Məhkəmə qərarları › İş №2-1(102)-406/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-406/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-406/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə sair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı prosessual hüquqi varisi X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi, X7, Balakən Rayon İcra Hakimiyyəti, “Balakən Bələdiyyəsinin 25.10.2005-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsi üzərində üçüncü şəxs X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən sahə istisna olmaqla İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli 2-1(107)-454/2020 nömrəli qərarından cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Balakən şəhər Bələdiyyəsinin 28 oktyabr 2005-ci il tarixli 119/1 saylı sərəncamı ilə avtomobil təmiri sexi tikmək üçün R.Səmədov küçəsinin cənub-qərb tərəfində, avtovağzalın şərqində 10x12 metr ölçüdə 120 kv.m torpaq sahəsi ayrılması və hər kv.m üçün o vaxtkı məzənnə ilə beş min manata satılması qərara alınmışdır.

2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya aşağıdakı məzmunda 24.04.2019-ci il tarixli məktubu göndərmişdir: Ərizənizlə bağlı aparılmış zəruri inventarlaşdırma v ə kadastr ekspertizası zamanı bələdiyyədən əldə etdiyiniz Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, bələdiyyədən əldə etdiyiniz Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq səhəsi ayrıc aktına əsasən sənəd üzrə yerləşmə vəziyyəti daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçi X3 adına qeydiyyata alınmış torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Faktiki yerləşmə vəziyyətinə əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron xəritələrində dövlət mülkiyyətind ə olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Buna görə də ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsinə çıxarış verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci il tarixdə Balakən şəhəri H.Əliyev (əvvəlki R.Səmədov) küçəsində avtomobil təmiri sexi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Balakən şəhər Bələdiyyəsinə müraciət etmişdir. Onun ərizəsinə 25 oktyabr 2005-ci il tarixdə Bala kən şəhər Bələdiyyəsinin iclasında baxılmış və Balakən şəhər Bələdiyyəsinin 28 oktyabr 2005ci il tarixli 119/1 saylı sərəncamı ilə ona avtomobil təmiri sexi tikmək üçün 10x12 metr ölçüdə 120 kv.m torpaq sahəsi ayrılması və hər kv.m üçün o vaxtkı məzənnə ilə beş min manata satılması qərara alınmışdır. Həmin tarixdə torpaq sahəsi ona ölçülüb təhvil verilmiş, 26 may 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Bundan sonra həmin ərazidə Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən avtomobil təmiri sexi üçün smeta sənədləri və seçilmiş ərazinin situasiya planı hazırlanmışdır. Lakin maddi imkanı pis olduğuna görə həmin ərazidə avtomobil təmiri sexi i nşa edə bilməmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən çıxarış alınması üçün ərizə və əlavə edilmiş sənədlərlə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ona 24 aprel 2019-cu il tarixli **********38 saylı imtina məktubu təqdim etmişdir. Cavabdehin imtinası əsasssızdır.

6. Məhkəmənin 31.08.2020-ci il tarixli iclasında 02.06.2020-ci il tarixində ölmüş İddiaçı prosessual hüquq varisi X10 ilə ilə əvəz edilmişdir. İddiaçı prosessual hüquqi varisi X10 məhkəmənin 31.08.2020-ci il tarixli iclasında iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini qeyd edib, “Balakən Bələdiyyəsinin 25.10.2005-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsi üzərində üçüncü şəxs X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən sahə istisna olmaqla İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2-1(116)-52/2020 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən Bələdiyyəsinin 25.10.2005-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsi üzərində üşüncü şəxs X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən sahə istisna olmaqla İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyi qoyulmuş, məhkəmə xərcinin iddiaçının prosessual hüquq varisi X8 aid edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs olan X3 mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin üst-üstə düşməklə eyni ərazidə yerləşməsi və mütəxəssis rəyinə əsasən də inventar nömrəsi 713 olan 25.1 1.2008-cı ildə tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsinin cizgiləri daxilində yerləşməməsi cavabdehin qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair dəlilini istisna edir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-454/2020 saylı, 20.11.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), İ.Şükürov və R.Rəfiyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2-1(116)-52/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilir ki, Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcudur. Belə ki, iddiaçının bələdiyyədən əldə etdiy Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq səhəsinin ayrıc aktına əsasən sənəd üzrə yerləşmə vəziyyəti daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçi X3 adına qeydiyyata alınmış torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Həmçinin sənəd üzrə yerləşmə vəziyyətinə əsasən 120 kv.m torpaq səhəsi 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan məl umatlarda daşınmaz əmlakın dövlət reyestrində X2 istifadəsində olmaqla dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi inventarlaşdırılmış sahə ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi şöbəsi tərəfindən həmin ərazinin Balakən avtovağzalının istifadəsində olmaqla dövlət mülkiyyətinə aid olması barədə rəy bildirilmişdir. Balakən avtovağzalının binası X11 və X9 tərəfindən özəlləşdirilmiş və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin 18.07.2006-cı il tarixli, 000042 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə” ilə onların həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. İddiaçıya satılmış 120 kv.m. torpaq sahəsi ayrıc aktına əsasən yerləşmə v əziyyətinə görə Balakən avtovağzalının 11221,4 kv.m torpaq sahəsinin sərhədləri daxilində daşınmaz əmlakın dövlət reyestrində X2 istifadəsində olmaqla dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi inventarlaşdırılmış sahə ilə üst-üstə düşür. Həmçinin qeyd olunan sənədlər qüvvədə olduğu halda məhkəmə sənəd üzərində sənədin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus o lan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hü quqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

17. Torpaq Məcəlləsi Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyəl ərin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

47. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasını n Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

18. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanun Maddə 6.2 Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir; Maddə 6.9 Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, id diaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şik ayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddia tələbindən göründüyü kimi tərə flər arasında yaranmış mübahisə, iddiaçının bələdiyyə tərəfindən ona verildiyini iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina ediməsi üzrə yaranmış mübahisədir. İddia tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsi təşkil edir.

24. Buna görə də tərəflər arasında yaranmış mübahisə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun tələbləri, habelə Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə olunması haqqaında” qanunun əlaqəli normaları əsasında həll olunmalıdır. Apelyasiya məhkəməsi də işin müəyyən olunmuş hallarına bu hüquq normalarını tətbiq etmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin mahiyyəti üzrə həlli üçün əhəmiyyəti ol an faktik hallarından görünür ki, iddiaçıya Balakən şəhər Bələdiyyəsinin 28 oktyabr 2005-ci il tarixli 119/1 saylı sərəncamı ilə avtomobil təmiri sexi tikmək üçün 10x12 metr ölçüdə 120 kv.m torpaq sahəsi ayrılması və hər kv.m üçün o vaxtkı məzənnə ilə beş min manata satılması qərara alınmışdır.

26. İddiaçı həmin sərəncamı və bələdiyyə ilə 26 may 2006-cı il tarixdə bağlanmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində qeydə alınmış torpaq sahəsinin alqı-satqısına dair aktı cavabdehə təqdim edərək, bu torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını tələb etmişdir.

27. İddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən icraat başlanmış, araşdırma aparılaraq iddia olunan torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq səhə si ayrıc aktına əsasən sənəd üzrə yerləşmə vəziyyəti daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçi X3 adına qeydiyyata alınmış torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Faktiki yerləşmə vəziyyətinə əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron xəritələrində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapmışdır.

28. Apelyasiya instansiyası məhkəməsi işin hallarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin dispozisiya şərtləri əsasında təhlil edərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu no rmanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.

29. Məhkəmənin bu əsaslandırması qanuni və əsaslıdır.

30. İddiaçının iddia etdiyi torpaq sahəsinin üçüncü şəxs X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə cavabdehin dəlili də işə baxmış məhkəmələr tərəfindən araşdırılmıdır. Məhkələr tərəfində müəyyən edilmişdir ki, Şəki İnzibаti-İqtisаdi Məhk əməsinin 14 iyun 2017-ci il tarixli, 21(84)-299/2017 nömrəli qərаrı (hаkim – R.A.Məcidov) ilə iddianın təmin edilməsi, cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə Balakən rayon Bələdiyyəsinin 25.01.2006-cı il tarixli 02 nömrəli iclas protokol qərarına əsasən iddiaçıya satılmış və JN0050 nömrəli Kod: 40101004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 130 kv. metr torpaq sahəsi üzərində iddiaçı X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Həmin qərardan verilmiş apelyasiya şikayəti bə kassasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı qüvvəyə minmişdir.

31. Birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinin üçüncü şə xs X3 mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək üşün mütəxəssis cəlb edilmiş, mütəxəssisin rəyi ilə iddiaçının torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə qismən üst-üstə düşməsi müəyyən edilmişdir. Bu halda, iddiaçının ən azından mövcud vəziyyətdə torpaq sahəsinə hüququnu qeydə almaqdan imtina üçün əsaslar müəyyən olunmur.

32. Məhkəmələr həm də mübahisəli torpaq sahəsinin avtovağzal ərazisi ilə üst-üstə düşməsi barədə cavabdehin dəlillərini araşdırmışdır. Müəyyən edilmişdir ki, Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 903.50 kv.m olan daşınmaz əmlak (Avtovağzal) RX seriyalı ******* saylı çıxarış və 25.11.2008-ci il tarixli 713 nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında X5 mülkiyyə tində olmuşdur. Şakir Süleymanov həmin avtovağzalı X1, sonuncunun adına **********01-06301 reyestr nömrəli texniki pasport və RX seriyalı ******* nömrəli çıxarış tərtib olunmuşdur.

33. Birinci instansiya məhkəməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin **********01-06301 reyestr nömrəli texniki pasportda və RX seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün mütəxəssis cəlb etmiş və mütəxəssisin rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi 1839 inventar nömrəli, **********0106301 reyestr nömrəli 29.01.2015-ci il tarixdə tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsinin cizgiləri daxilində yerləşir. İddiaçının tələb etdiyi torpaq sahəsi həmçinin inventar nömrəsi 713 olan 25.11.2008-cı ildə t ərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsinin cizgiləri daxilində yerləşmir. Torpaq sahəsinin (faktiki vəziyyəti (real olaraq boş olan) koordinatları, təyinatı, kateqoriyası və s. barədə bildirir ki, tərtib olunmuş sxemdə göstərildiyi kimi iddiaçının tələb etdiyi 120 kv.m torpaq sahəsinin hər hansı bir fiziki sərhəddi yoxdur və iddiaçının naturada göstərdiyi ərazi DƏDRX-nin tərtib etdiyi **********01-06301 nömrəli 29.01.2015-ci ildə tərtib edilmiş hüquq subyekti X2 adına hazırlanmış texniki pasportun cizgiləri daxilində yerləşir, DƏDRX-nin tərtib etdiyi inventar nömrəsi 713 olan 25.11.2008-cı ildə tərtib edilmiş hüquq subyekti X5 adına hazırlanmış texniki pasportun cizgiləri daxilində yerləşmir.

34. Birinci instansiya məhkəməsi tərəfindən 16 sentyabr 2019-cu il tarixdə mübah isəli torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin sürətlərinin verilməsi barədə sorğu vermişdir. 3-cü şəxs olan X3 adına rəsmiləşdirilmiş mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və həmin iş üzrə İddiaçı tələb etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasına dair Xidmətin 18 saylı Zaqatala Ərazi İdarəsinin arxivində saxlanılan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Lakin arxiv qovluğunda Balakən avtovağzalının özəlləşdirilməsinə dair hüquqi və texniki sənədlər (şəhadətnamə, baş plan, özəlləşdirmə zamanı tərtib edilmiş texniki pasport və s.) aşkar edilməmişdir.

35. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən avtovağzalının binası X11 və X9 tərəfindən özəlləşdirilmiş və Azərbaycan Respublikasının Dövlət Əmlakının İda rəedilməsi üzrə Dövlət Komitəsinin 18.07.2006-cı il tarixli, 000042 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə” ilə onların həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Daha sonra X11 və X9 həmin şəhadətnamə əsasında obyekti Balakən rayon Dövlət Notariat Kontorunun 17.03.2007-ci il tarixli, 256723 nömrəli müqaviləsinə əsasən özgəninkiləşdirmişlər.

36. Məhkəmələr həmçinin müəyyən etmişdir ki, iddiaçıya qeyd olunan torpaq sahəsi bələdiyyə tərəfindən satıldığı zaman həmin torpaq sahəsi Balakən Avtovağzalının ərazisi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2208/2017 nömrəli, 26.12.2017-ci il tarixli qərarının təsdiqlənmiş surətindən görünür ki, məhkəmə araşdı rması zamanı müəyyən edildiyi kimi mübahisə prdmeti olan torpaq sahəsi Balakən Avtovağzalının ərazisi olmamışdır. Belə ki, Balakən Avtovağzalına XDS İcraiyyə Komitəsinin qərarı ilə ayrılmış torpaq sahəsinin ölçüləri ayrıldığı zaman R.Səmədov (hazırki H.Əliyev prospekti) küçəsinə düşən hissədə 80 metr göstərildiyi halda cavabdeh tərəfindən tərtb edilmiş texniki pasportda 119 metr kimi göstərilmişdir. Cavabdeh Avtovağzal binasına texniki pasport tərtib edərkən torpaq sahəsinin ayrılması barədə qərara və ölçülərə istinad etməmiş texniki pasportda torpaq sahəsinin sənəd üzrə qrafasını boş saxlamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehdə torpaq sahəsinin qanuni ölçüləri barədə hər hansı məlumat olmamışdır. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz ola raq Avtovağzalın ərazisi kimi göstərmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən əldə edilən Balakən Avtovağzalının tikintisinə torpaq sahəsinin ayrılması barədə qərar, torpaq sahəsinin ölçüləri və yerləşmə vəziyyətini əks etdirən plan-sxem, iddiaçıya satılmış torpaq shaəsinin situasiya planı, habelə torpaq sahəsinə keçirilmiş yerli baxışın nəticələri bunu deməyə əsas verir ki, mübahisə predmeti olan iddiaçının mülkiyyətində olan torpaq sahəsi nə ayrıldığı zaman nədə hazırda dövlət mülkiyyətinə aid olan torpaq sahəsi olmamış və Balakən Avtovağzalının torpaq sahəsi deyildir. Yəni hazırki iş üzrə üçüncü şəxs olan X3 mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin üst-üstə düşməklə eyni ərazidə yerləşməsi və mütəxəssis rəyinə əsasən də inventar nömrəs i 713 olan 25.11.2008-cı ildə tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsinin cizgiləri daxilində yerləşməməsi cavabdehin qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair dəlilini istisna edir.

37. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin bu əsaslandırması işin faktik hallarına uyğundur. İstinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiya məhkəməsi İddiaçı prosessual hüquqi varisi X6 iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdeh ka ssasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli 2-1(107)454/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar