Məhkəmə qərarları › İş №2-1(102)-406/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-406/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-406/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra sənədi verilməsi barədə qərardadın mübahisələndirilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2-1(107)-450/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı mülkiyyətində olan Zaqatala şəhəri, Kiçikxanlı küçəsi 35 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyini n cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Kiçikxanlı küçəsi 35 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(107)-383/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-219/2020 nömrəli qərarı qüvvədə saxlanılmışdır.

5. Bundan sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)219/2020 nömrəli qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir.

6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********74 nömrəli məktubunda Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarının icra olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Şəki İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət ed ərək, məhkəmənin qərarına əsasən tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçülərinin yalnız faktiki vəziyyətə uyğun qeyd edildiyini, hüquq müəyyənedici sənədə müvafiq olaraq ölçülərin və vəziyyətin göstərilmədiyini, eyni zamanda, qərarın tam icra olunmadığını bildirmiş və qərarın icrasının təmin olunmasını xahiş etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-219/2020 nömrəli, xx.xx.2021-ci il tarixli (hakim V.K.Qasımov) qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-219/2020 nömrəli qərarının icrası icra sənədi verilməklə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır.

9. Həmin qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 1 dekabr 2021-ci il tarixli, 2-1(107)-450/2021 nömrəli (hakimlər R.R.Rəfiyev-sədrlik edən və məruzəçi, A.A.Mahmudov və V.İ.Məlikov) qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

13. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 08 iyun 2015-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair” Texniki Təlimatın 1.10-cu bəndinə əsasən, daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırılması nəticəsində əldə edilmiş məlumatlar daşınmaz əmlakın elektron kadastr məlumat bazasında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq əmlaklar barədə texniki uçot məlumatlarının yaradılması, həmçinin mövcud göstəricilərdə dəyişiklik edilməsi üçün əsasdır.

14. İddiaçının adına hazırlanmış 2247 inventa r nömrəli texniki pasportun 2-ci səhifəsində torpaq sahəsinin faktiki ölçüləri qeyd olunmuş, həmçinin qanunla müəyyən edilmiş qaydada hüquqmüəyyənedici sənədlər əsasında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin inventarlaşdırılması nəticəsində əldə olan məlumatlarla sahənin yerləşmə vəziyyəti də göstərilmişdir.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 3-cü bəndinin 3-cü abzasına əsasən, torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi ilə bağlı yerquruluşu işləri nəzərdə tutulur.

16. Məhkəmə nəzərə almamışdır ki, qeydiyyat zamanı hüqu qi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılaq rəsmiləşdirilməsi təmin olunur.

17. Belə ki, 1994-cü il 12 may “Bişkek” protokolu ilə atəşkəs elan edilmiş və 12 may 1994-cü il tarixədək hərbi əməliyyatlar davam etdiyindən iddiaçı isə həmin dövrdə hərbi hissənin siyahısında olmamış, xx.xx.1994-cü il tarixdə atəşkəs elan olunduqdan sonra hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

19. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qa ydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə

96. Ali Məhkəmədə icraat.... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

121. İcranın mübahisələndirilməsi 121.1. Barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. 121.2. Mübahisəyə müvafiq apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Şikayət təmin edilmədikdə və ya qismən təmin edildikdə, bu barədə məhkəmə qərardadı Ali Məhkəmədə mübahisələndirilə bilər. 121.3. Mübahisəyə Ali Məhkəmə tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Ali Məhkəmənin qərardadı qətidir. 20. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı

31. İPM-in 121.1-ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, müba hisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. Bu normada nəzərdə tutulan barəsində icranın həyata keçirildiyi şəxs dedikdə, qərarı bilavasitə icra etməli olan şəxs və ya orqan nəzərdə tutulur. Həmin şəxslər məhkəmə tərəfindən qəbul edilmiş icra ilə bağlı istənilən qərardaddan deyil, yalnız onlara qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayət verə bilərlər. Məsələn, İPM-in 119.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən qərardaddan şikayət verilə bilməz. Çünki həmin qərardad şəxsin barəsində konkret məcburi icra tədbirlərinin tətbiqi haqqında məsələni həll etmir. Sözügedən qərardad məhkəmə nin qanundan irəli gələn vəzifələrinin həyata keçirilməsini təmin etməyə, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədi verilməsi məsələsini həll etməyə yönəlmişdir.

32. İcra orqanı kimi hakim və ya məhkəmə tərəfindən qəbul edilmiş icra haqqında qərardadların mübahisələndirilməsinin mümkünlüyü ilə bağlı məsələyə münasibətdə nəzərə alınmalıdır ki, İPM-in 121.4-cü maddəsinə müvafiq olaraq apellyasiya və kassasiya şikayəti vermək hüququna, həmin şikayətlərə dair tələblərə, şikayətlərin geri götürülməsinə və onlara apellyasiya və kassasiya icraatı qaydasında baxılmasına dair İPM-in 81, 85, 87, 88, 90, 94, 96, 97 və 99-cu maddələrinin müddəaları müvafiq olaraq tətbiq edilməlidir. Buna görə, qanunda bi rbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı və hüquqi müdafiə maraqlarının mövcudluğu müəyyən olunduğu hallarda icra haqqında qərardadlardan şikayət verə bilərlər.

33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bil ər...... KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Cavabdehin kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkə məsinin qərardadı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Məhkəmə Kollegiyası apelyasiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Hazırkı qərarın 19-cu bəndində istinad edilən İnzibati Prosessual Məcəllənin 121.1-ci maddəsinin mənasına görə, barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. 25. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquq i mövqeyə görə, İPM-in 121.1-ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirə bilər. Bu normada nəzərdə tutulan barəsində icranın həyata keçirildiyi şəxs dedikdə, qərarı bilavasitə icra etməli olan şəxs və ya orqan nəzərdə tutulur. Həmin şəxslər məhkəmə tərəfindən qəbul edilmiş icra ilə bağlı istənilən qərardaddan deyil, yalnız onlara qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayət verə bilərlər. Məsələn, İPM-in 119.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən qərardaddan şikayət verilə bilməz. Çünki həmin qərardad şəxsin barəsində kon kret məcburi icra tədbirlərinin tətbiqi haqqında məsələni həll etmir. Sözügedən qərardad məhkəmənin qanundan irəli gələn vəzifələrinin həyata keçirilməsini təmin etməyə, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədi verilməsi məsələsini həll etməyə yönəlmişdir.

26. Nəzərə almaq lazımdır ki, Apelyasiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə qüvvədə saxlanılmış birinci instansiya məhkəməsinin qərardadı Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarının icrası üzrə icra sənədinin verilməsi ilə bağlıdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qərardadda cavabdehə münasibətdə hər hansı məcburi icra tədbiri müəyyən olunmamış, sadəcə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədinin verilməsi məsələsi həll edilmişdir.

27. Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə qərarının icrası ilə bağlı sonrakı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq icra sənədinin verilməsi cavabdeh barəsində məcburi icra tədbirinin müəyyən olunması kimi şərh oluna və qiymətləndirilə bilməz.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsinin mümkünlüyü yuxarıda istinad olunan normaların tələbi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmaqla yoxlanılmalı, apelyasiyanın mümkünlüyünə istinad olunan normalar baxımından qiy mət verilməlidir.

29. Nəticə etibarı ilə, bu qərarda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 21(107)-450/2021 nömrəli qərardadı ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar