Məhkəmə qərarları › İş №2-1(102)-4038/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4038/2025

24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4038/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək kitabçasında qeyd edilmiş ##.##.2006-cı il tarixədək iş stajının sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. İddiaçı ## ####### 1956-cı il tarixdə doğulmuşdur.

2. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.1973-cü il tarixdən ##.##.1974-cü il tarixədək Culfa Rayon Sanitar-epidemioloji stansiyasında dezinfektor, ##.##.1974-cü il tarixdən ##.##.1974-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və Informasiya Nazirliyinin Rabitə qovşağında montyor, ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək və ##.##.1981-ci il tarixdən ##.##.1983cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və Informasiya Nazirliyinin Rabitə qovşağında montyor, ##.##.1984-cü il tarixdən ##.##.1997-ci il tarixədək Rabitə qovşağında, ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək Culfa Rayon Qaz Istismar Kontorunda çilingər, ##.##.2002-ci il tarixdən Culfa Rayon Rabitə Qovşağında montyor vəzifələrində işləmişdir.

3. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ## ###### 2021-ci il tarixli, *** nömrəli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəalarına uyğun olaraq ##.##.2021-ci il tarixdən müddətsiz olaraq 231,41 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur.

4. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış ## #### 2024-cü il tarixli, *-**-*-*/*-M- ****/**** nömrəli məktubda qeyd olunmuşdur ki, ona 2021-ci il ## ###### tarixdə Fondun Culfa rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiyanın hesablanması zamanı, əmək kitabçasında qeyd olunan ## ###### 1997-ci il tarixdən ## #### 2001-ci il tarixədək Culfa Rayon Qaz Istismar Kontorunda işləməsi barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-1-ci maddəsinə (Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir) müvafiq olaraq əməkhaqqı arayışları təqdim etmədiyi üçün həmin dövrləri sığorta stajına aid etmək mümkün olmamışdır. Culfa Rayon Qaz Istismar Kontorunda işləməsi barədə əməkhaqqı arayışları təqdim etdiyi təqdirdə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ona ünvanlanmış sualları cavablandıraraq iddiaçını tanıdığını, onunla iş yoldaşı olduğunu, 1986-cı ildən 2005-ci ilədək idarə bağlanana qədər Culfa Qaz Istismar Idarəsində çilingər vəzifəsində işlədiyini, işlədiyi dövrlərdə hər ay əməkhaqqı aldıqlarını o, işə girən zaman iddiaçının hələ orada işləmədiyini, iddiaçının ondan sonra işə girdiyini, əsas fəaliyyətlərinin əvvəlki dövrlərdə evlərə qaz xətləri çəkməkdən ibarət olduğunu, müharibə illərində Naxçıvana qazın gəlişinin dayandırıldığını, qaz kəsiləndən sonra da işə getdiklərini, qaz kəsiləndən sonra evlərdə qaz balonlarına nəzarət etdiklərini və qaz balonlarını quraşdırdıqlarını, qaz olmayan illərdə də əməkhaqqı aldıqlarını, işlədiyi dövrdə yanğın baş verdiyindən işçilərə aid bütün sənədlərin yandığını, lakin yanğının tarixini dəqiq xatırlamadığını, yanğın hadisəsindən sonra da orada işləməyə davam etdiyini, 2016-cı ildən və hal-hazırda Rabitə Idarəsində işlədiyini bildirmişdir.

6. Işdə olan X3 məxsus ## ####### 1986-cı il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasının surətindən aydın olur ki, o, ## ####### 1986-cı ildə Culfa Rayon Qaz Istismar Kontorunda 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, ## ####### 2005-ci ildə isə “xxxx” QSC-nin ə/ü-** saylı əmrinə əsasən Naxçıvan ZIQB ləğv edildiyinə görə işdən azad edilmişdir. 7.

8. Işdə olan X1 məxsus ## ##### 1983-cü il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasının surətindən aydın olur ki, o, ## ##### 1983-cü il tarixdə Culfa Rayon Qaz Istismar Kontorunda 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, ## ###### 2004-cü il tarixdə işdən azad edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 9.

10. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1997-ci il tarixdə, ** nömrəli əmr əsasında Culfa Qaz Istismar Kontorunda çilingər olaraq iş götürülmüş, öz ərizəsi əsasında ##.##.2001-ci il tarixdə, ** nömrəli əmr ilə işdən azad olunmuşdur. 2021-ci il tarixdə pensiya yaşı tamam olduğunda pensiyası hesablananda Culfa Rayon Qaz Istismar Kontorunda 1997-ci il tarixdən 2001-ci il tarixədək işlədiyi illər hesablanmamışdır. Buna əsas olaraq şifahi formada arxiv arayışının olmaması əsas gətirilmişdir. ## #### 2024-cii il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna məktubla müraciət etmiş, ## #### 2024-cü il tarixdə məktubuna cavab olaraq, əməkhaqqı arayışı olandan sonra yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla biləcəyi qeyd olunmuşdur. O, 1997-ci il tarixdən 2001-ci il tarixinədək Culfa Rayon Qaz Istismar Birliyində çilingər olaraq işləmişdir. Culfa Rayon Dövlət Arxivinə müraciət etmiş, ona Culfa Rayon Qaz Istismar Kontorunun sənədlərinin arxivə verilmədiyi bildirilmişdir. Hesab edir ki, onun ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək Culfa Rayon Qaz Istismar Kontorunda çilingər işlədiyi illər iş stajına daxil edilməklə əmək pensiyası yenidən hesablanmalıdır.

11. Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanmış ## ####### 2024-cü il tarixli və ## #### 2025-ci il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, iddiaçıya Fondun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ## ###### 2021-ci il tarixli, *** nömrəli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı ## #### 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun əmək kitabçasında qeyd olunan ## ###### 1997-ci tarixdən ## #### 2001-ci il tarixədək Culfa Rayon Qaz Istismar Kontorunda işlədiyi barədə “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən əməkhaqqı arayışları barədə məlumat olmadığından, həmin dövrləri sığorta stajına aid etmək mümkün olmamışdır. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1997-ci il tarixdə, ** nömrəli əmrlə Culfa Qaz Istismar Kontorunda çilingər olaraq işə qəbul edilmiş, ##.##.2001-ci il tarixində, ** nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad olunmuşdur. 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunduqda, onun Culfa Rayon Qaz Istismar Kontorunda 1997-ci il tarixdən, 2001-ci il tarixədək işlədiyi illər nəzərə alınmamışdır. Iddiaçıya məxsus ## ###### 1979-cu il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlardan görünür ki, o, ##.##.1973-cü il tarixdən ##.##.1974-cü il tarixədək Culfa Rayon Sanitarepidemioloji stansiyasında dezinfektor, ##.##.1974-cü il tarixdən ##.##.1974-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və Informasiya Nazirliyinin Rabitə qovşağında montyor vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsinin ##.##.2021-ci il tarixli, *** nömrəli arayışına əsasən, 1956-cı il təvəllüdlü İddiaçı ##.##.1974-cü il tarixdən ##.##.1976-cı il tarixədək və ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Iddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək və ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və Informasiya Nazirliyinin Rabitə qovşağında montyor, ##.##.1984-cü il tarixdən ##.##.1997-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2006-cı il tarixədək Culfa Rayon Rabitə qovşağında montyor vəzifəsinə işləmişdir. Beləliklə, iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla əmək kitabçası üzrə 26 il 3 ay 21 gün iş stajı olduğu müəyyən edilmiş və bu əsasla da ona Fondun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ## ###### 2021-ci il tarixli, *** nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəalarına uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunmuşdur. Iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş məlumatlara əsasən o, ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək (3 il 6 ay 10 gün) Culfa Rayon Qaz Istismar Kontorunda çilingər vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, **/**** nömrəli arayışda Culfa Rayon Qaz Idarəsinin 1997-2001-ci illərə dair əmr və əməkhaqqı kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli arayışda Culfa Rayon Qaz Istismar Idarəsinin 1997-2001ci illərə dair sənədlərinin Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1973-cü il ## ###### tarixli və Azərbaycan Respublikası “Başqaz” Idarəsinin # ######## 1973-cü il tarixli əmri ilə “X4 Qaz Birliyi” yaradılmışdır. Bunun davamı olaraq, 1978-1980-ci illərdə Yevlax-Xankəndi-Laçın-Şahbuz- Naxçıvan yeraltı yüksək təzyiqli magistral qaz kəməri çəkilmiş və ilk dəfə olaraq 1980-ci ildə Naxçıvan şəhərinə təbii qaz verilmişdir. 1991-ci il tarixdən mənfur qonşumuz tərəfindən torpaqlarımızın işğalı nəticəsində muxtar respublikamıza təbii qazın nəqli dayandırılmışdır. Ölkə prezidenti cənab Ilham Əliyevin ## ###### 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2004- 2008-ci illər) uyğun olaraq Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatının bərpası və təbii qaza olan tələbatını ödəmək məqsədilə # ###### 2004-cü ildə “xxxx” QSC və Iran Milli Qaz Ixrac Şirkəti arasında “Təbii qaz mübadiləsi” haqqında müqavilə imzalanmış və ## ###### 2005-ci ildən muxtar respublikaya mavi yanacağın verilməsi bərpa olunmuşdur. Beləliklə, iddiaçının ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək Culfa Rayon Qaz Istismar kontorunda çilingər olaraq işlədiyini iddia etdiyi dövrlə bağlı təsdiqedici sənədlər olmadığı üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunla yolverilməzdir.

12. Naxçıvan Muxtar Respublikası Qaz Istismar Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ####### 2024-cü il tarixli, ***/** nömrəli məktubdan məlum olur ki, hal-hazırda Naxçıvan Muxtar Respublikası Qaz istismar Xidmətinin tabeliyində Culfa rayon Qaz istismar Kontoru adlı idarə yoxdur. Culfa Rayon Qaz Istismar Kontor Idarəsinə aid Naxçıvan Muxtar Respublikası Qaz Istismar Xidmətində heç bir sənəd mövcud deyil.

13. Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, ** nömrəli arayışdan aydın olur ki, Culfa Rayon Dövlət Arxivinə Culfa Rayon Qaz Istismar Idarəsinin 1997-2001-ci illər üzrə sənədləri təhvil verilmədiyindən İddiaçı adına staj müəyyən edilməmişdir.

14. Naxçıvan MR Dövlət Arxiv Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024-cü il tarixli, **/**** nömrəli məktubdan məlum olur ki, Culfa Rayon Qaz Istismar Kontorunun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat mövcud deyil.

15. Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024-cü il tarixli, ****/**** nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında Culfa Rayon Qaz Istismar Kontorunun ləğv edilməsinə və həmin kontorda çilingər vəzifəsində işləmiş İddiaçı dair məlumat mövcud deyildir.

16. Naxçıvan MR Inzibati Məhkəməsinin (hakim: T.Y.Əliyev) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək Culfa Rayon Qaz Istismar Kontorunda çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə ##.##.2021-ci il tarixli, *** nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi əsaslandırması: 17.1. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçasında olan qeydlərlə təsdiq olunur. Iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Naxçıvan MR Dövlət Arxiv Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024cü il tarixli, **/**** nömrəli məktubdan məlum olur ki, Culfa Rayon Qaz Istismar Kontorunun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının işləməsi barədə məlumat mövcud deyildir. Məhkəmə iddiaçının 1997-ci il tarixdən 2001-ci il tarixədək dair iş stajına malik olmaması barədə cavabdehin dəlilləri ilə razılaşmayaraq, formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, belə xarakterli işlərdə əməkhaqqı cədvəllərinin, əmrlərin və digər sənədlərin dövlət arxivinə təhvil verilməməsi, iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından, həmin illərin iddiaçının stajı hesablanarkən nəzərə alınmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. 17.2. Iddiaçının işlədiyi 1997-2001-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə uyğun olaraq, məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X3 və X1 onlara ünvanlanan suallara verilən cavablarda da iddiaçının Qaz Istismar Idarəsində çilingər kimi işlədiyini, əməkhaqqını hər ay üçün aldıqlarını, onlara qazın Ermənistandan gəldiyini, müharibə illərində Naxçıvana qazın gəlişinin dayandırıldığını, qaz kəsiləndən sonra da işə getdiklərini, qaz kəsiləndən sonra qaz balonlarının satışı və təmiri ilə fəaliyyətlərini davam etdirdiklərini, qaz olmayan illərdə də əməkhaqqı aldıqlarını, işlədikləri dövrdə yanğın baş verdiyini, işçilərə aid bir çox sənədlərinin də orada yandığını, Naxçıvana qaz xəttinin kəsilməsindən sonra da idarənin fəaliyyət göstərdiyini bildirmişlər. Şahidlərə məxsus əmək kitabçalarında eyni dövrlərdə onların Culfa Qaz Kontorunda işlədikləri barədə müvafiq qeydlər aparılmışdır. Cavabdehin iddiaya etirazında qeyd etdiyi 1991-ci il tarixdən Naxçıvan MR-ə qaz verilişinin ermənilər tərəfindən dayandırılması arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə Naxçıvana qazın nəqli dayandırılsa da, cavabdeh orqan tərəfindən məhkəməyə Naxçıvan MR-da Qaz kontorlarının (qaz idarələrinin) ləğv edilməsi və ya fəaliyyətlərinin dayandırılması barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “Inzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Y.S.Qurbanov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və M.Ə.Əliyev) ## ######## 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayətində imtinasının, iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (##.##.2006-cı il tarixədək qüvvədə olmuşdur): 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: ... 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövürlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.4-cü bəndinə əsasən əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.6-cı maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır.

29. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

30. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının 1997-2001-ci illərdə işlədiyi illərin iş stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

37. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar