Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4040/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, düzgün olmayan cavabdehə qarşı iddia tələbinin yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ##.##.1993-cü il tarixli N№li hərbi hissə komandirinin *** nömrəli əmrindən çıxarışa əsasən İddiaçı şəxsi heyətin siyahısına və hər cür təminat növünə daxil edilmiş, sıravi hərbi rütbəsi verilmiş və tədris məntəqəsinin atıcısı təyin edilmişdir.
2. ##.##.1993-cü il tarixli N№li hərbi hissə komandirinin *** nömrəli əmrindən çıxarışa əsasən İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq ## ### 1993-cü ildən N №li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir.
3. N saylı hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin 1-ci müavini Cəbhə komandanının ** №-li ## ###### 1993-cü il tarixli əmrinə əsasən IV moto-atıcı taborun ştatında təşkil olunmuş Xanlar taborunun şəxsi heyətindən ibarət briqadanın şəxsi heyətinin tərkibinə daxil edilməklə bütün təminatlara şamil edilsinlər: (Əsas: Cəbhə Komandanın ** №-li ## ###### 1993-cü il əmri. 24. sır. İddiaçı).
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən X1 N saylı hərbi hissəni özbaşına tərk etmiş 73 nəfər əsgəri (X1) qazan təminatdan çıxarılmışdır.
5. N №li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli ** nömrəli əmrindən çıxarışda qeyd olunur: Azərbaycan Respublikası DİN DQK-nın ## ###### 1995-ci il 66 №li əmrinə əsasən DQ Komandanın ## ##### 1994-cü il *** saylı əmrinə dəyişikliklə əlaqədar şəxsi heyətin siyahısından çıxarılmış aşağıda adları göstərilən fərari əsgərlər hərbi hissənin şəxsi heyətinin sıralarına və bütün təminat növlərinə daxil edilsin: ... 106. X1.
6. N saylı hərbi hissə komandirinin ##.##.1999-cu il tarixli, 160 №li əmrindən çıxarışdan görünür ki, “Hərbi cinayətlər törətmiş şəxslər barəsində X3 münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ####### 1997-ci il tarixli qərarına əsasən barəsində qaldırılmış cinayət işləri rədd edilərək hərbi qeydiyyata durmaq üçün göndərilmiş adları göstərilən ştatdankənar əsgərlər (o cmlədən 9-cu sətirdə göstərilən X2 - Xanlar RHK-na) hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl (Xanlar) RHK-ı tərəfindən ##.##.1993-cü il tarixdə hərbi xidmətə göndərilmiş, ## ###### 1993-cü il tarixdən N saylı hərbi hissənin 4-cü Xanlar taborunda xidmət etmiş, ## ###### 1993-cü il tarixdə Ömər dağı ətrafında gedən döyüş zamanı ermənilərin minamyotdan açdığı atəş nəticəsində xəsarətlər almışdır. Həmin vaxtda onu Göygöl Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər, orada müalicə almışdır. O, N saylı hərbi hissəni özbaşına tərk etməmişdir. Cavabdeh aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına müraciət olunsa da, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi təmin olunmamışdır. Cavabdeh imtina məktubu əsassızdır.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının tələbinin mahiyyəti, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan “Müharibə veteranı” adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2023-cü il tarixli */*-**** nömrəli arayışından göründüyü kimi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınmış, hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ müavinətlərdən çıxarılmışdır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən döyüşlər aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmiş və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (Hakim Lalə Əliyeva) iddia təmin edilmiş, İddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, ##.##.1993-cü il tarixli N №li hərbi hissə komandirinin əmrindən çıxarışda İddiaçı N saylı hərbi hissəni özbaşına tərk etmiş 73 nəfər əsgərin sırasında qeyd edilmiş olunsa da, ##.##.1995-ci il tarixli N №li hərbi hissə komandirinin ** nömrəli əmrindən çıxarışla müəyyən edilir ki, Azərbaycan Respublikası DİN DQK-nın ## ###### 1995-ci il 66 №li əmrinə əsasən DQ Komandanın ## ##### 1994-cü il *** saylı əmrinə dəyişikliklə əlaqədar şəxsi heyətin siyahısından çıxarılmış aşağıda adları göstərilən fərari əsgərlər: 106. X1 hissənin şəxsi heyətinin sıralarına və bütün təminat növlərinə daxil edilmişdir. Yəni, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş olsaydı belə, hərbi hissə komandirinin ##.##.1995ci il tarixli ** nömrəli əmri ilə onun bütün növ təminatların bərpa edilməsi əmr edilmişdir. həmçinin məhkəmənin sorğusuna əsasən əldə edilmiş materiallarla müəyyən edilir ki, iddiaçıya ##.##.2017-ci il tarixində təkrar olaraq 5 il müddətinə səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcə əlillik təyin edilmişdir. İddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər - Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Aygül İsgəndərova) Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçmiş şəxs olması və ona döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin avqust ayında aldığı xəsarətə görə ##.##.2017-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş olması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan Əsasnamənin qeyd hissəsinə əsasən də demək mümkündür ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçmiş şəxs olması faktı ilə yanaşı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusu ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun deyildir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Yuxarıda qeyd edilənlərdən görünür ki, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) aidiyyəti üzrə orqanların, yəni iddiaçı İddiaçı münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən “Müharibə veteranı" adı verilir.
17. İddiaçı İddiaçı # ###### 1993-cü il tarixdən ## ###### 1993-cü il tarixədək Cavabdeh, daha sonra Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 25035 və N nömrəli hərbi hissələrində sıravi hərbi rütbəsində müxtəlif tarixlərdə xidmət etməsi müəyyən edilmiş və N nömrəli hərbi hissə komandirinin ## #### 1999-cu il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin ## ####### 1997-ci il tarixli amnistiya Qərarına uyğun olaraq barəsində qaldırılmış cinayət işi rədd edilmiş, sonuncu hərbi qeydiyyata durmaq üçün Xanlar RHK-a göndərilərək, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Göründüyü kimi iddiaçının sonuncu xidmət yeri və ehtiyata buraxıldığı hərbi hissə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissəsi olmuşdur. İddiaçının ehtiyata buraxıldığı orqan Daxili İşlər Nazirliyi olduğuna görə ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi Cavabdeh səlahiyyətlərində deyildir və Müdafiə Nazirliyi bu işdə cavabdeh kimi göstərilə bilməz. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli. apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərardad qəbul edilməli, hazırkı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbi mümkün sayılmamalıdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
19. İnzibati Prosessual Məcəllə Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.
23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
24. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
26. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs olmadığından, iddiaçının cavabdehin tabeliyində olan hərbi hissəyə və ya digər quruma ezam olunması iş materialları ilə müəyyən edilmədiyindən hazırkı iddia tələbi cavabdeh inzibati orqana qarşı yönələ bilməz.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir.
28. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən “Müharibə veteranı” adı verilir.
29. İş materialından müəyyən olunur ki, iddiaçı # ###### 1993-cü il tarixdən ## ###### 1993-cü il tarixədək Cavabdeh, daha sonra Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 25035 və N nömrəli hərbi hissələrində sıravi hərbi rütbəsində müxtəlif tarixlərdə xidmət etmiş və N nömrəli hərbi hissə komandirinin ## #### 1999-cu il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin ## ####### 1997-ci il tarixli amnistiya Qərarına uyğun olaraq barəsində qaldırılmış cinayət işi rədd edilmiş sonuncu hərbi qeydiyyata durmaq üçün Xanlar RHK-a göndərilərək hərbi hissənin şəxsi heyətinin siyahısında çıxarılmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) aidiyyəti üzrə orqanların, yəni iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən “Müharibə veteranı" adı verilir.
31. Beləliklə, işin halları və Əsasnamənin tələblərini birgə təhlil edərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sonuncu xidmət yeri və ehtiyata buraxıldığı hərbi hissə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissəsi olduğundan ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi Cavabdeh səlahiyyətlərində olmamışdır.
32. Beləliklə məhkəmə kollegiyası, qeyd edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
33. Həmçinin iddiaçıya izah olunur ki, şəxsin hüquqi marağı olan “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələblə səlahiyyəti olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə inzibati icraat qaydasında müraciət edə bilər.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2 *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddiası mümkün sayılmasın. Qərar qətidir.