Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-409/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: çıxarışın və plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21.02.2025 Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)3513/2024 nömrəli, 9 o ktyabr 2024-cü il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının adına H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1/186 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim edilən üzvlük kitabçası) idarənin arxivində aşkar edilməmişdir.
2. H.Z.Tağıyev adına NQÇİ ba xçaçılıq birliyinin 589 nömrəli, 18 avqust 1999-cu il tarixli üzvlük biletindən görünür ki, İddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən ayrılmış 1/186 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı H.Z.Tağıyev adına NQÇİ XTS-da mühəndis kimi işləmişdir. Həmin müəssisənin işçisi kimi H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən ona 1/186 nömr əli bağ sahəsi ayrılmışdır. Bu barədə ona məxsus 589 nömrəli, xx.xx.1999-cu il tarixli üzvlük kitabçası verilmişdir. Həmin kitabçadan da görünür ki, qeyd edilən bağ sahəsinə dair üzvlük haqqını mütəmadi ödəmişdir. 1/186 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7169/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən ayrılmış 1/186 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinə üzv qəbul edilmiş, ona 1/186 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçının üzvlük kitabçası mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh tərəfin dən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinə üzv olmasına dair üzvlük kitabçası İddiaçı mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edir.
7. Üçüncü şəxs AR Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir və bununla da ona münasibətdə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3513/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczad ə - sədrlik edən və məruzəçi, M.Qarayeva və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Üçüncü şəxs AR Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş baza məlumatlarına əsasən, ərazinin yaxınlığında ləğv olunmuş neft quyusu məlumatı mövcuddur. Belə ki, mühafizə zonaları ona görə tətbiq edilir ki, insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
13. İşə baxan məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi də araşdırılmamışdır. Halbuki, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir.
14. Bu səbəbdən yuxarıda göstərilən torpaq sahəsinə yerli icra hakim iyyəti orqanları, bələdiyyələr və ya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən hüquqmüəyyənedici sənədlərin verilməsi yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarı mövcud olduğu halda həyata keçirilə bilər. Lakin göründüyü kimi Nazirlər Kabinetinin belə bir qərarı mövcud deyildir.
15. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmamış və sonda düzgün olmayan qərar çıxarılmışdır.
16. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kassasiya şikayətində, qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şə xsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmaqla)“bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 139. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunver iciliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 9. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10. 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə v ə ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yer quruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.4. hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 10.2. qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi m üvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunveri ciliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hal larda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-3513/2024 nömrəli qərarı ilə yuxarı da göstərilmiş nəticəyə gələrkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.4, 8.0.7, 10.2, 12.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə, «Yerli icra hakimiyyəti orqanlarının n əzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnaməyə, «İnzibati icraat haqqında» Qanunun 15.1, 15.2, 19.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid o lan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.
24. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi sözügedən nəticə ilə razılaşmaqla qeyd etməyi zəruri hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktu buna əsasən bildirilmişdir ki, iddiaçının adına H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1/186 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim edilən üzvlük kitabçası) idarənin arxivində aşkar edilməmişdir.
25. Lakin iş materiallarında olan H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin 589 nömrəli, 18 avqust 1999-cu il tarixli üzvlük biletindən görünür ki, İddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür.
26. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğu məhkəməyə təqdim edilmişdir.
27. Bunun nəticəsində müəyyən edilmişdir ki, iddiaçı H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinə ü zv qəbul edilmiş, ona 1/186 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçının üzvlük kitabçası mövcuddur.
28. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur.
29. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, b u Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
30. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi doğru olaraq göstərmişdir ki, 1/186 nömrəli bağ sahəsinin H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən ayrıldığı dövrdə həmin bağ sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən əsasla iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdehin imtinası əsaslı hesab edilə bilməz.
31. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən İddiaçı iddia etdiyi H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən ayrılmış 1/186 nömrəli bağ sahəsinin ətrafında olan bağ sahələrinə dair ortofoto görüntünün, həmin bağ sahəsinin ətrafında olan qeydiyyatdan keçmiş bağ sahələrinin olub-olmaması barədə məlumatın, həmçinin iş üzrə keçirilmiş yerli baxışla bağlı müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə və ortofoto görüntüyə əsasən müəyyən olunur ki, iddiaçının çıxarışın verilməsini tələb etdiyi bağ sahəsini n qonşuluğunda yerləşən 1/1841/185 saylı və 1/189 saylı bağ sahələrinə dair müvafiq olaraq X4 və X5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilərək bununla bağlı onlara çıxarış verilmişdir. Həmin çıxarışlarda da sözügedən ərazidəki torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları olduğu qeyd edilmişdir. Həmçinin, ortofotogörüntüdən də aydın olur ki, mübahisəli torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlıq birliyinin ayrıc aktı daxilində yerləşir.
32. Apellyasiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi ortofotogörüntüdə sarı xəttlə işarələnmiş ərazinin “Bahar” bağçılıq yoldaşlıq birliyinə ayrılmış ərazi olduğunu və iddiaçının iddia etdiyi bağ sahəsinin məhz həmin ayrıc aktı daxilində yerləşdiyini qeyd etmişdir.
33. H əmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardırmı?
34. Bununla bağlı olaraq məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətini təmin etməkdənn imtina etsə də, birinci instansiya məhkəməsində araşdırma zamanı qəbul edilmiş məhkəmə aktı ilə razılaşmış və apellyasiya şikayəti ilə müraciət etməmiş, bununla yanaşı kassasiya şikayəti də verməmişdir. Hazırda yalnız 3-cü şəxs tərəfindən verilmiş kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin aktı tam olaraq yoxlanılır.
35. Bu arada məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinə riayət edilib-edilməməsi baxımından oxşar iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-560/2023 saylı qərarına müraciət edilməlidir.
36. Belə ki, həmin qərarın “kassasiya instansiyası məhkəməsinin mövqeyi” adlanan hissəsində yazılmışdır ki, “Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahi yyətcə apellyasiya şikayətinin və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Sabunçu rayon İcra Hakimiyyəti başçısının 316 saylı, 06 iyun 2014-cü il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi üçün tələb olunan əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada v ə hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamı ilə Bakıxanov qəsəbəsi, Mehmandarov, Fətəliyev, Sülh və Gənclik küçələrində yerləşən ticarət obyektlərinin köçürülməsi və Fətəliyev küçəsində yeni ticarət mərkəzinin inşa edilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən və sahəsi 29.6 kv.m o lan iddiaçıya məxsus ticarət obyektinin abadlıq işlərinin aparılması və həmin küçədə yolun genişləndirilməsi ilə əlaqədar köçürülməsi nəzərdə tutulmuş və bu barədə Sabunçu rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamının icrası ilə bağlı yaradılmış komissiya tərəfindən akt tərtib edilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının "Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən X1 məxsus ticarət obyektinin yerinin dəyişdirilməsi barədə” 316 saylı, 06 iyun 2014-cü il tarixli sərəncamına əsasən Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində sahəsi 39.7 kv.m olan mağaza iddiaçının istifadəsinə verilmiş və həmin mağazanın eskiz layihəsi təsdiq edilmişdir. Yeni ticarət mərkəzində yerləşən, sahəsi 39.7 kv.m olan mağazanın iddiaçıya səlahiyyətli inzibati orqanın sərəncamı əsasında onun abadlıq işlərinin aparılması və həmin küçədə yolun genişləndirilməsi ilə əlaqədar sökülmüş ticarət obyektinin əvəzinə kompensasiya olaraq natura şəklində ayrıldığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Odur ki, cavabdeh həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, işdə olan sənədlərdən cavabdeh tərəfindən eyni ticarət obyektində yerləşən və eyni qaydada ayrılmış, ümumi sahəsi 38.8 kv.m olan qeyri-yaşayış sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxsə bu barədə RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qey diyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim olunmuşdur. Bu baxımdan eyni ticarət obyektində yerləşən və eyni qaydada ayrılmış qeyriyaşayış sahəsinə həmin şəxsin hüquqları qeydiyyata alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirə n 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfin dən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və h üquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.”
37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxsin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 09.10.204-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)3513/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.