Məhkəmə qərarları › İş №2-1(102)-4072/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4072/2025

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4072/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2021-ci il tarixli **************** nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2016-cı ilin yanvar ayından 2020-ci ilin dekabr ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. * saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2021-ci il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 157221,08 manat, mənfəət vergisi üzrə 61388,01 manat vergi borcunun azaldılması aşkar edilmişdir.

3. * saylı Ərazi Vergilər İdarəsinin ## ###### 2021-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı MMC barəsində 2020-ci il üzrə 157221,08 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 faizi məbləğində 78610,54 manat maliyyə sanksiyası, 61388,01 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi məbləğində 30694,01 manat maliyyə sanksiyası və Vergi Məcəlləsinin 57.1-ci və 16.2-ci maddələrinə əsasən, 2160 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçılar”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.2021-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh səyyar vergi yoxlaması zamanı iddiaçının mal qalığını düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı 2020-ci ilin iyun-iyul aylarında 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatoru, 6150 ədəd avtokamer idxal etmişdir. Daha sonra, iddiaçı 4750 ədəd avtokamer, 8511 ədəd minik avtomobilləri üçün rezin şin, 14124 ədəd akkumulyator satmış və nəticədə 4750 ədəd (18874 - 14124) akkumulyator, 3739 ədəd (12250 – 8511) rezin şin və 1400 ədəd (6150 – 4750) avtokamer mal qalığı yaranmışdır. Lakin səyyar vergi yoxlaması zamanı ##.##.2021-ci il tarixli EBBA seriyalı ****** nömrəli EQF əsasında 1150 ədəd akkumulyator və 4706 ədəd minik avtomobilləri üçün rezin şinlərin satışı vergi orqanı tərəfindən qəbul edilməmiş və səbəb olaraq həmin EQF-ların göndərildiyi şəxslərin fəaliyyətinin dayandırıldığı və fəaliyyət növünün fərqli olduğu göstərilmişdir. Qeyd etmişdir ki, yuxarıda göstərilən əsasla EQF-in etibarsız hesab edilməsi qanunsuz olmuşdur. Belə ki, hər hansı qanunvericilik aktında, eləcə də Vergi Məcəlləsində bu əsasla EQF-in etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. İddiaçı mal satdığı şəxslərin fəaliyyət növünə və fəaliyyətini dayandırıb-dayandırmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının mal qalığını əsassız olaraq artırmış və cəmiyyətə iki qat vergi məbləği hesablamışdır. Cavabdeh səyyar vergi yoxlaması zamanı iddiaçıya məxsus malların satış qiymətini müəyyən edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış akkumulyatorların qiymətini “Azərekspertiza” Birliyinin ##.##.2019-cu il tarixli rəyinə və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmişdir. Bununla bağlı ilk öncə qeyd edir ki, səyyar vergi yoxlamasının 4-cü səhifəsində qeyd edilənlərə əsasən, yoxlamaya ekspert və mütəxəssis dəvət edilməmişdir. Bundan başqa, vergi orqanının istinad etdiyi ekspert rəyi və arayışdan görünür ki, həmin rəy və arayış DVX-nin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında həmin quruma verilmişdir. Göründüyü kimi, cavabdeh yoxlama zamanı öz təşəbbüsü ilə çağırmadığı, başqa quruma verilmiş və hazırkı vergi ödəyicisi tərəfindən idxal edilmiş mallara görə deyil, başqa vergi ödəyicisi və ya ödəyicilərinə münasibətdə verilmiş rəyə və arayışa istinad etmişdir. Eyni zamanda, iddiaçı malları 2020ci il tarixdə idxal etdiyi və 2021-ci il ərzində satdığı halda, cavabdeh 2019-cu ildə verilmiş rəyə və arayışa istinad etmişdir. Vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış malların dəyərini qanunsuz olaraq müəyyən etmiş və iddiaçıya əsassız vergi məbləği hesablamışdır. Səyyar vergi yoxlamasının 10-cu səhifəsində mənfəət vergisinin hesablanmasına dair hissədə qeyd edilir ki, akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat müəyyən edilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən 2020-ci il ərzində, ümumilikdə, 734 423.80 manat dəyərində akkumulyator idxal edildiyi halda, vergi orqanı xərc olaraq onun yalnız 315 748.1 manat hissəsini götürmüş və bunu hansı səbəbdən etdiyini səyyar vergi yoxlaması aktında əsaslandırmamışdır. Eyni zamanda bildirmişdir ki, iddiaçı idxal etdiyi bütün malları 2021-ci ildə satdığı halda, cavabdeh həmin malları 2020-ci ildə satılmış kimi qəbul etmişdir.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** saylı qərarına əsasən, iddiaçıda yanvar 2016-cı il tarixdən dekabr 2020-ci il tarixədək olan vergi dövrü əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya ##.##.2021-ci il tarixli **************** nömrəli Tələbnamə verilmişdir. İddiaçı səyyar vergi yoxlaması ilə yoxlanılan yanvar 2016 - dekabr 2020-ci illəri əhatə edən dövrdə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir. Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin ## ##### 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir. Həmin obyektlərin başqa şəxslərə icarə verilməsi məlum olmuşdur. Həmçinin vergi ödəyicisinin ##.##.2021-ci il tarixli **************** nömrəli məktubunda da heç bir mal qalığı olmadığı, idxal olunan malların topdan satış qaydada təqdim edildiyi bildirilmişdir. Ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi qəbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edildi. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla 49007.2 ({560820.3-315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır. Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlərin yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş (## ##### 2003-cü it tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edildi. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır. Ümumilikdə 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 2020-ci ilin mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 61388.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 30694.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Əlavə dəyər vergisi üzrə kənarlaşma araşdırılarkən məlum olmuşdur ki, yük gömrük bəyannamələri məlumatlarına əsasən 2020-ci ildə vergi ödəyicisi tərəfindən 18874 ədəd müxtəlif akkumulyator idxal edilmişdir. Yoxlama dövründən sonrakı dövrdə vergi ödəyicisi tərəfindən bu akkumulyatorların 12974 ədədi e-qaimə əsasında təqdim edilmişdir. Baxış zamanı qalmalı olan 5900 ədəd akkumulyator aşkar edilməmişdir. Vergi ödəyicisinin baxış zamanı aşkar edilməyən 5900 ədəd akkumulyatora mənbəyi bəlli olan məlumatlardan istifadə edərək topdansatış qiyməti hesablanmış, akkumulyator satışı üzrə dövriyyə 560820.3 manat (ƏDV-siz) təşkil etmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən 6150 ədəd avtokamer idxal edilmiş, 4750 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, 12250 ədəd rezin şin idxal edilmiş, 3805 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, nəticədə əskik gələn 1400 ədəd avtokamerin və 8445 ədəd avtoşinin ƏDV-si hesablamaya aid edilmişdir (baxış zamanı mal qalığı aşkar edilməmişdir). Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Buna əsasən 2020-ci ilin dekabr ayı ƏDV dövriyyəsi 873450.4 manat (akkumulyator üzrə dövriyyə- 560820.3 manat, kamer üzrə dövriyyə - 6027.7 manat, şin üzrə dövriyyə 306602.4 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 0-a bərabər olduğundan səyyar vergi yoxlaması ilə 157221.1 manat (873450.4*18%) ƏDV kənarlaşması aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 2020ci il üzrə əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 157221.1 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 78610.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri ##.##.2021-ci il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən ##.##.2021-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ##.##.2021-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərar qismən - 49,904.06 manat mənfəət vergisinin və 95,207.74 manat ƏDV-nin hesablanması və 72,555.90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş və iddia qalan hissədə rədd edilmişdir (hakim – V.Əzizova).

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı tərəfindən satılmış akkumulyatorların bazar qiymətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2020-ci il tarixli *** nömrəli ekspert arayışı və Azərekspertiza Birliyinin ##.##.2019-cu il tarixli ekspert rəyinə istinad edərək müəyyən etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində qeyd edilənlərə əsasən yoxlama zamanı ekspertiza həyata keçirilməmişdir. Vergi orqanının yoxlama zamanı istinad etdiyi ekspert rəyləri isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında verilmişdir. Cavabdeh yoxlama zamanı xüsusi bilik tələb olunduğu halda, ekspertizanın həyata keçirilməsi barədə qərar qəbul etməmiş, ekspertiza ilə bağlı vergi ödəyicisinin qanunla nəzərdə tutulan hüquqlarını təmin etməmiş, əksinə, başqa bir vergi orqanının müraciəti əsasında verilmiş ekspert rəylərinə istinad etməklə kifayətlənmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Cavabdeh nəticəsi mübahisələndirilən səyyar vergi yoxlaması çərçivəsində iddiaçı tərəfindən təqdim edilmiş akkumulyatorların bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa və tələblərə riayət etmədən, başqa bir vergi orqanı tərəfindən müraciət edilərək alınmış ekspert rəylərinə istinad etmişdir. Səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış avtokamer və rezin şinlərin qiymətinin necə müəyyən edilməsi ilə bağlı səyyar vergi yoxlaması aktında hər hansı qeyd mövcud deyil və cavabdehin nümayəndəsi məhkəmə araşdırması zamanı buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh mübahisələndirilən qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ##.##.2022-ci il tarixli ekspertiza rəyi inzibati orqanın bu qənaətini qismən təkzib edir və 2020-ci il üzrə mənfəət vergisinin 11483.95 manat və həmin ilin müvafiq ayları üzrə ƏDV-nin isə 62013.34 manat hissə istisna olmaqla, qalan hissədə əsassız hesablanmasını müəyyən edir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – H.Babayeva, hakimlər – İ.Dəmirov, G.Cabbarova).

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır (sədrlik edən – İ.Hüseynov, hakimlər – N.Rəsulbəyova, K.Bədəlov).

14. Qərarda bir sıra göstərişlər qoyularaq qeyd olunmuşdur ki, ##.##.2021-ci il tarixli, ****** nömrəli elektron qaimə-faktura əsasında mal satılan vergi ödəyicisinin fəaliyyəti dayandırıldığından və fəaliyyət növü ilə mallar arasında uyğunsuzluq olduğundan həmin qaimə-faktura ilə iddiaçı tərəfindən satılan 1150 ədəd akkumulyatorun və 4706 ədəd rezin şinin satışı vergi orqanı tərəfindən mal qalığı hesablanan zaman nəzərə alınmamış və bu səbəbdən mal qalığı daha artıq müəyyən edilmişdir.

15. Göründüyü kimi, burada, söhbət elektron qaimə-fakturanın forma və məzmununun məhkəmənin istinad etdiyi Qaydaların tələblərinə uyğun olub-olmadığından deyil, həmin qaimə-fakturada qeyd olunan sahibkarlıq subyektləri arasındakı əməliyyata dair məlumatların həqiqi vəziyyəti əks etdirdiyinin, tərəflər arasında əməliyyatın əmtəəsiz olubolmadığının müəyyən edilməsindən gedir.

16. Cavabdehin etiraz və şikayətinin dəlilləri nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz həmin halları araşdırmalı, qaimə-fakturadakı məlumatların həqiqi vəziyyəti əks etdirdiyini əsaslı şübhələrdən kənar sübutlarla yoxlamalı, onlara qiymət verməli, bununla da apellyasiya şikayətinin dəlillərinə işin müəyyən edilmiş həqiqi hallarına əsaslanmaqla münasibət bildirməli idi. Hazırkı işdə bu, baş vermədiyindən, cavabdeh haqlı olaraq eyni dəlilləri kassasiya şikayətində də irəli sürmüşdür.

17. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti üzrə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ## ####### 2022-ci il tarixli, */**** nömrəli rəyinə istinad etmişdir.

18. Ümumiyyətlə, inzibati məhkəmə icraatında ekspertizanın, hazırkı halda məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi və ekspert rəyindən sübutetmə vasitəsi kimi istifadə olunması işin hallarının araşdırılması prinsipinin tələbindən irəli gəlir. Bu prinsip İPM-in 12ci maddəsində ətraflı surətdə tənzimlənir və məzmun baxımından inzibati orqanların fəaliyyətinə dair “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə uyğunluq təşkil edir. İşin hallarının araşdırılması prinsipinə əsasən, məhkəmə işin hallarını xidməti vəzifəsinə görə araşdırmalı və bu zaman tərəflərin izahatları və ya onların təqdim etdikləri sübutlarla kifayətlənməməlidir.

19. Hazırkı işdə də əgər məhkəmə işin hallarının araşdırılması prinsipinə və bundan irəli gələn xidməti vəzifəsinə uyğun olaraq, işin düzgün həlli üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini və ekspert rəyindən sübutetmə vasitəsi kimi istifadə olunmasını zəruri hesab edibsə, bu halda, o, İPM-in təkcə 12-ci maddəsinin deyil, 29-1 və 58-ci maddələrinin tələblərini də gözləməlidir.

20. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyində qeyd edilir ki, nəzərə alınmamış EQF-in nəzərə alınmama səbəbləri əsaslı deyil və Vergi Məcəlləsində bu hal nəzərdə tutulmamışdır. Cavabdeh haqlı olaraq hesab edir ki, ekspert məhkəməmühasibatlıq ekspertizasının predmetindən kənara çıxaraq hüquqi rəy vermişdir. Halbuki tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək məhkəmənin səlahiyyətinə aiddir. Rəydə həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində qeyd edildiyi kimi, malların 1 vahidi üçün qiymət vergi orqanı tərəfindən akkumulyator üzrə 95.05 manat, kamer üzrə 4.30 manat, rezin şinlər üzrə 36.31 manat müəyyən edilmişdir. Lakin akkumulyator üçün 95.05 manat məbləğin hansı qaydada müəyyən edildiyi rəydə açıqlanmır. Halbuki işin materiallarına görə idxal edilmiş akkumulyatorların növləri, deməli, həm də qiymətləri müxtəlif olmuşdur.

21. Bu qeyd olunanlar, eyni ilə ƏDV dövriyyəsinin məbləğinə də aiddir. Belə ki, ekspert rəyinə görə, ekspertiza tədqiqatı zamanı MMC-nin ƏDV dövriyyəsi 344518,57 manat məbləğində müəyyən edilərkən EQF-lar üzrə malların 1 vahidinin qiyməti nəzərə alınmışdır.

22. Rəydə həmçinin qeyd edilir ki, iş materiallarında mövcud olan EQF-lərdə təqdim edilən malların bir vahidinin qiyməti nəzərə alınaraq, cəmiyyətin satış dövriyyəsinin 344.518,57 manat məbləğində olduğu müəyyən edilir; lakin həmin malların alınmasına çəkilən xərcləri müəyyən etmək mümkün deyil.

23. Cavabdeh haqlı olaraq qeyd edir ki, ekspert iş materiallarında mövcud olan xərc sənədlərini nəzərə almadan hesablama apararaq rəy vermişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş mallar idxal olunan mallar olduğu üçün onların idxalına çəkilən xərclərə dair sənədlər (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər) mövcud olduğu halda, ekspert ətraflı araşdırma aparmadığı üçün qeyd olunanları nəzərə almamış və səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də qərar qəbul edərkən həmin rəyə əsaslanmışdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən – cavabdehin ##.##.2021-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarının qismən – 49.904,06 manat mənfəət vergisinin və 95.207,74 manat ƏDV-nin hesablanması və 72.555,90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Quliyev, hakimlər – T.Axundov, V.Hacıyev).

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin başqa ekspertinə tapşırılmışdır. Ekspert qarşısında iş materiallarında mövcud olan xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər), eləcə də idxal edilən malların növləri və qiymətlərinin müxtəlif olması nəzərə alınmaqla mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçının 2020-ci il üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisinin məbləğinin nə qədər təşkil etməsi, iş materiallarında mövcud olan xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər), eləcə də idxal edilən malların növləri və qiymətlərinin müxtəlif olması nəzərə alınmaqla mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçının 2020-ci ilin yanvar-dekabr ayları üzrə dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisinin məbləğinin nə qədər təşkil etməsi ilə bağlı suallar qoyulmuşdur.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2020-ci ilin iyun-iyul aylarında 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatorı, 6150 ədəd avtokamer idxal edilmişdir.

27. Tədqiqat zamanı müəyyən edildi ki, müəssisə tərəfindən ##.##.2021-ci il tarixli EBBA seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 4750 ədəd avtokamer və 2574 ədəd minik avtomobilləri üçün rezin şinlər, ##.##.2021-ci il tarixli EBBA seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 1150 ədəd akkumulyator və 4706 ədəd minik avtomobilləri üçün rezin şinlər, ##.##.2021-ci il tarixli EBBA seriyalı ****** nömrəli elektron qaiməfakturaya əsasən 5500 ədəd akkumulyator və 600 ədəd minik avtomobilləri üçün rezin şinlər, ##.##.2021-ci il tarixli EBBA seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 7474 ədəd akkumulyator və 631 ədəd minik avtomobilləri üçün rezin şinlər ayrı-ayrı fiziki və hüquqi şəxslərə təqdim edilmişdir. İş materiallarında mövcud olan elektron qaiməfakturaların məlumatlarından göründüyü kimi, iddiaçı tərəfindən ümumilikdə 4750 ədəd avtokamer, 8511 ədəd minik avtomobilləri üçün rezin şinlər, 14124 ədəd akkumulyator satılmış və nəticədə 4750 ədəd (18874 - 14124) akkumulyator, 3739 ədəd (12250 - 8511) rezin şinlər və 1400 ədəd (6150-4750) avtokamer mal qalığı kimi qalmışdır. Yoxlama zamanı isə mal qalığı akkumulyatorlar üzrə 5900 ədəd, rezin şinlər üzrə 8445 ədəd, avtokamerlər üzrə 1400 ədəd müəyyən edilmişdir. Yəni iş materiallarında olan e-qaimələrə əsasən ekspertiza tədqiqatı nəticəsində səyyar vergi yoxlamasından fərqli olaraq cəmiyyətin mal qalığının akkumulyator üzrə 4750 ədəd, rezin şinlər üzrə 3739 ədəd, avtokamerlər üzrə 1400 ədəd olduğu müəyyən edilir. Lakin qeyd edilir ki, hazırkı ekspertiza qarşısında qoyulan suallar üzrə hesablama aparmaq mümkün olmadı. Belə ki, hazırkı ekspertiza qarşısında iş materiallarında mövcud olan xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər), eləcə də idxal edilən malların növləri və qiymətlərinin müxtəlif olması nəzərə alınmaqla mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçının 2020-ci il üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisinin məbləği nə qədər təşkil edir və iş materiallarında mövcud olan xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər), eləcə də idxal edilən malların növləri və qiymətlərinin müxtəlif olması nəzərə alınmaqla mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçının 2020-ci ilin yanvar-dekabr ayları üzrə dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisinin nə qədər təşkil edir sualları qoyulmuşdur. Bildirilir ki, iş materiallarında bank çıxarışları və s. xərclərə (icarə, daşınma, saxlanma və s.) dair sənədlər mövcud deyildir. Bundan əlavə qeyd edilir ki, yoxlama aktının mənfəət vergisinin hesablanmasına dair hissəsində mal qalığı üzrə dövriyyənin Azərekspertiza birliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərinə istinad edilərək sonuncu hesabat dövrü üzrə (2020-ci il) hesablandığı göstərilmişdir. Həmçinin yoxlama aktının ƏDV ilə bağlı hissəsindən də göründüyü kimi, mal qalığı üzrə vergiyə cəlb edilən dövriyyə göstərilən qaydada müəyyən edilmiş sonuncu hesabat dövrü üzrə (2020-ci ilin dekabr ayı üzrə) hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində isə ekspertizanın aparılmaması qeyd edilmişdir. Eyni zamanda qeyd edilir ki, Azərekspertiza birliyinin rəyi ##.##.2019-cu il tarixində verilmişdir. Yəni yoxlama dövründən əvvəl verilmişdir.

28. Halbuki malların qiyməti müəyyən edilərkən həmin dövrə uyğun bazar qiymətinə əsasən müəyyən edilməli idi. Bununla yanaşı iş materiallarından göründüyü kimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi də Azərekspertiza birliyinin rəyindəki siyahıya istinad edilərək verilmişdir. Göstərilənlərdən əlavə qeyd edilir ki, iş materiallarında olan gömrük məlumatlarından göründüyü kimi, mallar (akkumlyator və s.) 2020-ci ilin iyun ayından başlayaraq idxal olunmuşdur. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan gömrük məlumatlarında idxal olunmuş malların (akkumlyator və s.) çeşidləri göstərilsə də, malların təqdim edilməsinə dair e-qaimə fakturalarda malların (akkumlyator və s.) çeşidləri göstərilməmişdir. Səyyar vergi yoxlaması aktında da hansı malların (akkumlyator və s.) çeşidlər üzrə mal qalığı kimi qalması və mal qalığı üzrə vergiyə cəlb olunan dövriyyənin hansı qiymətlər əsasında müəyyən edilməsi göstərilməmişdir. Göründüyü kimi, qeyd edilən səbəblərdən mal qalığının hansı çeşiddən ibarət olmasının müəyyən edilməsi mümkün deyildir. Həmçinin qeyd edilir ki, ilkin ekspertiza zamanı hesablama aparılmasının səbəbi həmin ekspertiza qarşısında qoyulan suallar olmuşdur. Hazırkı ekspertiza zamanı isə suallar göründüyü kimi, fərqli olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən hazırkı ekspertiza qarşısında qoyulan suallar üzrə tam və hərtərəfli hesablama aparmaq mümkün olmadı.

29. Göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertiza təyin olunsa da, ekspert rəyinin əldə olunmamasının əsas səbəbi vergi ödəyicisi tərəfindən zəruri satış və xərc sənədlərinin təqdim edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, vergi ödəyicisi tərəfindən satış və xərclərlə bağlı zəruri sənədlər təqdim edilmədiyindən və iş materiallarında olan mövcud sənədlər əsasında isə ekspert rəyinin verilməsi mümkün olmadığından məhkəmə kollegiyası tərəfindən ancaq aparılmış inzibati icraatın qanuniliyi və bunun əsasında qəbul edilmiş inzibati aktın ləğv edilməsinə əsasların olub-olmaması yoxlanılacaqdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən satış və xərclərlə bağlı sənədlərin tam təqdim edilməməsindən başqa iddiaçının təqdim etdiyi sənədlərin bəziləri də inzibati orqan tərəfindən müvafiq dövriyyənin müəyyən edilməsində nəzərə alınmamışdır. Belə ki, inzibati orqan qeyd edir ki, “müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir. Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin ## ##### 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir.” Vergi ödəyicisi isə qeyd edir ki, iddiaçı ilə X1 arasında 1150 ədəd akkumulyator və 4706 ədəd rezin şinlərin satışı həyata keçirilmiş və bununla bağlı olaraq iddiaçı tərəfindən sonuncuya ##.##.2021-ci il tarixli, ****** nömrəli elektron qaimə-faktura göndərilmişdir. Ali Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, söhbət elektron qaimə-fakturanın forma və məzmununun məhkəmənin istinad etdiyi Qaydaların tələblərinə uyğun olub-olmadığından deyil, həmin qaimə-fakturada qeyd olunan sahibkarlıq subyektləri arasındakı əməliyyata dair məlumatların həqiqi vəziyyəti əks etdirdiyinin, tərəflər arasında əməliyyatın əmtəəsiz olub-olmadığının müəyyən edilməsindən gedir.

30. Cavabdehin etiraz və şikayətinin dəlilləri nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz həmin halları araşdırmalı, qaimə-fakturadakı məlumatların həqiqi vəziyyəti əks etdirdiyini əsaslı şübhələrdən kənar sübutlarla yoxlamalı, onlara qiymət verməli, bununla da apellyasiya şikayətinin dəlillərinə işin müəyyən edilmiş həqiqi hallarına əsaslanmaqla münasibət bildirməli idi. Məhkəmə kollegiyası tərəfindən vergi ödəyicisindən qeyd edilən əməliyyatların əmtəəsiz əməliyyat olmaması ilə bağlı sübutlar istənilmiş, vergi ödəyicisi isə elektron qaimə-faktura və ## ##### 2021-ci il tarixli X1 ilə aralarında bağlanan müqavilədən əlavə sübut təqdim edə bilməyəcəyini bildirmiş, həmin şəxsin fəaliyyət yeri və araşdırma üçün digər məlumatları məhkəməyə təqdim edə bilməmişdir.

31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh mübahisələndirilən qərarı qəbul etməmişdən əvvəl inzibati icraat apararaq, özünün “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** saylı qərarına əsasən iddiaçıda yanvar 2016-cı il tarixdən dekabr 2020-ci il tarixədək olan vergi dövrü əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya ##.##.2021-ci il tarixli **************** nömrəli Tələbnamə verilmişdir. Səyyar vergi yoxlaması ilə yoxlanılan yanvar 2016 - dekabr 2020-ci illəri əhatə edən dövrdə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir. Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin ## ##### 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir. Həmin obyektlərin başqa şəxslərə icarə verilməsi məlum olmuşdur. Həmçinin vergi ödəyicisinin ##.##.2021-ci il tarixli **************** nömrəli məktubunda da heç bir mal qalığı olmadığı, idxal olunan malların topdan satış qaydada təqdim edildiyi bildirilmişdir. Ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi qəbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edildi. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla 49007.2 ({560820.3- 315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır. Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlər yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cü maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş (## ##### 2003-cü it tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edildi. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır. Ümumilikdə 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2020-ci ilin mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 61388.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 30694.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Əlavə dəyər vergisi üzrə kənarlaşma araşdırılarkən məlum olmuşdur ki, yük gömrük bəyannamələri məlumatlarına əsasən 2020-ci ildə vergi ödəyicisi tərəfindən 18874 ədəd müxtəlif akkumulyator idxal edilmişdir. Yoxlama dövründən sonrakı dövrdə vergi ödəyicisi tərəfindən bu akkumulyatorların 12974 ədədi elektron qaimə əsasında təqdim edilmişdir. Baxış zamanı qalmalı olan 5900 ədəd akkumulyator aşkar edilməmişdir. Vergi ödəyicisinin baxış zamanı aşkar edilməyən 5900 ədəd akkumulyatora mənbəyi bəlli olan məlumatlardan istifadə edərək topdansatış qiyməti hesablanmış, akkumulyator satışı üzrə dövriyyə 560820.3 manat (ƏDV-siz) təşkil etmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən 6150 ədəd avtokamer idxal edilmiş, 4750 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, 12250 ədəd rezin şin idxal edilmiş, 3805 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, nəticədə əskik gələn 1400 ədəd avtokamerin və 8445 ədəd avtoşinin ƏDV-si hesablamaya aid edilmişdir (baxış zamanı mal qalığı aşkar edilməmişdir). Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Buna əsasən 2020-ci ilin dekabr ayı ƏDV dövriyyəsi 873450.4 manat (akkumulyator üzrə dövriyyə-560820.3 manat, kamer üzrə dövriyyə - 6027.7 manat, şin üzrə dövriyyə 306602.4 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 0-a bərabər olduğundan səyyar vergi yoxlaması ilə 157221.1 manat (873450.4*18%) ƏDV kənarlaşması aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2020-ci il üzrə əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 157221.1 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 78610.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri ##.##.2021-ci il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən ##.##.2021-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.

32. Göründüyü kimi, iddiaçı tərəfindən idxal olunan malların satışının qanunvericiliyə uyğun həyata keçirilməməsi, zəruri hesabatların aparılmaması, satış və xərc sənədlərinin tam təqdim edilməməsi nəticəsində vergi orqanı tərəfindən yuxarıda qeyd edilən əsaslarla inzibati icraat aparılaraq iddiaçının vergidən yayındığı hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası vergi orqanın apardığı icraat və hüquqi əsaslandırma ilə razılaşaraq, onları təkrar sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası iddia ərizəsində və iddiaçının apellyasiya şikayətinə etirazında qeyd etdiklərini mübahisələndirilən qərarın birinci instansiya tərəfindən ləğv edilmiş hissəsinin qanunsuz hesab edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı ilə X1 arasında aparılan əməliyyatların əmtəəsiz əməliyyat olmaması öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçı zəruri sənədləri və məlumatları təqdim etmədiyi üçün inzibati orqan mənbəyi bəlli məlumatlar əsasında müvafiq hesablama aparmışdır.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, vergi ödəyicisinin idxal etdiyi malların satışını qanunvericiliyin tələblərinə uyğun həyata keçirməməsi, lazımi məlumatların və hesabatların verilməməsi nəticəsində vergidən yayınmış, cavabdeh isə öz səlahiyyətləri çərçivəsində yuxarıda qeyd edilən inzibati icraatı apararaq əsaslı olaraq hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.

34. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymət müəyyənləşdirməsi prosesi qanunsuz aparılmışdır. Yoxlama zamanı ekspertiza təyin edilmədiyi halda, akkumulyator, rezin şin və avtokamera üzrə bazar qiymətləri vergi orqanı tərəfindən özbaşına təsbit edilmişdir. Belə ki, akkumulyatorun qiyməti “Azərekspertiza” Birliyinin ##.##.2019-cu il tarixli rəyi əsasında müəyyən edilmişdir. Halbuki həmin rəy hazırkı iş üzrə səyyar vergi yoxlaması çərçivəsində verilməmiş və başqa vergi ödəyicisinə aid mallara münasibətdə verilmişdir. Həmçinin qeyd olunan rəy 2019-cü il tarixdə verildiyi halda, iddiaçı tərəfindən mallar 2020- 2021-ci illər ərzində təqdim edilmişdir. Bundan başqa, səyyar vergi yoxlaması aktında ƏDV üzrə satış dövriyyəsi hesablanan zaman iddiaçıya məxsus avtokamer və rezin şinlərin qiymətinin necə müəyyən edildiyi barədə heç bir qeyd yoxdur. Başqa sözlə desək, cavabdeh avtokamer və rezin şinlərinin qiymətini öz mülahizəsi əsasında hesablamışdır. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan 5 məsələnin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Göründüyü kimi, iş üzrə hər hansı ekspertiza təyin edilmədiyi halda, cavabdeh iddiaçının satdığı malların bazar qiymətini buna dair diskresion səlahiyyəti olmadığı halda, öz mülahizəsi əsasında müəyyən etmişdir. Təsadüfi deyil ki, məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizası nəticəsində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilir ki, “yoxlama aktının mənfəət vergisinin hesablanmasına dair hissəsində mal qalığı üzrə dövriyyənin Azərekspertiza birliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərinə istinad edilərək sonuncu hesabat dövrü üzrə (2020-ci il) hesablandığı göstərilmişdir. Həmçinin yoxlama aktının ƏDV ilə bağlı hissəsindən də göründüyü kimi, mal qalığı üzrə vergiyə cəlb edilən dövriyyə göstərilən qaydada müəyyən edilmiş sonuncu hesabat dövrü üzrə (2020-ci ilin dekabr ayı üzrə) hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində isə ekspertizanın aparılmaması qeyd edilmişdir. Eyni zamanda qeyd edilir ki, Azərekspertiza birliyinin rəyi ##.##.2019-cu il tarixində verilmişdir. Yəni yoxlama dövründən əvvəl verilmişdir. Halbuki malların qiyməti müəyyən edilərkən həmin dövrə uyğun bazar qiymətinə əsasən müəyyən edilməli idi.”

36. Nəzərə almaq lazımdır ki, bazar qiymətinin müəyyən edilməsi qaydası, şərtləri və ardıcıllığı Vergi Məcəlləsinin 14-cü maddəsi ilə tənzimlənir. Lakin cavabdeh həmin maddənin tələblərini tətbiq etmədən, vergi qanunvericiliyində nəzərdə tutulmayan fərqli üsulla iddiaçıya əvvəlcə müxtəlif bazar qiymətləri, daha sonra isə onun əsasında əlavə satış dövriyyəsi hesablamışdır. Mənfəət vergisi qanunsuz şəkildə şərti rentabellik norması ilə hesablanmışdır. Vergi orqanı mənfəət vergisini Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsaslanaraq birbaşa şərti rentabellik norması tətbiq etməklə hesablamışdır. Halbuki həmin maddəyə görə, vergi orqanı əvvəlcə əlaqəli məlumatlardan və ya analoji fəaliyyət göstərən vergi ödəyicilərinin göstəricilərindən istifadə etməli idi. Bu mərhələ keçilmədən birbaşa şərti rentabellik normasının tətbiqi qanun pozuntusudur.

37. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən “vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. VM-in 67-ci maddəsinin müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.” (Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2 *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli 2-1(102) ****/**** nömrəli qərarları).

38. Apellyasiya məhkəməsi gəlir və xərclərə dair sənədlərin tam təqdim edilmədiyini, həmçinin təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə də iddiaçının ödəməli olduğu vergiləri hesablamaq mümkün olmadığını əsas götürərək, vergi orqanı tərəfindən aparılmış inzibati icraatın və onun əsasında qəbul edilmiş inzibati aktın əsaslılığını yoxlamışdır. 7 Başqa sözlə, məhkəmə kollegiyası “məzmun üzrə konkret vergi məbləğini” deyil, inzibati icraatın ümumi qanuniliyini və həmin icraat əsasında qəbul edilmiş inzibati aktın ləğvini tələb edən əsasların olub-olmamasını qiymətləndirmişdir. Bu yanaşma prinsip etibarilə doğru olsa da, məhkəmə yekunda mübahisələndirilən inzibati aktı qanuni saymaqla həm prosessual, həm də maddi hüquq normalarının tətbiqində əsaslı səhvlərə yol vermişdir. İlk öncə qeyd edək ki, İnzibati Prosessual Məcəllənin 77 və 78-ci maddələrinə əsasən, inzibati aktın qanuniliyini və əsaslılığını sübutetmə yükü cavabdehin üzərinə düşür. Bununla belə, apellyasiya instansiyası məhkəməsi bu prinsipi pozaraq, sübutetmə yükünü tam şəkildə iddiaçının üzərinə yönəltmişdir. Məhkəmə qərarından göründüyü kimi, iddiaçının bəzi sənədləri təqdim etməməsini əsas götürərək, nəticə etibarilə belə bir məntiq formalaşdırmışdır: “İddiaçı sübut təqdim etməyibsə, deməli vergi orqanının mövqeyi doğrudur.” Bu yanaşma İPM-in 10 və 11-ci maddələrində təsbit edilmiş “obyektiv araşdırma” və “məhkəmə qərarının əsaslandırılması” prinsiplərinə ziddir. Çünki məhkəmə faktları hərtərəfli araşdırmaq və tərəflərin təqdim etdiyi sübutları bərabər qiymətləndirmək əvəzinə, sübutların çatışmazlığını iddiaçıya qarşı yönəltmişdir. Həmin prosessual yanlışlıq e-qaiməfaktura üzrə əməliyyatın əmtəəsiz olub-olmaması məsələsində də özünü göstərmişdir. Məhkəmə bu hissədə də sübutetmə yükünü iddiaçının üzərinə qoymuş, əməliyyatın əmtəəsiz xarakterini sübut etmə öhdəliyini cavabdeh orqandan tələb etməmişdir. Halbuki əməliyyatın əmtəəsiz olduğunu sübut etmək və bunu dəqiqləşdirmək cavabdehin vəzifəsi idi. Beləliklə, apellyasiya məhkəməsi işə “sübut yoxdur, deməli inzibati orqan haqlıdır” prinsipi ilə yanaşmaqla, faktların dərin təhlilini aparmamış, bununla da İPM-in 77, 78 və 22ci maddələrinin tələblərini pozmuşdur.

39. Bundan başqa, iddiaçı kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, hazırkı işdə iddiaçı müəyyən mallar idxal etmiş, onların bir qismini elektron qaimə-faktura əsasında, digər qismini isə rəsmiləşdirmədən təqdim etmişdir. Bu hal işin mübahəsiz hallarındadır. İşin mübahisəli halı ondan ibarətdir ki, sənədsiz (rəsmiləşdirilmədən) təqdim edilmiş malların satış dəyəri cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələblərinə zidd olaraq müəyyən edilmişdir. Belə ki, bazar qiyməti VM-in 14-cü maddəsində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla müəyyən edilməli olduğu halda, cavabdeh həmin qayda və ardıcıllığa riayət etməmişdir. İş üzrə verilmiş ## ####### 2022-ci il tarixli, */**** nömrəli ekspert rəyində ekspert iddiaçının satdığı malların bir vahidinin dəyərini eyni çeşiddə malların satışına dair elektron qaimə-fakturalar əsasında müəyyən etmişdir. Daha sonra ekspert bazar qiymətinin tətbiqi nəticəsində iddiaçının gəlirlərini, Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında isə ödəməli olduğu mənfəət vergisini hesablamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert rəy verməyin mümkün olmadığı nəticəsinə gəlmişdir. Belə ki, ekspert iddiaçının xərclərini müəyyən edə bilməmişdir. Halbuki iddiaçının xərclərinə dair sənədlər (idxal barədə məlumatlar) iş materiallarında mövcud idi. İş üzrə digər mübahisəli hal, vergilərin hesablanmasına əsas olmuş malların hansı tarixdə təqdim edilməsidir. Qeyd edək ki, iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan göründüyü kimi, iddiaçı malları 2021-ci ilin müvafiq aylarında təqdim etmişdir. Lakin vergi orqanı hər hansı sübuta malik olmadığı halda, iddiaçının mallarını 2020-ci ildə satılmış mallar kimi qiymətləndirərək, iddiaçıya yoxlama ilə əhatə olunan dövrün sonuncu ayına (2020-ci ilin dekabr ayına) hesablama həyata keçirmişdir. Halbuki satışın – daha doğru desək, vergitutulan əməliyyatın vaxtı Vergi Məcəlləsinin 166.1 və 166.7-ci maddələrinə görə məhz malların dəyərinin ödənildiyi vaxtdır və təqdim edilmiş qaimə-fakturalar bu əməliyyatların 2021-ci ildə baş verdiyini təsdiqləyir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur Maddə 44. Ekspertiza 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. Ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. 44.3. Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir. 44.4. Ekspertin yoxlamanın predmetinə aid olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq hüququ vardır. 44.6. Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. 44.8. Ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Ekspertin, ekspertiza aparıldıqda, barəsində onlara dair suallar qoyulmamış, iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə, həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır. 44.9. Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. Maddə 71-1. Elektron qaimə-fakturalar 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. (-) Maddə 104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə 105. Verginin dərəcələri 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

48. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. İş materiallarında olan məhkəmə aktlarından göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasını ekspert rəyi təşkil etmiş, Ali Məhkəmə isə yuxarıda qeyd edilənlərə əsasən ekspertin səhv nəticəyə gəldiyini hesab etmişdir. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsinin şikayət edilən hissəsi ilə bağlı gəldiyi nəticəyə əsas olan hal öz əhəmiyyətini itirmişdir.

50. Məhz son apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyi təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertiza təyin olunsa da, ekspert rəyinin əldə olunmamasının əsas səbəbi vergi ödəyicisi tərəfindən zəruri satış və xərc sənədlərinin təqdim edilməməsi ilə bağlı olmuşdur.

51. Bundan başqa, iş materiallarına əsasən, təkrar apellyasiya icraatı zamanı vergi ödəyicisindən qeyd edilən əməliyyatların əmtəəsiz əməliyyat olmaması ilə bağlı sübutlar istənilmiş, vergi ödəyicisi isə elektron qaimə-faktura və ## ##### 2021-ci il tarixli X1 ilə aralarında bağlanan müqavilədən əlavə sübut təqdim edə bilməyəcəyini bildirmiş, həmin şəxsin fəaliyyət yeri və araşdırma üçün digər məlumatları məhkəməyə təqdim edə bilməmişdir.

52. Beləliklə, işə baxmış məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən idxal olunan malların satışının qanunvericiliyə uyğun həyata keçirilməməsi, zəruri hesabatların aparılmaması, satış və xərc sənədlərinin tam təqdim edilməməsi nəticəsində vergi orqanı tərəfindən yuxarıda qeyd edilən əsaslarla inzibati icraat aparılaraq iddiaçının vergidən yayındığı hallar düzgün müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, sadalanan hallara əsasən, vergi ödəyicisinin idxal etdiyi malların satışını qanunvericiliyin tələblərinə uyğun həyata keçirməmiş, lazımi məlumatların və hesabatların verilməməsi nəticəsində vergidən yayınmış, cavabdeh isə öz səlahiyyətləri çərçivəsində yuxarıda qeyd edilən inzibati icraatı apararaq əsaslı olaraq hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Təkrar apellyasiya baxışı zamanı məhkəmə Ali Məhkəmənin əvvəlki qərarında verilmiş göstərişləri tam icra edərək bu istiqamətdə lazımi araşdırmalar aparmış və araşdırmanın nəticəsinə uyğun olaraq qanuni və əsaslı qərar qəbul etmişdir.

55. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar