Məhkəmə qərarları › İş №2-1(102)-409/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-409/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-409/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi) 08.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə məhkəmə qərarına izah verilməsi barədə cavabdehin ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3291/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2256756,88 manat əlavə vergi məbləğinin hesablanmasına dair “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********232600 nömrəli qərar qəbul edilmişdir.

2. Bununla bağlı iddiaçının cavabdehə qarşı qaldığı iddia 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarı ilə təmin edilmiş, cavabdehin “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, ********** 232600 nömrəli qərarı ləğv edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-45/2020 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(102)-1120/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-212/2021 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Az ərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(102)-1332/2021 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Qanuni qüvvəyə mindikdən sonra birinci instansiya məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. Cavabdeh ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına izah verilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2016-cı il tarixdə qərar qəbul edərək, 2014-cü ilin 2-ci və 3-cü rübləri ərzində təməli qoyulmuş binalarla bağlı bina tiki ntisi fəaliyyəti ilə məşğul olan iddiaçının sadələşdirilmiş vergi öhdəliyini (BTFSV) 1329614,33 manat müəyyən etmişdir. İddiaçı həmin qərarla razılaşmış, həmin qərar mübahisələndirilməmişdir. Həmçinin iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübü ərzində təməli qoyulmuş yaşayış binası üzrə 204120 manat vergi hesablanmaqla xx.xx.2015-ci il tarixdə cari bəyannamə təqdim edilmiş, lakin xx.xx.2015-ci il tarixdə heç bir əsas olmadan hesablanmış vergilər tam azaldılmışdır. 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş yaşayış binası ilə əlaqədar hesablanmış vergilər xx.xx.2016-cı il tarixədək vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə tam azaldıldığına görə xx.xx.2016-cı il tarixdən sonra qüvvədə olan yeni qanunvericiliyə əsasən 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fə aliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə aparılmış hesablamalar zamanı həmin binanın (təməli 2015-ci ilin 2-ci rübündə qoyulan) sahəsi nəzərə alınmamış və digər rüblərdə təməli qoyulmuş binalarla bağlı hesablamanın aparılmasına baxmayaraq, qeyd edilən bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergi hesablanmamışdır. Bundan sonra, xx.xx.2019-cu il tarixdə 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergilərin hesablanmadığı əsas götürülməklə cavabdeh tərəfindən 2014-cü ilin 2 və 3-cü rüblərində təməli qoyulmuş binalarla əlaqədar 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablanmış 1329614,33 manat vergi məbləğinə düzəliş olunaraq 927142,55 mana t əlavə vergi hesablanmışdır. İddiaçı həmin bina üzrə, yəni 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli qərarın ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı hazırkı iş üzrə Ali Məhkəmə işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytararkən xx.xx.2020-ci il tarixli qərarında iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma aparmasını apellyasiya məhkəməsinə göstəriş vermişdir. Həmin göstərişlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında bildirilmişdir ki, vergi orqanının mübahisələndirilən xx.xx.2019-cu tarix li qərarı Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş, yəni 3-cü bina ilə bağlı qəbul edilmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, müəssisənin Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi ümumi sahəsi 13301,2 kv.m olan binanın təməlinin xx.xx.2015-ci ildə qoyulduğu iş materialları ilə təsdiq olunduğu üçün həmin bina ilə bağlı 2016-cı ilin İ rübünə dair BTFSV ödəyicisi olaraq sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi yaranmamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından vergi orqanının vermiş olduğu kassasiya şikayəti üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, müəssisə 2015-ci ilin İİ rübündə təməli qoyulmuş binaya görə bəyannamələri (ilkin və dəqiqləş dirilmiş) həmin ildə təqdim etmiş, lakin vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmaqla vergilərin hesablanması 2019-cu ildə həyata keçirilmişdir. Məhkəmənin mövqeyinə görə mübahisə predmetini təşkil edən xx.xx.2019-cu il tarixli qərarla 2015-ci ilin İİ rübündə təməli atılmış binaya görə 927142,55 manat əlavə vergi məbləği hesablanmış, 1329614,33 manat məbləğində BTFSV isə hazırkı mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Başqa sözlə, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında xx.xx.2016cı il tarixli, **********398100 nömrəli qərarın hazırkı mübahisənin predmeti olmadığı və bu iş üzrə məhkəmə aktının həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmədiyi bildirilmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən xx.xx.2019-cu il tarixli “Vergilərin hesablanması barədə” qərara hüquqi qiymət verilərkən məhz 2015-ci ildə təməli qoyulmuş 3-cü bina nöqteyi-nəzərindən yanaşılmış, daha əvvəlki qərarın (xx.xx.2016-ci il tarixli) da öz qüvvəsini itirməsinə dair heç bir qeyd aparılmamışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, 1329614,33 manat BTSV-nin yayındırılması ilə bağlı VCİABİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işi başlanmış, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 22584 nömrəli rəydə iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 15757,10 kv.m sahəyə görə vergidən yayınıldığı öz təsdiqini tapmışdır. Eyni zamanda, iddiaçı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqın da VCİABİ-nin xx.xx.2019-cu il tarixli qərarının ləğvi barədə ibtidai araşdırmaya məhkəmə nəzarətini həyata keçirən Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmin qərardan müəssisənin verdiyi apellyasiya şikayəti də təmin edilməmişdir

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Bəhlul Cəlalov) 26 may 2023-cü il tarixli, 21(82)-1419/2019 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarının icrası zamanı hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərin nəzərə alınması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təqdim etdiyi ərizənin məzmunundan görünür k i, baxılan iş üzrə mübahisə predmetini təşkil edən xx.xx.2019-cu il tarixli qərarla 2015-ci ilin İİ rübündə təməli atılmış binaya görə 927142,55 manat əlavə vergi məbləği hesablanmış, 1329614,33 manat məbləğinə BTFSV isə hazırkı mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixli, **********398100 nömrəli qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmir. Məhkəmələr tərəfindən xx.xx.2019-cu il tarixli “Vergilərin hesablanması barədə” qərara hüquqi qiymət verilərkən məhz 2015-ci ildə təməli qoyulmuş 3-cü bina nöqteyinəzərindən yanaşılmış, daha əvvəlki qərarın (xx.xx.2016-cı il tarixli) da öz qüvvə sini itirməsinə dair heç bir qeyd aparılmamışdır.

12. Baxılan işdən görünür ki, işə ilk dəfə baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərkən qeyd etmişdir ki, “apellyasiya məhkəməsi şikayətdə qeyd edilənlərlə bağlı tərəflərin iştirakı ilə araşdırma aparmamış, iddianın predmeti olan xx.xx.2019-cu il tarixli qərarla hesablanmış 2256756,88 manat vergi məbləğinə həqiqətən xx.xx.2016-cı il tarixli qərarla hesablanmış vergi məbləğinin aid olması, iddiaçının bundan, o cümlədən xx.xx.2016-cı il tarixli qərardan (nə vaxt) məlumatlı olması, xx.xx.2016-cı il tarixli qərarla müəyyən edilən məbləğin şəxsi hesab vərəqəsində hərəkəti, xx.xx.2016-cı il tarixli qərarın qüvvədə olması, həmin qərarla qət edilmiş vergi məbləğinə münasibətdə iddianın mümkünlük şər tləri yoxlanılmamışdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübündə bina tikintisi ilə bağlı təməl qoyma həyata keçirilmədiyi halda, vergi orqanına 2016-cı ilin 1-ci rübünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməli olmasını qərarında əsaslandırmamışdır. İddiaçının müxtəlif ünvanlarda bina tikintisinə icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli sərəncamları mövcuddur. Apellyasiya məhkəməsi iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.”

13. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə alar aq qeyd etmişdir ki, “...iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddianın predmeti olan xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı bina tikintisi ilə bağlı təməl qoymaya görə hesablanmış 2256756,88 manat vergi məbləğinin tərkibinə həm də vergi orqanının qəbul etdiyi xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərarla hesablanmış 1329614,33 manat vergi məbləği də daxil edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində tərəflərin nümayəndələrinin iştirakı ilə aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, vergi orqanının “Vergilərin hesablanması barədə” xx.xx.2015-ci (əslində xx.xx.2016-cı) il tarixli qərarı ilə iddiaçıya Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb tərəfində inşa edilmiş binanın təməlqoyma işlərinə görə 2016-cı ilin İ rübü üzrə 132914,33 manat vergi hesablanmış, bu məbləğ sonradan digər, yəni Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanındakı binanın tikintisi ilə bağlı 2016-cı ilin İ rübü üzrə hesablanmış 927142,44 manat vergi məbləğinə əlavə edilmiş və ümumilikdə iddiaçıya 2256756,88 manat BTFSV məbləği hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli “Vergilərin hesablanması barədə” qərarı ilə hesablanmış 2256756,88 manat vergi məbləğinin tərkibinə daxil olan 24.02 2016-cı (əslində xx.xx.2016cı) il tarixli qərarla hesablanmış 1329614,33 manat vergi məbləğinin mübahisələndirilməsi üçün iddia müddətinin ötürülüb-ötürülmədiyi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, həmin iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Bel ə ki, adı çəkilən “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı (əslində xx.xx.2016-cı) il tarixli qərarla iddiaçıya 2016-cı ilin İ rübü üzrə müvafiq ünvandakı bina tikintisi ilə bağlı 1329614,33 manat vergi məbləği hesablanıb tələb olunsa da, həmin hesablanmış vergi məbləği xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi tərəfindən mübahisləndirilməsə də, sonradan vergi orqanı digər ünvandakı binanın tikintisi ilə bağlı 927142,44 manat vergi məbləğini hesablayaraq, ümumilikdə 2256756,88 manat (1329614,33 + 927142,44 = 2256756,88) vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmiş və həmin qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnu izah etmişd ir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı iddiaçıya xx.xx.2016-cı (əslində xx.xx.2016-cı) il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesabladığı 1329614,33 manat vergi məbləğini xx.xx.2019-cu il tarixli qərarla hesablanmış 2256756,88 manat vergi məbləğinin tərkibinə daxil etdiyi və sonda bu qərardan ümumi qaydada 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğunu izah etdiyi üçün iddiaçı da həmin hüququndan istifadə etməklə xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirməkdə haqlı olmuşdur və bu zaman da onun tərəfindən iddia müddəti ötürülməmişdir. Buna görə də kollegiya hesab edir ki, iddia xx.xx.2019-cu il tarixli qərarın “İddiaçıya Bakı Quba avtomagistralının 14-cü km-nin qərb tərəfində inşa edilən b inanın təməlqoyma işlərinə görə 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614,33 manat vergi məbləğinin mübahisələndirilməsi” hissəsində də mümkündür.”

14. Göründüyü kimi, cavabdehin hazırkı ərizəsində qeyd edilən məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq hüquqi qiymət verilmiş, cavabdehin xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesabladığı 1329614,33 manat vergi məbləğinin xx.xx.2019-cu il tarixli qərarla hesablanmış 2256756,88 manat vergi məbləğinin tərkibinə daxil edildiyi qeyd olunmuşdur. Ona görə də, cavabdehin ərizədə qeyd etdiyi xx.xx.2016-cı (əslində xx.xx.2016-cı) il tarixli qərarın mübahisələndirilməməsi, öz qüvvəsini saxlaması barədə göstərdikləri hazırkı qərarın icrası baxımından əhəmiyyət kəsb etmir. Belə ki, hazırkı mübahisənin predmeti olmuş xx.xx.2019-cu il tarixli qərarla hesablanmış vergi məbləği, həmçinin xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614,33 manat vergi məbləğini də əhatə etmişdir.

15. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən (xx.xx.2019-cu il tarixli) qərarla əvvəlki (xx.xx.2016-cı il tarixli) qərara əlavə edildiyini bəyan edirsə, o, bunu, eyni zamanda, əvvəlki qərarın hüquqi taleyini (ləğv edildiyini və ya dəyişdirildiyini) sonrakı qərarında göstərməli və əsaslandırmalı idi. Hazırkı (xx.xx.2019-cu il tarixli) qərarda əvvəlki qərarın ləğvinə və ya dəyişdirilməsinə dair hər hansı göstəriş (məlumat) yoxdur. Vergi orqanının qərarlarında yuxarıda qeyd olunan anlaşılmazlıqların (qeyri-müəyyənliklərin) mənbəyi, məhz həmin qərarların Vergi Məcəlləsinin 49.2-ci v ə “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsində təsbit olunmuş tələblərə uyğun tərtib olunmaması, qərarların əsaslandırılmamasıdır. Mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarın, həmçinin cavabdehin istinad etdiyi xx.xx.2016-cı il tarixli qərarın məzmunundan göründüyü kimi, həmin qərarlarla iddiaçıya hesablanmış vergi məbləğlərinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri qərarda göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı qərarın icrası zamanı qanun i qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar nəzərə alınmalı, iddiaçının şəxsi hesab vərəqəsindən borc məbləğinin silinməsi aparılarkən xx.xx.2019-cu il tarixli qərarla hesablanmış vergi məbləğinin həmçinin xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614,33 manat vergi məbləğini də əhatə etməsi nəzərə alınmalı və ümumilikdə 2256756,88 manat vergi məbləği silinməklə qərar icra edilməlidir.

16. Məhkəmə ərizədə qeyd edilmiş digər halla, yəni hazırkı işlə bağlı VCİABİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması ilə bağlı qeyd edir ki, hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburilik, icraedilənlik, preyudisiallıq və hüquqi müəyyənlik prinsipləri qüvvədədir. Ə gər baş vermiş faktla bağlı hər hansı bir qanuni qüvvəyə minmiş məhkəmə hökmü olarsa, bu hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına yeni açılmış hallarla bağlı yenidən baxılması üçün əsas ola bilər. Əks halda məhkəmə qərarının icra edilməsi zəruridir. Əks yanaşma konstitusion hüquq olan təqsirsizlik prezumpsiyasına da ziddir.

17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Məhəmməd Rüstəmli və Namiq Cəfərov) 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3291/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdiri lmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarının icrası zamanı xx.xx.2019-cu il tarixli qərarla hesablanmış vergi məbləğinin xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614,33 manat vergi məbləğini də əhatə etməsi nəzərə alınmaqla iddiaçının şəxsi hesab vərəqəsindən ümumilikdə 2256756,88 manat vergi məbləğinin silinməsi kimi izah verilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın məhkəmə qərarına izah verilməsi barədə ərizəsi təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarının icrası zamanı iddiaçının şəxsi hesab vərəqəsindən borc məbləğinin silinməsi aparılarkən xx.xx.2019-cu il tarixli qərarla hesablanm ış vergi məbləğinin həmçinin xx.xx.2016-cı il tarixli qərarla 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614,33 manat vergi məbləğini də əhatə etməsi nəzərə alınmalı və ümumilikdə 2256756,88 manat vergi məbləği silinməklə qərar icra edilməlidir.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun məhkəmə qərarına izah verilməsi barədə ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmı ş hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayə ti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyas iya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, iş üzrə məhkəmə qərarına apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı və əsaslandırılmış şəkildə izah verilmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3291/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar