Məhkəmə qərarları › İş №2-1(102)-405/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-405/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-405/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin kassator tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) “kollecdə təhsil hüququnun təmin edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-167/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının kollecdə təhsil hüququnun təsdiqləyib təmin edilməsini və ona dəymiş 8.500 manat məbləğində təzminatın ödənilməsini xahiş etmişdir

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mənəvi zərərin ödənilməsi və bu ilin fevral ayında elektron ərizənin şəxsi kabinetinin yerləşdirilməsi, təsdiqi və yeni imtahanda iştirakına imkan verilməsi” hissəsində mümkün sayılmamışdır.

3. Bak ı İnzibati Məhkəməsinin 2-1(112)-4146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-167/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

7. İş kassasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi ilə məlumat verilmişdir k i, kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçıya və vəkilinə göstərilən çatışmazlığın 2023-cü il 25 dekabr tarixədək aradan qaldırılması təklif olunmuş, əks təqdirdə, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim o lunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

9. Mülki Prosessual Məcəllə: Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. İPM-in 90.3-cü və MPM-in 407.3-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayəti yalnız onu verən şəxs və vəkil tərəfindən imzalandıqdan sonra icraata qəbul edilir.

12. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti onu verən şəxs (onun nümayəndəsi) tərəfindən imzalanmamışdır. İddiaçı bu barədə xəbərdar edilməsinə baxmayaraq, bildirişdə göstərilən çatışmazlığın aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir.

13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-167/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin icraata qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar