Məhkəmə qərarları › İş №2-1(102)-403/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-403/2019

12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-403/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin Cavabdeh-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-403/2019) Bakı şəhəri 12 fevral 2019-cu il 12.02.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh MMC-nin vəkili Vəkil2 iştiraki ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin Cavabdeh-yə qarşı borcun tutulması haqqında i ddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarından cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsi Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nın 01 oktyabr 2016-cı il tarixə 18.300,12 manat (əsas borc – 14.781,09 manat, peniya – 3.519,03 manat) məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun onun fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçı İdarənin xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş № 2-1(82)-2551/2017) iddianın qismən təmin edilməsi; Cavabdeh-nin 01.10.2016-cı il tarixə 18.300,12 manat (əsas borc 14.781,09 manat, peniya 3.519,03 manat) məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun əmlakının satılması yolu ilə iddiaçı İdarənin xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)-1375/2018) cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qəra rdan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi işin yeni apellyasiya baxışına qaytarlımasına dair qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur, nəticədə əsassız və qanunsuzqərar qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə obyektiv və ədalətli qərar qəbul etmək məqsədi ilə ilk növbədə iddiaçı İdarənin iddiasının əsasını təşkil edən hallara dair irəli sürdüyü dəlillərin əsaslığını yoxlamalı, bunun üçün də müvafiq ekspertiza təyin etməli idi. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsini faktlara əsasən keçirtməmiş, sübutları araşdırıb qiymətləndirərkən, onlara obyektiv, qərəzsiz, hərətrəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, buna əməl etməmiş, qərarını iddiaçı İdarənin təqdim etdiyi qeyri-mötəbər sübutların-subyektiv mülahizələrin üzərində qurmuşdur. Tərəflərin izaha tları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh MMC-nin vəkili Vəkil2 kassasiya şikayəyinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçı İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişd ir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsinin qərarında istinad edilən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 4 saylı 18.11.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanmas ı Qaydaları”nın 6.1-ci bəndinə əsasən, məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: 6.1.1. sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir; 6.1.2. hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, DSMF or qanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının DSMF orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam (Əlavə №2) verir. Sərəncam DSMF orqanının rəhbəri və aidiyyəti sektor müdiri tərəfindən imzalanır. Sərəncamların DSMF orqanında uçotu xüsusi qaydada qaytanlanmış və möhürlə təsdiq edilmiş kitabda aparılır. Sərəncam 4 nüsxədən ibarət tərtib olunur (1-ci nüsxədə vəsait ödəyiçinin hesabından silinmək üçün əsas olur və icraçı bankda və ya digər kredit təşkilatda qalır, 2-ci nüsxəsi sərəncamın icraya qəbul olunması barədə iltizam kimi icraçı bankın və ya digər kredit təşkilatının məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənir və DSMF orqanına qay tarılır, 3-cü nüsxəsi sərəncam tam və ya qismən icra olunduqdan sonra DSMF orqanına qaytarılır, 4-cü nüsxə sığortaedənə təqdim olunur); 6.1.3. sığortaedənin cari və digər hesablarında vəsait olduqda DSMF orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir; 6.1.4. sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir; 6.1.5. sığortaedənin cari, valyuta və digər hesablarında vəsait ol madıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilmədiyinə kifayət etmədikdə, DSMF orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir. Həmin Qaydaların 6.2-ci bəndinə müvafiq olaraq DSMF orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malikdir. Qanunvericiliyə müvafiq olaraq belə sığortaedənlərə (hüquqi şəxs olanlara) qarşı iddia qaldırmaq üçün onlara əvvəlcədən (sərəncam banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 60 gün sonra 30 gün müddət verilməklə) iddianın qaldırılacağı bar ədə xəbərdarlıq göndərilir. Məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları bildirişdə göstərilən müddətdə ödənilmədikdə, borcun ödənilməsi barədə fiziki şəxs olan sığortaedənlərə xəbərdarlıq bildirişdə göstərilən müddət başa çatdıqdan sonra göndərilir. Xəbərdarlıq imzaetmə yolu ilə verilir və ya sifarişli poçtla göndərilir. Xəbərdarlıqda göstərilən müddətdə borc məbləği ödənilməzsə, DSMF orqanları sığortaedənin (hüquqi şəxs statusunda olanlar) hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılması və sığortaedənin (hüquqi şəxs statusunda olanlar və fiziki şəxslər) fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün iddia ərizəsi ilə müvafiq məhkəmə orqanlarına müraciət edirlər. İddia ərizəsinə həmçinin xəbərdarlıq məktubu, məchuri dövlət sosial sığorta haqqı üzrə hesabatlar, iddia ərizəsinin cavabdehə göndərilməsini jsübut edən sənəd (poçt qəbzi) əlavə olunur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçı İdarə tərəfindən cavabdeh MMC-yə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 15, mənzil 409 ünvanına “Məcburi dövlət sosial sığorta haqqları üzrə borcun ödənilməsinə dair” 31.10.2016-cı il tarixli bildirişin göndərilməsi və bildirişin “R.N.Ekspress sürətli poçt daşıma xidməti”nə 01.11.2016-cı il tarixdə 000355 saylı qaimə ilə verilməsi; və bildirişin 02.11.2016-cı il tarixdə Nəsirov adlı şəxsə təqdim edilməsi; habelə cavabde h MMC-yə 12.01.2017-ci il tarixli iddia qaldırılacağı barədə xəbərdarlıq ilə 1 ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda iddiaçı İdarə tərəfindən qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barədə bildirilməsi; həmin xəbərdarlığın Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 15, mənzil 409 ünvanına göndərilməsi; xəbərdarlığın 13.02.2017-ci il tarixdə Nəsirov adlı şəxsə təqdim edilməsi işin materiallarında olan sənədlərlə təsdiq olunur. Həmçinin apellyasiya instansiya məhkəməsi öz qərarında belə hesab etmişdir ki, nəqədər ki, cavabdeh MMC iddiaçı İdarədə ünvan 1 ünvan üzrə qeydiyyata alınmışdı və faktiki fəaliyyət göstərdiyi ünvan barədə iddiaçı İdarəyə heç bir məlumat verməmişdi, onun dəlilləri əsassızdır və apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh MMC-nin kassasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. İlk öncə məhkəmə kollegiyası qeyd etməlidir ki, işin materiallarında olan poçt sənədlərindən aydın olur ki, 1-ci instansiya məhkəməsinin məhkəmə iclasları barədə cavabdeh MMC-yə, onun yuxarıda qeyd edilən ünvanına göndərdiyi bütün bildirişər, habelə 25.10.2017-ci il tarixli qərar ünvana çatmamışdır, cavabdeh MMC-nin məhkəmə qərarından məlumatı yalnız müvafiq icra vərəqəsi üzrə icra məmurunun həmin MMC-yə Bakı şəhəri, Yasamal rayonu, B.Bağvrova küç. ev 2 ünvanına müraciət etdiyi zaman olmuşdur. Bu vaxt cavabdeh MMC 19.04.2018-ci il tarixli ərizə ilə 1-ci instansiya məhkəməsinə müraciət edərək, h əmin məhkəmənin qərarının surətinin ona təqdim edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh MMC 23.04.2018-ci il tarixli apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. İşdə olan, apellyasiya instansiya məhkəməsinin “Apellyasiya mümkünlüyü barədə” 10.05.2018-ci il tarixli qərarından aydın olar ki, həmin məhkəmə belə hesab etmişdir ki, 1ci instansiya məhkəməsinin 25.10.2017-ci il tarixli qərarının qəbul edilməsindən 6 ay keçdikdən sonra da cavabdeh MMC şikayət vermə müddətini ötürməmişdir və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcuddur. Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, apellyasiya instansiya məhkəməsi cavabdeh MMC-nin apellyasiyasını mümkün hesab edərəkən, dolayısı yolla etiraf etmişdir ki, MMC 1-ci instansiya məhkəməsinin bildirişkərini və qəra rını, bundan əvvəl isə iddiaçı İdarənin mübahisəli bildirişini ona görə almamışdır ki, həmin ünvan MMCyə məxsus olmamışdır. Əks halda apellyasiya instansiya məhkəməsi cavabdeh MMC-nin apellyasiyasını prosessual müddətin ötürülməsi səbəbindən mümkün saymazdı. Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyində rəsmi qeydə alındığı ünvanı ünvan 2ən həmin MMC-yə göndərilən bildiriş və xəbərdarlıq MMC-yə çatmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MMC-nin ünvanının dəqiqləşdirilməsi ilə əlaqədar yeni apellyasiya araşdırılmasın ehtiyac var. Bundan başqa, kassasiya şikayətində qeyd olunur ki, cavabdeh MMC, ona hesablanmış borc məbləği ilə razı olmamışdır və bu əsasla borcun olub-olmaması məsələsinin aydı nlaşdırılması üçün müvafiq ekspertizanın təiyn edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Lakin həmin məhkəmə, MMC-nin vəsatətinə hər hansı münasibə göstərmədən, iddiaçı İdarə tərəfindən hesablanmış borcun düzgün olması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə baxacaq apellyasiya instansiya məhkəməsi bu məsələyə də dəqiq hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Mə cəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün hə min məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “”Cavabdeh” MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin Əsli ilə düzdür Ali Məhkəmənin hakimi A.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar