Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-404/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 21(103)-1915/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya xx.xx.2022-ci il tarixdən daxili işlər orqanlarında xidmət etmiş şəxs kimi onun xidmət keçdiyi qurum Daxili İşlər Nazirliyi tərəfindən sonuncu tutduğu Bakı şəhəri Nizami RPİ- nin İstintaq şöbəsində müstəntiq vəzifəsi (polkovnik rütbəsi ilə) üzrə tərtib edilmiş məlumat vərəqəsi əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 sentyabr 2017-ci il tarixdən başlayaraq axırıncı iş yeri və vəzifəsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi olmuşdur. 21 oktyabr 2021-ci il tarixdə öz xahişi ilə (ailə vəziyyəti ilə əlaqədar) daxili işlər orqanlarından tərxis olunmaq üçün sərəncama buraxılı b saxlanılmışdır. 21 dekabr 2021-ci il tarixdə əsassız və ya səhv olaraq Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinə müstəntiq vəzifəsinə təyin olunmuşdur. Lakin həmin vəzifədə işləməmiş (xidmət göstərməmiş), maaş və məvaciblər almamış və pul vəsaitlərindən sosial fonduna ödəniş olunmamışdır. Sonradan, qeyd edildiyi kimi, 25 fevral 2022-ci il tarixdə öz arzusu ilə ailə daxili işlər orqanlarından tərxis olunmuşdur. Ona qanunsuz olaraq Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi vəzifəsini icra edən kimi şəxsə pensiya təyin olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların sırasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən hərbi rütbəli şəxslər və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən xüsusi rütbəli şəxslər aid edilmişdir. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50 – 100 % həcmində onun pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavə edilir. Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanun la əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslərə pensiya yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun yaranması üçün əsas 15 – 35 il minimum qulluq stajına malik olmaqdır. Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. İddiaçı cavabdehə 24 sentyabr 2022-ci il tarixdə pretenziya qaydasında pensiyasının qanuna uyğun yenidən hesablanması barədə ərizə göndərsə də, bu günədək ərizəyə cavab almamış və onun hüquqları pozulmuş vəziyyətində qalmaqdadır. Göstərilənlərə əsa slanaraq və İPM-in 2-ci maddəsini rəhbər tutaraq, iddiaçıya axırıncı 5 il, yəni 18 sentyabr 2017-ci il tarixdən başlayaraq axırıncı iş yeri və vəzifəsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi vəzifəsi (polis polkovniki) güzəştli şərtlərlə pensiyanı yenidən 25 fevral 2022-ci il tarixdən təyin etməklə və hesablamaqla yaranmış, ödənilməmiş pul məbləğinin fərqinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən təqdim olunmuş məlumat vərəqində onun vəzifəsi “Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsi – müstəntiq”, r ütbəsi “polkovnik”, cəmi xidmət müddəti “38 il, 8 ay, 21 gün”, təminat xərcliyi “1.903,55 manat” və ehtiyata buraxılma tarixi “25 fevral 2022-ci il” göstərilmişdir. Həmin məlumat vərəqinə uyğun olaraq ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1ci maddəsinə əsasən 26 fevral 2022-ci il tarixdən 38 il, 8 ay, 1 gün xidmət müddətinə görə təminat xərcliyinin (1.903,55 manat) 100% miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempi nə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) qərarına əsasən indeksləşdirilərək 1 yanvar 2023-cü il tarixdən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 2.183,37 manata çatdırılmışdır.
5. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıya 26 fevral 2022-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçının xidmətdən ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində yenidən xidmətə qəbul olunduğu aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda ə mək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Lakin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işə qəbul edilməyi ilə bağlı Mərkəzi Filiala hər hansı məlumat daxil olmayıb. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Buna görə də, iddiaçının əmək pensiyası cari ilin iyun ayından etibarən yalnız sığorta hissəsindən ibarət olmaqla 356,67 manat məbləğində müəyyən edilərək ona ödənilir. Eyni zamanda, iddiaçıya artıq ödənilmiş v əsait 21 iyun 2023-cü il tarixli razılıq ərizəsinə əsasən cari aydan etibarən pensiyanın 10 faizi miqdarında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı 21 iyun 2023-cü il tarixli akt tərtib ed ilmişdir. Bundan sonra iddiaçıya 21 iyul 2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə məktub ünvanlanmışdır. Həmçinin iddiaçının barəsində 24 iyun 2023-cü il tarixli və 10 avqust 2023-cü il tarixli yenidən xidmətə qayıtması ilə bağlı qərarlar qəbul edilmişdir. Göründüyü kimi, DSMF orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun pozuntusuna yol verilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(112)-3929/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi barədə müvafiq əmr mübahi sələndirilmədiyindən və qüvvədə olduğundan, xidmət etdiyi orqan – Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsi onun sonuncu tutduğu həmin vəzifə üzrə tərtib edildiyindən, o, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində nəzərdə tutulan kateqoriya şəxslərə aid olmadığından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona 21 dekabr 2021-ci il tarixədək işlədiyi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi vəzifəsi üzrə təminat xərcliyi əsasında əmək pensiyasının hesablanmasından imtinası qanuna zidd sayıla bilməz. Odur ki, iddia “əmək pensiyasının yenidən hesablanması” hissəsində əsassızdır. İddiaçının ikinci – “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbi b irinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil.
8. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-1915/2024 nömrəli qərarı ilə (hakimlər Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, M.Qarayeva və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(112)-3929/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmas ı və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.1 əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əla vələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli ş əxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndəri lən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya tə yinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mü mkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçının əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya daxili işlər orqanlarında 38 il 8 ay 1 gün (təqvimi xidmət illəri 33 il 7 ay 1 gün, güzəştli xidmət illəri 5 il 1 ay olmaqla) xidmət etmiş şəxs kimi onun xidmət keçdiyi qurum Daxili İşlər Nazirliyi tərəfindən sonuncu tutduğu Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsində müstəntiq vəzifə si (polkovnik rütbəsi ilə) üzrə tərtib edilmiş məlumat vərəqəsi əsasında əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqdakı hüquqi marağı isə onun əmək pensiyasının sonuncu iş yeri və vəzifəsi kimi bildirdiyi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin rəisi vəzifəsi nəzərə alınmaqla hesablanmasına və ödənilməmiş məbləğin ödənilməsinə nail olmaqdır.
24. Bununla bağlı qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq, əmək pensiyaları haqqında qanunvericilik hərbi qulluqçu kimi xidmət etmiş şəxslərə yaşa görə əmək pensiyasının bu barədə sonuncu xidmət keçdiyi qurum tərəfindən verilmiş onun sonuncu tutduğu vəzifəsi üzrə təminat xərcliyinə uyğun məlumat vərəqəsi əsasında təyin edilməsini nəzərdə tutur.
25. İş üzrə müəyyən olunur ki, iddiaçı barəsində məlumat vərəqi göndərildiyi tarixdən cavabdeh onun səlahiyyət dairəsinə aid olan öhdəlikləri yerinə yetirmiş, təqdim edilmiş məlumat vərəqi əsasında və həmin məlumat vərəqində qeyd olunmuş məlumatlar üzrə iddiaçıya pensiya hesablamışdır. Kollegiya qeyd edir ki, əgər iddiaçı pensiyanın düzgün hesablanmadığı qənaətindədirsə, o, DİN-ə qarşı yeni məlumat vərəqəsinin verilməsi barədə iddia tələbi ilə müraciət etməlidir. Belə ki, iş üzrə iddiaçının dəlilləri və əsas hüquqi marağı Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi olaraq yox, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin rəisi vəzifəsi nəzərə alınmaqla məlumat vərəqinin tərtib edilməsi istiqamətindədir. Belə olan halda isə iddiaçı, barəsində tərtib olunmuş məlumat vərəqini mübahisələndirməlidir. Çünki hazırkı işdəki cavabdeh pensiya təyini zamanı məlumat vərəqinin məzmununa bağlıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 21(103)-1915/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.