Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4085/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Bakı Şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ## ####### 2003-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən * saylı mənzilin hüquqi sahibi olan X1 adına mənzilin həmin tarixdəki vəziyyətinə uyğun texniki pasport tərtib olunmuşdur.
2. Bakı Şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ÖM seriyalı ****** nömrəli Qeydiyyat Vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən * saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Zaxanov Həsən Hüseyn oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2004-cü il qeydiyyat tarixi, 30/16976 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir.
3. ##.##.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Zaxarov Həsən Hüseyn oğlu Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən * saylı mənzili İddiaçı bağışlamışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən * nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ##.##.2022-ci il qeydiyyat tarixi, 1122033971 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı ünvan 1 ünvanında yerləşən * nömrəli mənzilin ##.##.2022-ci il tarixinə olan vəziyyətinə uyğun İddiaçı adına texniki pasport tərtib olunmuşdur.
6. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanındakı evin * saylı mənzilində mövcud pəncərənin qapı ilə əvəz edilməsi barədə layihə Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən ##.##.2006-cı il tarixdə **/**- *** nömrəli məktub ilə təsdiq edilmişdir.
7. Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən Cavabdehə ünvanlanmış ##.##.2006-cı il tarixli, **/**-*** nömrəli məktubda qeyd olunmuşdur ki, Azadlıq prospekti, *** saylı binanın Zaxarov Həsən Hüseyn oğluna məxsus * saylı mənzilinin pəncərəsinin qapı ilə əvəz edilməsinə etiraz etmir. Görüləcək işlər inşaat norma və qaydaları əsasında, rayon icra hakimiyyətinin nəzarəti altında həyata keçirilməlidir.
8. Bakı Şəhəri Cavabdeh başçısının aparatı tərəfindən mənzilin əvvəlki mülkiyyətçisi Zaxarov Həsən Hüseyn oğluna ünvanlanmış Z-** nömrəli ##.##.2006-cı il tarixli məktubda qeyd olunmuşdur ki, onun müraciəti və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2006-cı il tarixli, **/**-*** nömrəli razılıq məktubu nəzərə alınaraq, Azadlıq prospekti, *** saylı binadakı * nömrəli şəxsi mənzilinə küçə tərəfdən, Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun giriş qapısının açılmasına Cavabdeh etiraz etmir. Müvafiq işlərin gedişi zamanı inşaat norma və sanitariya qaydalarına riayət olunmalı, razılaşdırılmış layihədən kənara çıxılmamalıdır.
9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli, *-**-*-*-**- ***/**** nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, yaşadıqları mənzilin təyinatının dəyişdirilməsi (qeyri-yaşayış sahəsinə keçirilməsi) barədə Cavabdehə ünvanlanmış ərizəsinə baxılmışdır. Yerində baxış zamanı təyinatı dəyişdirilmiş sahədən küçəyə açılmış qapının təhlükəli olması səbəbindən istifadənin yaşayış və qeyri-yaşayış sahələri üçün qanunvericilikdə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə, həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 25.1.3cü, 25.1.4-cü və 25.1.5-ci maddələrinə əsasən ərizənin müsbət həlli mümkün deyildir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən * saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən * saylı mənzil onun mülkiyyətindədir. Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 ünvanında yerləşən * nömrəli mənzilə küçə tərəfdən, giriş qapısının açılmasına Bakı şəhəri Cavabdeh başçısının aparatının ##.##.2006-cı il tarixli, Z-** saylı razılığı ilə icazə verilmişdir. Iddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən * saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Həmin müraciətə Bakı Şəhəri Cavabdeh başçısının İ müavini Iradə Muradova tərəfindən baxılmış və yerində baxış zamanı təyinatı dəyişdirilmiş sahədən istifadənin yaşayış və qeyri-yaşayış sahələri üçün qanunvericilikdə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığı müəyyən edildiyi bildirilərək müraciətinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, bununla da, qanuni hüquqları pozulmuşdur. Belə ki, həmin ərazidə birinci mərtəbələrin əksəriyyəti yaşayış sahələrini qeyri-yaşayış sahələrinə keçirərək kommersiya və ya digər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Iddiaçı da qanunvericiliyin müddəalarından istifadə edərək mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsi qismində istifadəsi üçün bütün qanuni yollardan istifadə edərək hüquqlarını həyata keçirməyə çalışır. Lakin inzibati orqanların əsassız süni maneələri nəticəsində hüquqlarını həyata keçirilə bilmir.
12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir yazılı münasibət (etiraz) təqdim edilməmişdir.
13. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## ### 2024-cü il tarixli, e- *-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ## ######## 2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim olunan sahə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, sahə beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşməklə sahənin ümumi istifadədə olan hissədən (blokdan) mövcud olmuş giriş-çıxış qapısı bağlanmış, küçəyə tərəf olan pəncərə boşluğundan ayrıca-giriş qapısı quraşdırılmışdır. Sözügedən sahəyə bitişik olan digər mənzillər də, küçə tərəfdən giriş çıxış qapısı quraşdırılmaq yolu ilə faktiki olaraq qeyriyaşayış sahəsi kimi istifadə edilir. Beləliklə, mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən * saylı yaşayış sahəsinin birinci mərtəbədə yerləşməsini, faktiki olaraq giriş-çıxışının yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən təmin olunduğunu və Bakı şəhəri Cavabdeh başçısının aparatının ##.##.2006-cı il tarixli Z-** nömrəli məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2006-cı il tarixli **/**-*** nömrəli razılıq məktubunu nəzərə alaraq, Azadlıq prospekti *** saylı binadakı * nömrəli şəxsi mənzilə küçə tərəfdən, Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun giriş qapısının açılmasına Cavabdehin etiraz etməyini nəzərə alaraq, iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən * saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalara uyğun olduğu müəyyən edilmişdir. Tədqiqatın nəticə hissəsinə əsasən, iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən * saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalara uyğun olduğu müəyyən edilmişdir.
14. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## ###### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən * saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Bakı Şəhəri Cavabdehə həvalə edilmişdir.
15. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinin təmin edilməsindən küçəyə açılmış qapının təhlükəli olması, sahədən istifadənin və qeyri-yaşayış sahələri üçün qanunvericilikdə müəyyən edilmiş texniki norma və qaydalara uyğun olmadığı əsas gətirilməklə imtina edilsə də, iddiaçı Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən razılaşdırılmış layihə əsasında sahənin ümumi istifadədə olan hissədən (blokdan) mövcud olmuş giriş-çıxış qapısı bağlanmış, küçəyə tərəf olan pəncərə boşluğundan ayrıca giriş qapısı quraşdırmışdır, sahə beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşməklə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur və həmin yaşayış binasında iddiaçıya məxsus mənzilə bitişik olan digər mənzillər də, küçə tərəfdən giriş-çıxış qapısı quraşdırılmaq yolu ilə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Təqdim edilmiş ekspert rəyi ilə də, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə, norma və qaydalarına uyğun olduğu bir daha öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən imtina məktubunun hüquqi əsası olaraq Mənzil Məcəlləsinin 25.1.3-cü, 25.1.4-cü və 25.1.5-ci maddələrinə istinad edilsə də, iddiaçı cavabdehə mənzil sahəsində yenidənqurma işlərinin aparılması ilə bağlı deyil, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir və məhkəmə araşdırması zamanı Mənzil Məcəlləsinin tələblərinə əsasən iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini istisna edəcək hər hansı bir hal aşkar edilməmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və C.A.Yusifov) ## ##### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisləri işə cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
18. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış ## ### 2025-ci il tarixli, *-**-*/*-****/**** saylı məktubda qeyd edilmişdir ki, çoxmərtəbəli binada edilmiş hər hansı konstruktiv dəyişikliyin həmin binanın təhlükəsizliyinə - təsir edib-etməməsinin müəyyən olunması üçün bina bütövlükdə müayinə olunmalıdır. Müayinə işləri çoxhəcmli olduğundan isə yalnız binanın mülkiyyətçisi (balanssaxlayıcısı) ilə bağlanılmış müqavilə əsasında aparıla bilər. Hal-hazırda Agentliyin tabeliyində olan qurumların ölkənin müxtəlif şəhər və rayonlarında öz səlahiyyətləri, habelə ali dövlət orqanlarının tapşırıqları əsasında müvafiq tədbirlərin həyata keçirilməsini təmin etdiyini və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertizalarının aparılması üçün tərəflərindən hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir. Qeyd olunanları nəzərə alaraq, keçirilən məhkəmə ekspertizalarına bu sahədə ixtisaslaşmış özəl məhkəmə ekspertlərinin cəlb edilməsi təklif edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumatından görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən mütəxəssis rəyi verilmədiyinə görə iş üzrə materiallar geri qaytarılmışdır.
20. “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ######## 2025-ci il tarixli, **-***/** nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən İddiaçı məxsus * saylı yaşayış sahəsinin birinci mərtəbədə yerləşməsini, faktiki olaraq giriş-çıxışının yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən təmin olunduğunu, digər mənzillərin və küçədən keçən piyadaların gediş-gəlişini təmin edən sahələrdən istifadə etməsinə maneçilik törətmədiyini və Bakı şəhəri Cavabdeh başçısının aparatının ##.##.2006-cı il tarixli, Z-** nömrəli məktubuna və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2006-cı il tarixli, **/**-*** nömrəli razılıq məktubuna əsasən, Azadlıq prospekti *** saylı binadakı * nömrəli şəxsi mənzilə küçə tərəfdən, Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun giriş qapısının açılmasına Cavabdehin etiraz etmədiyini nəzərə alaraq Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvünında yerləşən * saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalara uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən İddiaçı məxsus * saylı yaşayış sahəsində görülmüş daxili təmir və dəyişiklik işləri – pəncərə yerində qapının açılması və arakəsmələrin sökülməsi– binanın daşıyıcı konstruksiyalarına müdaxilə olunmadan həyata keçirilmişdir. Bu səbəbdən qeyd olunan dəyişikliklər binanın dayanıqlığına, yükgötürmə qabiliyyətinə və istismar təhlükəsizliyinə mənfi təsir göstərmir.
21. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.Ismayılov) ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, təqdim edilmiş rəydən də göründüyü kimi, iddiaçı tərəfindən həyata keçirilən yenidənqurma və yenidənplanlaşdırma işləri binanın daşıyıcı konstruksiyalarına müdaxilə olunmadan həyata keçirilmiş, mübahisə predmeti olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalara uyğun olduğu müəyyən edilmişdir. Hazırkı halda həm Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş **/**** nömrəli ## ######## 2024-cü il tarixli ekspert rəyində, həm də “xxxx” MMC tərəfindən təqdim edilmiş **-***/** nömrəli, ## ######## 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlərin əksini sübut edəcək mötəbər sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Mövcud qanunvericilik yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki, həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar Mənzil Məcəlləsinin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma aparılmamış, iddiaçı tərəfindən konkret olaraq hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayətində imtinasının və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin III fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. ... 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
27. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
28. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.