Məhkəmə qərarları › İş №2-1(102)-4074/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4074/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4074/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi; iddia müddəti; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2022-ci il tarixli əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixə kimi keçmiş SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

2. Ağdam RHK tərəfindən ##.##.1992-ci il tarixdə çağrılaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmiş, ##.##.1992-ci il tarixdə Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin *** №-li əmrinə əsasən ##.##.1992-ci il tarixdən Artilleriya divizionunun Şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda ##.##.1992-ci il tarixdən ##.##.1996-cı il tarixə kimi Müdafiə Nazirliyinin N №-Ii hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli müvafiq əmrinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq Ordu sıralarından azad edilərək qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmişdir, Ağdam RHK-da hərbi qeydiyyata durmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda Müdafiə Nazirliyinin N №-li hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iki dəfə yaralanaraq uzun müddət müalicə olunmağına baxmayaraq vəziyyəti ağır olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2003-cü il tarixli ** saylı Qərarına əsasən “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır”. ##.##.2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Ekspertiza və Reabilitasiya Xidməti ** saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona 3 (üçüncü) qrup əlilik təyin etmişdir. ##.##.2016-ci il tarixdə vəziyyəti ağır olduğu üçün ona ikinci dərəcəli əlilik təyin edilmişdir. ##.##.2022-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunda müayinədən keçmiş və ona **********/**** nömrəli Arayış verilmişdir. O, dəfələrlə müxtəlif xəstəxanalarda (Akademik M.Ə.Mirqasımov adına Xəstəxanada iki dəfə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında, Kürdaxanı Sağlamlıq Mərkəzində) müayinə və müalicə olunmuşdur, buna baxmayaraq ##.##.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasından keçərkən, onun Müharibə ilə əlaqəli əlilliyi ləğv edilib və ona Şəkərli diabet II tip. Orta ağır forma Diaqnozu qoyaraq Əlilliyin səbəbi Ümumi xəstəlik göstərilmişdir.

4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda Müdafiə Nazirliyinin N №-li hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iki dəfə yaralanaraq uzun müddət müalicə olunmağına baxmayaraq vəziyyəti ağır olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2003-cü il tarixli ** saylı Qərarına əsasən "Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır" kimi müəyyənləşdirilmişdir.

5. ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində növbəti müayinədən keçmiş və imtina cavabı verilmişdir. Imtinanın səbəbi kimi: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş, X2 və Ortopediya Institutunda müayinə olunması məsləhət görülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial6.Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2022-ci il tarixli qərarına görə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2003-cü il tarixli ** nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sol bud sümüyünün diafizinin burmaarast sınığı ilə budun yuxarı 1/3-nin bayır səthinin kor qəlpə yaralanmasından sonra sol bud sümüyünün bitişmiş sınığı, sol bud-çanaq oynağının osteoartrozu va kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şəkərli-diabetdən və bununla əlaqədar olaraq sağ gözündə görmənin olmamasından şikayətlənmiş, sol budun yuxarı 1/3-də əməliyyat izi, sol belində çapıqlar qeyd olunmuş, əzələ gücü, tonusu normal, refleksler aşağı ətraflarda bir qədər enmiş, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlaməti, hərəki məhdudiyyət aşkar edilməmişdir. X1 adına Milli Oftalmologiya Mərkəzinin ##.##.2022-ci il tarixli **** nömrəli Tibbi Rəydə diaqnoz "Vis OD-0. Vis OS-0.6 k/etmir. Monokulyar korluq. Diabetik retinopatiya" kimi müəyyən edilmiş, ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2022-ci il tarixdə oftalmoloq müayinəsi aparılmış, diaqnoz "Vis OD-"0” Vis OS-0.5-0.6. PDR. PLK-dan sonra vəziyyət neovaskulyar qlaukoma" kimi müəyyən olunmuş və diaqnoz öz təsdiqini tapmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları mahdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin” 2.2.7-ci bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Gözdən əlil.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlar zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirakını və yaralanmağını nəzərə almaqla iddiaçının II dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı növbəti dəfə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ##.##.2022-ci il tarixli əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolunun qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixə kimi keçmiş SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Ağdam RHK tərəfindən ##.##.1992-ci il tarixdə çağrılaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmiş, ##.##.1992-ci il tarixdə Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin *** №li əmrinə əsasən ##.##.1992-ci il tarixdən Artilleriya divizionunun Şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda ##.##.1992-ci il tarixdən, ##.##.1996-cı il tarixə kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. ##.##.1993-cü il tarixdə və ##.##.1994-cü il tarixdə döyüş zonasında xidmət keçərkən Ağdam rayonu uğrunda gedən döyüşlərdə ağır yaralandığına görə, yaralanma - diaqnoz “sol bud sümüyünün diafizinin burma arası sınığı ilə budun yuxarı 1\3-nin bayır səthinin kor qəlpə yaralanmasından sonra sol bud sümüyünün bitişmiş sınığı, sol budçanaq oynağının osteoartirozu və kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması” uzun müddət Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və Azərbaycan Respublikasının Mərkəzi Hərbi Poliklinikasında müalicədə olduğuna görə müvəqqəti olaraq taborun ştatından çıxarılmışdır. Xəstəliyi ilə əlaqədar Mingəçevir MHH-na göndərilmiş, bütün təminatlardan azad edilərək ərzaq attestatı ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli müvafiq əmrinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq Ordu sıralarından azad edilərək qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmişdir, Ağdam RHK-da hərbi qeydiyyata durmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda Müdafiə Nazirliyinin N №-li hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iki dəfə yaralanaraq uzun müddət müalicə olunmağına baxmayaraq vəziyyəti ağır olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2003-cü il tarixli ** saylı Qərarına əsasən “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır”. ##.##.2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Ekspertiza və Rebalitasiya Xidməti ** saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona 3 (üçüncü) qrup əlilik təyin etmişdir. ##.##.2016-ci il tarixdə vəziyyəti ağır olduğu üçün ona ikinci dərəcəli əlilik təyin edilmişdir. ##.##.2022-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunda müayinədən keçmiş və ona **********/**** nömrəli Arayış verilmişdir. O, dəfələrlə müxtəlif xəstəxanalarda (Akademik M.Ə.Mirqasımov adına Xəstəxanada iki dəfə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında, Kürdaxanı Sağlamlıq Mərkəzində) müayinə və müalicə olunmuşdur, buna baxmayaraq ##.##.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasından keçərkən, onun Müharibə ilə əlaqəli əlilliyi ləğv edilib və ona Şəkərli diabet II tip. Orta ağır forma Diaqnozu qoyaraq Əlilliyin səbəbi Ümumi xəstəlik göstərilmişdir.

10. Azərbaycan Respublikası TƏBIB “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ##.##.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı – 2019-cu ildən hal-hazıradək “Mingəçevir şəhər Mərkəzi xəstəxanası” PHŞ-nə, müayinə və müalicə məqsədi ilə müxtəlif ixtisas həkimlərinə ambulator müraciət etmişdir. Lakin, hər hansı bir xəstəliklə bağlı xəstəxanada stasionar müalicədə olmamışdır. Onu da qeyd etmişdir ki, arxiv bölməsində verilən məlumata əsasən İddiaçı yaralanmasına dair hər hansı bir sənəd tapılmadı.

11. Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli 2- *(***)-**/**** nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilərək, cavabdeh Cavabdeh PHŞ-nin üzərinə iddiaçı İddiaçı ##.##.2022-ci il tarixindən müəyyən edilmiş əlilliyinin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı əlilliyin təyin edilmə diaqnozu “Insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet II tip. Orta-ağır forma. Insulin tələbli forma”ndan ibarət olsa da, şəxs barəsində təyin edilmiş ekspertizanın nəticələrindən də görünür ki, ##.##.2022-ci il tarixdə onun “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya Institutu PHŞ-də müayinəsi zamanı mütəxəssis travmotoloqların müəyyən etdikləri diaqnoz, MN MHHK-nın ##.##.2003-cü il tarixli ** №-li qərarında qeyd edilmiş “Sol bud sümüyünün diafizinin burmaarası sınığı ilə budun yuxarı l\3-nin bayır səthinin kor qəlpə yaralanmasından sonra bud sümüyünün bitişmiş sınığı, sol bud-çanaq oynağının osteoartrozu və kontrakturası, funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozun (fəsadıdır) ağırlaşmasıdır. Həmin xəsarətin yaranma səbəbi isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ” olması MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2003-cü il tarixli ** nömrəli Qərarı, eləcə də iddiaçı barəsində 2003-2016-cı illərdə dəfələrlə qiymətləndirilmə zamanı cavabdehin təyin etmiş olduğu təyinatlarla təsdiq olunur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: T.Həsənov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və Ə.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq iddiaçının ##.##.20222-ci il tarixdən müəyyən edilmiş əlilliyinin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olması barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmalı olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin əlilliyini təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər.

TƏTBIQ EDILƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 38. Sosial təminat hüququ İ Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: Bənd 1.2. Hərbi-həkim ekspertizası dinc və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir.

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərardad qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

27. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi ilə bağlıdır.

28. Işin faktiki hallarına görə, cavabdeh orqan sonuncu dəfə iddiaçı barəsində ##.##.2022-ci il tarixli qiymətləndirmə aparılarkən diaqnozun təsdiqini tapmaması və iddiaçıya “Insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet II tip. Orta-ağır forma. Insulin tələbli forma” diaqnozu qoyaraq “ümumi xəstəlik” səbəbi ilə əlillik təyin etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi ilə bağlı qərarı qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, “... iş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2025-ci il tarixli T** nömrəli ekspert rəyindən görünür ki, ##.##.2022-ci il tarixdə onun “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya Institutu PHŞ-də müayinəsi zamanı mütəxəssis travmotoloqların müəyyən etdikləri diaqnoz, MN MHHK-nın ##.##.2003-cü il tarixli ** №-li qərarında qeyd edilmiş “Sol bud sümüyünün diafizinin burmaarası sınığı ilə budun yuxarı 1\3nin bayır səthinin kor qəlpə yaralanmasından sonra bud sümüyünün bitişmiş sınığı, sol budçanaq oynağının osteoartrozu və kontrakturası, funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozun (fəsadıdır) ağırlaşmasıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2003-cü il tarixli ** nömrəli Qərarından görünür ki, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı yaralanma – diaqnoz: “sol bud sümüyünün diafizinin burmaarası sınığı ilə budun yuxarı 1\3-nin bayır səthinin kor qəlpə yaralanmasından sonra sol bud sümüyünün bitişmiş sınığı, sol bud-çanaq oynağının osteoartirozu və kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə” ##.##.1994-cü ildən ##.##.1994-cü ilədək Mingəçevir şəhər xəstəxanasında müalicə və müayinə olunmuşdur (Mingəçevir şəhər xəstəxanasının ##.##.1994-cü il tarixli çıxarış epikrizi, N saylı hərbi hissə komandirinin verdiyi ##.##.1994-cü il tarixli **** saylı yaralanmanın alınma şəraiti haqqında arayışı, Ağdam RHK-nın ##.##.2003-cü il tarixli */*** saylı arayışı), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Əsas: MN MHHK-nın ** saylı ## ###### 2003-cü il tarixli protokolu. Kollegiya qeyd edir ki, göründüyü kimi, iddiaçıda olan həmin xəsarətin yaranma səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2003-cü il tarixli ** nömrəli Qərarı, eləcə də iddiaçı barəsində 2003-2016-cı illərdə dəfələrlə qiymətləndirilmə zamanı cavabdehin təyin etmiş olduğu təyinatlarla təsdiq olunur.”

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işin faktiki və hüquqi hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Bu səbəbdən kollegiya iş üzrə müəyyən edilmiş hallara qiymət verilməsini zəruri hesab edir.

31. Ilk növbədə qeyd olunmalıdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

32. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən ümumi hüquqi müdafiə marağı ilə bağlı şərt, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

33. Iş materiallarından müəyyən edilir ki, iddiaçıya 2022-ci ildə ümumi xəstəlik səbəbindən 5 il müddətinə əlillik təyin edilmişdir və iddiaçı həmin vaxtdan etibarən əlilliyin ona hansı səbəbdən təyin edildiyini (ümumi xəstəlik səbəbindən) bilirdi.

34. Iddiaçı tərəfindən irəli sürülən “səbəb əlaqəsinin dəyişdirilməsi” barədə tələb mahiyyət etibarilə “məcburetmə haqqında” iddiadır. Mövcud qanunvericiliyə əsasən belə iddialar müvafiq inzibati aktın təqdim edildiyi tarixdən etibarən 30 gün müddətində qaldırılmalıdır.

35. Hazırkı işdə iddiaçı müvafiq iddia ilə ##.##.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu hal işə baxmış məhkəmələr tərəfindən nəzərə alınmamış və iddianın xüsusi mümkünlük şərtini ödəyib-ödəmədiyi məsələsinə qiymət verilmədən işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir.

36. Digər mühüm məqam ondan ibarətdir ki, məhkəmələr iddiaçının xəstəliyinin hərbi travmanın ağırlaşması səbəbindən yarandığı qənaətinə gələrkən “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin verdiyi ekspert rəyinə əsaslanmışlar.

37. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə görə, Hərbi-həkim ekspertizası dinc və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında) Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir.

38. Göründüyü kimi, yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə görə, xəsarətlərin və xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi səlahiyyəti yalnız hərbi-həkim ekspertizasını keçirən komissiyalara verilmişdir.

39. Bu səbəbdən kollegiya bildirir ki, mübahisəli məsələnin həlli üçün səlahiyyətli orqandan- hərbi-həkim komissiyasından rəy alınmalı və yalnız bundan sonra mübahisəyə hüquqi qiymət verilməli idi.

40. Məhkəmələrin iddianın mümkünlük məsələsini tam yoxlamaması, iddia mümkün olduğu təqdirdə isə mübahisə predmeti olan səbəb əlaqəsinin müəyyən edilməsi üçün zəruri olan səlahiyyətli orqanın verdiyi ekspert rəyini almadan işi natamam araşdırması nəticədə düzgün olmayan qərarın qəbuluna gətirib çıxarmışdır. Bu isə kassasiya instansiyasında qərarın ləğv edilməsi üçün əsas təşkil edir.

41. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar