Məhkəmə qərarları › İş №2-1(102)-407/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-407/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-407/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elmi dərəcənin verilməsindən imtina) 13.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi barədə yeni qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2446/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş FD1.11 Dissertasiya şurasının xx.xx.2022-ci il tarixli iclasında iddiaçının “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisasında “İqtisad elmləri üzrə fəlsəfə doktoru” dissertasiyasının müdafiəsi keçirilmişdir.

2. İddiaçının attestasiya işi xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir.

3. Komissiyanın İqtisad elmləri üzrə Ekspert şurası dissertasiya işinə xx.xx.2023cü il tarixli iclasında iddiaçının iştirakı olmadan baxmış və plagiat faktlarının olduğunu nəzərə alaraq iddiaçıya elmi dərəcənin verilməsini Komissiyanın Kollegiyasına tövsiyə etməmişdir.

4. Komissiyanın Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq, iddiaçıya “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş və bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli məktub göndərmişdir

5. Komissiyaya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciəti əsasında dissertasiya işində aşkar edilmiş pl agiat faktları iddiaçıya təqdim edilmişdir.

6. İddiaçı dissertasiya işində aşkar edilmiş plagiat faktlarına dair izahat təqdim edərək, Komissiyanın Kollegiyasının xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə cavabdehə müraciət etmişdir.

7. Komissiyanın Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçının aşkarlanan plagiat faktlarına dair izahatının və dissertasiyasının elmi dəyərinin araşdırılması üçün komissiya yaradılmışdır. Komissiya iddiaçının dissertasiyasında aşkarlanan oxşarlıq hallarının plagiat olduğunu təsdiq etmiş və işin elmi dəyərinin olmadığı qənaətinə gəlmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati M əhkəməsinə müraciət edərək, “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsindən imtina barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsinə dair yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Elmi Şurada 5310.01 “Dünya iqtisadiyyatı” ixtisasında “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Dissertasiya işinə və avtoreferata verilmiş rəylər müsbət olmuşdur. Elmi Şura üzvləri ona “İqtisad elmləri üzrə fəlsəfə doktoru” adı verilməsinin lehinə yekdilliklə səs ver mişdir. Dissertasiya işində plagiat olub-olmadığı həmin Şura tərəfindən cavabdehin verdiyi proqram əsasında yoxlanılmış və dissertasiyada plagiat olmaması barədə cavabdehə arayış göndərilmişdir. Bundan başqa, dissertasiyada plagiat olub-olmaması hər dəfə 300 manat maliyyə vəsaiti köçürülməklə AMEA-nın İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən xüsusi qrup tərəfindən iki dəfə yoxlanılmış, yenə də dissertasiyada plagiat aşkarlanmamışdır. Dissertasiya işi xx.xx.2022-ci il tarixdə təsdiq üçün cavabdehə təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə dissertasiya işinə baxılma müddəti bitdiyindən, iddiaçının atası həmin tarixdə Elmi Şuranın katibinə zəng vuraraq dissertasiyanın təsdiqi ilə maraqlanmışdır. Elmi Şuranın katibi cavabdehlə əlaqə saxlayıb bildirmişdir ki, İqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2023-cü il tarixdə keçiriləcək iclasında onun dissertasiya işi müzakirəyə çıxarılacaqdır və onu da bu iclasa dəvət etmişlər. Atası bildirmişdir ki, həmin dəvətdən onların xəbəri yoxdur. Elmi katib cavabdehin onlara verilmiş əlaqə telefonuna dəvət barədə mesaj göndərdiklərini bildirdiyini söyləmişdir. Halbuki cavabdeh dəvət edilən şəxsə məktub göndərməli və bu məktubda dəvətin səbəblərini əsaslandırmalı idi. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə xaricdə ikinci təhsil alması və Bakıya gəlmək üçün valideynlərinin maliyyə vəsaitlərinin olmaması barədə teleqram vurmuşdur. xx.xx.2023-cü il tarixdə İqtisad elmləri üzrə ekspert şurası onun iştirak etməməsini bəhanə edərək, dissertasiyanı müzakirəyə çıxartmamış, sonra da, onlara qe yri-rəsmi formada bildirmişlər ki, onun işi plagiat yoxlamasından keçməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin ona göndərdiyi məktub valideynlərinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli həmin məktubda bildirilmişdir ki, Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisasında “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsindən imtina etmişdir. Bu məktubu al andan sonra iddiaçı cavabdehin qərarının təsdiq edilmiş surətinin və plagiat hesabatının ona verilməsi barədə cavabdehə elektron ərizə ünvanlamışdır. Vəkalətnamə verdiyi üçün, anası da analoji müraciəti etmiş və bundan əlavə cavabdeh orqanın sədrinin adına iki dəfə teleqram göndərmişdir. Cavabdehin qərarını və plagiat hesabatını onlara verməmişlər. Bir müddət keçəndən sonra onun elektron poçtuna plagiat faktlar barədə sənəd göndərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı bu plagiat faktlarına dair yazdığı izahatı, cavabdehin onun barəsində çıxardığı, lakin tanış olmadığı qərarından şikayət ərizəsi ilə birlikdə cavabdehin poçt ünvanına göndərmişdir. Eyni vaxtda, valideynləri bu sənədin pdf formatını Bakıda çap etdirib, poçtla cavabdehə göndərmişlər. Cavabdehin qərarı iddiaçıya verməməkdə m əqsədi, bu qərardan məhkəməyə tam əsaslandırılmış iddia ərizəsi ilə müraciət etməyin qarşısını almaq olmuşdur. İddiaçının atası, mart ayında cavabdeh orqanın sədrinin qəbuluna yazılmış, lakin mart ayının birinci həftəsinin tam olmadığı bəhanə edilərək, bu qəbul keçirilməmişdir. Halbuki, cavabdeh orqanın saytında birinci həftənin tam olubolmaması barədə heç nə yazılmamışdır. Mart ayının 17-də iddiaçının atasını cavabdeh orqanın şöbə müdirinin qəbuluna dəvət etmişlər. Atası ondan təkidlə xahiş etmişdir ki, plagiat faktları sənədinin müəlliflərini çağırsınlar və bu sənəddəki faktların əsassız və mənasız olduğunu onlara sübut etsin. Atasının bu xahişi nəzərə alınmamışdır. Halbuki iddiaçının müdafiəsindən sonra bütün Şura üzvləri onu təbrik edərək bildirmişlər ki, müdafiəsi Şurada edilmiş ən ya xşı müdafiədir. İddiaçı hesab edir ki, onu, müvəffəqiyyətlə müdafiə etmiş şəxsi İqtisad elmləri üzrə ekspert şurasına çağırmaq qanunsuz hərəkət idi. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, həmin qərar Azərbaycan Respublikası Konstitusiyasının, “İnzibati icraat haqqında” Qanunun, “Elm haqqında” Qanunun və “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinin pozulması ilə qəbul edilmişdir. Həmçinin iddiaçı hesab edir ki, onun anasının 2022-ci ilin iyun ayından başlayaraq bugünə kimi cavabdeh orqanda mövcud olan korrupsiya yarada bilən tələblərin ləğv edilməsi istiqamətində apardığı mübarizəyə cavab olaraq cavabdeh qərəzli şəkildə ona elmi dərəcə verməkdən imtina etmişdir və cavabdehin bu hərəkəti ilə Konvensiyanın 10-cu maddəsinin 1-ci bə ndində təminat verilən hüququnu pozmuşdur. İddiaçı dissertasiyanın yazılmasına böyük əmək sərf etmişdir. İddiaçının anasının apardığı mübarizənin heç bir nəticəsinin olmaması onda psixi sarsıntılar yaratmaqla qanında şəkərin miqdarının artmasına səbəb olmuşdur. İddiaçı və onun digər ailə üzvləri də bu hadisədən mənəvi sarsıntılar keçirmişlər. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.17-ci bəndinə əsasən Komissiya iddiaçının dissertasiyasında, avtoreferatında və dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərində müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyini aşkarlayarsa, baxılma mərhələsindən asılı olmayaraq, dissertasiyanın və sənədlərin ekspertizası, eyni mövzu və dissertasiya üzrə təkrar müdafiə hüqu qu verilmədən dayandırılır. Digər müəlliflərin materiallarından istifadə deyəndə nə başa düşülməlidir?! “Elm haqqında” Qanunun 1.0.23-cü maddəsinə əsasən “elmi plagiat” – müəlifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününki kimi təqdim etməkdir. Buradan belə nəticəyə gəlmək olur ki, “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin 6.17-ci bəndində digər müəlliflərin materiallarından istifadə deyəndə, plagiat həddinə kimi istifadə başa düşülür. Yəni bu istifadə nəticəsində istifadə edilmiş material tam və ya qismən mənimsənilməməlidir. İddiaçının elektron poçtuna göndərilən plagiat faktları adlandırılan sənəddə göstərilmiş cümlələrlə istinad mənbəyi kimi göstərilən əsərləri tam və ya qismən mənimsəmək mümkün deyildir.

10. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş FD1.11 Dissertasiya şurasının xx.xx.2022-ci il tarixli iclasında iddiaçının “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisasında “İqtisad elmləri üzrə fəlsəfə doktoru” dissertasiyasının müdafiəsi keçirilmiş və müvafiq attestasiya işi xx.xx.2022-ci il tarixində cavabdehə təqdim edilmişdir. İddiaçının anası X2 2022-cı ilin iyun ayından başlayaraq (vəsatət Komissiyaya daxil olmazdan əvvəlki) qanunvericiliklə nəzərdə tutulmuş elmi dərəcələrin verilməsi şərtl əri və qaydalarının iddiaçıya münasibətdə tətbiq edilməməsi, iddiaçının dissertasiya və attestasiya sənədlərinin Komissiyaya göndərilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dəfələrlə eyniməzmunlu müraciətlər ünvanlamış, bununla da, Komissiyanın elmi dərəcələr verilməsi sahəsində fəaliyyətinə kölgə salaraq əsassız iddialar irəli sürmüşdür. Vətəndaşın qeyd olunan müraciətləri Komissiya tərəfindən müvafiq qaydada cavablandırılmış, iddiaçıya elmi dərəcə verilməsi ilə bağlı vəsatətin Komissiyaya daxil olmadığı bildirilmişdir. Müvafiq dissertasiya şurası tərəfindən Komissiya qarşısında iddiaçıya elmi dərəcə verilməsi ilə bağlı vəsatət qaldırıldıqdan sonra da, iddiaçının anası qeyd edilən dövlət orqanları ilə yanaşı daha 23 təşkilata eyniməzmunlu və çoxsaylı müraciətlər ünvanlamışdır. Komissiyaya birbaşa və ya qeyd edilən qurumlardan daxil olmuş təkrar olmaqla eyniməzmunlu 312 müraciətin 14-ü iddiaçının dissertasiya və attestasiya sənədləri hələ Komissiyaya daxil olmadığı dövrə aiddir. Komissiya tərəfindən müvafiq müraciətlər cavablandırılaraq iddiaçıya elmi dərəcə verilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Dissertasiya və attestasiya sənədlərinin ekspertizası zamanı iddiaçının işində elmi plagiat faktları aşkar edilmişdir. İddiaçı Komissiyanın İqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilən iclaslarına dəvət edilməsinə baxmayaraq iclasl ara gəlməmiş və heç bir üzrlü səbəb təqdim etməmişdir. Ekspert şurası xx.xx.2023-cü il tarixli iclasında plagiat faktlarının olduğunu nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxmış və iddiaçıya elmi dərəcənin verilməsini Komissiyanın Kollegiyasına tövsiyə etməmişdir. Komissiyanın Kollegiyası xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilməsindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq imtina etmişdir. İddiaçıya elmi dərəcənin verilməsindən imtina edilməsi barədə vəsatət qaldıran ali təhsil müəssisəsinə, surəti iddiaçıya olmaqla, xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. İddi açıya Komissiyaya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciəti əsasında dissertasiya işində aşkar edilmiş plagiat faktları təqdim edilmişdir. İddiaçı işində aşkar edilmiş plagiat faktlarına dair izahatını təqdim edərək Kollegiyanın xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixində şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının atası Nümayəndə1 xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Komissiyanın Elm sahələri üzrə üçüncü şöbəsinin müdirinin, Aparat rəhbərinin və sədr müavininin qəbullarında olmuşdur. İddiaçının atasına işə apellyasiya qaydasında baxılacağı, onun ekspert şurasının üzvləri ilə görüşünün mümkün olmadığı, ekspert şurasının iclasına iddiaçının dəvət edildiyi izah edilmişdir. Həmçinin iddiaçının aşkarlanan p lagiat faktlarına dair izahatının və dissertasiyasının yenidən bir neçə müstəqil ekspert tərəfindən araşdırılacağı, iddiaçının iclasa dəvət edilərək müzakirə ediləcəyi bildirilmişdir. Kollegiyanın xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının aşkarlanan plagiat faktlarına dair izahatının və dissertasiyasının elmi dəyərinin araşdırılması üçün komissiya yaradılmışdır. Komissiya iddiaçının dissertasiyasında aşkarlanan oxşarlıq hallarının plagiat olduğunu təsdiq etmiş və işin elmi dəyərinin olmadığı qənaətinə gəlmişdir. İddiaçı Komissiyaya xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq onun şikayətinə X1 baxılması barədə tələb irəli sürmüş və şikayəti ilə bağlı onun əvəzindən etibarnamə əsasında atasının iştirak edəcəyini bildirmişdir. Komissiyanın xx.xx.2023-cü il tarixli məktubu ilə diss ertasiya işi və attestasiya sənədlərinin ekspertizası prosesində dissertasiyanın elmi dəyərinin və iddiaçının bilik səviyyəsinin onun iddia etdiyi elmi dərəcəyə uyğunluğunun qiymətləndirilməsi, elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiya işinin iddiaçının müstəqil elmi işi olmasının müəyyən edilməsi zamanı Komissiyada nümayəndə vasitəsilə təmsil olunmanın nəzərdə tutulmadığı iddiaçının diqqətinə çatdırılmışdır. İqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2023-cü il tarixli iclasına dəvət olunması haqqında iddiaçıya xx.xx.2023-cü il tarixində elektron məktub göndərilmişdir. İddiaçı Almaniyada təhsil aldığına görə ekspert şurasının iclasında iştirak etməyəcəyi barədə Komissiyaya məktub göndərmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixində İqtisad elmləri üzrə ekspert şurasının iclasına distant qoşula biləcəyi barədə məktub və iclasa qoşulmaq üçün link göndərilmişdir. İddiaçı ekspert şurasının iclasında iştirak etməyəcəyi barədə Komissiyaya məktub göndərmişdir. Hazırda iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi əsasında iddiaçıya elmi dərəcə verilməsi məsələsinə Komissiya tərəfindən apellyasiya qaydasında baxılmaqdadır. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, iddiaçıya elmi dərəcənin verilməsi məsələsinə baxılması, ekspertizanın keçirilməsi və yekun qərarın qəbul edilməsi sahəsində Komissiyanın fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. X3 Komissiyasının iddiaçıya “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 13 mart 2024-cü il tarixli, 2-1(112)-1030/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin və dissertasiya işinə müsbət rəyin verilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Hazırkı işdə mübahisə faktiki olaraq “elmi plagiat” anlayışına tərəflərin münasibəti ilə bağlıdır. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan dissertasiya işində aşkarlanmış faktlara dair iddiaçının izahatında göstərilənlərdən aydın olur ki, iddiaçı dissertasiya işində digər müəlliflərin fikrindən (müvafiq istinad etmədən) bir və ya bir neçə cümlə köçürülməsi ilə əsərlərin qismən və ya tam m ənimsənilməsinin mümkün olmamasını və cümlələrdəki fikirlərin olduğu kimi təqdim edilmədiyini bildirməklə bunun “elmi plagiat” olmadığı qənaətindədir. Lakin iş materiallarında olan rəyçinin iddiaçının dissertasiya işində aşkarlanmış faktlara dair izahatına cavabında qeyd olunmuşdur ki, dissertasiya işinin yoxlanılması zamanı Antiplagiat Proqramından istifadə edilməsi nəticəsində İİ Oxşarlıq Əmsalı minimum 5% olmalı olduğu halda, iddiaçının 30%-i üstələdiyi müəyyən olunub. Eləcə də, iddiaçı cümlənin dəyişdirilməsilə digər müəllifin fikrini (qanunda yer almış ifadələrini) özününkiləşdirmişdir.

13. Elmi plagiatın anlayışı “Elm haqqında” Qanunda konkret olaraq müəyyən edilib. Normanın məzmunundan da, göründüyü kimi, elmi plagiat müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərləri ni, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim edilməsidir. Beləliklə məhkəmə iş üzrə sübutlara tam həcmdə qiymət verərək hesab edir ki, iddiaçıya “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında cavabdehin xx.xx.2023-cü il tarixli qərarı əsaslı olmaqla qanunvericiliyin tələblərinə müvafiq onun diskresion səlahiyyətləri çərçivəsində qəbul edilmişdir. Hazırkı inzibati işə baxılan zaman cavabdeh tərəfindən “Elm haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və digər qanunvericilik aktlarının pozulması müəyyən edilməmişdir.

14. Həmçi nin qeyd edilməlidir ki, elmi dərəcələrin verilməsi ilə bağlı səlahiyyətlərin məzmunu baxımından dissertasiya işinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq elmi dərəcənin verilməsini fərqləndirmək lazımdır. Fərqləndirmə dissertasiya işinin qanunvericilik normalarında təsbit olunmuş kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunması və müəyyən olunmuş nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, dissertasiya işinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İnzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarlar, xüsusən də elmi işlərin qiymətləndiriməsi nəticələrinə dair qəbul olunmuş qərarlar məhkəmə tərəfindən yalnız məhdud çərçivədə yoxlanıla bilər. Bu zaman məh kəmənin səlahiyyəti, bir tərəfdən, dissertasiya işinin qiymətləndirilməsi metodikası və meyarlarına, digər tərəfdən bərabər yanaşma prinsipinin tələblərinə riayət olunmasının yoxlanılması ilə məhdudlaşır. Başqa sözlə, məhkəmə inzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarı yalnız qeyd olunan göstəricilər baxımından yoxlamağa haqlıdır. Elmi dərəcənin verilməsi isə dissertasiya işinin qiymətləndirilməsi nəticələrinə bağlıdır. Bu mənada cavabdeh tərəfindən elmi dərəcə qiymətləndirmə nəticələrinin şəxsə elmi dərəcənin verilməsi üçün yuxarıda istinad olunan normalarla tələb olunan kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunduğu təqdirdə verilir.

15. Hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən yuxarıda qeyd olunan qaydada aparılmış araşdırma nəticəs ində cavabdeh tərəfindən qiymətləndirmə azadlığının qüsurlu həyata keçirilməsi, qiymətləndirmə kriteriyalarına və metodikasına, eləcə də bərabər yanaşma prinsipinin tələblərinə riayət edilməməsi müəyyən olunmamışdır. Belə ki, hazırkı iş üzrə cavabdeh təqdim edilmiş dissertasiya işində aşkarlanmış plagiat faktlara dair iddiaçının izahatına verilmiş rəyçinin cavabında dissertasiya işinin qiymətləndirməsinin hansı kriteriya və metodikaya, qanunvericiliyin tələblərinə əsasən aparılması əsaslandırılmışdır. Məhkəmə həmçinin iddiaçının iddia ərizəsində istinad etdiyi dissertasiya işinə baxılması müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, dissertasiya işinə baxılması ilə bağlı müddətlər cavabdeh tərəfindən iddiaçının iştirakının Şuranın iclasında təmin edilməsi məqsədilə uzadılmış, iddia çının Şuranın təyin edilmiş iclaslarlarında iştirakının təmin edilməsi barədə ona müvafiq sms bildirişlər göndərilsə də (iş materiallarında olan sübutlara əsasən həmin sms bildirişlər ona çatdırılmışdır), iddiaçı Şuranın iclaslarında iştirak etməmişdir.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mehriban Qarayeva /sədrlik edən və məruzəçi/, İkram Şirinov və Pərviz Hüseynov) 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2446/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi biri nci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.23. elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərm ədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək;

23. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə” 1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmipedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq s ahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. 2.0. Komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək; 2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək;

24. Azərbaycan Respublikası Prezidentinin 2019-c u il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” 1.2. Elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. 1.3. Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şuras ının vəsatəti əsasında verilir. 2.2. Dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir. 3.1. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir: 3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır; 3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir. 3.3. Dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nə ticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir. 3.4. Dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir. 3.5. Dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır: 3.5.1. tədqiqatın aktuallığı, predmeti, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir; 3.5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir; 3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir; 3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir; 3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təq dimatı verilməlidir; 3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir; 3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir; 3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir; 3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir. 4.1. Dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdı rmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. 5.1. Dissertasiya işi onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir. 5.2. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy v erilir. 5.6. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir. 6.3. Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.7. diskresion səlahiyy ətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildi kdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Maddə

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayə t həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelly asiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab ol una bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Hazırkı mübahisədə iddiaçı ona “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsindən imtina barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunmasını tələb etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən ona “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsi barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsi barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia eyni zamanda cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin üzərinə iddiaçıya “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinin verilməsi barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyinin qoyulması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyas iya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2446/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar