Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-403/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) “hərbi hissədə xidmət edərkən həlak olmuş şəxsin şəhid olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(107)-192/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 4 dekabr 2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissə də xidmət edərkən həlak olmuş oğlu X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1760/2021 nömrəli qərardadı ilə, DSMF PHŞ-nin 13 saylı Regional Ərazi Filialı hüquq varisi - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-576/2022 nömrəli qərarı (hakim: X4) ilə iddia rədd edilmişdir.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(107)-192/2022 nömrəli qərardadı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X1 və X3) ilə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X2 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv edilməsi barədə qərar mövcud deyil, yəni iddiaçının mərhum oğlunun şəhid olması barədə arayışı və şəhid statusu ləğv edilməmişdir. Ağdaş Rayon Hərbi Komissarlığının xx.xx.2009-cu il tarixli arayışına əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid X2 anasına və atasına şəhid ailəsi vəsiqəsi verilmişdir. X2 şəhid olması barədə arayış ləğv edil mədiyindən, qeyd edilən tələblə bağlı mübahisə mövcud deyildir. Belə olan halda xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş X2 şəhid olması barədə arayışın verilməsinə zərurət yoxdur.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tət biqi qaydalarının’’ təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021ci il tarixli 627 nömrəli arayışında X7 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi Qulluqçu kimi qeyd edilmədiyi bildirilmişdir.
9. Bundan əlavə, iddiaçı ona əvvəllər Ağdaş rayon hərbi komissarlığının arayışı ilə “şəhid ailəsi" statusunun verilməsini və həmin arayışın ləğv edilməməsini, o cümlədən ləğv edilməsi qaydasının nəzərdə tutulmadığını bildirsə də, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 4917 nömrəli məktubu ilə müəyyən olunur ki, yuxarı inzibati orqan artıq əvvəllər Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın düzgün olmamasını, arayışda qeyd edilən məlumatların təhrif olunmasını və hərbi hissənin verdiyi məlumata uydun olmamasını bildirmişdir. Yəni, arayışın hüquqi qüvvəsi onu vermiş orqana münasibətdə yuxarı inzibati orqan tərəfindən inkar edilərək etibarsız hesab edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
10. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17 fevral 2022-ci il tarixli kollegial qərardadı
12. İnzibati Prosessual Məcəllə: Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə qərardadın dan kassasiya şikayəti verməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərarından yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kassasiya şikayəti vermişdir.
15. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17 fevral 2022-ci il tarixli kollegial qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyy ətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyildir.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də məhkəməyə müraciət etmək hüququ mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.
18. İPM-in apellyasiya və kassasiya şikay əti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: - 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. - 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
19. Qeyd edilən normalarda hər hansı fərqləndirmə aparılmadan, eləcə də adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştirak etmələrindən asılı olmayaraq bütün üçüncü şəxslərin şikayət vermək hüququna malik olduğu təsbit olunmuşdur. Bununla belə, icraatın bütün digər iş tirakçıları kimi üçüncü şəxslərə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həm də digər həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə üçüncü şəxslərin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları üçüncü şəxslərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olması dəqiqləşdirilməlidir.
20. Lakin hazırkı işdə iddiaçının tələbi mümkün sayılmadığından, üçüncü şəxsin tələbini təmin olunmama halı işdə mövcud olmadığından, üçüncü şəxsin kassasiya şikayəti vermək hüququna malik deyildir.
21. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17 fevral 2022-ci il tarixli kollegial qərardadında qeyd edilmişdir ki, kollegiya qanunvericiliyin tələb lərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyat a keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər.
22. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur.
23. Beləliklə, şəhid ailəsi statusunun verilməsi müəyyən edən qərarlar qəbul edilərkən daha sonra həmin statusdan irəli gələrək statusunun verilməsi barədə ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunduğund an Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində icraatda iştirakına xitam verilməli, təqdim edilmiş kassasiya şikayəti mümkün sayılmamalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində icraatda iştirakına xitam verilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(107)-192/2022 nömrəli qərardadından Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.