Məhkəmə qərarları › İş №2-1(102)-408/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-408/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-408/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-23 50/2024 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmətə göndərilmişdir.

2. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 788 nömrəli göndərişi ilə iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 16 may 2023-cü il tarixli 5430 №-li “Xəstəlik haqqında şəhadətnamə” ilə şəhadətləndirilmişdir. Şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisas üzrə xidmətə və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tari xli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqına Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.

3. İddiaçı ona dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “ərizənizdə iddia etdiyiniz məsələlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən hər hansı bir təzminatların ödənilməsi nəzərdə tutulmamışdır. İddianız məhkəmə predmetidir və məhkəmə orqanlarına müraciətiniz əsasında araşdırıla bilər”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ona qarşı etdiyi qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsini; 2) Qanunsuz hərbi xidmətə aparılmağı ilə əlaqədar əldən çıxmış gündəlik qazancı və ailəsinə onun durumu ilə bağlı dəymiş 10000 manat maddi ziyanın; 3) Qanunsuz hərbi xidmətə məcbur edildiyi üçün 30000 manat; 4) Ümumilikdə, ona və ailəsinə dəymiş 50000 manat məbləğində maddi-mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il yanvar ayında Cavabdeh tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Göndərildiyi N saylı hərbi hissənin Tibbi xidməti tərəfindən N saylı hərbi hissəyə yeni hospitala təkrar müayinə yə göndərilmişdir. 2023-cü il yanvar ayının 19-da hərbi xidmətə uyğunsuzluğu ilə əlaqədar Cavabdehnə geri qaytarılmışdır. Yanvar ayının 20-də Cavabdehnə gəlmiş və idarə tərəfindən hərbi xidmətdən azad olunmasını istəmişdir. Ancaq sağlam və hərbi xidmətə yararlı olmağını sübut etmək üçün onu təkrar müayinəyə cəlb etmişlər. Onun təkrar müayinə üçün aparıldığı heç bir yerdə sağlam olduğu təsdiqlənməmişdir. Ancaq 3 saylı klinik xəstəxanadan saxta bir arayış alaraq, yanvar ayının 30-da onu təkrar hərbi xidmətə göndərmişlər. Beləliklə, onun yaramadığı halda qanunsuz hərbi xidmət dövrü başlamış və may ayının 25-dək davam etmişdir. Yalnız atası X1 müxtəlif instansiyalara davamlı şikayətlərinə baxıldıqdan sonra tərxis olunaraq buraxılmışdır. Hərbi xidmətə qanunsuz aparıldığı dövrə qədər Balaxanı qə səbəsi ərazisində plastik tullantıların yığılması ilə məşğul olur və gündəlik pul qazanaraq ailəsinə kömək edirdi. Qanunsuz hərbi xidmətə aparılmağı ilə əlaqədar həmin qazancını da itirmiş, qanunsuz hərbi xidmət zamanı ağır xəstəlik keçirmişdir. Onurğa sütununun deformasiyası daha da pisləşərək dözülməz ağrılara səbəb olur.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi qismən təmin edilmiş, 984 manat maddi ziyan, 1500 manat mənəvi ziyan, ümumilikdə 2484 manat pulun Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsindən tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı maddi ziy anla bağlı hər hansı sübut təqdim etmədiyinə görə, məhkəmə hesab edir ki, maddi ziyanın məbləği 2023-cü il üçün qüvvədə olan yaşayış minimumu ilə müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən həmin ildə ölkə üzrə yaşayış minimumu 246 manat olmuşdur. Ona görə də, maddi ziyanın məbləği 984 manat (246x 4 ay) müəyyən edilməlidir. Mənəvi ziyan hissədə iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı 40000 manat mənəvi ziyan tələb edir (10000 manat maddi, ümumlikdə 50000 manat). Lakin bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də, məhkəmə mənəvi ziyanın tutulması hissədə 1500 manat pulun cavabdehdən tutulmasını ağlabatan hesab edir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək bu məsələyə appelyasiya məhkəməsində yenidən baxılaraq təyin olunmuş təzminat məbləğini 50000 manat civarında təyin olunmasına qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2350/2024 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, G.Abbasova və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılarkən tibbi rəyə əsasən onda İ (birinci) dərəcə skolioz olması inkar olunmur. Lakin bu xəstəlik qanunvericiliyin tələblərinə əsasən vətəndaşı müddətli həqiqi hərbi xidmətdən azad etmir. Əksinə, müvafiq tibbi rəylə təsdiq edilmiş həmin xəstəliklə əlaqədar vətəndaşı müddətli həq iqi hərbi xidmətdən yayındırmaq, çağırışçını sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab etmək bu barədə qərar qəbul edən vəzifəli şəxslərin məsuliyyətinə səbəb olur. Müddətli həqiqi hərbi xidmətə çağırılmış iddiaçıda xidmət dövründə yaşayış tərzinin dəyişməsi ilə əlaqədar fizioloji hal kimi skoliozun dərəcəsinin dəyişməsi istisna edilmir və tibb elmində belə hallar qeydiyyata alınmışdır. Skoliozun dərəcəsinin ağırlaşması isə öz növbəsində hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişdirə bilir.

14. Göründüyü kimi, iddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, Qanunun 15.1-ci maddəsini rəhbər tutaraq Tibbi Ərazi İdarəetmə Birliyinin "X3"ndə əlavə müayinədən keçirilmiş və qu səbəbdən Sabunçu rayon çağırış komissiyasının qərarı ilə hərbi xidmətə yararlı he sab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra ehtiyata buraxılmışdır. Bununla da Xidmətin Sabunçu rayon idarəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun (1995-ci ildə qüvvədə olan redaksiyada) (2011-ci il 23 dekabr tarixli, 274-İVQ nömrəli Qanunla ləğv edilmişdir): Maddə

7. Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi Kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. Vətəndaşlar çağırış məntəqələrinə təhkim edil ərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər. Maddə

10. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; çağırışçıların tibbi müayinəsini təşkil etmək; Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək; Maddə

13. Tib bi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: hərbi xidmətə yararlılıq haqqında; səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi ha qqında; dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında. Çağırışçının tibbi müayinəsinin nəticələri haqqında çağırış komissiyasının qərarından respublika çağırış komissiyasına şikayət verilə bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiy a şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahi r Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Hazırkı inzibati icraat üzrə iddia tələbindən görünür ki, iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi barədə cavabdehə qarşı iddia qaldırmışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmətə göndərilmişdir, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 788 nömrəli göndərişi ilə iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 16 may 2023-cü il tarixli 5430 №-li “Xəstəlik haqqında şəhadətnamə” ilə şəhadətləndirilmişdir. Şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisas üzrə xidmətə və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqına Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.

26. Eyni z amanda məhkəmə kollegiyası bildirir ki, iddiaçının sağlamlıq vəziyyəti şəhadətləndirilərkən mövcud olan xəstəliyin onda anadangəlmə olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsi qərara alınmış və həmin ekspert rəyində müəyyən edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən “Th7, Th8 fəqərələrinin cüzi pazvari deformasiyası, L1-L5 fəqərəsinin rotasiyası ilə müşayiət olunan onurğa sütununun bel nahiyəsinin ikinci mərhələ 14 dərəcə təsbit olunmuş skoliozu, hər iki gözün sadə miopik astiqmatizmi, sağda Em və M 2,OD, solda Em və M 1,25D nəticəsində görmə itiliyinin 0,4- ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, zəif qidalanma, BÇİ-16,8, çoxsaylı kariyes” diaqnozu ilə Hərbi Həkim Komiss iyası tərəfindən “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İİ qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Komissiyası haqqında Əsasnamə”yə qoşma) əsasən düzgün olaraq Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Onun adına “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı arayışa əsasən müəyyən edilmiş “Onurğanın anadangəlmə sağ tərəfli döş-bel tipli üçüncü dərəcəli (təx. 26 dərəcə) skoliozu Q76.3” diaqnoz (adından da göründüyü kimi) anadangəlmədir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı nın sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının maddi ziyanla bağlı tələbinə münasibətdə apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, iddiaçı tələbində 10000 manat maddi ziyan tələb etmiş və bunu plastik tullantıların yığımı ilə məşğul olması və gündəlik 50-60 manat qazanc əldə etməsi ilə əsaslandırsa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Maddi ziyanın məbləği müəyyən edilərkən əsaslı olaraq iddiaçının 2023-cü ilin yanvar ayının 30dan hərbi xidmətə aparılması və may ayının 25-dək hərbi xidmətdə olması (4 ay) nəzərə alınmış, iddiaçı maddi ziyanla bağlı hər hansı sübut təqdim etməd iyinə görə, maddi ziyanın məbləğinə münasibətdə 2023-cü il üçün qüvvədə olan yaşayış minimumu əsas götürülmüşdür.

29. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən həmin ildə ölkə üzrə yaşayış minimumu 246 manat olmuşdur.

30. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının mənəvi ziyanla bağlı dəlilinə də düzgün qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbində 40000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin mənəvi ziyana məruz qalması ilə bağlı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı m əsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə üzrə Ali Məhkəmənin 2-1(102)-1635/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında da oxşar hüquqi mövqe əks olunmuşdur.

33. Beləliklə, məhkəmə kollegiyas ı hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2350/2024 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar