Məhkəmə qərarları › İş №2-1(102)-407/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-407/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-407/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək kitabçasının qaydalara uyğun tərtib edilməməsi, Azərbaycan dilinə tərcümə edilmiş surətinin əlavə edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesabı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-436/20 20 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********9 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975ci il tarixədək Bakı şəhəri Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjin in Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işləməsi barədə əmr kitabları, əmək haqqı cədvəlləri əldə edilmədiyindən qeyd edilən illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1974cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982 -ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyası almaq hüququ yaranan tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olduğundan pensiya təyin edilməsi üçün müvafiq sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh onun işlədiyi müəssisələrin hüquqi ünvanlarının olmamasını, sənədlərin Dövlət Arxivində saxlanılmadığını və bu səbəblə də əmr kitabla rı, əmək haqqı cədvəllərinin əldə edilə bilməməsini əsas gətirərək müraciəti rədd etmişdir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd olunmasını xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-762/2020 nömrəli qərarı (hakim:İ.H.Cabbarov) ilə iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həm karlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək stajı əmək kitabçası və arxiv arayışı ilə təsdiq edildiyindən iddia tələbi əsaslıdır.

9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(107)-436/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və İ.H.Şükürov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-762/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş materiallarındakı sübutları lazımi qaydada araşdırmamış, mövcud ziddiyyətli məqamlara qiymət verməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər içərisində ona məxsus iki əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasının birində əmək kitabçanın açılma tarixi xx.xx.1974-cü il tarixi qeyd olunsa da, ikinci əmək kitabçasında isə əmək kitabçasının açılma tarixi qeyd olunmamışdır. İkinci əmək kitabçasında qeydiyyatlar xronoloji olaraq birinci əmək kitabçanın davamı kimi qeyd olunmuş kimi göstərilmişdir. Lakin, hər iki kitabçaya diqqətlə baxdıqda ziddiyyətlər açıq-aşkar fakt kimi ortaya çıxır. İlkin olaraq ilk əmək kitabçasında 1979-cu il 2 noyabr sonuncu qeyd kimi göstərilməsinə baxmayaraq, ikinci əmək kitabçası 1986-ci ildən başlayır. Bundan əlavə, ikinci əmək kitabçasında işə girmə və işdən çıxma əmrləri qeyd olunmamış, sonuncu qeydlərdə isə idarə rəisi “İsmayılov” adlı şəxsin imzası və adı kiril əlifbasına uyğun icra edilmə sinə baxmayaraq, sonuncu qeydlərdə imza və ad latin qrafasında və açıq gözlə fərqli olduqları görünməyinə baxmayaraq hər iki məhkəmə bu pozuntulara qiymət vermədən iddianı əsaslı saymışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikası Nazirlər Kabine tinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. B ənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1 Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7 Sübutlar məhkəmə tə rəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Mə cəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhk əmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

25. Belə ki, hazırkı iş üzrə iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri Əli Bayramov adına tikiş fabrikində, xx.xx.197 6-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil olunmasını xahiş edir.

26. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi hesab etmişlər ki, iddiaçı tərəfindən qeyd edilən illər onun sosial sığorta stajına hesablamalıdır. Aşağı instansiya məhkəmələri iddiaçının təqdim etdiyi əmək kitabçasının surətini onun əmək stajını təsdiq edən mötəbər sübut kimi qəbul etmişlər. Məhkəmələrin mövqeyini əsassız hesab edən cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlər onun mötəbərliyini şübhə altına alır.

27. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı hesab edərək öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

28. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd edilmiş halları təsdiq etmək üçün ərizəsinə qoşma qismində əmək kitabçasının təsdiq edilmiş surətini əlavə etmişdir. Lakin həmin surətdən görünür ki, Ağdaş rayon notariat ofisində əmək kitabçasının əsli deyil, fotosurətinin düzgünlüyü təsdiq olunmuşdur. (səh 12) Yəni, iddiaçı tərəfindən əmək kitabçasının əsli heç bir məhkəmə instansiyasına təqdim edilməmiş, məhkəmə araşdır maları zamanı tədqiq olunmamışdır.

29. Həmçinin, iddiaçının iş stajının təsdiq edilməsinin yeganə sübutu kimi təqdim etdiyi əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasının 1986-cı il tarixədək iş stajına dair qeydlərin yerləşdiyi qrafaları rus dilində (iş v. 8-11), 1986-cı ildən sonrakı iş stajına dair qeydlərin yerləşdiyi qrafaları ( iş v.11-12) isə Azərbaycan dilindədir. Məhz, cavabdeh tərəf bu fakta istinad edərək iddiaçının iki əmək kitabçası olduğuna, ikinci əmək kitabçasının açılma tarixinin göstərilməməsinə istinad edərək əmək kitabçasının mötəbərliyini şübhə altına alır.

30. Məhkəmə kollegiyası iddiaçının əmək kitabçasının mötəbərliyinin şübhə doğurması barədə cavabdehin dəlilini əsaslı hesab edir.

31. Odur ki, təkrar apelyasiya baxışında iddiaçının əmək kitabçasının əsl inə baxış keçirilməli, qeyd edilən şübhəli hallara aydınlıq gətirildikdən sonra həmin əmək kitabçasının iddiaçının iş stajını təsdiq edən mötəbər sübut kimi qəbul edilməli olubolmamasına qiymət verilməlidir.

32. Qeyd olunmalıdır ki, iddiaçının rus dilində yazılmış əmək stajına dair qeydlərin Azərbaycan dilinə tərcümə olunub notarial qaydada təsdiq olunmuş surəti də iş materiallarına əlavə edilməmişdir.

33. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilmə z. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qeyd edilən əsaslara görə qərar düzgün olmadığından kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(107)-436/2020 saylı qərarı ləğv edilsin və iş təkra r baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar