Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-403/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2440/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2021-ci il 9 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1992-ci il 12 aprel tarixdən 1994-cü il 12 may tarixində elan olunan atəşkəsə qədər Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 706, 810, 850, N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsini və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 1992-ci il 12 apre l tarixdən 1994-cü il 12 may tarixdə elan olunan atəşkəsə qədər və tərxis olunduğu 1995-ci il 17 sentyabr tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan 706, 810, 850, N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iddiaçının iştirak etməsi barədə aktdan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 16 aprel tarixli, 2-1(112)-4195/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, hazırkı iddiasında iddiaçı arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin iş materiallarından, habelə cavabdehin etirazından da aydın olmuşdur ki, onun müraciətinə müvafiq qaydada baxılaraq müvafiq əmrlərə əsasən iddiaçının xidmətinə dair arayış tərtib edilmiş və iddiaçıya göndərilmişdir. Məhkəmənin mövqeyi belədir ki, hazırkı iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Beləliklə də, məhkəmə hazırkı iş üzrə iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah edilir ki, tələb etdiyi inzibati orqanın verdiyi sənədin (aktın) rekvizitlərini göstərməklə onu vermiş inzibati orqana müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə isə məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər.
4. İddiaç ı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2440/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 16 aprel tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı idd ia ərizəsində qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində qərar verilməsi, həmçinin arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarının çıxarılması xahiş edilmişdir. Məhkəmə cavabdeh tərəfindən arxiv arayışının verilməsi ilə kifayətlənmiş, iddia tələbinin digər hissəsində isə araşdırma aparmadan kobud prosessual norma pozuntusuna yol vermişdir. Həm Bakı İnzibati Məhkəməsi tərəfindən, həm də Bakı Apellyasıya Məhkəməsinin İnzibati kollegiyası tərəfindən qanunvericilik normalarının tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən və iş üçün zəruri sənədlər araşdırlmamış, cavabdehin təqdim etdiyi arxiv arayışına əsasən iddia mümkün sayılmamışdır. Halbuki, qanunvericilik normal arında iddianın mümkün sayılmamasının şərtləri qeyd olunmuş, lakin məhkəmə tərəfindən bu normalar araşdırılmamışdır. Həmçinin iş materiallarının 19-cu səhifəsində olan 2021-ci il 16 aprel tarixli məhkəmə iclas protokolunda qeyd edilmişdir ki, məhkəmə iclasında iddiaçı iştirak etməyib, tərəf iş materialları ilə tanış olduğunu bildirir, sədrlik edən iş materiallarını araşdırır, Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq, hüquqi yardım olaraq izah edir ki, iddia tələbinin dəqiqləşdirilməsi tələb olunur və bununla bağlı iddianın mümkünlüyü ilə bağlı məsələyə baxıldığını bildirir. İddiaçının iddiaya bu formada baxılmasının xahiş etdiyi qeyd olunmuşdur. Lakin iddiaçının məhkəmə iclasında iştirak etmədiyi halda qeyd olunan xüsusata münasibət bildirməsi sual doğurur. Belə ki, bununla bağlı iş materiallarında hər hansı bir sübuta rast gəlinmir və beləliklə də müəyyən olunur ki, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hər hansı bır təklif edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
9. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət əsaslıdır və təmin olu nmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, hazırkı iddia tələbini 1992-ci il 12 aprel tarixdən 1994-cü il 12 may tarixində elan olunan atəşkəsə qədər Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 706, 810, 850, N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 1992-ci il 12 aprel tarixdən 1994-cü il 12 may tarixində elan olunan atəşkəsə qədər və tərxis olundugu 1995-ci il 17 sentyabr tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan 706, 810, 850, N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iddiaçının iştirak etməsi barədə aktdan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi təşkil edir. İş materiallarında olan cavabdehin yazılı etirazında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair 2020-ci il 1 iyul tarixli arayış tərtib edilərək iddiaçıya təqdim edildiyi qeyd edilmişdir.
15. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda əsaslandırmasını iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. 16. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqan lar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
17. Beləliklə, inzibati aktın qəbul edilməsinə dair tələb irəli sürüldükdə bu, sual doğurmur və həmin inzibati akta qarşı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi) və ya tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında, arzu olunan inzibati aktın qəbul edilməsindən imtina olunduqda isə məcburetmə haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt və ya inzibati aktın qəbulundan imtina həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayı la bilər. 18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər.
20. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı və qanunsuz olsaydı, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı.
21. Maddi-hü quqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsinə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formal-hüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10-19-cu maddələrindən irəli gəlir.
22. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyəti nə (hərəkətlərinə) də şamil olunur, deməli, maraqlı şəxs inzibati orqandan arzu etdiyi bu və ya digər sənədin (məlumatın) verilməsini tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldıra bilər.
23. Hazırkı halda, cavabdehin təqdim etdiyi arxiv arayışının məzmunu, iddiaçının qənaətinə görə, - həqiqi vəziyyəti əks etdirmədiyindən iddiaçı cavabdeh orqandan müvafiq araşdırma aparılmaqla və bu araşdırmanın nəticəsi olaraq məhz onun arzuladığı məzmunda arayışın verilməsini iddia edir.
24. Məhkəmə də işin faktiki hallarını məhz həmin məzmunda iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli idi. Hazırkı halda, bu, baş verməmişdir.
25. Belliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 35.1 və 82-ci maddələrin in tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2440/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.