Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-403/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması, qiyabi təhsil, sərhədkeçmə məlumatları giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2049/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Bakı Dövlət Universitetinin B078802 nömrəli diplomuna əsasən iddiaçıya 13 iyun 2006-cı il tarixdə beynəlxalq münasibətlər ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. X11 Universitetindən iddiaçıya 31 iyul 2013-cü il tarixli ВСГ seriyalı, ******* qeydiyyat nömrəli hüquqşünas ixtisası üzrə bakalavr diplomu verilmişdir. Sözügedən diplom 26.12.2016-ci il tarixdə apostil edilmişdir. Diploma əlavədə iddiaçının oxuduğu və mənimsədiyi fənlər üzrə aldığı qiymətlər qeyd edilmişdir. 10 fevral 2012 ci il tarixdə http://www/moidagestan.ru/news/society/13300 internet saytı nda şaxtalı hava şəraitinə görə Maxaçkalada iki universitetin karantinə bağlanması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən verilmiş 27.02.2019-cu il tarixdə imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş 01.02.2019-cu il tarixli, 07.02.2019-cu il tarixli, və 15.02.2019-cu il tarixli ərizələrin, eləcə də 05.02.2019-cu il tarixli teleqramı ilə əlaqədar olaraq bildirilmişdir ki, iddiaçının 11.10.2018-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona 07.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siya hısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Məlumat üçün bildirilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. Dövlət Sərhəd Xidmətinin Sərhəd N əzarətinin məhkəməyə ünvanlandığı 17.04.2019-cu il tarixli, 33/2140 saylı məktubunda iddiaçının Azərbaycan Respublikasından çıxışı və respublika ərazisinə girişi barədə sərhədkeçmə məlumatına əsasən müəyyən olunur ki, onun 2009-2013-ci illəri əhatə edən tədris illəri ərzində qiyabi təhsil forması üçün nəzərdə tutulan hər il üzrə aylıq tədris müddətinə uyğun olan təhsilalma davamiyyəti (Rusiya Federasiyasında olma müddəti) müəyyən olunmur. Onun Rusiya Federasiyasında İİ kursda olma müddəti 1 ay 07 gün, İİİ kursda - 06 gün, İV kursda - 01 gün, V kursda - 13 gün təşkil etmişdir. Ekspert rəyində iddiaçı tərəfindən qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetirilməsi qeyri-mümkün olduğunu qeyd etmişdir və bu baxımdan “Qaydaları”n 3.7-ci bəndinə əsasən diplom üzrə i xtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. İddiaçı 13 mart 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək O.Y.Kutafin adına X11 Universiteti tərəfindən onun adına verilmiş 30.07.2013-cü il tarixdə verilmiş ВСГ seriyalı, ******* nömrəli ali təhsil haqqında bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” və “Beynəlxalq münasibətlər” fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və ali təhsilin bakalavr diplomunu almışdır. 2013-cü ildə Rusiya Federasiyasının X11 Universitetinin Mahaçqala şəhərində yerləşən filialının qiyabi şöbəsində ikinci ali təhsili başa vurub bunu təsdiq edən mütəxəssis diplomu almışdır. 2018-ci ilin oktyabr ayında bu diplomun tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinə müraciətinə həmin idarə tərəfindən sərhəd xidmətinin arayışı əsas götürülərək imtina cavabı verilmişdir. İmtina cavabı verilərkən onun işi ilə bağlı bütün hallar sonadək araşdırılmamışdır. Belə ki, təhsil aldığı müddətdə təkcə 3-cü kursda cəmi bir dəfə dərs-imtahan sessiyasında iştirak etdiyi günlərin sayı lazım olan müddətdən az olmuşdur. Qalan 1-ci, 2-ci və 4-cü kurslarda dərs-imtahan sessiyasında iştirakı qənaətbəxş dərəcədədir. Bu deyilənləri Dövlət Sərhəd Xidmətinin ona verdiyi arayışda təsdiq edir. Təkcə 2011-2012-ci tədris ilində, yəni 3-cü kursda cəmi bir dəfə dərs-imtahan sessiyasında iştirak etdiyi günlərin sayının tələb edilən müddətdən az olması səbəbi həmin təhsil müəssisəsinin yerləşdiyi ərazidə yerli icra strukturu tərəfindən elan edilmiş karantinlə əlaqədar dərsimtahan sessiyasının öz vaxtında baş tutmamasıdır. Bunu internet resurslarının müvafiq saytları da təsdiq edir. Eyni zamanda həmin tədris ili müddətində mötəbər dünya və Avropa miqyaslı idman yarışları və çempionatlarında iştirakında müəyyən problemlər yaratmışdır. Bütün bu didiklərinin təsdiq edən arayışların, sənədlərin və diplomların surətləri ərizəyə əlavə olunmuşdur. Onu da qeyd edir ki, İddiaçı 17 dəfə ölkə çempionu, 2 dəfə dünya və 3 dəfə Avropa çempionatlarının qalibi olaraq Azərbaycan Respublikasının idman şərəfini layiqincə qoruyub. 146 çağrı mərkəzi vasitəsi ilə nazirliyin adı çəkilən idarəsinə 1 dəfə şifahi, 1 dəfə yazılı ərizə, 1 dəfə poçtla məktub və nəhayət 1 dəfə də teleqramla müraciət etdikdən sonra imtina haqqında yazılı məktub ona bu ilin fevral ayının 27-i tarixi ilə mart ayının 3-də çatdırılmışdır. Cavabdehin iddiaya dair etirazında qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununl a əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyinə görə, O.Y.Kutafin adına X11 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. X7 əsasən, O.Y.Kutafin adına X11 Universitetində qiyabi formada təhsil almış iddiaçı İİ k.-1 ay 7 gün; İİİ k.-6 gün; İV k.-1 gün; V k.-13 gün olmuşdur. Qeyd olunanlar əsasında iddiaçının adına verilmiş diplom üzrə ixtisası ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. İmtinanın maddi hüquqi əsası kimi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilmə si (nostrifikasiya) Qaydaları”nın 1.6-cı, 3.6-cı 3.7-ci bəndlərinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimTağıyev Zaur Müzəffər oğlu,21(82)-1567/2019 saylı iş) 12 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək“O.Y.Kutafin adına X11 Universiteti” tərəfindən iddiaçıya verilmiş 30 iyul 2013 cü il tarixli ali təhsil haqqında bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh imtinasında istinad etmiş olduğu dəlillərin əsaslılığı barədə məhkəməyə hər hansı sənəd-sübut təqdim edə bilməmiş, formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X5 və X2, 2-1(103)-2049/2019 saylı iş) 9 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ekspert rəyinə istinadən iddiaçının diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuş və bu cür imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İddiaçı 25 noyab r 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Kasasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, 4-cü kurs istisna olmaqla digər kurslarda iddiaçının təhsilalma davamiyyəti qaydasında olmuş, iddiaçı vaxtlı-vaxtında dərslərdə və imtahanlarda iştirak etmişdir. Lakin iddiaçı 4-cü kursda oxuyarkən Rusiya Federasiyası və Dağıstan Respublikasında geniş yayılmış epidemiya və havaların kəskin şaxtalı keçməsi ilə bağlı olaraq bütün təhsil müəssisələri (bağçalar, məktəblər, universitetlər) fövqəladə vəziyyət ilə bağlı karantinə bağlanmı şdır. Bu barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Hətta məhkəmə qətnamədə də bütün təhsil müəssisələrinin bağlanması ilə bağlı internet saytlarından çıxarılmış xəbərlərə istinad etmişdir. Göründüyü kimi, iddiaçının dərs davamiyyəti subyektiv səbəblərdən deyil, təhsil müəssisəsinin həmin günlər fəaliyyət göstərməməyi ilə bağlı tam olmamışdır. Bağlanmış təhsil müəssisəsində iddiaçı hansı əsasla gedib təhsil ala bilərdi? Həmin müddət ərzində təhsil müəssisəsi fəaliyyət göstərməmiş, tədris davam etdirilməmişdir. Lakin nəzərə alsaq ki, iddiaçı qiyabi təhsil formasında oxumuşdur, o zaman iddiaçının həmin fənləri evdə oxuyaraq mənimsəməsi olduqca realdır. Hal-hazırda təhsil xeyli inkişaf edib və təhsilin keyfiyyətinin dərs davamiyyəti ilə ölçülməsi düzgün və ədalətli deyil. Müasir zamanda hət ta universitetə getmədən uzaq məsafədən alman təhsil (distant təhsil) zamanı da tələbələr müvəffəqiyyət qazana, ali təhsil ala və diplom ala bilirlər. İddiaçının tədris olunan fənləri hansı müddətə və hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdehin deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aiddir və o, bu mərhələni artıq həmin ölkədə başa vurmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM- in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qayda ları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus 2013-cü ildə verilən diplomunda onun Rusiya Federasiyasının X11 Universitetinin hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbəni bitirdiyi qeyd edilmişdir. Apellya siya instansiyası məhkəməsi tərəfindən iddiaçının qiyabi təhsil dövründə sessiyalar zamanı ali təhsil ocağının yerləşdiyi Rusiya Federasiyasında bütövlükdə təhsil dövründə olması sübuta yetməmişdir. İşdə olan sərhədkeçmə ilə bağlı giriş-çıxış qeydiyyatlarından, habelə sərhəd keçmə barədə sənədlərdən iddiaçının təhsil dövrü müddətində sessiyalar zamanı təhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən, qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bənddə isə qeyd edilmişdir ki,...Qiyab i təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. İşdə olan sənədlərlə iddiaçının əyani təhsil forması üzrə həftəlik maksimal 180-240 saatlıq tədris yükünü öyrənməsi, hər tədris ilində 24 kredit müəyyənləşdirilməsi v ə tədris dövrü ərzində 4 il müddətində Moskva və Mahaçqala şəhərlərində olması sübuta yetməmişdir. Nəticədə iddiaçının Rusiya Federasiyasının X11 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfi ndən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkəd ə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının bütövlükdə təhsil dövrü ərzində Rusiya Federasiyasında olması sübut olunmadığından onun aldığı təhsilin məzmununun uyğunluğu öz təsdiqini tapmamışdır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2049/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-403/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-403/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver