Məhkəmə qərarları › İş №2-1(102)-408/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-408/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-408/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi barədə ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Rusiya Federasiyasının “X1” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin geri qaytarılması üçün müvafiq tədbirlər görülməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2922/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətin in bitmiş hesab edilməsi haqqında” qərarın ləğv edilməsi, xx.xx.2018-ci ildə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləği şəxsi vərəqəyə geri qaytarılması, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112) -1253/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarı ləğv edilmiş və xx.xx.2018-ci ildə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləği şəxsi vərəqəyə geri qaytarılmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğu n olaraq müvafiq tədbirlərin görülməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2- 1(103)-990/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)169/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)990/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, şikayət qalan hissədə təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 nömrəli, 5 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2113/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin dəki icraat

7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ərizə təqdim edilərək Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərarının hansı məbləğə uyğun icra olunması barədə müvafiq izah verilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, “X1” MMC-nin tələbetmə müddəti keçmiş və artıq ödənilmiş 1.864.930,70 manat vəsaiti cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa olunduqdan sonra onun xx.xx.2023-cü il tarixə şəxsi hesab vərəqəsində olan 1.248.164,34 manat borc məbləği nəzərə alınmaqla artıq ödənilmiş məbləğ 616.766,36 manat təşkil edəcəkdir. Halbuki, məhkəmə qərarı ilə şəxsi hesab vərəqəsində olan məbləğdən daha çox, yəni vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə olan 2.014.350,04 manat artıq ödəməsinin qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə qərarlarında xx.xx.2018ci il tarixdən sonrakı dövrlərdə yaranmış (o cümlədən səyyar vergi yoxlaması ilə) vergi öhdəlikləri nəzərə alınmamışdır. Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********140131 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar çıxarılmış xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə 1.199.240,25 manat əlavə vergi və maliyyə sanksiyası hesablanmış və qeyd edilən məbləğ şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğvi üzrə məhkəmə mübahisəsi Bakı İnzibati Məhkəməsində davam edir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə müvafiq düzəlişlər edildikdən sonra mövcud vəziyyətdə məhkəmə qərarında qeyd olunan məbləğdə artıq ödəmə məbləğinin geri qaytarılması mümkün olmayacaqdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 31 may 2023-cü il tarixli, 21(112)-1253/2020 nömrəli qərardadı ilə ərizə təmin edil məmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin müraciəti “qərarın izah olunması” adlansa da, əslində məzmunu işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarının yenidən yoxlanılmasına və vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə müvafiq düzəlişlər edildikdən sonra mövcud vəziyyətdə məhkəmə qərarında qeyd olunan məbləğdə artıq ödəmə məbləğinin geri qaytarılmasının mümkün olacağı qeyd edilmişdir. Cavabdehin qeyd etdikləri məhkəmə tərəfindən artıq təmin olunmuş iddia tələbinin icrası ilə bağlıdır. Bu o deməkdir ki, məhkəmə qərarının izah edilməsinə dair ərizəçinin dəlilləri, qərara izah verilməsinə əsas olan hallarla bağlı olmamışdır. Məhkəmə hesab etmişdir ki, məhkəmə qərarına cavabdehin tələb etdiyi formada izah verilməsi onun məzmununun dəyişdirilməsi i lə nəticələnə biləcəyinə görə cavabdehin hazırkı məzmunda qərara izahla bağlı verdiyi ərizəsi təmin oluna bilməz.

11. Məhkəmə, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən edilmiş halları nəzərə almaqla qeyd etmişdir ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının “X1” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirmiş, o cümlədən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olmuşdur. İddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə tələb etdiyi məbləğ məhz xx.xx.2013-cü il tarixindən sonra formalaşmışdır ki, iddiaçı tərəfindən ərizə vergi orqanına təqdim edildiyi an Vergi Məcəlləsinin 85.5-ci maddə sində nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması üçün 5 illik müddət ötürülməmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 2-1(103)2922/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 31 may 2023-cü il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqe yi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri qərara izah verilməsi barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Mülki Prosessual Məcəllə: 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış m əhkəmə həyata keçirir. 230.3. Qətnamə icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən ərizə üzrə aparılmış araşdırmaları yetərli hesab edərək və hüquqi qiymətləndirmələrlə razılaşaraq qeyd edir ki, məhkəmə qərarına izah verilməsi qanuni qüvvədə olan qərarın məzmununun dəyişdirilməsinə gətirib çıxarmamalıdır. Bu mənada, kollegiya razılaşır ki, cavabdehin tələb etdiyi formada izah verilməsi qərarın məzmununun dəyişdirilməsi ilə nəticələnə biləcəyinə görə ərizə təmin oluna bilməz.

23. Bundan başqa, cavabdeh həm izah verilməsinə dai r ərizədə, həm də apellyasiya və kassasiya şikayətlərində belə bir dəlilə istinad etmişdir ki, 1.199.240,25 manat əlavə vergi və maliyyə sanksiyasının hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğvi üzrə tərəflər arasında məhkəmə mübahisəsi davam edir.

24. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-890/2023 saylı qərarı ilə iddia təmin edilməklə cavabdehin xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığ orta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-3168/2023 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-890/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1197/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3168/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2922/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar