Məhkəmə qərarları › İş №2-1(102)-406/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-406/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-406/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissədə ona qərəzli verilmiş intizam cəzalarının götürülməsi, Azərbaycan Ordusunda 20 təqvim ili qüsursuz xidmət etməsini nəzərə alıb “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunma sı və kəsilmiş 13-cü əmək haqlarının 2023-cü il üzrə 100, 2024-cü il üzrə 50%-nin təmin olunmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2-1(103)3630/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissədə ona qərəzli verilmiş intizam cəzalarının götürülməsi, Azərbaycan Ordusunda 20 təqvim ili qüsursuz xidmət etməsini nəzərə alıb, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması və k əsilmiş 13-cü əmək haqlarının 2023-cü il üzrə 100 faiz, 2024-cü il üzrə 50 faizinin təmin olunmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Ordusunda 20 il xidmət etdikdən sonra, 20 iyul 2022-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə raportla komandanlığa müraciət etmiş, müraciətinə baxılmamış, N nömrəli hərbi hissəyə göndərilməsi barədə ordu komandiri tərəfindən xx.xx.2022-ci il tarixli 064 nömrəli əmr verilmişdir. N nömrəli hərbi hissənin komandiri ona qarşı qərəzli mövqe tutaraq, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə əsassız olaraq intizam cəzaları vermişdir. Eləcə də, onun “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması barədə müraciətlərinə baxılmamışdır. Məhkəmədə iddia qaldırmış, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2-2(122)431/2023 nömrəli sərəncamına əsasən Əlahiddə Ümumqoşun ordu komandirinin qərarı ilə xx.xx.2022-ci il tarixli 064 nömrəli əmr ləğv edilmiş və o, ehtiyata buraxılmışdır. Lakin N nömrəli hərbi hissədəki xidməti qüvvədən düşməsinə baxmayaraq, orada verilmiş intizam cəzaları qüvvədən düşməmiş, hakimin qərarına laqeyd münasibət göstərilmişdir. Həmin cəzaların qərəzli verilmə səbəblərindən biri müdafiə nazirinin xx.xx.2003-cü il tarixli 40 nömrəli əmrinin 8-ci maddəsinə əsasən eyni vaxtda “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmağa təqdim edilməli olduğu halda, süni şəkildə bu hüququndan məhrum edilmiş, digər səbəbi isə 2023-cü il üçün nəzərdə tutulmuş 13-cü əmək haqqını n 100 faiz, 2024-cü il üçün isə 50 faizinin kəsilməsi idi. 20 illik xidməti dövründə qeyd etdiyi medalı almayacaq və maddi cəza alacaq qədər heç bir qüsuru olmamışdır.

3. Məhkəmə xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya yardım edərək, cavabdeh qismində göstərilmiş Müdafiə Nazirliyinin əsl cavabdeh N nömrəli hərbi hissə ilə əvəz olunmasını təklif etmiş, iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia ərizəsində göstərilənləri müdafiə etdiyini və cavabdehi dəyişmək fikrinin olmadığını bildirmişdir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 17 iyul 2024-cü il tarixli, 21(112)-7063/2024 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apel lyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və N.Ş.Cəfərov) 26 sentyabr 2024-cü il tarixli, 21(103)-3630/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

9. İddiaçı kassasiya şikayətini İnzibati Prosessual Məcəllənin 14.3, 68.2 və 73.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə ka ssasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız dır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazı rkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

19. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi N hissədən - N nömrəli hərbi hissədə ona qərəzli verilmiş intizam cəzalarının götürülməsindən (1), Azərbaycan Ordusunda 20 təqvim ili qüsursuz xidmət etməsi nəzərə alınmaqla “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmasından (2) və kəsilmiş 13-cü əmək haqlarının 2023-cü il üzrə 100 faiz, 2024-cü il üzrə 50 faiz təmin olunmasından (3) ibarətdir.

20. Tələbin 1-ci hissəsinə (N nömrəli hərbi hissədə ona qərəzli verilmiş intizam cəzalarının götürülməsi) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 əsasən, intizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir (96-cı bənd). Zabitlərə, generallara və admirallara - şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə - baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara - generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər (98-ci bənd).

21. Hazırkı iş üzrə iddiaçıya intizam cəzaları xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə verilmiş və xidmət etdiyi hərbi hissə komandirinin inzibati aktları ilə rəsmiləşdirilmiş, iddiaçı isə qeyd olunan intizam cəzalarını məhkəmədə 30 gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə mübahisələndirmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

22. Eyni zamanda məhkəmə kollegiyası tələbin 2-ci hissəsinə (Azərbaycan Ordusunda 20 təqvim ili qüsursuz xidmət etməsi nəzərə alınmaqla “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması) münasibətdə də qeyd edir ki, iddiaçı, müvafiq raport və müraciətlərinə xidmət etdiyi hərbi hissə komandiri tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli məktublarla verilmiş cavabları mübahisələndirməklə vaxtında məcburetmə iddia qaydasında iddia qaldırmamış, başqa sözlə, İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi ilə müəyyən olunan 30 günlük iddia müddətini buraxmışdır.

23. Tələbin 3-cü hissəsinə (kəsilmiş 13-cü əmək haqlarının 2023-cü il üzrə 100 faiz, 2024-cü il üzrə 50 faizinin təmin olunması) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə qədər cavabdeh inzibati orqana müraciətlərində belə bir predmetdə cavabdehə ünvanlanmış ərizəsinin mövcudluğu müəyyən olunmur. Həmçinin, iddiaçının qeyd olunan hər üç iddia tələbi bir cavabdehə qarşı yönəlsə də, sözügedən iddia tələbləri bir-biri ilə əlaqəli olmayan, hər biri zamanında müstəqil şəkildə mübahisələndirlməli olan müxtəlif xarakterli iddia tələblərini özündə əks e tdirir.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

25. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3630/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar