Məhkəmə qərarları › İş №2-1(102)-405/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-405/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-405/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2, xx, X3, xx və X4 Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5 və X4 (bundan sonra mətndə iddiaçı) cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X11) “cavabdehin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi və Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərind ə olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-420/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarından İddiaçı2 verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə aid 644 nömrəli təsərrüfatbaşına kitabında təsərrüfat başçısı kimi qeyd olunmuş X5 təsərrüfatında arvadı İddiaçı1, X2, X4, İddiaçı2, İddiaçı3, İddiaçı5 adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olması barədə qeydi yyat aparılmışdır. Nümayəndəliyin 2001-2005-ci illərə aid 31 nömrəli təsərrüfatbaşına kitabında isə X7 və onun ailə üzvlərinin adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin, 1985-ci ildə tikilmiş, 81,6 kv.m ümumi sahəsi olan evin də olması barədə qeydiyyat aparılmışdır. “Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı”nın 138-ci sırasında mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X7 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur.

2. Bundan sonra Şəki rayonu Şorsu kəndində islahat aparılan zaman X7 və onun ailə üzvlərinin mülkiyyətinə 0,16 ha həyətyanı torpaq sahəsi verilm işdir. Həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5, X4 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2014-cü ildə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı X5 adına 14.03.2014-cü ildə texniki pasport da tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,16 ha, faktiki torpaq sahəsinin ölçüsü isə 0,27 ha qeyd olunmuşdur.

3. Cavabdehin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarına əsasən, 0,02 ha torpaq sahəsinin X1 qərara alınmışdır. Daha sonra iddiaçılar cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı zəbtlərində olan 0,11 ha torpaq sahəsinin müvafiq hissəsinin X1 barədə Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı ilə həmin iddia təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli 2(075)1857/2019 nömrəli qətnaməsi ilə Şəki Rayonu Şorsu Bələdiyyəsi ilə X11 arasında bağlanmış 10.11.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli və X6 adına verilmiş RX seriyalı ******* nömrəli “Hüquql arın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” ləğv edilmişdir. Cavabdeh X11 məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 10.03.2020-ci il tarixli 2(107)742/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Şəki Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli 2(075)1857/2019 nömrəli qətnaməsi Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmişdir.

4. İddiaçılar cavabdehə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyətlərində olan fərdi yaşayış evinin altında olan 0,11 ha zəbt torpaq sahəsinin Bələdiyyənin iclasında baxılaraq onlara satılması barədə qərar qəbul olunması nı xahiş etmişlər. Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə ayrılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüq uqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır.

5. Şorsu Bələdiyyəsi İddiaçı2 ərizəsinə cavab olaraq 08.04.2021-ci il tarixli 19 nömrəli məktubla bildirmişdir ki, onların zəbtində olan Bələdiyyəyə məxsus 0,11 ha torpaq sahəsi qonşular arasında mübahisə predmeti olduğundan həmin ərazinin birbaşa onlara satılması mümkün olmadığı üçün ərazinin hərrac vasitəsilə satılması barədə Bələdiyyənin 07.04.2021-ci il tarixli 04 nömrəli iclasında qərar qəbul edilmişdir. Torpaq sahəsinin müvafiq sənədləri hazı rlanaraq hərrac komissiyasına təqdim olunacaq və hərracın tarixi və keçiriləcəyi yer barədə onlara və həmin ərazini almaq istəyən digər şəxslərə məlumat veriləcəkdir. Hərracın qalibi olaraq şəhadətnamə alan şəxsə torpaq sahəsinin satılması qanunvericiliyə uyğun olaraq təmin ediləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 15 aprel 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi və Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslan dırılmışdır ki, üçüncü şəxs X8 bələdiyyə tərəfindən satılan torpaq sahəsi məhkəmə qaydasında ləğv edildiyindən, həmin torpaq sahəsi islahat aparılan zamandan onların istifadəsində və zəbtində olduğundan bələdiyyə həmin torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna uyğun olaraq onlara satmalıdır.

8. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir.

9. Üçüncü şəxs X11 16.05.2021-ci ildə birinci instansiya məhkəməsinə göndərdiyi iddiaya etiraz ərizəsində bildirmişdir ki, torpaqla bağlı müqavilələrdən irəli gələn (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, iddiaçıların iddia etdiyi torpaq sahəsinə hüquqları o halda yarana bilər ki, torpaq sahəsi qanuni əsaslarla onlara satılmış olsun. Mübahisə predmeti olan torpaq sahəsinin ona satılan hissədə ləğvi iddiaçıların həmin torpaq sahəsinə hüquqlarının yaranması anlamına gəlmir. Torpaq sahəsi bələdiyyəyə məxsusdur və bələdiyyə həmin torpaq sahəsini hərrac vasitəsi ilə sata bilər.

10. Məhkəmə tərəfindən Respublika Dövlət Arxivinin Şəki filialına sorğu edilərək Şəki ŞİH başçısının Cumakənd icra nümayəndəliyinin 1996-2000-ci illər, Şorsu kənd icra nümayəndəliyinin 2001-2005-ci illər üzrə təsərrüfatbaşına kitablarının iddiaçılara aid hissələrindən çıxarışlar alınmışdır. Birinci kitabda ailənin istifadəsində olan torpaq sahəsi qrafasında 1998, 1999, 2000-ci illərdə 0,10 ha torpaq sahəsinin olması, ikinci kitabda isə 0,10 ha həyətyan ı və 2,69 ha əkin torpağının olması göstərilmişdir. İddiada bəhs edilən 0,11 ha torpaq sahəsinin iddiaçıların istifadəsində olması həmin kitablarda göstərilməmişdir.

11. Məhkəmə tərəfindən Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd İƏD üzrə nümayəndəliyinə sorğu edilərək alınmış 24.05.2021-ci il tarixli 21 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı1 və X11 arasında olan torpaq mübahisəsi 2013-cü ildən başlayaraq hələ də öz həllini tapmamışdır. Şorsu Bələdiyyəsinə məxsus olan qeyd edilən 0,11 ha torpaq sahəsi adları göstərilən hər iki şəxsin həyətyanı torpaq sahələrinə bərabər hissədə bitişik ərazidir və həmin ərazini İddiaçı1 2000-ci ildə sonrakı illər ərzində hissəhissə genişləndirərək istifadə etmişdir.

12. Məhkəmənin 04.05.2021-ci il tarixli məktubu ilə iddiaçılara bildirilmişdi r ki, iddiada bəhs olunan 0,11 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarla 0,02 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qüvvəyə minməsinədək onların qeyriqanuni istifadəsində olması müəyyən edilmişdir. Göstərilən 0,11 ha torpaq sahəsinin qalan 0,09 ha hissəsi ilə bağlı isə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçılara təklif edilmişdir ki, tələb etdikləri 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin onların qeyriqanuni istifadəsində məhz "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsinlər. İddiaçılar həmin məktuba cavab olaraq məhkəməyə yazdıqları 31.05.2021-ci il tarixli ərizədə bildirmişlər ki, tələb etdikləri 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin zəbtlərində və istifadələrində olması daşınmaz əmlakın dövlət reyestrindən verilmiş texniki pasportda öz əksini tapmışdır.

13. Şəki İnzibati Məhkəməsinin (hakim X17, 2-1(116)-802/2021 saylı iş) 17 avqust 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin 7 aprel 2021-ci il tarixli qərarı aşağıdakı koordinatlarda yerləşən 0,02 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, № X Y Döngə nöqtələri arasındakı məsafə Nöqtələr Məsafə (metrlə) 1 667788,74 4557673,2 1-2 10,09 2 2 667795,93 4557680,2 2-3 15,60 9 3 667808,23 4557670,6 3-4 3,83 9 4 667805,57 4557667,9 4-5 4,08 4 həmin 0,02 ha torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiada bəhs edilən 0,11 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə bağlı mövcud olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı hazırkı iş üzrə proses iştirakçıları üçün məcburidir. Göstərilən məhkəmə qərarı ilə 0,02 ha torpaq sahəsinin iddiaçıların zəbtində olması müəyyən olunduğuna və 0,02 ha torpaq sahəsinin üçüncü şəxsə satılması barədə cavabdehin qərarı məhz iddiaçıların iddiası əsasında ləğv olunduğuna görə hazırkı iddianın həmin 0,02 ha torpaq sahəsi ilə bağlı hissəsinin yenidən araşdırılmasına zərurət yoxdur və iddianın həmin hissəsi əsaslıdır. Torpaq sahəsinin qalan 0,09 ha hissəsinin isə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək iddiaçıların zəbtində olması barəd ə sübut olmadığına görə həmin hissə sözügedən Qanunun 16.3-cü və 16.4cü maddələrinin təsiri altına düşmür və belə olan halda, iddianın həmin hissəsi əsaslı deyil.

15. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarının iddianın təmin edilməyən hissədə ləğv edilməsi, yeni qərar qəbul edilərək cavabdehin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas qərarının tam ləğv edilməsi və 0,09 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada satılmasına dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X9-məruzəçi, X13 və X18, 2-1(107)-420/2021 saylı iş) 18 noyabr 2021-ci il tarixli qərarla iddiaçıların apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarını apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlamışdır.

17. İddiaçı2 3 dekabr 2021-ci il tarixdə qərarın surətini almış, 21 dekabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

18. Kasasiya şikayətində Torpaq Məcəlləsinin 4-cü, “Torpaq islahatı haqqında” Qanunun 9 və 16.3-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçıların istifadələrində 0,27 ha həy ətyanı torpaq sahəsi mövcuddur. 14.03.2014-cü ildə DƏDRXdən alınmış texniki pasportda iddiaçıların istifadəsində 0,27 ha torpaq sahəsinin mövcud olduğu və 0,16 sahəsi həyətyanı, faktiki 0,27 ha sahə olduğu müəyyən olunur. 0,11 ha torpaq sahəsinin iddiaçılar tərəfindən hissə-hissə zəbt edildiyi barədə Kənd icra nümayəndəliyindən arayış əldə edilmişdir. Lakin işi araşdıran məhkəmə iddiaçılar barəsində ilk əvvəl baxılmış məhkəmə qərarlarının mövcudluğuna diqqət etməmişdir. Həmin qərarlarda mübahisəli torpaq sahəsinin 30 ildən çox müddətə iddiaçıların istifadəsində olduğu müəyyən edilir. Məhz buna görə ilk əvvəl araşdırma aparan məhkəmələr bələdiyyə tərəfindən mübahisəli ərazinin 0,02 ha hissəsini X1 barədə qərarın ləğv edilməsi barədə qərar çıxarmışdır.

19. Kənd icra nümayəndəliyinin verdiyi arayışda mübahisəli torpaq sahəsi üzrə iddiaçılar və Mirzə Ağamirzəyev arasında uzun müddət mübahisə olduğunu və qeyd olunan ərazinin hissə-hissə iddiaçılar tərəfindən zəbt edildiyini bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təsərrüfat başına kitabda iddiaçılara məxsus 0,10 ha həyətyanı torpaq sahəsi mövcud olduğu və mübahisəli ərazinin kitabda əks olunmadığı bildirilmişdir. İşdə olan digər sənədlərdə iddiaçıların mülkiyyətində 0,10 ha həyətyanı və 0,06 ha zəbt həyətyanı torpaq sahəsinin mövcud olduğu öz əksini tapır. Göründüyü kimi, təsərrüfatbaşına kitabda bütün illər üzrə yalnız vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin qeydiyyatı aparılmışdır. Onların zəbtində olan ərazilərin qeydiyyatı kitabda öz əksini heç bir zaman tapmır.

20. Məhkəmə yalnız iddiaçının təsərrüfatbaş ına kitabından çıxarış etmişdir. Lakin həmin ərazilər iddiaçının atasının mülkiyyətində və zəbtində olan ərazi olmuşdur. O rəhmətə gedəndən sonra iddiaçının adına keçirilmişdir. Məhz buna görə də təsərrüfatbaşına kitabda iddiaçının atası barədə məlumatları əldə etmək zəruridir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə

9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikin tisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. (-). Maddə

16. Qeyri-qa nuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları i stifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses işt irakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikay ətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Mə hkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kolle giyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

27. Cavabdehin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə ayrılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildi kdə torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır.

28. Cavabdeh iddiaçının ərizəsinə cavab olaraq 08.04.2021-ci il tarixli 19 nömrəli məktubla bildirmişdir ki, onların zəbtində olan bələdiyyəyə məxsus 0,11 ha torpaq sahəsi qonşular arasında mübahisə predmeti olduğundan həmin ərazinin birbaşa o nlara satılması mümkün olmadığı üçün ərazinin hərrac vasitəsilə satılması barədə bələdiyyənin 07.04.2021-ci il tarixli 04 nömrəli iclasında qərar qəbul edilmişdir. Torpaq sahəsinin müvafiq sənədləri hazırlanaraq hərrac komissiyasına təqdim olunacaq və hərracın tarixi və keçiriləcəyi yer barədə onlara və həmin ərazini almaq istəyən digər şəxslərə məlumat veriləcəkdir. Hərracın qalibi olaraq şəhadətnamə alan şəxsə torpaq sahəsinin satılması qanunvericiliyə uyğun olaraq təmin ediləcəkdir.

29. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Onlar tələblərini belə əsaslandırmışlar ki, üçüncü şəxsə bələdiyyə tərəfindən satılan torpaq sahəsi məhkəmə qaydasında ləğv edildiyindən, həmin torpaq sahəsi islahat aparılan zamandan onların istifadəsində və z əbtində olduğundan bələdiyyə həmin torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara satmalıdır.

30. Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin 07.04.2021-ci il tarixli 04 nömrəli qərarı 0,02 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, 0,02 ha torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

31. İddiaçıların apelyasiya şikayəti apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir.

32. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıların 0,11 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qüvvəyə mi nməsinədək zəbt etdiklərini təsdiq edən heç bir sübut yoxdur. Göstərilən torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olmasını təsdiq edən ilk sənəd yuxarıda göstərilən texniki pasportdur, həmin sənədin tarixi isə 14.03.2014-cü il olmaqla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qüvvəyə minməsindən sonraya aiddir. Torpaq sahəsinin qalan 0,09 ha hissəsinin isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qüvvəyə minməsinədək iddiaçıların zəbtində olması barədə sübut olmadığına görə həmin hissə sözügedən Qanunun 16.3-cü və 16.4-cü maddələrinin təsiri altına düşmür və belə olan halda, iddianın həmin hissəsi əsaslı deyil.

33. Məhkəmə kollegiyası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 və 16.4-cü maddələrinin təfsirinə dair apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. 34. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

35. Qanunun mənasına görə Qanun qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir.

36. Qanunun 16.4-cü maddəsinə görə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslər in adına rəsmiləşdirilir.

37. Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduğu və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Qanunun 16.4-cü maddəsində sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin istifadəyə başlanan vaxtının Qanunun qüvvəyə minməsi dövrü ilə şərtləndirilməsi nəzərdə tutulmamışdır. Artıq istifadə edilən torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qüvvəyə minənədək, yaxud qüvvəyə minməsindən sonra baş verməsinə dair Qanunda (16.4-cü maddədə) şərt nəzərdə tutulmamışdır. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin nə vaxt tutulması deyil, həmin torpaq sahəsinin geri alınmasının mümkün olubolmamasıdır.

38. Apelyasiya ins tansiyası məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsini düzgün təfsir etməyərək sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən mübahisə predmeti olan 0,09 ha torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasını araşdırmamış, bunun nəticəsindən asılı olaraq qərar qəbul etməmişdir.

39. Birinci instansiya məhkəməsi tərəfindən Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd İƏD üzrə nümayəndəliyinə sorğu edilərək alınmış 24.05.2021-ci il tarixli 21 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı1 və M.Z.Ağamirzəyev arasında olan torpaq mübahisəsi 2013-cü ildən başlayaraq hələ də öz həllini tapmamışdır. Şorsu Bələdiyyəsinə məxsus olan qeyd edilən 0,11 ha torpaq sahəsi adları göstərilən hər iki şəxsin həyətyanı torpaq sahələrinə bərabər hissədə biti şik ərazidir və həmin ərazini İddiaçı1 2000-ci ildə sonrakı illər ərzində hissə-hissə genişləndirərək istifadə etmişdir.

40. İşdə olan sənədlərlə mübahisə predmeti olan 0,09 ha torpaq sahəsinin (tam və ya qismən) geri alınmasının mümkün olub-olmamasını müəyyən etmək olmadığından apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti təmin olunmalıdır.

41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-420/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apelyasiya Məh kəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar