Məhkəmə qərarları › İş №2-1(102)-404/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-404/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-404/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: xx.xx.2017-ci il tarixə kimi əlilliyə görə yaranmış pensiya hüququ ilə bağlı pensiya kapitalının tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ta beliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının nümayəndəsi və vəkili Vəkil Vəliyəddin oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına (bundan sonra cavabdeh) qarşı “xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)443/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2020 tarixli arayışına əsasən 1964-cü il təvəllüdlü iddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş sovet ordusunda xidmət etmişdir.

2. Cavabdehin xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçıya x xxxx 2012-ci il tarixdən ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixədək 2-ci qrup əlillik təyin olunmuş, 130 manat sosial müavinət alır.

3. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada cavabdehə ərizə ilə müraciət edərək, 52 yaşından əlilliyə görə əmək pensiyası hüququ yarandığı üçün əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlana n xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən 55 yaşı tamam olmuş əlillərin pensiya kapitalı 22.000 manat olduqda əlilliyə görə əmək pensiyası hüququ qazanırlar. İddiaçının tələb olunan kapitalı olmadığına görə ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunauyğun deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 1982-ci ildə Talalar kənd orta məktəbini bitirmiş, 1982-ci il noyabr ayının 17-dən 1984-cü il noyabr ayının 30-dək keçmiş sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir sıra idarə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2012-ci ildən İİ-ci qrup əlil olmuşdur. Əlillik təyin edildiyi x xxxx 2012-ci il tarixdən sosial müavinət alır. Həmin vaxt əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün əmək stajı az olmuşdur. Həmin vaxt yaşı 48 iş stajı isə hərbi xidmət dövrü ilə birlikdə 9 il 7 aya bərabər olmuşdur. 2014-cü ilin yanvar ayından etibarən 2017-ci ilin aprel ayınadək 3 il 4 ay fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər ay cavabdehə (40 ay) məcburi sığorta haqlarını ödəmi şdir. 2017-ci ildə cavabdehə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya bildirilmişdir ki, 2017-ci il iyul ayından etibarən qanunda dəyişiklik edilib, fərdi hesabında yığılan pensiya kapitalın pensiya təyin edilməsi üçün çatışmır. Lakin sonradan 2020-ci ilin əvvəllərindən ona məlum olmuşdur ki, ona əlilliyə görə əmək pensiyasi təyin edilməsi mümkündür. x xxxx 2017-ci il tarixədək əlilliyə görə əmək pensiyası hüququ yarananlara pensiya “Əmək pensiyaları haqqında” Qanunun x xxxx 2017-ci il tarixədək qüvvədə olan qaydalarına əsasən təyin edilir.

6. Cavabdehin məhkəməyə təqdim etdiyi xx xxxxx 2020-ci il tarixli arayışda qeyd olunur ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əlilliyə görə əmək pensiyas ı əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda müəyyən edilir. İddiaçı əmək pensiyası təyin edilməsi üçün xx.xx.2020-ci ildən müraciət etdiyindən ona əlilliyə görə əmək pensiyası hazırda qüvvədə olan qanuna əsasən tələb olunan staja və kapitalına əsasən nəzərə alınmalıdır. Belə ki, onun hazırda 55 yaşı tamam olduğundan və cəmi 12 il 11 ay sığorta stajına malik olmuşdur. Hazırda 55 yaşı tamam olmuş əlillər 13 il 4 ay sığorta və 23980 manat kapitala malik olduqda əmək pensiyası hüququ qazanırlar.

7. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışda qeyd olunur ki, iddiaçıya xx.xx.2012-ci il tarixindən 2-ci qrup əlilliyə görə müavinət təy in olunmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixə əmək pensiyası təyin olunması üçün 12 il 4 ay sığorta stajı tələb olunur. Həmin tarixə iddiaçının əmək kitabçası üzrə mübahisələndirilməyən 9 il 8 ay və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək PASda 3 il 5 ay, cəmi 13 il 1 ay sosial sığorta stajı var.

8. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-870/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə x xxx 2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əm ək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər Rəfiyev Rövşən Rafiq oğlu-məruzəçi, X2 və X5, 2-1(107)-443/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. Cavabdeh qərarın surətini x xxxxxx 2020-ci il tarixdə almış, x xxxxxx 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv e dilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. İddiaçının əmək pensiyası hüququ xx.xx.2017-cı ildən yarandığına baxmayaraq, cavabdehə 2020-ci ildə müraciət etmişdir. xx.xx.2017 ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir. Lakin iddiaçının müraciət etdiyi tarixdə topladığı pensiya kapitalı ona əlilliyə görə əmək pensiyası təyin edilməsinə imkan verməmişdir. Ona görə də iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunauyğun olmamışdır.

14. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1, 23-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü mad dəsi). Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 1.0.12. Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylar ının sayına nisbəti şəklində hesablanan məbləğdir. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (x xxxx 2017-ci i lə qədər qüvvədə olmuş redaksiya). Maddə 12. 1 (x xxxx 2017-ci ildən qüvvədə olan redaksiya). Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı pensiya təyin olunması barədə müraciət edən vaxt pensiya qanunvericiliyinə görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddiaçının əlilliyə görə pensiya hüququ yaranmamışdır.

24. Kasas iya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. Cavabdeh xx.xx.2020-ci il tarixli arayışında bildirmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixə əmək pensiyası təyin olunması üçün 12 il 4 ay sığorta stajı tələb olunur. Həmin tarixə iddiaçının əmək kitabçası üzrə mübahisələndirilməyən 9 il 8 ay və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək PAS-da 3 il 5 ay, cəmi 13 il 1 ay sosial sığorta stajı var.

26. Həmçinin iddiaçının noyabr 1982-noyabr 1984-cü illərdə hərbi xidmət keçməsi, 2012-ci ildən İİ qrup əlil kimi sosial müavinət alması mübahisə doğurmur.

27. Apelyasiya məhkəməsinin müəyyən etdiyi və işin mübahisə olunmayan halına görə x xxxx 2017-ci ildə artıq iddiaçının 13 il 1 ay stajı və bu zaman həm də İİ qrup əlilliyi mövcud olmuşdur.

28. İd diaçının əlilliyə görə pensiya almaq hüququ x xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı topladığından) və həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edildiyindən, iddiaçıya münasibətdə bu hallar mövcud olduğundan iddiaçının pensiya hüququnun yaranması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

29. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığından, bu zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunmadığından iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə pensiya hüququnun yaranmadığı barədə kasasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. 30. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin x xxxx 2017-ci ilə qədər qüvvədə olan tələbləri x xxxx 2017-ci ilə qədər iddiaçıya münasibətdə mövcud olduğundan, yəni tələb olunan əlillik dərəcəsi və sığorta stajı olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

31. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-443/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar