və₄iddianın₄təmin₄edilməsi₄barədə₄yeni₄qərar₄qəbul₄edilməsini₄xahiş₄etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:
13. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin iddiaçının təqdim etdiyi sübutlara, eləcə də Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2023-cü il tarixli, ***/**-*** nömrəli arayış-açılışına, “xxxx” QSC “xxxx” X1 MMC-nin “Telemexanika” zavodunun məhkəməyə ünvanladığı ## #### 2024-cü il tarixli, ***/**-*** nömrəli məktubuna, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X1 X2nin məhkəməyə ünvanladığı ## ###### 2024-cü il tarixli, ***/**-*** nömrəli məktubuna istinad edərək iddiasının əsaslı olması qənaətinə gəlməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi isə yalnız bir əsasla onun 4-cü sinif zərərli maddələr tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olduğu üçün onun güzəştli₄iş₄stajının₄olmaması₄qənaətinə₄gəlmişdir.
14. Məhkəmə bu qənaətə gələrkən “xxxx” QSC “xxxx” X1 X2 tərəfindən verilmiş ## #### 2025-ci il tarixli sorğuya cavaba istinad etmişdir. Həmin sorğuda iddiaçının işlədiyi pardaqçı peşəsinin insan orqanizmi üçün hansı zərərlərinin olduğu sadalanmış (əlavə olaraq bildirilir ki, işin zərərli olması ilə bağlı iddiaçıya illik əlavə məzuniyyət günləri verilir) və sonda metal məmulatların pardaqlanmasında istifadə edilən maddələrin 4-cü sinif zərərli maddələr olduğu qeyd edilmişdir. Lakin qeyd edilən sorğuda zərərli maddələrin təsnifatı ilə bağlı yalnız bir rus dilində olan ədəbiyyata istinad edilmişdir. Belə ki, artıq 35 ilə yaxın müddətdir ki, Azərbaycan Respublikası müstəqillik qazanmış və bu dövr ərzində sənayedə istifadə edilən zərərli maddələrin təsnifatı ilə bağlı müvafiq normativ aktlar və ya qaydalar qəbul edilmişdir, lakin çox təəssüf₄ki,₄məhkəmə₄bu₄hissədə₄heç₄bir₄araşdırma₄aparmamışdır.
15. Bundan əlavə iddiaçı bildirir ki, işdə olan “xxxx” QSC “xxxx” X1 MM “Telemexanika” zavodunun məhkəməyə ünvanladığı ## #### 2024-cü il tarixli, ***/**-*** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi pardaqçı peşəsi üzrə güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri aşağıdakı kimidir: Metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi və cilalanması ilə məşğul olan peşə üzrə sosial sığorta stajına malikdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11.14-cü bəndində “metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr”in güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olması qeyd edilmişdir. Çox təəssüf ki, apellyasiya instansiya məhkəməsi bu hala da hüquqi qiymət verməmiş, iddiaçının pardaqçı kimi gördüyü işlərin yuxarıda sadalananlarla₄eynilik₄təşkil₄etməsini₄araşdırmamışdır.
16. Bununla yanaşı, bildirilir ki, iddiaçı 1986-2007-ci illərdə xxxxnda cilalayıcı vəzifəsində işləmişdir. Həmin peşənin xüsusiyyəti metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanmasından ibarət olmuşdur ki, həmin peşədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11.14-cü bəndində “metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr”₄bəndində₄nəzərdə₄tutulan₄peşə₄ilə₄gördüyü₄işlərə₄görə₄eynilik₄təşkil₄edir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək şikayətin rədd edilməsi₄xahiş₄edilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin₄təmin₄edilməsi₄dövlətin₄ali₄məqsədidir. ... Maddə 38. Sosial təminat hüququ İ₄Hər₄kəsin₄sosial₄təminat₄hüququ₄vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər₄hallarda₄sosial₄təminat₄hüququna₄malikdir. Maddə₄60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. ... ₄
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə₄7.₄Yaşa₄görə₄əmək₄pensiyasının₄təyin₄edilməsi₄şərtləri 63₄yaşına çatmış kişilərin və₄60₄yaşına çatmış qadınların₄fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25₄il₄sığorta stajı olduqda (2017-ci il ####un #-dək₄yaşa görə əmək pensiyası₄təyin₄edilmiş₄şəxslər₄istisna₄olmaqla)₄yaşa₄görə₄əmək₄pensiyası₄hüququ₄vardır.₄ Qeyd.₄Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən₄başlayaraq₄2027-ci il ####un #-dək₄hər₄il₄6₄ay₄artırılır. ₄
20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə₄67.₄Iş₄stajına₄daxil₄edilən₄əmək₄fəaliyyətinin₄növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən₄və₄müddətindən₄asılı₄olmayaraq₄ümumi₄iş₄stajına₄daxil₄edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası₄Nazirlər₄Kabineti₄müəyyənləşdirir. ₄
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən₄edilir.₄ ... Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi₄₄mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən₄komissiyalar₄tərəfindən₄həyata₄keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə₄alınır. ... Iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. ₄
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması,₄bir₄növdən₄başqa₄növə₄keçirilməsi₄və₄ödənilməsi₄Qaydası”₄ ₄ 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara₄əsasən₄müəyyən₄edilir: 4.1.1. 2006-cı₄il₄######ın₄#-dək₄olan₄dövr₄üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda₄mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;₄
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları
Sosial₄sığorta₄stajının₄hesablanması₄proseduru 3.1.₄Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı₄nəzərə₄alınan₄sığorta₄stajı₄əhatə₄etdiyi₄dövrə₄uyğun₄olaraq₄aşağıdakılardan₄ibarətdir: 3.1.1.₄Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı₄il tarixədək₄sığortaolunanların qazanılmış əmək₄pensiyası₄hüquqlarının₄nəzərə₄alınması₄üçün₄ümumi₄iş₄stajı; 3.1.2.₄Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək₄olan₄müddət₄üzrə₄sosial₄sığorta₄stajı. 3.2.₄2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş₄məlumatlara₄əsasən₄müəyyən₄edilir: 3.2.1.₄əmək₄kitabçası; ...
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə₄91.₄Mübahisə₄ilə₄bağlı₄işə₄kassasiya₄qaydasında₄yenidən₄baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini₄yoxlayır. Maddə₄94.₄Kassasiya₄şikayətinin₄verilməsinə₄dair₄tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası₄məhkəməsi₄vasitəsi₄ilə₄verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli₄və₄şikayət₄əsaslandırılmalıdır. 94.4.₄Şikayətin₄əsaslandırma₄hissəsində₄şikayəti₄verən₄şəxsin₄tələbi₄göstərilməlidir. Maddə₄96.₄Ali₄Məhkəmədə₄icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə₄proses₄iştirakçılarına₄məlumat₄verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş₄şikayətlə₄tələb₄edilən₄həddə₄(həcmdə)₄dəyişdirilə₄bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati₄mübahisələrə₄dair₄iş₄üzrə₄qərarı₄qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə₄göndərilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən₄aşağıdakı₄əsasların₄qeyd₄olunmasını₄zəruri₄hesab₄edir.
29. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti₄vəzifəsindən₄irəli₄gəlir.
30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərardad qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
28. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı ##.##.1986-cı ildən Əli Bayramlı “Cihazlar” zavodunda çalışdığı cilalayıcı və ##.##.2007-ci il tarixdən xxxxnda pardaqçı₄peşəsi₄üzrə₄ona₄güzəştli₄şərtlərlə₄pensiya₄təyin₄edilməsinə₄nail₄olmaqdır.
29. Cavabdehin imtina əsasları iddiaçının pardaqçı vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələrin təhlükəlilik sinfinin ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 11.14. “Metal emalının digər peşələri a) Fəhlələr. 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar”₄peşəsinə₄uyğun₄gəlməməsi₄ilə₄bağlıdır.
30. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X1 X2nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “İddiaçı peşəsinin xüsusiyyətlərinə uyğun polad məmulatlarından hazırlanmış alətlərin pardaqlanması,₄yonulması,₄kəsilməsi₄və₄cilalanması₄əməliyyatlarını₄yerinə₄yetirir.₄ İddiaçı çalışdığı pardaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın 11.14cü bəndinə əsasən güzəştli iş stajı hesab edilməsi bildirilmişdir. Sözügedən siyahıda “3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar” nəzərdə tutulmuşdur. Gigiyenik təcrübədə orqanizmə təsir dərəcəsinə görə ən çox istifadə olunan təsnifat: Zərərli maddələr təhlükəliliyinə görə dörd sinifə bölünür. (DÜIST 12.1.007-76) 1-ci fövqəladə təhlükəli maddələr 2-ci yüksək təhlükəli maddələr 3-cü orta təhlükəli maddələr 4-cü az təhlükəli maddələr Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasına tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəkilində olan abraziv materialları misal çəkmək olar. Prosses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girəcək kiçikcik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahında yerinə yetirilir. Daşlar (qıl, spat) və pardaq dənəciklərinin (korund, kvars, almaz, bromtrid və s.) qarışığından hazırlanır. Düzləndirmə kimi pardaq dairələri almaz ucluqlardan və ya bornitrid dairələrdən və abraziv materiallardan istifadə olunur. Abraziv materiallar təbii alminium oksid kristallarından kvars, sumbata, korund və almaz korunddan ibraətdir. Süni abraziv materiallar (silisium, karbit, bor karbidi, süni almaz) və s. qara silisin karbidi (5s) silisium karbonla birləşməsidir. Qeyri-metal materialların emalında və pardaq dairələrin düzləndirilməsində istifadə olunur. Adı çəkilən materiallar 4-cü sinif zərərli maddələr sırasına aiddir və istifadə zamanı metalın tərkibindən ayrılan toz, yonqar qırıntıları zərərli maddə kimi gözün çirklənməsinə yuxarı tənəffüz yollarının və ağ ciyərlərin zəfələnməsinə, mədə bağırsaq traktına səbəb olur.” Qeyd edilən məktub hazırlanarkən rus ədəbiyyatına “(вредние вещетва в₄промышленности”₄II₄hissə)₄istinad₄edilmişdir.
31. Nəzərə almaq lazımdır ki, maddələrin zərərlilik dərəcələri əsasən onların insan sağlamlığına və ətraf mühitə təsirinə görə müəyyən olunur. Bu təsnifat daha çox toksiklik anlayışı₄ilə₄bağlıdır.
32. “Pardaqçı”lar (cilalama, parlatma və səth işləmə ilə məşğul olan ustalar) müxtəlif kimyəvi maddələrdən istifadə edirlər. Bu maddələrin zərərlilik dərəcəsi onların tərkibinə və istifadə₄şəraitinə₄görə₄dəyişir₄və₄toksiklik₄prinsipləri₄ilə₄qiymətləndirilir.
33. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən yuxarıda qeyd edilən arayışa istinad etmiş və qeyd etmişdir ki, “tərəflər arasında mübahisə iddiaçının çalışdığı pardaqçı peşəsinin güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Iddiaçının çalışdığı güzəştli iş barədə müvafiq arayış təqdim etmiş müəssisə bu məsələyə aydınlıq gətirmiş və bu əsasla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 11.14. “Metal emalının digər peşələri a) Fəhlələr. 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar” peşəsinə uyğun gəlmir.”
34. Məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məktubda zərərli maddələrin təhlükəliliyinə görə dörd sinifə bölünməsindən, pardaqlama peşəsində istifadə olunan bir neçə zərərli maddədən bəhs edilsə də, iddiaçının peşəsinin icrası zamanı konkret olaraq bu zərərli maddələrdən hansından istifadə₄etməsi₄konkret₄olaraq₄qeyd₄edilməmişdir.₄
35. Bundan başqa məktubda rus ədəbiyyatına istinad edilərək pardaqlamanın daşlarının (qıl, spat) və pardaq dənəciklərinin (korund, kvars, almaz, bromtrid və s.) qarışığından hazırlandığı, düzləndirmə kimi pardaq dairələrin almaz ucluqlardan və ya bornitrid dairələrdən və abraziv materiallardan istifadə olunduğu qeyd edilmişdir. Abraziv materialların təbii alminium oksid kristallarından kvars, sumbata, korund və almaz korunddan ibarət olduğu, süni abraziv materialların (silisium, karbit, bor karbidi, süni almaz) və s. qara silisin karbidi (5s) silisium karbonla birləşməsinin olması, lakin adı çəkilən materialların 4-cü sinif zərərli maddələr sırasına₄aid₄olduğu₄göstərilməklə₄qeyri-müəyyənlik₄yaratmışdır.
36. Belə ki, məhkəmə kollegiyası xüsusi sahəyə aid ümumi məlumatlara əsaslanaraq qeyd edir ki, pardaq işlərində istifadə olunan kvars, korund, almaz, bor nitrid, silisium, silisium karbid, bor karbidi və süni almaz kimi maddələr əsasən abraziv materiallardır və səthlərin cilalanması, hamarlanması və kəsilməsi üçün tətbiq olunur. Bu maddələrin zərərlilik dərəcəsi onların kimyəvi xüsusiyyətlərindən çox, fiziki vəziyyətindən, xüsusilə toz halında olmasından asılıdır.₄Onların₄insan₄sağlamlığına₄təsiri₄toksiklik₄prinsipləri₄əsasında₄qiymətləndirilir.
37. Bunlardan kvars (SiO₄) bu maddələr arasında ən təhlükəlilərdən biridir. Onun tozu tənəffüs yolu ilə orqanizmə daxil olduqda ağciyərlərdə yığılıb ciddi peşə xəstəliyi olan silikoz yaradır. Buna görə kvars yüksək zərərlilik dərəcəsinə, yəni II dərəcəyə aid edilir. Korund (Al₄O₄), silisium (Si), silisium karbid (SiC) və bor karbidi (B₄C) isə orta zərərlilik dərəcəsinə (III dərəcə) daxildir. Bu maddələr kimyəvi cəhətdən nisbətən sabit olsalar da, onların toz hissəcikləri tənəffüs yollarını qıcıqlandıra və uzun müddətli təsirdə sağlamlığa mənfi təsir göstərə₄bilər.
38. Bor nitrid (BN) adətən orta və az zərərlilik dərəcələri arasında (III–IV dərəcə) qiymətləndirilir. Onun da əsas riski toz halında nəfəsə alınması ilə bağlıdır. Almaz və süni almaz isə kimyəvi baxımdan çox sabit və inert maddələrdir. Buna görə onlar az zərərlilik dərəcəsinə (IV dərəcə) aid edilir və əsas təhlükə yalnız mexaniki təsir və ya tozun tənəffüsə daxil₄olması₄ilə₄bağlı₄olur.
39. Ümumilikdə bu maddələrin böyük əksəriyyəti kimyəvi baxımdan aktiv və ya zəhərli olmasa da, istehsalat şəraitində əmələ gələn toz hissəcikləri əsas təhlükə mənbəyidir. Xüsusilə çox xırda hissəciklər ağciyərlərə daha dərindən nüfuz edərək uzun müddətdə ciddi sağlamlıq problemləri yarada bilər. Bu səbəbdən maddələrin zərərlilik dərəcəsi toksikologiya sahəsində müəyyən edilərkən onların havadakı konsentrasiyası, hissəcik ölçüsü, təsir müddəti və orqanizmə₄daxil₄olma₄yolu₄kimi₄amillər₄nəzərə₄alınır.
40. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən iddiaçının iş prosesi zamanı istifadə etdiyi maddələrin konkret dairəsini müəyyən etmək məqsədilə işəgötürəndən ətraflı arayış əldə etməli, həmin maddələrin zərərlilik dərəcələri dəqiqləşdirilməlidir. Yalnız bu halda iddiaçının iddia tələbinə münasibətdə dəqiq mövqe sərgiləmək mümkündür. Qeyd edilən suallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmalı, iddia tələbinin təmin edilməsi üçün xüsusilə əhəmiyyət kəsb edən həmin hallar müəyyən edilməli, bundan sonra iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməlidir. Bu zaman ehtiyac olduğu təqdirdə müvafiq ekspertizanın₄təyin₄edilməsi₄də₄istisna₄edilməməlidir.
41. Bundan əlavə, hazırkı işdə iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunmasını tələb edərkən nəinki pardaqçı işlədiyi dövrün, həmçinin onun 1986-2007-ci illərdə cilalayıcı işlədiyi₄dövrün₄də₄zərərli₄iş₄stajı₄kimi₄qiymətləndirilməsi₄arzusundadır.₄
42. Odur ki, işin təkrar apelyasiya baxışı zamanı iddiaçının 1986-2007-ci illərdə cilalayıcı işlədiyi₄dövrün₄də₄zərərli₄iş₄stajı₄olaraq₄qəbul₄edilməsinin₄mümkünlüyü₄də₄yoxlanılmalıdır.
43. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin₄edilməsi₄hissəsində₄şikayət₄təmin₄olunmamalıdır.
44. Yuxarıda₄göstərilənlərə₄əsasən₄məhkəmə₄kollegiyası
QƏRARA ALDI:
Iddiaçının₄kassasiya₄şikayəti₄qismən₄təmin₄edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ####### 2025-ci₄il₄tarixli₄qərarı₄ləğv₄edilsin. Iş₄təkrar₄baxılması₄üçün₄Şirvan₄Apellyasiya₄Məhkəməsinə₄göndərilsin. Kassasiya₄şikayəti₄qalan₄hissədə₄təmin₄edilməsin.