Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-409/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsi, həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1 968-ci il təvəllüdlü, FİN:xxxxxxx) və İddiaçı2 (xx.xx.1967-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Balakən Rayonu Hənifə Bələdiyyəsi) “JN 050A kod 40102018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-0653 KOD 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsi, 0,25 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsinin DT və XK-nın Balakən Rayon Şöbəsinə və 0,15 ha kəsir pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsinin Hənifə Bələdiyyəsinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)43/2022 nömrəli, xx.xx.2022-ci il tar ixli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 387 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən, X1 üzrə həyətyanı torpaq sahəsi 2500 kv.m-dir.
2. Balakən rayon Dövlət Arxivinin 3 may 2012-ci il tarixli 328 nömrəli arxiv arayışına görə, Balakən rayon Hənifə kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarına əsasən 1991-1995-ci illər üzrə X8 ailə başçısı olmaqla (X9, X3, İddiaçı1, X4 və X10) 0,25 ha həyətyanı torpaq sahəsi vardır.
3. JN-050A, KOD 40102018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə görə, Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə X9, X3, İddiaçı1 və X7 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,10 ha torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir.
4. JN-0653, KOD 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına görə, Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə X9, X3, İddiaçı1 və X7 1,26 ha torpaq sahəsi verilmişdir.
5. Hənifə kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2011-ci il tarixli 1818 nömrəli arayışında qeyd edilənlərə əsasən X2 adına Hənifə kənd İcra Nümayəndəliyinin 2006-2010-cu illərin 02 saylı təsərrüfatbaşına kitabının 64-cü səhifəsində 145 nömrəli şəxsi hesabda 0,25 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir.
6. Hənifə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 59 nömrəli arayışına görə, İ ddiaçı1 ailəsinə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə JN-653 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 6 nəfər ailə üzvü olmaqla hər birinə 0,32 ha pay torpaq sahəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar 17.5.2012-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə və üçüncü şəxs Balakən Rayon Hənifə Bələdiyyəsinə qarşı “JN-050A kod 40102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-0653 kod 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsi, 0,25 ha həyətyanı torpaq sahəsinə torpaq sah əsinin planı və ölçüsünün verilməsinin DT və XK-nin Balakən rayon şöbəsinə və 0,15 ha kəsir pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsinin Hənifə Bələdiyyəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh DT və XK-nin Balakən rayon şöbəsinin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli 07 saylı qərarına əsasən, Hənifə kəndində torpaqlar xüsusi mülkiyyətə verilmişdir. İddiaçının anası X5 xüsusi mülkiyyətinə əsasən 4 nəfər ailə üzvünə cəmi 1,26 ha pay torpağı verilmişdir. JN-050A kod 40102018 saylı şəhadətnamədə iddiaçının ailəsinin adına 0,10 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçılar 0,25 ha torpaq sahəsinin bərpa o lunmasını xahiş etmişlər. Balakən Rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 328 saylı arayışından məlum olmuşdur ki, çox əvvəl mübahisə edilən həyətyanı 0,25 ha olmaqla iddiaçının atası X6, o, 1991-ci ildə vəfat etdikdən sonra həmin 0,25 ha həyətyanı torpaq sahəsi iddiaçının anası X5 adına keçirilmişdir. İddiaçının anası 2009-cu ildə vəfat etmişdir. 2009-cu ilə kimi mərhum X5 adında 0,25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 325 saylı arxiv arayışında qeyd olunmuşdur ki, həmin 0,25 ha həyətyanı torpaq sahəsində 1918-ci ildə tikilmiş yaşayış evi, 1972-ci ildə inşa edilmiş mal tövləsi, 1988-ci ildə tikilmiş ipəkqurdu bəsləmək üçün kümxana və sair tikililərin olması qeyd olunmuşdur. Balakən Rayon İcra Hakimiyyəti Hənifə kənd İnzibati Ərazi Dairəs i üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 1818 saylı arayışla təsdiq edilmişdir ki, hal-hazırda da 02 saylı təsərrüfat kitabı 145 nömrəli şəxsi hesabda X5 adına 0,25 ha həyətyanı torpaq sahəsi yazılmışdır. İddiaçının tələb etdiyi 0,25 ha həyətyanı torpaq sahəsi bütövlükdə pay torpağına daxil edilmiş və JN-0653 kod 40102018 saylı Dövlət Aktında qeyd olunmuşdur. Lakin, texniki səhv nəticəsində 0,25 ha həyətyanı torpaq sahəsi JN-050 kod 40102018 saylı şəhadətnamədə 0,10 ha həyətyanı torpaq sahəsi kimi yazılmışdır.
9. Hənifə Bələdiyyəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2012-ci il tarixli 38 nömrəli məktubundan görünür ki, JN-0653 nömrəli dövlət aktındakı mülkiyyətə verilmiş torpaq sahəsinin plan üzrə 1-ci hissəsində yaranmış kəsir 0,15 ha pay torpaq s ahəsinin bələdiyyənin ehtiyat fondu hesabına verilməsinə etiraz etmir.
10. DT və XK-nin Balakən rayon şöbəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2012-ci il tarixli 197 nömrəli məktubundan görünür ki, 0,25 ha həyətyanı torpaq sahəsinin bərpa olunmasını və iddiaçıya Hənifə Bələdiyyəsinin ehtiyat fondundan 0,15 ha pay torpaq sahəsinin verilməsini məqsədəmüvafiq hesab edir.
11. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.R.Hüseynov) 27.8.2012-ci il tarixli 2inz(84)-879/2012 nömrəli qərarı ilə iddia təmin edilərək “JN-050A kod 40102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin üzərinə Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin qoyulması, JN-0653 kod 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməklə 0,15 ha həyətyanı torpaq sahəsinin 1,26 ha torpaq sahəsinin tərkibindən çıxarılması, üçüncü şəxs Balakən rayonu, Hənifə Bələdiyyəsinin üzərinə 0,15 ha kəsir pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsi öhdəliyi qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, aqrar islahat aparılan zaman torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Lakin aqrar islahat aparılan zaman iddiaçının qanuni istifadəsində 0,25 ha torpaq sahəsi olması faktı nəzərə alınmamış və nəticədə səhvən şəhadətnamədə 0,10 ha torpaq sahəsi göstərilmişdir.
13. Şəki İnzibati Məhkəməsinin 23.9.2021-ci il tarixli 2inz(84)-879/2012 qərarda dı ilə inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27.8.2012-ci il tarixli 2inz(84)-879/2012 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.1.2022-ci il tarixli 21(107)-43/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislə ri cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə kollegiyasına daxil olmuş mütəxəssis və xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı1 və İddiaçı2 naturada istifadə etdikləri torpaq sahəsinin ölçüləri 0,61 ha-dır. İdarənin xidməti istifadəsində olan elektron məlumat bazasına əsasən, həmin ərazidə iddiaçıların adına JN-0653 nömrəli dövlət aktının 653 cizgisində 0,37 ha və 653F cizgisində isə 0,44 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 50 A şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sa həsi işlənilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 27.8. 2012-ci il tarixli 2inz(84)-879/2012 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılmaqla iddiaçıların cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Balakən Rayonu Hənifə Bələdiyyəsi) qarşı “JN 050A kod 40102018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-0653 KOD 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsi, 0,25 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsinin DT və XK-nin Balakən Rayon Şöbəsinə və 0,15 ha kəsir pay torpağının Hənifə bələdiyyəsinin ehtiyat fondundan verilməsinin Hənifə Bələdiyyəsinə həvalə edilm əsi” tələbinə dair iddiası təmin edilməmişdir.
19. Apellyasiya instansiyası müəyyən etmişdir ki, iddiaçıların naturada istifadə etdikləri torpaq sahəsinin ölçüləri 0,61 ha-dır. İdarənin xidməti istifadəsində olan elektron məlumat bazasına əsasən, həmin ərazidə iddiaçıların adına JN-653 nömrəli dövlət aktının 653 cizgisində 0,37 ha və 653F cizgisində isə 0,44 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 50A şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsi işlənilmişdir. Göründüyü kimi, 1,26 ha pay torpaq sahəsinin 0,15 ha hissəsi olan həyətyanı torpaq sahəsi islahat zamanı Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsinin tərkibinə daxil edilə bilməzdi, ona görə ki, ekspert rəyindən də göründüyü kimi həmin torpaq sah əsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən 1,26 ha pay torpaq sahəsinin 0,15 ha torpaq hissəsinin 0,10 ha torpaq sahəsinin tərkibinə daxil edilməməsi ilə bağlı və iddiaçının müraciətindən imtina edilməsi ilə bağlı hərəkəti qanuni və əsaslı olmuşdur.
20. İddiaçı1 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, həm dövlət aktında, həm də şəhadətnamədə torpaq sahələrinin müvafiq qərarlar əsasında iddiaçının mülkiyyətinə verilmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. b) kassasiya şikayətinə dair etirazın dəli lləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikay əti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çər çivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən İddiaçı1 və İddiaçı2 naturada istifadə etdikləri torpaq sahəsinin ölçüləri 0,61 ha-dır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xidməti istifadəsində olan elektron məlumat bazasına əsasən, həmin ərazidə iddiaçıların adına JN-0653 nömrəli dövlət aktının 653 cizgisində 0,37 ha, 653F cizgisində isə 0,44 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 50A şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsi işlənilmişd ir.
28. Beləliklə, iddiaçıların həyətyanı torpaq sahəsi kimi iddia etdikləri 0,15 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 nömrəli qərarı ilə həyətyanı torpaq sahəsinin tərkibinə daxil edilə bilməzdi.
29. Cavabdeh də haqlı olaraq qeyd edir ki, iddia olunan 0.15 torpaq sahəsi 1.26 ha torpaq sahəsinin tərkibindən çıxarılsa belə, bu, həmin sahənin hüquqi vəziyyətini dəyişmir və həmin sahə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qalmaqda davam edir. Buna görə də, həmin sahə 0.10 ha həyətyanı sahə ilə birləşdirilməklə ümumilikdə 25 ha həyətyanı sahə (yaşayış məntəqələrinin torpaqları) kimi sənəd hazırlanması mümkün deyil.
30. Odur ki, cavabdeh inzibati orqan tərəfindən 1,26 ha pay torpaq sahəsinin 0,15 ha hissəsinin 0,10 ha torpaq sahəsinin tərkibinə daxil edilməsi ilə bağlı iddiaçının müraciətini təmin etməməkdə cavabdeh haqlı olmuşdur. 31. 0,15 ha kəsir pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsinin Hənifə Bələdiyyəsinə həvalə edilməsi barədə tələbə gəldikdə, ümumi iddia tələbindən və işin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, həmin tələb digər tələbin - mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməklə 0,15 ha həyətyanı torpaq sahəsinin 1,26 ha torpaq sahəsinin tərkibindən çıxarılaraq 0.10 ha həyətyanı torpaq sahəsi ilə birləşdirilməklə ümumilikdə 0.25 ha həyətyanı torpaq sahəsinə sənədin tərtib olunması tələbinin müsbət həlli ilə bağlı olduğundan, üçüncü şəxsə qarşı yönəlmiş həmin tələbin təmin olunması da istisna edilir. Digər tərə fdən, işdən göründüyü kimi, 0,15 ha kəsir pay torpağının Hənifə Bələdiyyəsinin ehtiyat fondundan verilməsinə Bələdiyyə etiraz etmir (iş v. 29). Belə olan halda, iddiaçılarla üçüncü şəxs – Bələdiyyə arasında torpaq sahəsinin ayrılmasına dair mübahisə olmadığından, bu, məhkəmədənkənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll edilə bilər.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 21(107)-43/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.