Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-1(102)-4069/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlәr Xәyalә Cәmilova (mәruzәçi), Xәqani Mәmmәdov vә Ispәndiyar Şәfiyevdәn ibarәt tәrkibdә, Iddiaçı İddiaçı cavabdeh Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin * saylı Xaçmaz Ərazi Idarәsinә qarşı “daşınmaz әmlakın dövlәt reyestrindә mülkiyyәt hüququnun qeydiyyata alınması, çıxarışın verilmәsi” tәlәbinә dair inzibati iş üzrә Sumqayıt Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrәli ## ######## 2025-ci il tarixli qәrarından iddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәtinә әsasәn işә yazılı mәhkәmә icraatı qaydasında baxaraq aşağıdakı qәrarı qәbul etdi. IŞIN HALLARI
1. JN-587A KOD 30308018 seriyalı “Torpağın mülkiyyәtә verilmәsinә dair Şәhadәtnamә”dәn görünür ki, Quba rayon Dövlәt Notariat Kontorunun ## ##### 2006-cı il tarixli, *ә-***-*** saylı alqı-satqı müqavilәsinә әsasәn Quba rayonu, Aşağı Atuc kәndi әrazisindәn 0,16 ha torpaq sahәsi İddiaçı ayrılmışdır. 2.Quba RIHB-nın Vladimirovka inzibati әrazi dairә üzrә nümayәndәliyi tәrәfindәn verilmiş ##.##.2024-cü il tarixli, *** nömrәli arayışdan görünür ki, İddiaçı hәqiqәtәn hazırda Quba rayonu, Mirzәmәmmәdkәnd kәndindә qeydiyyatdadır vә hal-hazırda hәmin kәnddә yaşayır. 3.Iddiaçı İddiaçı ona mәxsus 0,16 ha torpaq sahәsi üzәrindә hüquqlarının qeydә alınması ilә bağlı Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsin * saylı Xaçmaz Ərazi Idarәsinә müraciәt etmiş, lakin tәlәbi tәmin olunmamışdır.
4. Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsin * saylı Xaçmaz Ərazi Idarәsi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli mәktubda qeyd olunmuşdur ki, JN-***A saylı (Kod 30308018) “Torpağın mülkiyyәtә verilmәsinә dair şәhadәtnamә”nin verilmәsinә әsas olan sәnәdlәr lәğv edilmiş Dövlәt Torpaq vә Xәritәçәkmә Komitәsinin Quba rayon şöbәsi tәrәfindәn * saylı Xaçmaz Ərazi Idarәsinә tәhvil verilmәmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində birinci icraat 5.Iddiaçı cavabdehә qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, “lәğv edilmiş DT vә XK-nın Quba rayon Şöbәsi tәrәfindәn mülkiyyәtini tәsdiq edәn JN-587 A Kod ******** saylı “Torpağın Mülkiyyәtә verilmәsinә dair Şәhadәtnamә” Quba rayon Aşağı-Atuc kәndi әrazisindәn verilmiş 0,16 ha hәyәtyanı torpaq sahәsi üzәrindә mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınması vә onun adına çıxarışın verilmәsi öhdәliyinin Azәrbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Publik Hüquqi şәxsi * saylı Xaçmaz Ərazi Idarәsinin üzәrinә qoyulması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. 6.Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, o, Quba rayon Dövlәt Notariat Kontoru tәrәfindәn tәsdiq edilmiş ## ##### 2006-cı il tarixli 4-Ə-788-*** №-li alqı-satqı müqavilәlәrinә әsasәn Quba rayonu, Aşağı-Atuc kәndi әrazisindәn 0,16 ha hәyәtyanı torpaq sahәsini satın almış vә qeyd edilәn alqı-satqı müqavilәlәrinә әsasәn satın aldığı 0,16 ha torpağa lәğv edilmiş DT vә XK-nın Quba rayon Şöbәsi tәrәfindәn mülkiyyәtini tәsdiq edәn JN-587 A Kod ******** saylı “Torpağın Mülkiyyәtә verilmәsinә dair Şәhadәtnamә” işlәmiş vә şәhadәtnamәnin verilmәsinә әsas *-Ə-***-*** saylı alqı-satqı müqavilәlәri olmuşdur. 7.Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Dövlәt Notariat Arxivi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli mәktubuna әsasәn hәmin dövlәt notariat ofisi tәrәfindәn arxivә tәhvil verilmiş 2006-cı ildә tәsdiq edilmiş daşınmaz әmlakın özgәninkilәşdirilmәsinә dair müqavilәlәrә baxış keçirilәrkәn İddiaçı adına rәsmilәşdirilmiş müqavilә aşkar edilmәmişdir. Eyni zamanda bildirilmişdir ki, arxivә tәhvil verilmiş 4Ə-788- *** reyestr nömrәli müqavilәlәrin digәr şәxslәr barәsindә rәsmilәşdirildiyi müәyyәn edilmişdir. 8.Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsin * saylı Xaçmaz Ərazi Idarәsi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli mәktuba әsasәn, JN-***A saylı (Kod 30308018) “Torpağın mülkiyyәtә verilmәsinә dair şәhadәtnamә”nin verilmәsinә әsas olan sәnәdlәr lәğv edilmiş Dövlәt Torpaq vә Xәritәçәkmә Komitәsinin Quba rayon şöbәsi tәrәfindәn * saylı Xaçmaz Ərazi Idarәsinә tәhvil verilmәmişdir. 9.Quba rayonu, Aşağı Atuc kәndindә yerlәşәn 0,16 ha torpaq sahәsinә dair tәrtib edilmiş müayinә aktından görünür ki, GPS alәti vasitәsi ilә torpaq sahәsinin ölçü vә koordinatları naturadan (yerdәn) götürülmüşdür. Faktiki olaraq hәmin torpaq sahәsi dәmir tor ilә hasarlanmışdır. Müayinә zamanı heç bir mübahisәli hal qeydә alınmamışdır. Torpaq sahәsi gediş-gәliş yolu vә qonşu torpaq sahәlәri ilә hәmsәrhәddir. Kameral araşdırma nәticәsi olaraq bildirilir ki, iddia olunan torpaq sahәsi 0,16 ha tәşkil edir. Müayinә zamanı iddiaçı tәrәfindәn tәqdim olunmuş JN-587A kod ******** nömrәli şәhadәtnamә baza mәlumatlarında olan xәritә materialları üzәrindә öz әksini tapmamışdır vә DBF siyahısında hәmin nömrә qeyd olunmamışdır. Iddiaçı tәrәfindәn iddia olunan vә faktiki istifadәsindә olan torpaq sahәsi baza mәlumatlarında olan torpaqların elektron kadastr uçotu Informasiya sisteminә (TEKUIS) әsasәn kәnd tәsәrrüfatı tәyinatlı kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, mülkiyyәt növü isә dövlәt mülkiyyәti kimi göstәrilmişdir. Əlavә olaraq bildirilir ki, TEKUlS-dә açıqlama bölmәsindә hәmin torpaq sahәsinin yerlәşdiyi әrazi “Köçәri Mal-Qara düşәrgәsinin torpağı” kimi qeyd olunmuşdur. Torpaq sahәsi baza mәlumatlarında olan xәritә materiallarına әsasәn heç bir mülkiyyәt sәnәdi ilә üst-üstә düşmür vә heç bir mühafizә zolağında yerlәşmir. Torpaq sahәsinin qәrb istiqamәtindә olan gediş-gәliş yolunun әks tәrәfindә yerlәşәn torpaq sahәsi üzәrindә ************ reyestr nömrәli çıxarışa әsasәn, X1 mülkiyyәt hüquqları tanınmışdır. Mübahisәli torpaq sahәsinә dair sxem tәrtib olunmuşdur, koordinatlar vә ortofoto görüntülәr müayinә aktına әlavә edilmişdir. 10.Sumqayıt Inzibati Mәhkәmәsinin *-*(***)-****/**** nömrәli ## #### 2025-ci il tarixli qәrarı ilә (hakim M.Mahmudlu-Abbaszadә) iddia rәdd edilmişdir. 11.Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahәsinin ayrılmasına әsas kimi göstәrilmiş alqı-satqı müqavilәsi vә hәmin müqavilә üzrә notariat işi mövcud deyildir vә başqa şәxslәr barәsindәdir. Belәliklә, müәyyәn edilmişdir ki, onun mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınması üçün qanunvericiliklә müәyyәn edilәn әsaslardan hәr hansı biri yoxdur. Bu da “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Qanunun 15.1.1-ci maddәsinә әsasәn hüquqların dövlәt qeydiyyatına alınmasından imtinaya әsasdır. 12.Iddiaçı qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә iddianın tәmin edilmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrәli ## ######## 2025-ci il tarixli qәrarı ilә (hakimlәr İ.Quliyev /sәdrlik edәn vә mәruzәçi/, V.Əzizova vә G.Cabbarova) apellyasiya şikayәti tәmin edilmәmiş, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmışdır. 14.Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hüquqi mövqeyi ilә razılaşmışdır. 15.Iddiaçı kassasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә iddianın tәmin edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri: 16.Kassasiya şikayәti onunla әsaslandırılmışdır ki, mülkiyyәtinә verilmiş 0.16 ha torpağın qonşuluğunda X1 adına çıxarışın verilmәsini bildirib mәhkәmәyә sübut kimi tәqdim etmiş, lakin onun tәqdim etdiyi sübutları mәhkәmә hansısa sәbәblәrә görә qәbul etmәmiş vә qәbul etdiyi qәrarda onun mülkiyyәtindә olan torpağın baza mәlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminә әsasәn kәnd tәsәrrüfatı tәyinatlı kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, mülkiyyәt növü isә dövlәt mülkiyyәti kimi göstәrilmәsi, әlavә olaraq TEKUIS açıqlama bölmәsindә onun torpaq sahәsinin yerlәşdiyi әrazinin "köçәri mal-qara düşәrgәsi" torpağı kimi qeyd edilmәsini әsas gәtirәrәk vә bu halı iddianın tәmin olunmaması üçün olan bir hal kimi qәbul etmişdir. Əgәr onun tәqdim etdiyi X1 adına olan çıxarış iş materiallarına әlavә edilib araşdırılma aparılsaydı qeyd edilәn ziddiyyәt asanlıqla aradan qaldırıla bilәrdi vә onun tәlәbinin tәmin olunması üçün әsas ola bilәrdi, ona görә dә hesab edir ki, mәhkәmә AR IPM-nin 12-ci maddәsinin tәlәblәrini pozmuşdur.
TƏTBIQ EDILƏN HÜQUQ
17.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddә 2.1. daşınmaz әmlaka mülkiyyәt vә digәr әşya hüquqlarının dövlәt qeydiyyatı Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinә uyğun olaraq, daşınmaz әmlaka hüquqların әmәlә gәlmәsinin, mәhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçmәsinin vә bu hüquqlara xitam verilmәsinin dövlәt tәrәfindәn tanınması vә tәsdiq edilmәsi barәdә hüquqi aktdır. Maddә 8. Daşınmaz әmlak üzәrindә hüquqların dövlәt qeydiyyatı üçün әsaslar: 8.0. Daşınmaz әmlak üzәrindә hüquqların әmәlә gәlmәsinin, başqasına keçmәsinin, mәhdudlaşdırılmasının (yüklülüyünün) vә xitam verilmәsinin dövlәt qeydiyyatı üçün aşağıdakılar әsas hesab olunur: 8.0.1-ci maddә: qanunla müәyyәn edilmiş qaydada icra hakimiyyәti vә bәlәdiyyә orqanları tәrәfindәn müvafiq olaraq dövlәtә vә ya bәlәdiyyәlәrә mәxsus olan daşınmaz әmlakın özgәninkilәşdirilmәsinә, icarәsinә, istifadәsinә, ipoteka qoyulmasına dair qәbul olunmuş aktlar daşınmaz әmlak üzәrindә hüquqların dövlәt qeydiyyatı üçün әsas hesab edilir (hәmin normalar Mülki Mәcәllәnin 139-1.1.1-ci maddәsindә dә qeyd olunmuşdur). 8.0.3. daşınmaz әmlak barәsindә notariat qaydasında tәsdiq edilmiş müqavilәlәr, vәrәsәlik hüququ haqqında, әr-arvadın ümumi әmlakındakı paya mülkiyyәt hüququ haqqında, yaşayış evlәrinin, mәnzillәrin açıq hәrracdan әldә olunmasına dair şәhadәtnamәlәr, daşınmaz әmlak sertifikatı.
18.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddә 12.1. Mәhkәmә proses iştirakçılarının izahatları, әrizә vә tәkliflәri ilә, onların tәqdim etdiklәri sübutlarla vә işdә olan digәr materiallarla kifayәtlәnmәyәrәk, mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları xidmәti vәzifәsinә görә araşdırmağa borcludur. Maddә 58.7. Sübutlar mәhkәmә tәrәfindәn tam vә hәrtәrәfli araşdırıldıqdan sonra qiymәtlәndirilir. Maddә 82. Apellyasiya instansiyası mәhkәmәsi mübahisә ilә bağlı işә şikayәt hәddindә vә hüquqi mәsәlәlәr, habelә sübutlar vә faktlar (faktiki hallar) әsasında mahiyyәti üzrә tam hәcmdә baxır. Apellyasiya instansiyası mәhkәmәsi hәmçinin bu Mәcәllәnin 12-ci maddәsinin tәlәblәrinә әsasәn yeni tәqdim olunmuş sübutları (sübutetmә vasitәlәrini) vә faktları (faktiki halları) da nәzәrә alır. Maddә 91. Mübahisә ilә bağlı işә kassasiya qaydasında yenidәn baxılmasının hәdlәri Ali Mәhkәmә mübahisә ilә bağlı işә şikayәt hәddindә baxır vә yalnız apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 94. Kassasiya şikayәtinin verilmәsinә dair tәlәblәr 94.1. Kassasiya şikayәti mәhkәmә qәrarının tam formada tәqdim olunduğu gündәn 1 ay, mәhkәmә qәrardadının tәqdim olunduğu gündәn, hәmçinin bu Mәcәllәnin 131.3-cü vә 132.3-cü maddәlәrindә nәzәrdә tutulmuş hallarda 10 gün müddәtindә müvafiq apellyasiya instansiyası mәhkәmәsi vasitәsi ilә verilir. 94.2. Şikayәtdә mübahisә edilәn mәhkәmә qәrarı vә ya qәrardadı barәdә mәlumatlar göstәrilmәli vә şikayәt әsaslandırılmalıdır. ... 94.4. Şikayәtin әsaslandırma hissәsindә şikayәti verәn şәxsin tәlәbi göstәrilmәlidir. Maddә 96. Ali Mәhkәmәdә icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Mәhkәmәdә işә yazılı icraat qaydasında baxılır. Mәhkәmә hüququn inkişafının vә ya mәhkәmә tәcrübәsinin vahidliyinin tәmin edilmәsi üçün әhәmiyyәtli hesab etdikdә, işә mәhkәmә iclasında baxılması barәdә qәrardad qәbul edir. Bu barәdә proses iştirakçılarına mәlumat verilir. ... 96.9. Ali Mәhkәmә apellyasiya instansiyası mәhkәmәsinin qәrarını (qәrardadını) dәyişdirmәdәn qüvvәdә saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarı, hәmin qәrara qarşı verilmiş şikayәtlә tәlәb edilәn hәddә (hәcmdә) dәyişdirilә bilәr. Maddә 98. Ali Mәhkәmәnin inzibati mübahisәlәrә dair iş üzrә qәrarı 98.1. Ali Mәhkәmәnin inzibati mübahisәlәrә dair iş üzrә qәrarı qәtidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19.Kassasiya şikayәti vaxtında verilmiş, şikayәt formal baxımdan lazımi qaydada әsaslandırılmış vә şikayәtçinin tәlәblәri göstәrilmişdir. Ona görә dә, şikayәt mümkün hesab edilmişdir. 20.Apellyasiya instansiyası mәhkәmәsinin qәrarı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn işә baxılan zaman maddi hüquq normalarının tәlәblәrinә düzgün riayәt edilmәmişdir. Odur ki, apellyasiya instansiyası mәhkәmәsinin qәrarı lәğv edilmәklә, iş tәkrar baxılması üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. 22.Mәhkәmә kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğvini şәrtlәndirәn aşağıdakı әsasların qeyd olunmasını zәruri hesab edir. 23.Hazırkı iş üzrә iddiaçının hüquqi marağı daşınmaz әmlak üzәrindә mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınmasına yönәlmişdir. 24.Işin faktiki hallarına әsasәn qeyd edilmәlidir ki, JN-587A KOD 30308018 seriyalı “Torpağın mülkiyyәtә verilmәsinә dair Şәhadәtnamә”dәn görünür ki, Quba rayon Dövlәt Notariat Kontorunun ## ##### 2006-cı il tarixli, *ә-***-*** saylı alqı-satqı müqavilәsinә әsasәn Quba rayonu, Aşağı Atuc kәndi әrazisindәn 0,16 ha torpaq sahәsi İddiaçı ayrılmışdır. 25.Quba RIHB-nın Vladimirovka inzibati әrazi dairә üzrә nümayәndәliyi tәrәfindәn verilmiş ##.##.2024-cü il tarixli, *** nömrәli arayışdan görünür ki, İddiaçı hәqiqәtәn hazırda Quba rayonu, Mirzәmәmmәdkәnd kәndindә qeydiyyatdadır vә hal-hazırda hәmin kәnddә yaşayır. 26.Işә baxmış mәhkәmәlәr iddianın rәdd edilmәsi qәnaәtinә gәlәrkәn hüquqi mövqelәrini onunla әsaslandırmışdılar ki, “Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Dövlәt Notariat Arxivi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-**-**/** nömrәli mәktuba әsasәn Quba rayon dövlәt notariat ofisi tәrәfindәn arxivә tәhvil verilmiş 2006-cı ildә tәsdiq edilmiş daşınmaz әmlakın özgәninkilәşdirilmәsinә dair müqavilәlәrә baxış keçirilәrkәn İddiaçı adına rәsmilәşdirilmiş müqavilә aşkar edilmәmişdir. Eyni zamanda, bildirilir ki, arxivә tәhvil verilmiş 4Ə-788-*** reyestr nömrәli müqavilәlәrin digәr şәxslәr barәsindә rәsmilәşdirildiyi müәyyәn edilmişdir. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, JN-***A saylı (Kod 30308018) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olan sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi şəhadətnamədə qeyd olunan Quba rayon Dövlət Notariat Kontorunun ## ##### 2006-cı il tarixli, *ə-***-*** saylı alqı-satqı müqaviləsinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən də iddiaçının istinad etdiyi müvafiq Şəhadətnamə məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir.” 27.Mәhkәmә kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin gәldiyi hüquqi nәticә ilә razılaşmır vә hesab edir ki, apellyasiya mәhkәmәsi işin faktiki vә hüquqi hallarını tam, hәrtәrәfli vә obyektiv şәkildә araşdırmamışdır. Bu sәbәbdәn kollegiya iş üzrә müәyyәn edilmiş hallara qiymәt verilmәsini zәruri hesab edir. 28.Ilk növbәdә qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi JN-587A kod ******** saylı “Torpağın mülkiyyәtә verilmәsinә dair şәhadәtnamә” qüvvәdә olan qanunvericiliyә әsasәn hüquqmüәyyәnedici sәnәd hesab olunur. Belә ki, Daşınmaz әmlakın dövlәt reyestri haqqında Qanunun 8-ci maddәsindә bu cür aktlar birbaşa hüquqmüәyyәnedici sәnәdlәr sırasında göstәrilmişdir. Mәhkәmәlәr isә bu sәnәdin hüquqi qüvvәsini lazımi qaydada qiymәtlәndirmәmiş, onun etibarlılığını yalnız sorğuya cavab mәktublarına әsaslanmaqla şübhә altına almışlar. 29.Apellyasiya mәhkәmәsi Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi yanında Dövlәt Notariat Arxivinin mәktubuna istinad edәrәk müvafiq alqı-satqı müqavilәsinin mövcud olmadığını vә ya iddiaçının adına rәsmilәşdirilmәdiyini qәbul etmişdir. Halbuki hәmin mәktub yalnız arxivdә konkret sәnәdin aşkar edilmәmәsi vә ya başqa şәxslәr üzrә qeydiyyatın aparılması barәdә ümumi mәlumat xarakterli olmuş, mübahisәli müqavilәnin hәqiqәtәn başqa şәxsә aid olmasını sübut edәn ilkin sәnәdlәrlә (notariat reyestr kitabları, müqavilә surәtlәri vә s.) tәsdiq olunmamışdır. 30.Apellyasiya mәhkәmәsi bu ziddiyyәti aradan qaldırmaq üçün sübutların toplanması mәqsәdilә üzәrinә düşәn vәzifәni yerinә yetirmәmiş, xüsusilә notariat arxivindәn hәmin 4Ə-788-*** reyestr nömrәli müqavilәlәrin konkret olaraq kimlәrin adına bağlanmasını tәsdiq edәn rәsmi sәnәdlәri tәlәb etmәmişdir. Halbuki belә sübutlar olmadan yalnız verilmiş sorğuya cavab mәktubuna әsaslanaraq iş üzrә nәticә çıxarılması prosessual qanunvericiliyin tәlәblәrinә ziddir. 31.Bundan әlavә mübahisәli torpaq sahәsinin bu günәdәk başqa şәxslәr tәrәfindәn iddia olunub-olunmadığı, hәmin torpaq sahәsi ilә bağlı mübahisәnin mövcud olub-olmamadığı da müәyyәn edilmәmişdir. Digәr tәrәfdәn, hәmin torpaq sahәsi üzәrindә başqa şәxslәrin hüquqlarının daşınmaz әmlakın dövlәt reyestrindә qeydә alınıbalınmaması mәsәlәsini dә mәhkәmәlәr tәrәfindәn araşdırılmamışdır. 32.Bundan әlavә, işdә olan Quba rayonu, Aşağı Atuc kәndindә yerlәşәn 0,16 ha torpaq sahәsinә dair tәrtib edilmiş müayinә aktından görünür ki, torpaq sahәsi baza mәlumatlarında olan xәritә materiallarına әsasәn heç bir mülkiyyәt sәnәdi ilә üst-üstә düşmür vә heç bir müahfizә zolağında yerlәşmir. Torpaq sahәsinin qәrb istiqamәtindә olan gediş-gәliş yolunun әks tәrәfindә yerlәşәn torpaq sahәsi üzәrindә ************ reyestr nömrәli çıxarışa әsasәn X1 mülkiyyәt hüquqları tanınmışdır. 33.Bununla bağlı kollegiya bildirir ki, torpaq sahәsinin iddiaçı tәrәfindәn hasara alındığı hәmin torpaq sahәsinin faktiki olaraq da onun istifadәsindә olduğuna dәlalәt edir vә mübahisәli halın müşahidә olunmadığı tәsdiq olunur. Belә bir fakt mәhkәmә tәrәfindәn diqqәtdәn kәnarda saxlanıla bilmәz vә ona biganә yanaşılması yolverilmәzdir. Əksinә, bu hal iş üzrә digәr sübutlarla yanaşı kompleks şәkildә araşdırılmalı, imtinanın әsası kimi çıxış edәn hal- şәhadәtnamәnin verilmәsi üçün әsas olan alqı-satqı müqavilәsinin kimin adına bağlandığı, onun mövcudluğu müәyyәn edildikdәn sonra isә hәmin şәxsin icraata cәlb edilmәsi ilә obyektiv araşdırma aparıldıqdan sonra işin mahiyyәti üzrә qәrar qәbul edilmәli idi. 34.Yuxarıda göstәrilәn bütün hallar onu göstәrir ki, iş üzrә әhәmiyyәtli olan faktlar tam, hәrtәrәfli vә obyektiv şәkildә araşdırılmamış, sübutlara düzgün hüquqi qiymәt verilmәmişdir. Bu isә kassasiya instansiyasında qәrarın lәğv edilmәsi üçün әsas tәşkil edir. 35.Bütün bunları nәzәrә alaraq mәhkәmә kollegiyası hesab edir ki, kassasiya şikayәti qismәn tәmin edilmәli, apellyasiya instansiyası mәhkәmәsinin qәrarı lәğv edilmәli vә iş tәkrar baxılması üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. 36.Yuxarıda göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayәti qismәn tәmin edilsin. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrәli ## ######## 2025-ci il tarixli qәrarı lәğv edilsin. Iş tәkrar baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilsin. Qәrar qәtidir.