Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4078/2025 12.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Birgə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxs: İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) “zirzəmiyə aid divarın bərpa edilməsi və s.″ tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Mübahisəli sahələrdə üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (bundan sonra –üçüncü şəxs) mülkiyyətində olan qeyri-yaşayış sahəsi (zirzəmi) yerləşir. Üçüncü şəxs ünvan 3 ünvanında yerləşən 75.5 kv.m qeyri-yaşayış sahəsini (zirzəmi) Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində satın almış, bununla bağlı ##.##.2009-cu il tarixli şəhadətnamə verilmişdir.
2. RX seriyalı, ******* nömrəli, ##.##.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mk., X2 küçəsi, 3a ünvanında yerləşən 75.5 kv.m qeyri-yaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüquqi ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək binanın 2 otaqlı mənzillər tərəfindən yerləşən və qanunsuz dağıdılan zirzəmiyə aid divarın ilkin layihədəki vəziyyətinə bərpa olunmasının təmin edilməsini, binanın monolit beton tökmə divarını saxlayan 28 mm diametrində “kəmər” adlanan armaturun bərpa olunmasını, zirzəmidə yerləri dəyişdirilən su və kanalizasiya xətlərinin ilkin layihədəki vəziyyətə gətirilməsini, xoşagəlməz hadisələrin qarşısını qabaqcadan almaq məqsədilə qanunsuz açılmış qapı boşluğunun ləğv olunmasını və divarın ilkin layihə şəklində bərpa edilməsini xahiş etmişdirlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-ci ildə dövlət tərefinden insa edilerek istismara verilmis ve tərəfindən insa edilərək istismara verilmiş və dövlət əmlakı kimi tanınan Bakı səhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsində yərləşən 12 mərtəbəli, 1 bloklu, 36 mənzilli 3A sayli bina Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfati Idarəsinin balansındadır. Dövlət tərəfindən təsdiqlənmiş layihəyə əsasən, binanin zirzəmisinə giriş yalnız kiçik texniki qapı vasitəsilə nəzərdə tutulmuşdur. Bu qapı 1 otaqli mənzillərin yərləşdiyi hissədən, yalnız texniki xidmət məqsədilə istifadə üçün nəzərdə tutulmuşdur. Hazırda onlar məhz həmin layihədə nəzərdə tutulan kiçik qapıdan istifadə ədərək zirzəmiyə daxil olurlar. Zirzəminin 75.5 m2 qeyri-yasayış sahəsində, 1 və 2 otaqli mənzillərlə əlaqəli olaraq layihə üzrə kanalizasiya sistemi, su boruları və istilik xəttləri yərləşdirilmisdir. Bu sahə ümumi istifadədə olan texniki zona kimi müəyyən edilmisdir və fərdi mülkiyyətə verilməsi və ya konstruktiv dəyişikliklərə məruz qalması qanunsuzdur. 2010-cu ildə, Binəqədi Mənzil Kommunal Təsərrüfat Idarəsinin (BMKTI) balansınnda olan binanın 25 illik istismarından sonra, tikinti sahəsində pəsəkar bilikləri olmayan BMKTİ -nin bir vəzifəli səxsi tərəfindən dövlət layihəsində nəzərdə tutulmayan və heç bir rəsmi dövlət orqanından icazə alınmadan, özbaşına olaraq 2 otaqli mənzillərin tərəfindən binanin zirzəmisinə giriş məqsədilə "darvaza boyda" qapı boşluğu açılmısdir (foto-faktlarla təsdiq olunan səkil var). Bu müdaxilə zamani 12 mərtəbəli binanin təxminən 15-18 min ton çəkini daşıyan, monolit tökmə betonlu (38-40 sm qalinliginda) divarina və onun daşıyici ələməti olan 28 mm diametrli "kəmər" adlanan polad armatura zərər vurulmus, nəticədə binanin divarlarında iri çatlar əmələ gəlmisdir. Bu, tikilinin konstruktiv bütövlüyünə və təhlükəsizliyinə ciddi təhdiddir və Azərbaycan Rəspublikasi Cinayət Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulan "tikinti va istismar zamani təhlükəsizlik qaydalarının pozulmasi" əlamətlərini özündə əhtiva ədir. Bu faktlarla bağlı dəfələrlə Azərbaycan Rəspublikasinin Prezidenti, Baş Prokurorluq, Binəqədi Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarına müraciətlər va məktublar ünvanlanmışdir. Lakin BMKTI tərəfindən vərilən cavablarda bildirilib ki, "zirzəmi özəldir", "zirzəmidə həç bir dəyişiklik yoxdur" və s. Bu cavablar reallığı əks etdirmir və mövcud qanunsuzlugun örtbasdir edilməsinə xidmət edir. Bununla yanaşı, məsələnin araşdırlması zamanı bir sıra şübhəli və hüquqi cəhətdən qeyri-müəyyən faktlar üzə çıxmısdır: ##.##.2009-cu il tarixli, rəyəstr kitabi №**, qeydiyyat tarixi ilə ****** nömrəli Səhadətnamə əsasında Baki səhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsində yərləsən 12 mərtəbəli, 1 bloklu binanin zirzəmisindəki 75.5 m2 qeyri-yasayış sahəsi bilinməyən səbəblərlə X1 adina rəsmiləşdirilmişdir. Halbuki bu sahədə layihəyə uyğun olaraq kanalizasiya, su və istilik sistemləri yərləşir və həmin sahəyə müstəqil giriş, ümumiyyətlə, nəzərdə tutulmamışdır. Bu halda, ümumi istifadədə olan texniki zonanın fiziki səxsə səhadətnamə ilə verilməsi və fərdi mülkiyyət kimi taninmasi qanunvericiliyə nə dərəcədə uygundur? Layihədə ayrıca giriş nəzərdə tutulmayan və ümumi istifadadə olan 75.5 mü sahəyə əvvəlcə şəhadatnamə verilməsi, daha sonra isə qanunsuz şəkildə qapı boşlugu açılaraq həmin sahəyə giriş təmin edilməsi və nəticə etibarilə dövlət qurumlarına səhv va ya yanliş məlumat verilməsi əsasında ##.##.2012-ci il tarixli RX seriyali ******* nömrəli Çıxarışın əldə olunması da ciddi hüquqi sübhələr yaradır. Sözügədən hallarda cinayət tərkibi əlamatlərinin olmasi ehtimali çox yüksəkdir və hüquqi qiymatləndirilməyə ehtiyac vardır. Bu kimi hallar həm ciddi hüquq pozuntusudur, həm də insanların həyat və sağlamliği üçün birbaşa təhlükə yaradır. Odur ki, məhkəmədən xahişi aşağıdakı kimidir: - Zirzəminin monolit beton divarında qanunsuz şəkildə açılmış qapı boşlugu ləğv edilməli, divar ilkin layihədə nəzərdə tutuldugu kimi betonla bərpa olunmalıdır. - Daşıyıcı konstruksiyaya dəstək olan 28 mm diametrli "kəmər armatur" yerində bərpa olunmalı və tikilinin dayaniqlılığı təmin edilməlidir. - Zirzəmidə qanunsuz səkildə dəyişdirilmiş kanalizasiya, su və istilik sistəmləri layihəyə uyğun şəkildə əvvəlki vəziyyətinə qaytarılmalıdır. - Qanunsuz çıxarış va qeydiyyat sənədlərinin hüquqi əsasi araşdırılmalı və zəruri hallarda ləğv edilməsi təmin edilməlidir. Bu tədbirlərin görülməsi, həm yaşayış binasının təhlükəsizliyinin bərpası, həm də vətəndaşların hüquqlarının müdafiəsi baxımından zəruridir.
5. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: C.Ə.Quliyev) 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün hesab edilməmişdir.
8. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisəli sahələrdə üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsi (zirzəmi) yerləşir. Üçüncü şəxs ünvan 3 ünvanında yerləşən 75.5 kv.m qeyri-yaşayış sahəsini (zirzəmi) Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində satın almış, bununla bağlı ##.##.2009-cu il tarixli şəhadətnamə verilmişdir. RX seriyalı, ******* nömrəli, ##.##.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mk., X2 küçəsi, 3a ünvanında yerləşən 75.5 kv.m qeyri-yaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüquqi ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçılar üçüncü şəxsin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mk., X2 küçəsi, 3a ünvanında yerləşən qeyriyaşayış sahəsində (zirzəmi) aparılmış müvafiq tikinti-təmir işlərinin nəticəsinin aradan qaldıraraq dağıdılan dağıdılan zirzəmiyə aid divarın ilkin layihədəki vəziyyətinə bərpa olunmasının təmin edilməsini, binanın monolit beton tökmə divarını saxlayan 28 mm diametrində “kəmər” adlanan armaturun bərpa olunmasını, zirzəmidə yerləri dəyişdirilən su və kanalizasiya xətlərinin ilkin layihədəki vəziyyətə gətirilməsini, xoşagəlməz hadisələrin qarşısını qabaqcadan almaq məqsədilə qanunsuz açılmış qapı boşluğunun ləğv olunmasını və divarın ilkin layihə şəklində bərpa edilməsini tələb edirlər. İddiaçıların hazırki tələbi inzibati orqana qarşı yönəlmiş olsa da, lakin həmin tələb publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi və s. ilə bağlı olmayıb, ümumən mübahisə mülki hüquq münasibətlərindən yaranmaqla, mülki qanunvericilik ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələbinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçıların məhkəmə iclasında vermiş olduqları izahatlarından da görünür ki, onlar iddia edirlər ki, binanın zirzəmisi özəlləşdirildikdən sonra divar dağıdılaraq mübahisəli qapı açılmışdır.
9. İddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və X.A.Cəmilova) 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli iş üzrə qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
11. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli protokoldan görünür ki, sədrlik edən sadəcə mübahisənin mülki və ya inzibati münasibətlərdən irəli gələn mübahisə olub-olmaması məsələsini aydınlaşdırmış, mübahisənin mülki hüquq münasibətlərindən irəli gələn mübahisə olduğunu düşündükləri təqdirdə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməli olduqlarını bildirmişdir. Protokolda qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçıya yuxarıda göstərilmiş qaydada hüquqi yardım göstərilməmiş, mübahisənin mülki hüquqdan irəli gələn məsələ olduğu iddiaçı tərəfindən zənn edildiyi halda mülki məhkəmədə iddia qaldırılması bildirilmişdir ki, həmin protokolda qeyd edilənlər də iddiaçıya lazımı qaydada hüquqi yardım edilmədiyini göstərir.
c) birinci instansiya məhkəməsində ikinci icraat
12. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iddia tələbinin dəyişdirilməsinin qəbulundan imtina edilmiş və iddia mümkün sayılmamışdır.
13. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflərin izahatına əsasən müəyyən olunur ki, qeyd edilən qapı boşluğu 2010-cu ildən açılmışdır və daşınmz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 75,5 kv.m. olan zirzəmi sahəsindəki qeyri-yaşayış sahəsi ##.##.2012-ci il tarixdən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə, 2010-cu ildə açılmış qapı boşluğunun iddiaçı tərəfindən 15 ildən sonra mübahisələndirilməsinə dair qanunvericiliklə yol verilmiş müddətlər ötürülmüşdür. Belə ki, qeyd edilən məsələ (qapı boşluğunun açılımasının qanuniliyi) İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Digər tərəfdən mövcud vəziyyətdə xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə cavabdehin hər hansı müdaxiləni həyata keçirməsi və qapı boşluğunun əvvəlki vəziyyətinə qaytarması səlahiyyəti yoxdur. Belə ki, qapı boşluğunun ləğv olunması və divarın ilkin layihə şəklində bərpa edilməsi üçüncü şəxsin mülkiyyətinə müdaxilə olmadan mümkünsüzdür. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət toxunulmazdır və həmin hüquq qanunla qorunur və həmin hüquqa cavabdeh tərəfindən müdaxiləni əsaslandıran qanuni müddəa yoxdur. Bu səbəbdən qeyd edilən tələb daxilində məhkəmə tərəfindən iddiaçıya hər hansı hüquqi yardım göstərilməsi mümkün deyil.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin apellyasiya baxışı zamanı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Rayon İcra Hakimiyyətinin cari arxivində ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli, 1 bloklu, 36 mənzilli binaya münasibətdə giriş qapısının açılmasına hər hansı icazənin verilib-verilməməsi ilə bağlı məlumat aşkar etmək mümkün olmamışdır. Eyni zamanda DƏDRX * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli ƏMDK göndərilmiş sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ƏMDK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi *a saylı ünvanında yerləşən 75.5 kv.m qeyri-yaşayış sahəsinə dair dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 10-li reyester kitabında 004413 nömrəsi ilə qeydiyyata alınmış ##.##.2009-cu il tarixli Şəhadətnamə, 003079 seriya nömrəli ## ###### 2009-cu il tarixli Texniki pasport verilmiş, həmin sənədlərin əsasında DƏDRX-nin * saylı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, ##.##.2012-ci il tarixli X3 adına mülkiyyət hüququna dair Çıxarış verilmişdir.
17. Kollegiya qeyd etmişdir ki, 2010-cu ildə açılmış qapı boşluğunun iddiaçı tərəfindən 15 ildən sonra mübahisələndirilməsinə dair qanunvericiliklə yol verilmiş müddətlər ötürülmüşdür. Belə ki, qeyd edilən məsələ (qapı boşluğunun açılımasının qanuniliyi) İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
18. Göründüyü kimi iddiaçının qeyd etdiyi məsələ 2010-cu ildə baş vermişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır.
19. Eyni zamanda kollegiya onu da qeyd etmişdir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 75,5 kv.m. olan zirzəmi sahəsindəki qeyri-yaşayış sahəsi ##.##.2012-ci il tarixdən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə cavabdehin hər hansı müdaxiləni həyata keçirməsi və qapı boşluğunun əvvəlki vəziyyətinə qaytarması səlahiyyəti yoxdur.
20. Həmin qərardaddan iddiaçı iddiaçı2 kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayətlərinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Əlavə olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
32. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qeyd etdiyi məsələ 2010cu ildə baş vermişdir.
33. Məhkəmə kollegiyası bildirir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
34. Həmçinin o da nəzərə alınmalıdır ki, hazırkı işdən iddiaçının qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə verilmişdir. Belə olan halda inzibati orqanın ## ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Apellyasiya instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır.
35. Odur ki, məhkəmə Kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.