Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-406/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Tə yinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-315/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il tarixində doğulmuş, 1975- 1977-cı illərdə həqiqi hərbi xidmət keçmiş, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi keçmiş “Qəbələ Tütün” ATSC-də və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də işləmişdir.
2. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, təqdim edilmiş əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixədək 20 il təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zaman da xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il sığorta stajına uyğun olaraq 15241,40 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Milli Ar xiv İdarəsi Qəbələ rayon Dövlət Arxivinin 64 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Qəbələ Tütün” ATSC-dəki əmək fəaliyyətinin araşdırılması zamanı qeyd olunan müəssisənin əmr kitabları və əmək haqqı cədvəllərinin mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəblə həmin dövrün araşdırılması mümkün olmamış və qeyd edilən dövr sığorta stajına əlavə edilməmişdir. Həmçinin əmək kitabçasının surətində qeyd olunmuş 2001-2004-cü illər üzrə "xxxx" ASC-dəki əmək fəaliyyətinin araşdırılması zərurəti mövcuddur. Məlumat üçün bildirilir ki, əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 14 saylı regional ərazi filialının Qəbələ rayon qəbul şöb əsinə təqdim etdikdən sonra yaşa görə pensiya hüququna yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi keçmiş “Qəbələ Tütün” ATSC-də sürücü vəzifəsində işlədiyi dövrü və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrləri sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Qəbələ Tütün” ATSC-də sürücü vəzifəsində işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “Qəbələ Tüt ün” ATSC-nin məsul vəzifəli şəxsi tərəfindən əmr kitabları və əmək haqqı alması barədə cədvəllər Qəbələ rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi keçmiş “Qəbələ Tütün” ATSCdə sürücü vəzifəsində işləməyi və əmək haqqı almağı həmin müəssisədə onunla bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilər. Həmçinin, 2001-2004-cü illərdə "xxxx" ASC-dəki əmək fəaliyyəti həmin müəssisədə yanğın olduğuna görə bütün sənədlər yanmışdır. Onu da qeyd edir ki, ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsinə görə verilməli olan pensiyanın ona verilməsi üçün isə sənədlərini DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 okt yabr 2021-ci il tarixli, **********8 saylı məktubu ilə iş stajının məhkəmə qaydasında tanınması üçün məhkəməyə şikayət edə biləcəyi izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
6. Cavabdehin iddiaya dair təqdim etdiyi etiraz ərizəsinin əsasları imtina məktubunun əsasları ilə eynilik təşkil etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1092/2022 saylı iş üzrə 29 iyul 2022-ci il tarixli (hakim V.Musayev) qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi keçmiş “Qəbələ Tütün” ATSC-də sürücü vəzifəsində işlədiyi və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrləri sığorta stajı kimi nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan, ИТ-1460145 nömrəli əmək kitabçasında və hərbi biletdə qeyd edilmiş iddiaçının ümumilikdə əmək stajı 28 il 12 günə bərabərdir. Cavabdeh orqan, iddiaçının əmək fəaliyyəti müddətinin xx.xx.1992-xx.xx.2000-ci illərdə “Qəbələ tütün” ATSC-də olan əmək fəaliyyəti müddətini mübahisələndirir və bunu müəssisəyə dair sənədlərin arxivə təhvil verilməməsi, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə əsaslandıdır. Bununla belə, cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmamas ı, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına gəldikdə isə, həmin sənə dlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. Eyni zamanda, X1 zavodunun həmin dövrdə faktiki olaraq mövcud olması və fəaliyyət göstərməsi 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə də sübuta yetirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş 28 il 12 gün sosial sığorta stajı iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyindən, cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası m əhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-315/2022 saylı 13 oktyabr 2022-ci il tarixli (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, R.RƏfiyev və G.Cavadova) qərarı ilə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(102)1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqeyinə istinad etmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəl illərinə görə, iş materiallarına əlavə edilmiş Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən “Qəbələ Tütün” ATSCnin əmr kitabları və əməkhaqqı cədvəllərinin mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməmişdir. Odur ki, iddiaçının işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi keçmiş “Qəbələ Tütün” ATSC-nin və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-nin sənədləri aşkar olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
15. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyas ının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7, 21.1 və 25-ci maddələrinin tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqın da” Qanun Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 31.1 Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1 Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sən ədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları Bənd 3.1.1 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bənd 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 20. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 67 1-ci hissəsi Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətin dən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69 İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1 Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəal iyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3 İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
22. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konk ret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə Qərar KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şi kayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fa ktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin əsas dəlili kimi, “iddiaçının işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi keçmiş “Qəbələ Tütün” ATSC-nin və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-nin sənədləri aşkar olunmadığından həmin dövrlərin sosial siğorta stajına daxil edilməməlidir” bununla bağlı qeyd edir ki, X1 zavodunun həmin dövrdə faktiki olaraq mövcud olması və fəaliyyət göstərməsi 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə sübuta yetirilir və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 19 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı, həqiqətən xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinə kimi "xxxx"ASC -də işləmiş, xx.xx.2013-cü il tarixində zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır.
30. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə bağlı aşağı instansiyası məhkəmələrinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
31. Bundan başqa qeyd edilməlidir ki, adıçəkilən müəssisələr ilə bağlı arxiv s ənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
32. Cavabdehin imtinasının digər dəlili ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün man eə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 28 il 12 gün sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri ed ən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(107)-315/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qət