Məhkəmə qərarları › İş №2-1(102)-4082/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4082/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4082/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Səbail rayon Icra şöbəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: icra məmurun hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Səbail rayon Icra şöbəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, MXMT(81) **/**** saylı qərardadı ilə İddiaçı MMC-nin ərizəsi qismən təmin edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri qismində Iran Islam Respublikasının Astara şəhərində yerləşən SANAYE KASHI SERAMIC SINA şirkəti ilə ## ###### 2019-cu il tarixli, ****/**/**/** saylı müqavilə əsasında ##.##.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE******** saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş malların gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsinə qadağan edilməsi qərara alınmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2021-ci il tarixli, MXMT(***)-**/**** saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019cu il tarixli, MXMT(**)-**/**** saylı qərardadı mübahisələndirilən - müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi tərəfindən ##.##.2019-cu il tarixli, MXMT(**)-**/**** saylı icra vərəqəsi verilmişdir.

4. Bakı şəhəri Səbail rayon Icra və Probasiya Şöbəsinin icra məmuru nümayəndə1 tərəfindən ##.##.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail rayon Icra və probasiya şöbəsi tərəfindən ##.##.2019-cu il tarixli icraata başlamaq haqqında iddiaçıya məlumat göndərilmişdir. Bakı Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru nümayəndə1 tərəfindən Bakı Baş Gömrük Idarəsinə ##.##.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

5. Cavabdeh icra məmuruna ## ###### 2019-cu il tarixli məktubla bildirib ki, gömrük bəyannaməsinə əsasən aparılmış mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir. Həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması ilə bağlı təkrarən qeyd edilir ki, mallar tələbkarın özünə məxsus anbarına yerləşdirilmiş və bu prosedur “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” ## ###### 2013-cü il tarixli qərarı ilə tənzimlənir. Yuxarıda göstərilənlərin nəzərə alınması və iş üzrə icraata xitam verilməsi xahiş edilir.

6. Icra vərəqinin icra olunması ilə bağlı icra məmuru tərəfindən cavabdehə dəfələrlə (##.##.2020-ci il, ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il tarixlərdə) xəbərdarlıq məktubları ünvanlamış, həmçinin qərardada izah verilməsi barədə ərizələrlə (“gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması” ifadəsinin və s. izah olunması ilə bağlı) məhkəməyə müraciət etmiş, Bakı Inzibati Məhkəməsinin ## ### 2022-ci il tarixli qərardadı və ## ####### 2022-ci il tarixli qərardadları ilə ərizələr təmin edilməmişdir.

7. Iddiamın əsas tələbi Bakı Inzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin qərardan verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli qərarı ilə rədd olunub.

8. Iddiaçı ##.##.2023-cü il tarixli məktubla cavabdehin icra vərəqəsi üzrə borcunu yerinə yetirdiyini, icra sənədinin icra olunduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsi xahiş edir.

9. Səbail rayon icra və probasiya şöbəsinin ##.##.2023-cü il tarixli qərardadı ilə ica sənədi üzrə icraata xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X1 haqqında prokurora göndərilməklə xüsusi qərardad çıxarılmaqla, buraxılmış faydaya görə 10986438 manat, mənəvi 10986438 manat və cəmi 21972876 manat məbləğin İddiaçı MMC-nin bank hesabına ödənilməsini xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə münasibətdə ##.##.2019-cu il tarixli, MXMT(**)-**/**** saylı qərardad əsasında yazılmış icra vərəqəsi cavabdeh tərəfindən icra edilməmiş, icra məmuru da öz növbəsində cavabdehi icra vərəqəsinin icrasına məcbur etməli olduğu halda, heç nə etməmişdir. Halbuki, icra vərəqəsinə görə icra məmuru malların iddiaçıya satış üçün təhvil verilməsini, gələcəkdə iddiaçıya qarşı eyni süni maneələrin yaradılmasının və iddiaçının yeni mal gətirməyinə də maneələrin yaradılmasının qarşısını almalı idi. Buna baxmayaraq cavabdeh hazırda mövcud olan malı iddiaçıya təhvil vermədiyindən iddiaçı malı satıb yeni mal gətirmək imkanlarından məhrum olmuşdur. Iddiaçı bunu dəfələrlə bildirdikdə cavabdeh heç bir hərəkət etməmişdir. Icra məmurunun hərəkətlərinin qanunsuz olması öz sübutunu məhkəmə qaydasında tapmış və icra vərəqəsinin icra olunmamasına görə Bakı Inzibati Məhkəməsi tərəfindən cavabdehin fəaliyyəti ##.##.2023-cü il tarixli, 8-1(112) **/**** saylı qərardadla qanunsuz elan edilmişdir. Bununla da həmin dövrdə cavabdehin hərəkətsizliyi nəticəsində İddiaçı MMC əldə etməli faydadan məhrum olmuşdur. Icra vərəqəsi dərhal icra olunmalı olduğu üçün buraxılmış fayda da ##.##.2019-cu il tarixdən yekun qərar üzrə yazılmış icra vərəqəsinin icra olunduğu tarixədək, yəni ##.##.2023-cü il tarixədək olan dövr üzrə hesablanıb ödənilməlidir. ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr 1410 gün təşkil edir. Əgər həmin icra vərəqəsində göstərilən kimi süni maneələrin aradan qaldırılması üçün icra məmuru cavabdehi məcbur edib, aradan qaldırsaydı, həmin dövrdə ən azı günə orta hesabla iki TIR malın satılması mümkün idi ki, bu hazırda olan sənədlərlə də sübutunu tapır. Altı TIR malın satış qiyməti 66000 manat, xərcləri 42624 manat 58 qəpik, əldə olunan fayda 23375 manat 42 qəpik və bir TIR mal üçün orta fayda 3895 manat 90 qəpik təşkil etmişdir. Beləliklə, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə buraxılan fayda 10986438 manat (1410 *2*3895,90=10986438) təşkil etmişdir. Cavabdehin fəaliyyətinin qanunsuz olması nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətinə də güclü zərbə dəymişdir. Ona görə də buraxılan fayda ilə yanaşı cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər də ödənilməlidir. Iddiaçı tərəfindən həmin mənəvi zərər də buraxılmış fayda qədər, yəni 10986438 manat hesablanmışdır.

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

13. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (Hakim Günel Sevdimalıyeva).

14. Məhkəmə hesab etmişdir ki, müvafiq malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı ilkin şərt qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilməsidir. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, ## ###### 2019-cu il 2019/08/17 ** saylı müqavilə əsasında ##.##.2019-cu il tarixli UE19081801, UE19081802, UE1S081803, UE-9081804, UE19081805, UE******** saylı invoyslar ilə “xxxx" MMCnin ünvanına daxil olmuş mallar ##.##.2019-cu il tarixdən etibarən iddiaçı “xxxx" MMC-yə məxsus anbarda (gömrük orqanlarının anbarında deyil) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, malların ##.##.2023-cü il tarixədək sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməməsinin səbəbi iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilməməsi ilə bağlı olmuşdur. UE19081801, UE19081802, UE1S081803, UE- 9081804, UE19081805, UE******** saylı invoyslar ilə “xxxx" MMC-nin ünvanına daxil olmuş mallar ##.##.2019-cu il tarixdən iddiaçının özünə məxsus anbarda yerləşdiyindən həmin malların sərbəst dövriyyə gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı gömrük orqanı tərəfindən iddiaçıya münasibətdə hər hansı maneə yaradılması halı mövcud olmamışdır. Belə ki, ##.##.2019-cu il tarixdən etibarən iddiaçı “xxxx” MMC-nin qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəyərək malların sərbəst dövriyyəyə buraxılmasını tələb etmək imkanı olmuşdur. Buna baxmayaraq, tələb olunan gömrük ödənişləri iddiaçı tərəfindən 2023cü ildə ödənilmiş və bundan sonra mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Iddiaçı qanunvericilikdə müəyyən edilmiş və malların sərbəst dövriyyə üçün buraxılış proseduru altında yerləşdirilməsi üçün tələb olunan gömrük ödənişlərini ödəmədiyindən cavabdeh orqanın hüquqazidd əməli (məhkəmə qərarının icrasının gecikdirilməsi) nəticəsində şəxsə maddi zərər (əldən çıxmış fayda) vurulması qənaəti əsaslı deyil. Iddiaçı İddiaçı MMC maddi zərərlə yanaşı, mənəvi zərərin əvəzi olaraq 10986438 manat məbləğin ödənilməsini tələb etmişdir.

15. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Nigar Nəbizadə (sədrlik edən və məruzəçi), Mirzə Tağızadə və Kamran Əkbərov).

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olsa da, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin yanaşması ilə bu hissədə razılaşmır. Belə ki, malların iddiaçının saxlanc ambarına yerləşdirilməsi hələ qanuni qüvvəyə minmiş və icrası məcburi olan qərardadda qeyd olunan kimi, gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması demək deyil. İddiaçı MMC tərəfindən Səbail rayon icra və probasiya şöbəsinə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, borclu Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük Idarəsi icra vərəqəsi üzrə borcunu yerinə yetirmiş, icra sənədi icra olunmuş və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı Baş Gömrük Idarəsi tərəfindən Bakı şəhəri Səbail rayon Icra və Probasiya Şöbəsinə ünvanlanmış ## ######## 2023-cü il tarixli, *-**- ****/*-******/**** nömrəli məktubu ilə bildirilmişdir ki, “xxxx" MMC tərəfindən təqdim edilmiş 01191000241511 sorğu nömrəli gömrük bəyannaməsi rəsmiləşdirilərək mallar sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, malların sərbəst dövriyyəyə buraxılması ilə icra sənədinin icra olunmasının * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, MXMT (**)-**/**** saylı qərardadına hər hansı aidiyyəti yoxdur, həmin vaxt əsas iş üzrə icraat iddiaçının xeyrinə yekunlaşmış və yekun məhkəmə aktı əsasında icra sənədi icra edilmişdir.

18. Müvəqqəti xarakterli müdafiə tədbiri qismində Iran Islam Respublikasının Astara şəhərində yerləşən SANAYE KASHI SERAMIC SINA şirkəti ilə ## ###### 2019-cu il tarixli, ****/**/**/** saylı müqavilə əsasında ##.##.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE******** saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş malların gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsinə qadağan edilməsi”, vaxtında icra edilməmiş və mübahisə doğuran hissə “gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması”dır.

19. Məhkəmə kollegiyası hesab edib ki, icra məmuru həmin tələbə münasibətdə səlahiyyəti çərçivəsində mümkün olan zəruri addımları atmış, lakin dövlət qurumu- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük Idarəsi faktiki olaraq əsas iş üzrə icraat bitənədək müxtəlif bəhanələrlə icranı gecikdirmişdir. Belə olan halda məhkəmə qərardadının vaxtında icra edilməməsi üçün ziyanın məhz Bakı şəhəri Səbail rayon Icra və Probasiya Şöbəsindən tutulması qanuni və ədalətli olmazdı.

20. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərar qəbul edərkən tamamilə aidiyyəti olmayan məqamı əsas götürmüşdür. Belə ki, icra olunmalı məhkəmə qərardadı yalnız gömrük rəsmiləşdirilməsinin aparılması deyil, eyni zamanda süni maneələrin yaradılmasının da qarşısının alınması idi. Həmin iddianın müvəqqəti təmini tədbiri qərardadında göstərilən cavabdeh və icra vərəqəsində göstərilən borclu (Bakı Baş Gömrük Idarəsi) tərəfindən gömrük rəsmiləşdirilməsi aparılmamış, bütün məhkəmə prosesi zamanı bizə qarşı süni maneələr yaratmaqda davam etmiş, icra orqanı və icra məmuru məhkəmə qərardadının icrasından irəli gələn tədbirləri görməyərək, heç bir vəzifəsini yerinə yetirməmişdir. Bu hal Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-**/**** saylı qərardadı ilə təsdiqini tapmış, hazırkı iş üzrə cavabdehin fəaliyyəti qanunsuz elan edilmişdir və həmin qərardad qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qərardadından sonra həmin mövzu artıq yenidən məhkəmə prosesinin müzakirə predmeti ola bilməzdi. Bakı Apellyasiya Məhkəməsi qərar verərkən cavabdehin fəaliyyətini qanunsuz elan etmiş və qanuni qüvvəsini almış məhkəmə aktını heçə saymışdır. Məhkəmə qərarları Azərbaycan Respublikası adından verilir və qanuni qüvvəsini aldığı zamandan etibarən həmin mövzunun müzakirəsi qeyri-qanuni, eyni zamanda ədalətsiz olmaqla, prosedur pozuntusudur. Cavabdehin fəaliyyəti məhkəmə tərəfindən qanunsuz elan edildiyi üçün iddiaçıya maddi və mənəvi zərər vurması da qanuni qüvvəsini almış məhkəmə aktı ilə artıq öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsi yalnız iddia edilən maddi və mənəvi ziyanı araşdırmaq səlahiyyətində idi. Lakin məhkəmə səlahiyyətlərini aşaraq, iddiadan kənara çıxmış, əvvəlki qanuni qüvvəsini almış məhkəmə aktları üzrə araşdırma aparmışdır. Apellyasiya instansiyası məhkəməsi də eyni səhvə yol verərək göstərib ki, guya cavabdeh boynuna düşən vəzifələri yerinə yetirmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. “Icra haqqında” qanun Maddə 87.4. Icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

25. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının lazımınca icra edilməməsi səbəbindən ona dəymiş zərərin ödənilməsindən ibarətdir.

31. Iddia tələbinin hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər.

32. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.

34. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

35. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

36. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir.

38. Belə ki, məhkəmə qərarının icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, qanunvericiliyə əsasən onun “malların gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə maneələrə son qoymağı” təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə qərarının icrası təmin edilmədikdə həyata keçirilməli məcburi icra hərəkətləri “Icra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş, cavabdehin yalnız həmin icra tədbirlərini həyata keçirmək vəzifəsi olmuşdur. Işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmir.

39. Beləliklə, hazırkı iş üzrə məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmir. Iddiaçının cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə hüququnun pozulması öz təsdiqini tapmır. Iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Iddiaçının cavabdehin qanunsuz hərəkətinə (hərəkətsizliyinə) görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar