Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4080/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər Rayon İdarəsinin ##.##.2023-cü il tarixli ** nömrəli arayışından görünür ki, İddiaçı ##.##.1988-ci il tarixdən ##.##.1990-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüşən hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur.
2. Bakı Neft-Energetika Kollecinin *** nömrəli ##.##.2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı ## ###### 1987-ci il tarixində *** saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. ## ###### 1988-ci il tarixində *** saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. ## ###### 1990-cı il tarixində *** saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. ## #### 1992-ci il tarixində *** saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik- texnoloq” ixtisas dərəcəsi və PT-İ № ****** saylı diplom verilmişdir.
3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dovlət Arxivi Şamaxı filialının ##.##.2024-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən də aprel 1986 - avqust 1987-ci illərdə Şamaxı rayonunun Poladlı kənd “Ə.Qarayev” adına sovxozunda işləmişdir.
4. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.1942-ci il tarixində * saylı Neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator vəzifəsinə qəbul edilmiş, ##.##.2005-ci il tarixədək həmin işdə işləmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı ##.##.2022-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1986-cı il may ayından 1987-ci ilin avqust ayınadək Şamaxı rayonu Poladlı kənd sovxozunda işləmişdir (1 il, 04 ay). 1987-1992-ci illərdə Bakı Neft Energetika Kollecində əyani oxumuşdur (2 il, 23 gün). 1988-1990-cı illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur (1 il, 10 ay, 19 gün). “Əmək pensiyası haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSR-in ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) müddəti sığorta stajına daxil edilir. ##.##.1992-ci ildən ##.##.2006-cı ilə kimi Dövlət Neft Şirkətində neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir (13 il, 04 ay 19 gün). ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi Qarabağda döyüşən ordunun tərkibində Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir (07 ay, 19 gün). Beləliklə, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə yaranır.
7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala ünvanlanmış ##.##.2024-cü il tarixli müraciət ərizəsinə əlavə edilmiş X1 filialının ##.##.2024cü il tarixli *-**-**F/*M-**-**-**** nömrəli məktubundan görünür ki, Ə.Qarayev adına sovxozun əmr kitablarının X1 filialı təhvil verilmədiyi, 1986-cı il üzrə yanvar, fevral, mart, aprel, 1987-ci il üzrə sentyabr, oktyabr, noyabr, dekabr aylarında əməkhaqqı alınması barədə məlumat qeyd olunmadığı əks olunmuşdur. Lakin daha sonra iddiaçı tərəfindən Mərkəzi Filiala ünvanlanmış ##.##.2024-cü il tarixli müraciət ərizəsinə əlavə edilmiş X1 filialının eyni tarixli məktubundan əvvəl təqdim edilmiş arayışa düzəliş edilərək 1986-cı il aprel ayı üzrə əməkhaqqı ödənişi barədə qeyd olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, sözügedən arayışda qeyd olunan məlumatların mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. ## ###### 2024-cü il tarixli aktdan məlum olur ki, Poladlı kənd Ə.Qarayev adına sovxoza aid əməyin ödənişi kitablarında iddiaçının ata adının qeyd olunmadığı, qeyd olunan əmək haqqı məbləğinin qələm və karandaşla yazıldığı, işə daxilolma və işdən çıxma əmrlərinin aşkar olunmadığı, 1986-cı ilin aprel ayı üzrə əməkhaqqı məbləğinin sonradan fərqli qələmlə yazıldığı qeyd olunmuşdur. # ###### 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 20 ildən az (19 il 11 ay 22 gün (##.##.1986- ##.##.1987-ci il, ##.##.1987- ##.##.1988-ci il, ##.##.1988- ##.##.1990-ci il, ##.##.1990- ##.##.1992, ##.##.1992-##.##.1992-ci il, ##.##.1993- ##.##.1993-cü il (döyüşən ordunun tərkibində olduğu üçün ikiqat ölçüdə), ##.##.1993- ##.##.2005-ci il, ##.##.1999- ##.##.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – S.Salahova).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qeyd olunan normaların tələbindən çıxış edərək, onun ##.##.2005-ci il tarixə 20 ildən artıq ümumi iş stajının olduğunu bildirir. Cavabdeh isə ##.##.2024-cü il tarixli məktubunda göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (19 il 11 ay 22 gün (##.##.1986-##.##.1987-ci il, ##.##.1987-##.##.1988-ci il, ##.##.1988-##.##.1990-cı il, ##.##.1990-##.##.1992-ci il, ##.##.1992-##.##.1992-ci il, ##.##.1993-##.##.1993-cü il (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə), ##.##.1993-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 8 ay 26 gün (##.##.1992- ##.##.1993-cü il, ##.##.1993-##.##.2001-ci il, ##.##.2001-##.##.2002-ci il, ##.##.2002- ##.##.2005-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir.
10. Göründüyü kimi, cavabdeh iddiaçının 19 il 11 ay 22 gün ümumi iş stajının olmasını göstərmiş, bu zaman onun döyüşən ordunun tərkibində olduğu dövrü ikiqat ölçüdə qəbul etmişdir.
11. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüşən hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. Buna görə də həmin müddət “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin 01.09..2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən üçqat ölçüdə hesablanmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi.
12. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi.
13. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi.
14. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il ## ######## tarixindən qüvvəyə minmişdir.
15. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının # ######## 2005-ci il tarixli ***-IIQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;"
16. Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # #### tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir.
17. Göründüyü kimi, qanunvericiliyə edilmiş yeni dəyişikliklə şəxsin hərbi qulluqçu kimi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr əvvəl 3 qat ölçüdə hesablanırdısa, ##.##.2005-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra qeyd edilən dövrün 2 qat ölçüdə hesablanması nəzərdə tutulmuşdur.
18. Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” ## #### 2014-cü il tarixli Qərarın hüquqi mövqedən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 1993-cü il tarixdə iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsi məhz döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünün 3 qat ölçüdə hesablanmasını nəzərdə tutmuşdur, ##.##.2005-ci il tarixli qanunla edilmiş dəyişikliklə həmin dövrün 3 qat deyil, 2 qat ölçüdə hesablanması şəxsin hərbi xidmət keçdiyi dövrdə artıq qazandığı pensiya hüquqlarının pozulmasına gətirib çıxarır. Başqa sözlə, yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanıldığından iddiaçının məhz yeni dəyişikliyə qədər stajının 3 qat ölçüdə hesablanması ilə bağlı tələb hüququ da saxlanılmışdır, qüvvədədir və məhdudlaşdırmaya məruz qalmamalıdır.
19. Belə olan halda isə həmin müddət üçqat ölçüdə götürüldükdə aydın olur ki, iddiaçının ##.##.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı olmuşdur.
20. İddiaçının ##.##.2006-cı il tarixədək güzəştli iş stajı barədə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”na əsasən- X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, - 1100000a-15824- neft və qaz hasilatı üzrə operatorlar və 1100000b-23187- neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir.
21. İşdə olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin ##.##.2024-cü il tarixli arayışında göstərilmişdir ki, “iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) ##.##.1992-ci ildən (əmr 105-k, ##.##.1992-ci il) 31.01,1993-cü il tarixədək “Abşeronneft” NQÇİ-nin * saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator, 01,09.1993-cü ildən ##.##.2001-ci ilədək * saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib. ##.##.2001-ci ildən (əmr 27-k ##.##.2001ci il) ##.##.2002-ci ilədək “Abşeronneft” NQÇİ-nin * saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib. ##.##.2002-ci ildən (əmr 53-k ##.##.2002-ci il) ##.##.2006-cı ilədək “Abşeronneft” NQÇİ-nin * saylı neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyib. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 12 il 09 ay 17 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir.
22. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun ##.##.2006-cı il tarixə 12 il 09 ay 17 gün güzəştli iş stajının olmasını bildirmiş, cavabdeh isə bu halı mübahisələndirməmiş, məhkəməyə təqdim etdiyi məktubunda iddiaçının güzəştli stajının 10 ildən artıq olmasını qəbul etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan üçüncü şərti də ödəmişdir. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – K.Əkbərov, hakimlər – E.Kazımov, N.Nəbizadə).
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qanunvericiliklə tələb olunan digər şərtlər də ödənildiyi halda iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ 52 yaşının tamam olduğu ##.##.2022-ci il tarixində yaranmışdır. Həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə.
28. Maddənin dispozisiyasından göründüyü kimi, döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü sığorta stajına daxil edilir və ikiqat ölçüdə hesablanır. Həmçinin apellyasiya instansiyası məhkəməsi qərarı əsaslandırarkən “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına istinad etmişdir.
29. Bildirilmişdir ki, həmin Qərarın 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına (a) xidmətin bir ayı üç ay sayılması ilə bağlı hissəsinin hazırkı münasibətlərə tətbiq edilməsi yolverilməzdir. Belə ki, həmin Qərar pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilənlər sırasına zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə məxsusdur.
30. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər Rayon İdarəsinin ##.##.2025-ci il tarixli arayışına əlavə edilmiş hərbi bilet əvəzinə müvəqqəti vəsiqədə iddiaçının hərbi xidmət dövründə “tikinti işləri üzrə fəhlə” işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən kateqoriyaya aid deyildir.
31. Göstərilən səbəblərdən də, iddiaçının 0# ###### 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 22 gün (##.##.1986-##.##.1987-ci il, ##.##.1987-##.##.1988-ci il, ##.##.1988-##.##.1990-cı il, ##.##.1990-##.##.1992-ci il, ##.##.1992-##.##.1992-ci il, ##.##.1993-##.##.1993-cü il (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə)), ##.##.1993-##.##.2005-ci il, ##.##.1999-##.##.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil etmişdir.
32. Digər tərəfdən, qeyd etməyi zəruri hesab etmişdirlər ki, apellyasiya instansiya məhkəməsi iddiaçının Poladlı kənd Ə.Qarayev adına sovxozda işlədiyinə dair qeydləri özündə əks etdirən eyni tarixli, müxtəlif məzmunlu məktublarda olan ziddiyyətləri araşdırmamış, ümumiyyətlə həmin hallara münasibət bildirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadı.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
40. İddiaçının hazırkı iş üzrə hüquqi marağı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olmaqdır.
41. Apellyasiya məhkəməsinin mövqeyindən görünür ki, iddiaçının ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüşən hərbi hissənin tərkibində hərbi xidmətdə olmasını əsas götürmüş və həmin müddətin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin ##.##.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən üçqat ölçüdə hesablanmalı olması qənaətinə gəlmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərarının ləğvini və iddianın təmin olunmamasının şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
43. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi.
44. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”.
45. Qeyd edilən dəyişikliklər 2004-cü il ## ######## tarixindən qüvvəyə minmişdir. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının # ######## 2005-ci il tarixli ***-IIQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;".
46. Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # #### tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir.
47. Göründüyü kimi qanunvericiliyə edilmiş yeni dəyişikliklə şəxsin hərbi qulluqçu kimi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr əvvəl 3 qat ölçüdə hesablanırdısa, ##.##.2005-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra qeyd edilən dövrün 2 qat ölçüdə hesablanması nəzərdə tutulmuşdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir.
49. Digər tərəfdən, müvafiq tənzimləmə aparılarkən sosial təminat növlərinin dairəsi müəyyənləşdirilməklə yanaşı, müvafiq ödəmələrin həyata keçirilməsinə yönələn sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemi təşkil edilməlidir. Qanunvericinin bu sahədə mülahizə sərbəstliyi hüquqi müəyyənlik prinsipini pozmamalı və müəyyənləşdirilən qaydalar aydın və birmənalı olmalıdır. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir.
50. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2010-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, pensiyaların növləri, onların hesablanması, təyin və əldə edilməsi, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı tənzimləmə qanunverici tərəfindən bərabərlik hüququna, o cümlədən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olması və Konstitusiyaya zidd olmamasına dair konstitusion tələblərə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı münasibətlərin, o cümlədən sosial təminat sahəsində münasibətlərin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur.
51. Hazırkı qərarın əsaslandırma hissəsində qeyd olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadında bildirilmişdir ki: “...
83. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.
84. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. ...
86. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.”
52. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaq bildirir ki, iş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququ ##.##.2022-ci il tarixdən yaranmışdır. Məhz iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan qanunvericiliyin tələbindən görünür ki, hərbi qulluqçu kimi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr iki qat ölçüdə hesablanır (##.##.2005-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra).
53. Əks yanaşmada yeni qanun ( 2 qat hesablama) öz əhəmiyyətini tamamilə itirmiş olar. Belə ki, bu halda birinci Qarabağ müharibəsində döyüşmüş bütün şəxslər pensiya hüququnu nə vaxt qazanmalarından asılı olmayaraq onlara pensiya təyin olunarkən bütün hallarda 3 qat hesablanmanın tətbiqi zəruri olardı. Bu isə yeni qanunla nəzərdə tutulmuş 2 qat hesablamanı tamamilə mənasız edərdi.
54. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi dövrün üç qat ölçüdə hesablamaqla 20 ildən artıq ümumi iş stajının olması barədə mövqeyi əsassız və qanunsuz olmuşdur
55. Məhkəmə kollegiyası bildirir ki, 2 qat hesablanma nəzərə alındıqda iddiaçının 20 ildən artıq ümumi iş stajı mövcud olmadığından kassasiya şikayətinin digər dəlillərinə, eləcə də iddiaçını güzəştli iş stajına malik olub-olmamasına münasibət göstərməyi prosessual qənaət prinsipi baxımından lüzumsuz hesab edir.
56. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
57. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddia əsaslı olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə olan halda, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.