Məhkəmə qərarları › İş №2-1(102)-404/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-404/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-404/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: OV32F1T) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üz rə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 2-1(107)-380/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir.

2. İddiaçı əmək kitabçalarını, hərbi biletini və diplomunu cavabdehə təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin 24 dekabr 2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, əmək kitabçasında qeyd edilən dövrlər, xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək olan təhsil dövrü və xx.xx.1974-cü il ta rixdən 1976-cı il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla iddiaçının sosial sığorta stajı 22 il 11 ay 4 gün təşkil edir (əmək haqqı ödənilmədiyindən xx.xx.1996-xx.xx.1996-cı il tarixinədək X1 staj nəzərə alınmamışdır) və bu qanunvericiliklə tələb edilən sosial sığorta stajından (25 il) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 11 ay 4 gün sosial sığorta stajına uyğun olaraq 17.471,72 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır. Əlavə olaraq fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, iddiaçının tələb olunan 25 il sığorta stajının və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına i mkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiya almaq hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “2287959 və ******* nömrəli əmək kitabçalarında qeyd edilmiş əmək fəaliyyəti dövrlərinin, həmçinin, hərbi biletdə və diplomda qeyd edilmiş müddətlər nəzərə alınmaqla hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qanunla tələb olunan 25 il stajı olmasına baxmayaraq cavabdeh əsassız olaraq ona pensiya təyinin dən imtina etmiş və sosial təminat hüququnu məhdudlaşdırmışdır.

6. Cavabdehin iddiaya dair təqdim etdiyi etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1997xx.xx.1999-cu il tarixləri arasında işlədiyi Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativinin əmək haqqı cədvəllərində iddiaçının adı olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-797/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli (hakim V.Musayev) qərarı ilə iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ******* və ******* nömrəli əmək kitabçalarında q eyd edilmiş əmək fəaliyyəti dövrləri, həmçinin hərbi biletdə və diplomda qeyd edilmiş müddətlər nəzərə alınmaqla hüququnun yarandığı - xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan, ИТ0028326 nömrəli və ИТ-2287959 nömrəli əmək kitabçalarında, diplomda və hərbi biletdə qeyd edilmiş iddiaçının ümumilikdə əmək stajı 25 il 2 ay 2 günə bərabərdir. Həmçinin, cavabdeh iddiaçının Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi illəri mübahisələndirsə də, həmin illər nəzərə alınmadan da, X1 staj nəzərə alınmaqla da iddiaçının 25 ildən artıq stajı olduğu müəyyən olunur. Bundan əlavə, cavabdeh imtinasında əmək haqqı ödənilmədiyindən xx.xx.1996-xx.xx.1996-cı il tarix inədək X1 stajın nəzərə alınmadığını qeyd etsə də, cavabdehin bu dəlilləri əsassızdır. Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədl ərlə sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-326/2022 saylı 2 noyabr 2022-ci il tarixli (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) qərarı ilə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. kassasiya instansiyası məhkəməsində icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 04 aprel 2023cü il tarixli, 2-1(102)-593/2023 saylı qərarı ilə(hakimlər N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, K.Bədəlov və İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. b. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 18 sentyabr 2023-cü il tarixli, 2-1(107)-380/2023 nömrəli (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, Ə.Məcidov və E.Mehdiyev) qərarı ilə birinci instansiya məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərini iddia tələbinə qarşı yazılı etirazda və imtina məktubunda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etira z təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə

149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

26. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. 1-ci hissə. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi i ş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 87.

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili b arədə qeydlər göstərilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİMƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayə ti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassas iya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətl əndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus hər iki əmək kitabçasına əsasən, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Qazıməmməd” dəmiryol distansiyasında işlədiyi dövrlə, 15.7.1990-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üst-üstə düşür.

33. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı tərəfindən özünə məxsus ИТ0028326 nömrəli və ИТ-2287959 nömrəli əmək kitabçalarının əslləri (iş materiallarının cildinə tikilmişdir) təqdim edilmiş və həmin əmək kitabçaları məhk əmə kollegiyası tərəfindən tədqiqi edilərək iş materiallarına əlavə olunmuş, bununla da Ali Məhkəmənin 04 aprel 2023-cü il tarixli qərarında verilmiş göstərişlərə riayət edilmişdir.

34. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, ИТ-0028326 nömrəli əmək kitabçası nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2005ci il tarixədək müəyyən fasilələrlə müxtəlif müəssisə və təşkilatlarda çalışmış, əmək kitabçasına əsasən iddiaçı eyni zamanda xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək işsiz statusunda olmaqla işsizlik müavinəti almışdır.

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının 2 ədəd əmək kitabçasının olması onun ziyanına şərh olunmamalıdır. Belə ki, cavabdehin özünün də göstərdiyi kimi hər iki əmək kitabçasında qeyd olunan dövrlərlə bağlı monitorinq aparılarkən iddiaçının müəyyən istisnalarla əmək kitabçalarında göstərilən idarə, müəssisə və təşkilatlarda çalışdığı müəyyən edilmişdir. Bu baxımdan yuxarıda istinad olunan əmək kitabçalarında iddiaçının əmək fəaliyyətində üst-üstə düşən hallardan biri çıxılsa belə iddiaçının yaşa görə əmək pensiyası alması üçün qanunla tələb olunan iş stajına (25 il) malik olması öz təsdiqini tapır.

36. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adının əmək haqqı cədvəllərində olmaması iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. İddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydad a saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır. Eyni yanaşma iddiaçının X1 əmək fəaliyyətinə də şamil edilməlidir

37. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh in kassasiya şikayət təmin edilməməli, iş üzrə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 21(107)-380/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar