Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-4031/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə və “Azərittifaq” Salyan rayon Kooperativlər Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə və “Azərittifaq” Salyan rayon Kooperativlər Cəmiyyətinə qarşı “qərarın və alqı-satqı müqavilələrinin ləğv olunması və mağaza binasının ona satılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-682/2025 saylı 27 avqust 2025-ci il tarixli və 15 oktyabr 2025-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə və “Azərittifaq” Salyan rayon Kooperativlər Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanında yerləşən mağaza binasının 1-ci mərtəbəsinin X2 barədə xx.xx.2021-ci il tarixli, 61 saylı qərarın və 2-ci mərtəbəsinin X1 barədə xx.xx.2022ci il tarixli, 62 saylı qərarın və alqı-satqı müqavilələrinin ləğv olunması və həmin mağaza binasının ona satılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 21(120)-3588/2025 nömrəli qərardadı i lə (hakim X4) iddia mümkün sayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2025-ci il tarixli 2-1(106)-682/2025 nömrəli qərardadı ilə (hakimlər X3 (məruzəçi), X11 və X8) Şirvan İn zibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(120)-3588/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və qəbulundan imtina edilmişdir.
6. Daha sonra iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli 2-1(106)-682/2025 nömrəli qərardadı ilə (hakimlər X3 (məruzəçi), X11 və X6) Şirvan Apellyasiya Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2-1(106)-682/2025 nömrəli qərardadından kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilmə barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
8. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2025-ci il və 15 oktyabr 2025-ci il tarixli 2-1(106)-682/2025 nömrəli qərardadlarından kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail o lmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edil mədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istina d olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Eyni zamanda məhkəmə kollegiyası kassasiya şikayətində mübahisələndirilən hər iki qərardada ayrı ayrılıqda münasib ət bildirməyi zəruri hesab edir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2025-ci il tarixli 21(106)-682/2025 nömrəli qərardadı
13. Qeyd edilən qərardadla apelyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini apelyasiya şikayəti üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə apelyasiya şikayətini mümkün saymayaraq icraata qəbul etməkdən imtina etmişdir.
14. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2025-ci il tarixli 2-1(106)-682/2025 nömrəli qərardadı ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzib ati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməli, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apelyasiyanın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin qərardardlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati xx.xx.2024-cü il tarixli, 2-1(102)1737/2025 saylı qərardadı). Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli 2-1(106)-682/2025 nömrəli qərardadı
15. Qeyd edilən qərardadla apelyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün dö vlət hesabına vəkillə təmin edilmə barədə İddiaçı tərəfindən verilmiş ərizəni təmin etməmişdir.
16. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2025-ci il tarixli 2-1(106)-682/2025 nömrəli qərardadı ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müə yyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada, bir qayda olaraq, kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1 769/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 21(102)-109/2024 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-683/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-654/2023 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)771/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-358/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-270/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-308/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)157/2022 nömrəli qərarları (qərardadları)).
17. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən olunmasından asılıdır. Hazırkı halda isə sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı az təmina tlı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı ərizəsində vəkilin xidmət haqqının ödənilməsi üçün kifayət qədər maddi imkanının olmadığını atasının əlil olması ilə əsaslandırsa da, bu fakt iddiaçının özünə aid olan hal deyildir və yalnız atasının tərəf olduğu işlərdə nəzərə alına bilər.
18. Məhkəmə kollegiyası nəzərə alır ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlə t hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-in 1.2, 31.1-ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi).
19. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(106)-682/2025 saylı 27 avqust 2025-ci il tarixli və 15 oktyabr 2025-ci il tarixli qərardadlarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.