Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4087/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: ##.##.1979-cu il tarixdən operator vəzifəsinə qəbul edilmiş, ##.##.1997-ci il tarixdə Avtomatika, rabitə və enerji təchizatı şöbəsinə 8-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, ##.##.2000-ci il tarixdə ştat cədvəlində dəyişikliklə əlaqədar olaraq rabitə şöbəsinə 8-ci dərəcəli mühəndis keçirilmiş, ##.##.2006-cı il tarixdə Rabitə, radio və elektrik təchizatı xidmətinə 6-cı dərəcəli radiooperator keçirilmiş, ##.##.2009-cu il tarixdə bir aylıq sınaq müddəti ilə Radiorabitə və elektrik təchizatı xidmətinə 6-cı dərəcəli radiooperator peşəsinə təyin edilmiş, ##.##.2010-cu il tarixdə əmək müqaviləsinə əsasən bir il müddətinə bir aylıq sınaq müddəti ilə Abşeron MQKS-nin * saylı XIX-nə 5-ci dərəcəli QPS-nin operatoru peşəsinə keçirilmiş, ##.##.2010-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, başqa işə götürülməklə əmək müqaviləsi bağladığı üçün əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilib. (Iddiaçının əmək kitabçasında aparılmış qeydlər sırasında ** saylı bəndin etibarsız hesab edilməsi barədə qeyd aparılmışdır.) ##.##.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsi əsasında bir il müddətinə bir aylıq sınaq müddəti ilə * saylı Xətti Istismar Xidmətinə Qaz paylayıcı stansiyanın operatoru (5-ci dərəcə) təyin edilmiş və ##.##.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2022-ci il tarixdən əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qaz Istismarı Departamentinin * saylı Xətti Istismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsinə təyin edilmişdir.
2. SOCAR “Qaz Ixracı” Idarəsi Abşeron Magistral X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ** nömrəli arxiv arayışına əsasən iddiaçı ##.##.2010-cu il tarixindən ##.##.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz Ixrac" Idarəsinin Abşeron Magistral X1 * saylı Xətti Istismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. ##.##.2022-ci il tarixindən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir.
3. Iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2024-cü il tarixli, 3-17-112-R******/2024 nömrəli məktubda qeyd edilir ki, Mərkəzi Filiala təqdim olunan ## ######## 1979-cu il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında və SOCAR “Azəriqaz” IB-nin Bakı Regional Qaz Istismarı departamentinin arayışlarında ##.##.2010-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində və ##.##.2022-ci il tarixindən hal-hazıradək həmin müəssisənin * saylı Xətti Istismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-***-R-******/**** saylı güzəştli şərtlərlə pensiya təyinatından imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciəti ilə əlaqədar cavabdeh ona ##.##.2024-cü il tarixli, *-**-***-R- ******/**** saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında rəsmi məktub göndərmişdir. Iddiaçı cavabdehin ##.##.2024-cü il tarixli, *-**-***-R-******/**** saylı imtinasını qanunsuz hesab edir, həmin imtina onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Iddiaçı hesab edir ki, işlədiyi müddəti və vəzifə (qazpaylayıcı stansiyanın operatoru) nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2 bəndinin fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatoru vəzifəsi nəzərdə tutulduğundan cavabdeh orqanın üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması vəzifəsi qoyulmalıdır.
6. Işin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Etirazda qeyd edilmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçıya məxsus ## ######## 1979-cu il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR “Azəriqaz” IB-nin Bakı Regional Qaz Istismarı departamentinin arayışında iddiaçının ##.##.2010-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində və ##.##.2022-ci il tarixdən hal-hazıradək həmin müəssisənin * saylı Xətti Istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil.
8. Bakı Inzibati Məhkəməsinin (hakim: F.S.Ismayılzadə) 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il və ümumi iş stajı minimum 20 il olmalıdır. Iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçının müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. Iddiaçının ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisələndirilən məsələnin hüquqi qiymətləndirilməsinə gəldikdə, iddiaçının qaz paylayıcı stansiyasının operatoru vəzifəsində çalışdığı dövrün güzəştli pensiya hüququ verən iş stajı kimi tanınması, onun yerinə yetirdiyi əmək funksiyalarının müvafiq normativ aktlarla təsbit olunmuş güzəşt hüququ verən vəzifə ilə eyni olub-olmaması məsələsinə əsaslanır. Qeyd olunmalıdır ki, vəzifələrin yalnız adının deyil, onların funksional xüsusiyyətlərinin də nəzərə alınması tələb olunur. Bu kontekstdə, işçinin faktiki yerinə yetirdiyi əmək funksiyalarının hüquqi qiymətləndirilməsi əsasdır. Təqdim edilmiş vəzifə təlimatı və məhkəmə araşdırması nəticələri təsdiq etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Qeyd olunmalıdır ki, ## ###### 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na * nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdı. Hazırkı işin hallarından isə görünür ki, işəgötürən iddiaçının qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işlədiyi dövrləri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kateqoriyasına adi etmiş və bu mövzuda öz hüquqi mövqeyini ifadə etmişdir. Nəzərə alınmalıdır ki, işəgötürənin bu sahədə formalaşdırdığı mövqeyi hüquqi baxımdan əhəmiyyəti hesab olunur, çünki əmək funksiyalarının zərərli və ya sağlamlığa ciddi təhlükə törədən xarakter daşıyıb-daşımadığı məhz onun tərəfindən müəyyən edilir. Beləliklə iddiaçının ümumi iş stajı tələbinə cavab verməsi və ona əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması nəticəsində isə iddiaçının ##.##.2010-cu il tarixdən ##.##.2022-ci il tarixədək müddətdə işlədiyi qaz paylayıcı stansiyanın operatoru peşəsinin onun güzəştli iş stajına daxil edilməli olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının topladığı güzəştli iş stajı 10 ildən çox olduğudan, iddiaçının güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyasının təyin olunmasına hüququ yaranmışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
10. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.Ismayılov) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə oxşar məzmunlu tərtib edilmişdir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.8. bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. ##.##.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu (##.##.1997-ci il tarixli ***-IQD nömrəli Qanunla dəyişiklik edilənə qədər ##.##.1997-ci il tarixədək qüvvədə olan redaksiya): Maddə 13. a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
18. Inzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
22. Iddiaçının hüquqi marağı ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağldır. Hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
23. Iş materiallarında olan SOCAR “Qaz Ixracı” Idarəsi Abşeron Magistral X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ** nömrəli arxiv arayışına əsasən iddiaçı ##.##.2010-cu il tarixindən ##.##.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz Ixrac" Idarəsinin Abşeron Magistral X1 * saylı Xətti Istismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. ##.##.2022-ci il tarixindən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, “....Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə ##.##.2007-ci il ** saylı nömrəli qərarının 10.2-ci bəndində (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) a) fəhlələr - qazpaylayıcı stansiyanın operatorları güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ verən peşələr siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, sözügedən peşə ## ###### 2024-cü il tarixli ** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Siyahıya əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə iş stajının 10 ildən çox olması iş materiallarında olan – SOCAR “Qaz Ixracı” Idarəsi Abşeron Magistral X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ** nömrəli arxiv arayışında və SOCAR “Qaz Ixracı” Idarəsi Abşeron Magistral X1 ##.##.2024-cü il tarixli **-*-**-*/*-***/**** nömrəli məktubunda öz əksini tapır.
25. Kollegiya iddiaçının işlədiyi qaz paylayıcı stansiyanın operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə ##.##.2007-ci il ** saylı nömrəli qərarının 10.2-ci bəndində nəzərdə tutulması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmayan və araşdırılmayan hal iddiaçının işlədiyi sahənin neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid olub-olmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, qaz paylayıcı stansiyanın operatoru yuxarıda qeyd olunan sahələrdə xidmət göstərdiyi təqdirdə zərərli peşə hesab edilir.
26. Cavabdeh tərəfin də mübahisələndirdiyi məsələ məhz bu olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin qeyd olunan dəlilinə hər hansı münasibət bildirilməmiş və bu hal ümumiyyətlə araşdırma predmeti olmamışdır. Odur ki, təkrar araşdırma zamanı bu halla bağlı iddiaçının iş yerinə müvafiq sorğularaq verilərək qeyd olunan məsələ aydınlaşdırılmalıdır.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.