Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4058/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“əmək pensiyasının yenidən hesablanması”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının yenidən hesablanması tələbi ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.5.2-cı maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox umumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa gorə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarinda hesablanır. Sonuncu xidmət etdiyiniz orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən ## ###### 2022-ci il tarixindən Sizə Qanunun 20.14.2-ci maddəsinin tələblərinə əsasən 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmaqla təminat xərcliyinizin (1077,75 manat) 50 (25 ilə görə-50 faiz)-538,88 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalannm indeksləşdirilməsi ilə əlaqədar pensiyanız # ###### 2023-cü il tarixindən 618,09 manat, # ###### 2024-cü il tarixindən 687,31 manat məbləğində müəyyən edilib.
2. İş materiallarında olan iddiaçı İddiaçı qızına məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 pensiyasının təyin edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarına əsasən ##.##.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir (pensiya faizi 50%). Həmin sənədlərdə olan məlumat vərəqinə əsasən iddiaçının təqvim üzrə xidmət ili 18 il 04 ay 21 gün, güzəştli xidmət ili 01 ay 13 gün, ümumi iş stajı 14 il 06 ay 02 gün təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## ###### 2024-cü il tarixli məktubdakı cavabının əsassız sayılması, ona təyin olunmuş pensiyanın, ümumi iş stajı illərinin “məlumat vərəqi”ndə göstərilən 33 il 06 gün staj illəri (18 il 06 ay 04 günü güzəştli sayılan hərbi xidmət illəri, 14 il 06 ay 02 gün isə əmək fəaliyyətindən alınan mülki staj illəri) olaraq yenidən hesablanması və yaranan fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ## ###### 2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidmət etdiyi orqan tərəfindən cavabdehə təqdim olunmuş “məlumat vərəqi”nə əsasən ## ###### 2022-ci il tarixdən ona hərbi qulluqçu kimi “Əmək pensiyaları haaqında” Qanunun 9.5.2 və 20.14.2-ci maddələrinin tələblərinə əsaslanmaqla 25 təqvim ilinə görə (12 il 06 ay hərbi staj + 12 il 06 ay isə mülki staj olaraq) təminat xərcinin (1077,75 manat) 50% miqdarında, yəni 538,88 manat məbləğində əmək pensiyası təyin edilmişdir ki, nəticədə onun yerdə qalan 8 il 06 gün staj illəri nəzərə alınmamışdır. Belə ki, məlumat vərəqinə əsasən iddiaçının 33 il 06 gün ümumi iş stajı var. Həmin staj illərinin 18 il 06 ay 04 günü güzəştli sayılan hərbi xidmət illəri, 14 il 06 ay 02 gün isə əmək fəaliyyətindən alınan mülki staj illəridir. Qanuna görə hərbi xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox iş stajı olan bu stajın 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50%-i və 25 ildən yuxarı stajın (hərbi xidmətə görə güzəştli sayılan hissə nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1%-i miqdarında əlavə olunmala əmək pensiyası təyin edilir. Cavabdehə təqdim olunmuş məlumat vərəqinə əsasən iddiaçının 33 il 06 gün ümumi iş stajı var. İddiaçıya pensiya hesablanarkən 8 illik staj ilinə görə hesablanma aparılmamışdır. Cavabdehə ünvanladığı qeyd olunan məzmunlu ərizəsi təmin edilməyib və ona ünvanlanan ## ###### 2024-cü il tarixli məktubla tələbi ümumi sözlərlə cavablandırılıb.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ###### 2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmiş, Mərkəzi Filial tərəfindən ##.##.2023-cü il tarixli 3-17- */*-*-****/**** nömrəli qərarla İddiaçı ## ###### 2022ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müvafiq hesablamadan narazı qalan İddiaçı ## ###### 2023- cü il tarixdə yenidən Mərkəzi Filiala müraciət etmiş, 18 ili hərbi xidmət, 15 ili mülki staj olmaqla 33 il ümumi stajının nəzərə alınan 25 ildən əlavə qalan 8 ilinin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını tələb etmişdir. İddiaçı Mərkəzi Filial tərəfindən ## #### 2023-cü il tarixli *-**-*/*-Ə-*****/**** nömrəli məktubla əmək pensiyasının hesablanması barədə məktub ünvanlanmışdır. Müvafiq hesablamadan narazı qalan İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Mərkəzi Filialına həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət verməyinizi Sizdən xahiş edirik. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı İddiaçı Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən ## ###### 2022-ci il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. İddiaçı münasibətdə sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə və Qanunun 20.14.2-ci maddəsinin tələblərinə əsasən 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmagla təminat xərcliyinin (1077,75 manat) 50 (25 ilə görə-50 faiz)- 538,88 manat məbləğində hərbi gullugçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda həmin Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlagədar İddiaçı pensiyası 0# ###### 2023-cü il tarixdən 618,09 manat, 0# ###### 2024-cü il tarixdən 687,31 manat məbləğində müəyyən edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 2024-cü il ## ###### tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddianı qaldırmaqda iddiaçının məqsədi onun ümumi stajı 25 ildən, hərbi xidmət dövrü isə 12 il 6 aydan çox olduğunu nəzərə alaraq həmin illər (8 il və ya 6 il) üzrə də əmək pensiyasına əlavələr edilməklə pensiyanın yenidən hesablanmasıdır. İddiaçıya ## ###### 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxs kimi, xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə və Qanunun 20.14.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan mətninə əsasən (hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanmaqla) 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmagla təminat xərcliyinin 50 %-i məbləğində hərbi gullugçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
9. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh qurum tərəfindən iddiaçının pensiyası qanunamüvafiq qaydada hesablanmış, pensiyasının hesablanması qaydası qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçının 33 il 06 gün ümumi staj illəri (25 ildən 8 il 6 ay artıq) və 18 il 06 ay 04 gün (12 il 6 aydan 6 il artıq) güzəştli sayılan hərbi xidmət illəri nəzərə alınaraq qanunvericiliyin müəyyən etdiyindən artıq faiz əlavələri hesablanmaqla pensiyanın yenidən hesablanması və yaranan fərqin birdəfəlik ona ödənilməsinə “qanuni gözləntisi” yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
10. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı qızı ##.##.1964-cü il təvəllüdlüdür. İddiaçıya ##.##.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən ## ###### 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən (hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanmaqla) 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmaqla təminat xərcliyinin 50 faizi (25 ilə görə 50 faiz) məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanaraq ödənilir. İddiaçı hazırda cavabdeh quruma təqdim olunan məlumat vərəqinə əsasən 33 il 06 gün ümumi iş stajı olduğundan ona 25 ildən yuxarı stajın (8 il 06 gün) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyasının yenidən hesablanmasını və yaranan fərqin birdəfəlik ödənilməsini xahiş edir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinin tələblərinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyasının hesablanması müəyyən edilmişdir. Yəni iddiaçının tələb etdiyi əlavə 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanırdı. İş materiallarında olan iddiaçıya aid məlumat vərəqinə əsasən isə iddiaçının təqvim üzrə xidmət ili 18 il 04 ay 21 gün, güzəştli xidmət ili 01 ay 13 gün təşkil edir. İddiaçının hərbi xidmət (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) ili qanunvericiliyin tələb etdiyi müddətdən azdır. İddiaçının hərbi xidmət illəri 25 ildən az olduğundan onun əmək pensiyasına hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün təminat xərcliyinin 1 faizi miqdarında əlavə hesablanmamışdır.
14. Göründüyü kimi, iddiaçıya təyin edilmiş əmək pensiyası hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. İddiaçı ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmadığını iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etiraz iddia ərizəsinə və apellyasiya şikayətinə etirazın məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Maddə 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, ## ###### 2024-cü il, “Azərbaycan” qəzeti, ## ###### 2024-cü il, № **, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № *, maddə 137) 20.14.2-ci maddədə hər iki halda “25” rəqəmləri “30” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə və “hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla)” sözləri “ümumi iş stajının” sözləri ilə əvəz edilmişdir. # #### 2024-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, ## #### 2024-cü il, “Azərbaycan” qəzeti, ## #### 2024-cü il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № *, İ kitab, maddə 644) 20.14.2-ci maddəyə “30 təqvim ili” sözlərindən əvvəl “buraxıldığı günə” sözləri əlavə edilmişdir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülən dəlillərlə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının hüquqi marağına uyğun olaraq əmək pensiyasının yenidən hesablanması üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.