Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-407/2019 05.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qeyri-yaşayış sahəsinə çıxarışın və texn iki pasportun verilməsi tələbinə dair iş üzrə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2644/2018 saylı qərardadlarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4157/2017 saylı, 13 oktyabr 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında inşa etdiyi qeyri-yaşayış obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pa sportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-144/2018 saylı, 21 fevral 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4157/2017 saylı, 13 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1185/2018 saylı, 13 iyun 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-144/2018 saylı, 21 fevral 2018- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4157/2017 saylı, 13 oktyabr 2017-il tarixli qərarı icra edilməsi üçün 25 iyul 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra isə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sözügedən mübahisəyə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması haqqında vəsatət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 oktyabr 2017-cı ıl tarixli, 2-1 (82)-4157/2017 nömrəli qərarında qeyd olunan mü vafiq daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yenidən araşdırma aparılarkən və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq qeyri-yaşayış binasına dair qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlərin əsilləri (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bö lməsi, tikinti obyektinin istismarına icazə) təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Qeyd olunanlardan əlavə, 31.07.2018-ci il tarixdə müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq ünvanda 64,0 kv.m əlavə torpaq sahəsi zəbt olunmuşdur. Bundan əlavə, torpaq sahəsinin plan-ölçüdə qeyd olunan koordinatları torpaq sahəsinin faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı Şəhər icra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi m əhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, qeyd olunan hallar daha əvvəl məlum olmadığından məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün qərar qəbul edilməmişdir. Qeyd olunan hallar məhkəmələrdə işə baxılarkən məlum olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. Məhkəmə qərarının icrasının dayandırılmasına dair vəsatət isə İPM-in 105.1-ci maddəsinə istinadla əsaslandırılmışdır. Həmin maddəyə görə vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4157/2017 saylı, 05 sentyabr 2018-ci il tarixli qərardadları (hakim - E.M.Mustafayev) ilə yeni açılmış hallarla bağlı icraatın təzələnmə si barədə ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardadlardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onların ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2644/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qərardadları (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və V.M.Ağayev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4157/2017 saylı iş üzrə 05 sentyabr 2018-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2-1(103)2644/2018 nöm rəli qərardadlarını ləğv edərək ərizənin və vəsatətin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən mübahisəli qərardadlar qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin şikayətdə qeyd olunan digər hallar qanuna müvafiq qaydada araşdırılmadığından sözügedən məhkəmə aktı ləğv olunmalı, İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respubl ikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməsi, məhkəmə tərəfindən ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsibarədə yeni qərar qəbul edilməlidir. Aparılmış təkrar araşdırmalar nəticəsində və 31.07.2018-ci il tarixdə müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, 64,0 kv.m əlavə torpaq sahəsi zəbt olunmuşdur. Bundan əlavə, torpaq sahəsinin plan-ölçüdə qeyd olunan koordinatları torpaq sahəsinin faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxslər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Bununla yanaşı, iddiaçı məhkəməyə kassasiya şikayəti ilə bağlı etiraz təqdim edərək qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadlarının dəyişirilmədən saxlanılmasını xahiş etm işdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 106-cı maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələ nməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kollegiya ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Kollegiya qeyd edir ki, cavabdehin yeni açılmış hallar kimi istinad etdiyi hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmış hallar deyildirlər. Həmin hallara cavab deh başından etibarən istinad etmiş və qəbul edilmiş yekun məhkəmə aktında onlara qiymət verilməklə mübahisə həll edilmişdir. Apellyasiya məhkəməsinin cavabdehin yeni açılmış hallar kimi istinad etdiyi halların əsassız olduğu ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Ona görə də, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəni təmin etməməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur. İPM-in 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Qeyd edilən maddəyə istinadla kollegiya hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilmədiyi üçün cavabdeh tərəfindən verilmiş məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməməsi də düzgün olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2644/2018 saylı qərardadları dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-407/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-407/2019
05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver