Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4070/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinin 0.0465 ha hissəsinə üçüncü şəxs2 adına əsassız aparılmış ## ### 2016-cı il tarixli, ************ reyestr nömrəli qeydiyyatın 0.0465 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs1 “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərardadından üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən üçüncü şəxs2 adına əsassız olaraq aparılmış ## ### 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli qeydiyyatın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.Daha sonra iddiaçının nümayəndəsi və vəkili vəkil2 tələbini dəqiqləşdirərək, “Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD ******** saylı “Torpağn mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinin 0.0465 ha hissəsinə üçüncü şəxs2 adına əsassız aparılmış ## ### 2016-cı il tarixli, ************ reyestr nömrəli qeydiyyatın 0.0465 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. 3.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 4.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qərarı icraya yönəldilərək icra edilmişdir. 5.üçüncü şəxs1 ##.##.2024-cü il tarixli və X1 ##.##.2024-cü il tarixli ərizələr ilə müraciət edərək, yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişlər. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində birinci icraat 6.Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı Qusar rayonunun Bədirqala kəndində yerləşən və (JN-258A KOD 30106028) ## ###### 1999-cu il tarixli **/* saylı Aqrara Islahat Komissiyasının qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə məxsus 0,09 ha həyətyanı torpaq sahəsinin 0,0465 ha hissəsinin əsassız olaraq ## ### 2016-cı il tarixli, ************ reyestr nömrəsi ilə mərhum üçüncü şəxs2 adına qeydiyyatının aparılması Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli 2- *(***)-****/**** nömrəli qərarı ilə ləğv edilmişdir. Məhkəmə tərəfindən işə baxılan dövrdə, yəni 2023-cü ildə üçüncü şəxs1 atası üçüncü şəxs2 artıq 9 il idi ki, həyatda yox idi. Belə ki, mərhum ## ###### 2014-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-164 nömrə ilə reyestrdə qeyd edilmiş, V-**/**** nömrəli vərəsəlik işi ilə bağlı ## #### 2017-ci il tarixli şəhadətnaməyə əsasən üçüncü şəxs1 həmin miras əmlakdan bərabər hissədə irs almışdır. Göründüyü kimi, mərhum atasından qalan həmin 0.12 ha torpaq sahəsi ## #### 2017-ci ildən müəyyən hissədə ona məxsus olmaqla xüsusi mülkiyyətində olmuşdur. Lakin məhkəmədə işə baxılarkən bu məsələyə münasibət bildirilmədən üçüncü şəxs1 mülkiyyət hüququ ilə bağlı məsələyə ona məlumat verilmədən, iştirakı təmin edilmədən baxılmışdır. Həmin məhkəmə qərarını rəsmi qaydada məhkəməyə müraciət əsasında ## ###### 2024-cü il tarixdə əldə etmişdir. AR Inzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcələnin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 7.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2025-ci il tarixli qərardadı ilə (hakim L.Mirzəyeva) ərizə mümkün sayılmamışdır. 8.Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı ərizəyə münasibətdə ərizəni təqdim edən şəxs üçüncü şəxs1 aparılan məhkəmə araşdırması zamanı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1(118)- ****/**** saylı qərardadına əsasən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 9.Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(105)- 710/2025 nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakimlər Z.Məmmədov, /sədrlik edən və məruzəçi/, V.Hacıyev və T.Axundov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli qərardadı qismən ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır.
c) birinci instansiya məhkəməsində ikinci icraat 11.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərardadı ilə (hakim L.Mirzəyeva) ərizə təmin edilməmişdir. 12.Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13.Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(105)- 1043/2025 nömrəli ## ####### 2025-ci il tarixli qərardadı ilə (hakimlər T.Axundov /sədrlik edən və məruzəçi/, H.Babayeva və V.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 15.Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri: 16.Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ərizəçinin iş üzrə yeni açılmış hallarla bağlı ərizəsinin qəbul edilməməsinə səbəb kimi şəxsin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və AR IPM-nin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində yeni açılmış hallarla bağlı müraciət edə bilməsi əsas göstərilsə də, məhkəmə nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən ərizəçi üçüncü şəxs1 müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilsə də, üçüncü şəxs1 məhkəmə proseslərinə cəlb olunması və məhkəmə prosesindən məlumatlı olması üçün heç bir tədbir görülməmiş, onun mülkiyyətində olan torpaq sahəsi barədə məhkəmə tərəfindən onun iştirakı olmadan qərar çıxarılmışdır. Beləliklə də, birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin təmin edilməməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunsa da, həmin məhkəmə proseslərində iştirakı təmin edilməmiş və məhkəmə proseslərindən və qərarlarından məlumatı olmayan şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən üçüncü şəxs1 üçüncü şəxs qismində cəlb edilməyi barədə qərardad qəbul edilməsi şəxsin həmin məhkəmə mübahisəsindən məlumatlı olduğuna və çıxarılmış yekun məhkəmə qərarını əldə etdiyinə əsas vermir. Belə ki, məhkəmə tərəfindən üçüncü şəxs1 proseslərdə iştirakının təmin edilməsi barədə heç bir addım atılmamış, yalnız müvafiq qərardadla iş üzrə formal olaraq üçüncü şəxs qismində cəlb edilməyi qərara alınmışdır. Eyni zamanda, məhkəmə tərəfindən həmin torpaq sahəsinin məhkəmə mübahisəsinin davam etdiyi dövrdə rəsmi olaraq kimin mülkiyyətində olması da araşdırılmamışdır. Belə ki, həmin torpaq sahəsi məhkəmə mübahisəsi dövründə mərhum üçüncü şəxs2 deyil, onun vərəsələri üçüncü şəxs1 və E.Fərzəliyevin mülkiyyətində olmuşdur. Lakin məhkəmə tərəfindən onlara heç bir məlumat verilmədən və iştirakı təmin olunmadan, hətta torpağın digər mülkiyyətçisi E.Fərzəliyev də məhkəmə proseslərinə ümumiyyətlə cəlb edilmədən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmayaraq qanunsuz və əsassız qərar qəbul edilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 100. qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər; Maddə 102. yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar; Maddə 106.2. icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
18.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. 21.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 22.Bununla belə kollegiya qeyd edir ki, yeni açılmış hallar yalnız işə baxılarkən mövcud olan, lakin ərizəçiyə məlum olmayan və sonradan ortaya çıxan, işin nəticəsinə həlledici təsir göstərə biləcək faktlar olduqda qəbul edilir. Bundan əlavə, bəzi hallar (məsələn, yalan ifadə, saxta sübut və s.) yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməlidir. 23.Eyni zamanda, belə ərizə həmin hallar məlum olduqdan sonra 3 ay müddətində verilməlidir və qərarın qüvvəyə minməsindən 3 il keçdikdən sonra yalnız xüsusi hallar istisna olmaqla qəbul olunur. Bu müddətlər buraxıldıqda onların bərpasına yol verilmir. 24.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yeni açılmış hallarla bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 25.Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 26.Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. 27.Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 28.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Üçüncü şəxs üçüncü şəxs1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(105)-1043/2025 nömrəli ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.