Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-403/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma, üçüncü şəxslərin qeydiyyat yerinin müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X9, X16, X17, X18 və X10 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə da ir inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(107)-413/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 (yeni qaydalarla Azərbaycan Respublikası:2300 Göyçay şəhəri, X31 küçəsi, 48) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı Cavadova Şölə Hicran qızı, X9, X6, X16, X17, X18 və X10 Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanından pasport qeydiyyatından çıxarılması üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə müraciət etmişdir.
3. Cavabdeh 17 av qust 2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. Odur ki, bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X9, X6, X16, X17, X18 və X10 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia əriz əsinin əsaslarına görə, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı fərdi yaşayış evi ilə bağlı sənədləşmə işlərinə görə notariat kontoruna müraciət edərkən ona məlum olmuşdur ki, Cavadova Şölə Hicran qızı, X9, X6, X16, X17, X18 və X19 ona məxsus fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. İddiaçı cavabdehə müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022ci il tarixli 196- 26589M-3222 nömrəli imtina məktubunda qeyd etmişdir ki, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmə orqanlarının səlahiyyətindədir.
6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2137/2022 saylı, 0 4 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavadova Şölə Hicran qızı, X9, X6, X16, X17, X18 və X19 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
7. Daha sonra X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq Şəki İnzibati Məhkəməsinin 2-1(116)-371/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı onun üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(112)-371/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qərarı ilə (hakim X7) iddia təmin edilmiş, üçüncü şəxslər Cavadova (Məmmədova) Şölə Hicran qızı, X9, X16, X17, X18 və X10, həmçinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxar ılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə, onun razılığı olmadan, iddiaçı mülkiyyət hüququ əldə edənədək qeydiyyata alınmış, həmçinin hər hansı qanunla qorunan hüquqların sahibi olmayan üçüncü şəxslər Cavadova Şölə Hicran qızı, X9, X16, X17, X18 və X10, həmçinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qeydiyyatdan çıxarılması tələbindən ibarət iddiası əsaslıdır və təmin olunmalıdır.
10. Üçüncü şəxslər X9, X16, X18 və X19 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(107)-413/2 023 nömrəli qərardadı ilə (hakimlər X14 (məruzəçi), X4 və X8) üçüncü şəxslərin apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21(112)-371/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı əvvəllər ünvan 3 əsasən Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48 olduğundan,inzibati iş üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslər Cavadova Şölə Hicran qızı, X9, X16, X17, X18 və X10 isə istifadəsində iki fərdi yaşayış evi olduğu üçün ünvanları dalan 4, ev 3 və dalan 4, ev 3A olduğundan onun hazırkı iddia tələbi üzrə subyektiv hüququ olmamışdır.
13. İddiaçı kassasiya şikayəti verə rək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, Azərbaycan Respublikası Mülki Məcəllənin 148.2-ci maddələrinə istinad edilməklə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozur. İddiaçı həmin fərdi yaşayış evi ilə bağlı özgəninkiləşdirmə əməliyyatı edə bilmir. Yəni sərəncam verə bilmir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz tə qdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, ə mələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı... 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibl iyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınm az əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.... Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublika sının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qət naməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahis ənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.
23. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab etsə də, apelyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasını əsas gətirərək iddianı mümkünsüz hesab etmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyildir. Məhkəmə işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl etməmişdir. Bu səbəbdən də həmin qərar ləğv edilməlidir.
25. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
26. Belə ki, iş materiallarında olan sənədlərdə üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması ilə əlaqədar müxtəlif, bu və ya digər formada bir birinə zidd olan çoxsaylı sənədlər mövcuddur.
27. Əvvəla onu əminliklə qeyd etmək olar ki, Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 (yeni qaydalarla Azərbaycan Respublikası: 2300 Göyçay şəhəri, X31 küçəsi, 48) reyestr məlumatlarına əsasən iddiaçının xüsusi mülkiyyətindədir və bu mübahisə edilmir.
28. Mübahisəli məqam iddiaçının xüsusi mülkiyyətində olan mənzildə başqa şəxslərin (iddiaçının iradəsinə zidd) qeydiyyatıdır.
29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 sayl ı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı ilə Cavadova Şölə Hicran qızı, X9, X16, X17, X18 və X12 məxsus fərdi yaşayış evlərinin ünvanlarının fərqli olduğu göstərilmişdir. Bundan əlavə qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı Göyçay şəhəri, Vidadi küçəsi dalan 4, ev 4 (yeni qaydalarla ünvan 1, Cavadova Şölə Hicran qızı, X9, X16, X17, X18 və X10 istifadəsində iki fərdi yaşayış evi olduğu üçün ünvanlar dalan 4, ev 3 və dalan 4, ev 3A-dır.
30. Məktuba görə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı Göyçay şəhəri, Vidadi küçəsi dalan 4, ev 4 (yeni qaydalarla ünvan 1, üçüncü şəxslər Cavadova Şölə Hicran qızı, X9, X16, X17, X18 və X10 istifadəsində olan ünvanlar isə dalan 4, ev 3 və dalan 4, ev 3A-dır.
31. Apellyasiya məh kəməsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bağlı araşdırma aparmamış, üçüncü şəxslərin məhz iddiaçıya məxsus ünvanda qeydiyyatda olmalarının səbəbini müəyyən etməmiş, iddiaçının mülkiyyətində qeydiyyatda olan üçüncü şəxslərin həmin evdə əmlak hüququ olmasını yoxlamamışdır.
32. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş məktubda isə Cavadova Şölə Hicran qızının xx.xx.2012-ci ildən, X11 xx.xx.2017-ci ildən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatda olduğu öz əksini tapmışdır.
33. Bundan əlavə, üçüncü şəxslər tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş hesabat pasportunda (səh. 120) üçüncü şəxslərdən biri X2 tikdiyi fərdi yaşayış evinin ünvanı ünvan 5yyat vəsiqəsində fər di yaşayış sahəsinin ünvanı qismində ünvan 6adi küçəsi, dalan 4, ev 4 kimi qeyd edilmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında ziddiyyət təşkil edən sənədlər olmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin ziddiyyətləri aradan qaldırmamışdır. 35. “Elektron notariat” X1 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatdan olan şəxslərə dair məlumatdan çıxarışda (xx.xx.2022-ci il tarixdə Göyçay rayon notariat ofisi, X15 tərəfindən çap edilmişdir) Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında Cavadova Şölə Hicran qızı, X6, X16, X17, X18 adlı şəxslərin “Aktiv” statusunda olduğu və X19 və X5 isə “qüvvədən düşmüş” statusunda olduğu göstərilmişdir (cild 1, iş vər. 5).
36. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ünvanl anmış məktubda isə Məmmədova Şölə Hicran qızı, X16, X17, X18, X10 Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatdan çıxarıldığı qeyd edilmişdir.
37. Beləliklə, üçüncü şəxslərin qeydiyyat ünvanı ilə bağlı da yuxarıda qeyd edilən iki sənədlərdə ziddiyyət vardır. Belə ki, “Elektron notariat” X1 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatdan olan şəxslərə dair məlumatdan çıxarışda X10 mübahisəli ünvan ilə bağlı statusu qüvvədən düşmüş kimi qeyd edilmişdir. Lakin Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş məktubdan belə bir təəssürat formalaşır ki, məhz məhkəmə qərarının icrası ilə əlaqədar olaraq X19 qeydiyyatdan çıxarılmışdır.
38. Bundan əlavə, Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən üçüncü şəxslərin vəkillərinin sorğusuna əsasən xx.xx.2023-cü il tarixdə bildirmişdir ki, Cavadova Şölə Hicran qızı xx.xx.2012-ci il, X17 xx.xx.2017-ci ildən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatdadırlar. X18 xx.xx.2011-ci il tarixdən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında, xx.xx.2023-cü il tarixdən Göyçay rayonu Potu kəndində qeydiyyatdadır. X19 xx.xx.2005-ci il tarixdən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında, xx.xx.2019-cu il tarixdən Göyçay rayonu Potu kəndində qeydiyyatdadır. X6 xx.xx.2005-ci il tarixdə Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə vəfat etdiyi üçün şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir (cild 1, iş vər. 94).
39. Nəticədə apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan üçüncü şəxslərin dəqiq siyahısını müəyyən etməmişdir.
40. Odur ki, növbəti apelyasiya baxışı zamanı məhkəmə ziddiyyətli məqamların aydınlaşdırılması məqsədi ilə üçüncü şəxslərin həqiqətən iddiaçıya məxsus ünvanda qeydiyyatda olmasını müəyyən etməli, qeydiyyatda olmayan şəxslərə münasibətdə iddianın mümkünlük şərtini, qeydiyyatda olan üçüncü şəxslərin əmlak hüquqlarının mövcudluğunu yoxlamalı, araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verməlidir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(107)-413/2023 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.