Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4090/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsi; işğal altında olmayan ərazilərdəki hərbi hissələrdə maliyyə təminatını həyata keçirən şəxslər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, * nömrəli əmrindən çıxarışa əsasən R İddiaçı, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## ###### 2019-cu il tarixli **** nömrəli əmri ilə N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi vəzifəsinə təyin edilmiş, Bakı şəhəri N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, ## ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməsi, vəzifəsinin qəbuluna və icrasına başlaması qərara alınmışdır.
2. N nömrəli hərbi hissə komandirinin “N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqların icrası haqqında” ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmrini rəhbər tutaraq N nömrəli hərbi hissənin hərbi qulluqçularının Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi və verilmiş döyüş tapşırıqlarının icra edilməsi məqsədi ilə əmr edilmişdir: - N nömrəli hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-texniki təminat taqımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilsin. Döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilsin. - Hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilsin: X1 – tabelikdəki bölmələrin avtotexniki, yanacaq sürtkü materialları, ərzaq, əşya, metroloji, maliyyə və raket artilleriya silahların təminatı üzrə tədbirləri vaxtında həyata keçirmək, bölmələrin həyat qabiliyyətini saxlanılması, tibbi təminatı üzrə bütün növ profilaktik tədbirlərin həyata keçirilməsini, qaytarılmaz və sanitar itkilərin təxliyəsini, ilkin tibbi yardımların göstərilməsini həyata keçirtməklə yanaşı bölmələrin yaşama qabiliyyətinin saxlanılması üçün tapşırıqlar icra edilsin. Cəlb edilən şəxsi heyət – N nömrəli hərbi hissənin qərargahının arxa cəbhə təminat və tibbi təminat üzrə şəxsi heyət. - ##.##.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı aşağıdakı kimi tərtib edilsin: Maliyyə xidməti rəisi R İddiaçı - X1.
3. N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli, *** nömrəli əmrinə əsasən maliyyə xidməti rəisi – baş mühasib R İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, ## ######## 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə göndərilmişdir.
4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.
5. Cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatın 6-cı, 7-ci və 8-ci bəndlərində olan qeydlərə, ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük “Vətən Müharibəsi” dövründə N nömrəli hərbi hissədə zabit kimi xidmət etmiş və ##.##.2023-cü il tarixdə yaşa görə ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə Müdafiə Nazirliyinin müvafiq əmri ilə 44 günlük Vətən Müharibəsi dövrü döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab edilmişdir. Lakin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ünvanlayaraq müharibə veteranı adının verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçıya ##.##.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı imtina cavabını əsassız və qanunsuz hesab edir.
8. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, döyüş əməliyyatları zamanı iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərə əsasən iddiaçı İddiaçı Vətən müharibəsi zamanı hərbi hissənin maliyyə xidmətinin rəisi vəzifəsində Kürdəmir rayonunda xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək işğaldan azad olunmamış Kürdəmir rayonunda maliyyə xidmətinin rəisi vəzifəsində xidmət etmişdir. Həmçinin, N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqlarının icrası haqqında N nömrəli hərbi hissə komandirinin # ####### 2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan da görünür ki, iddiaçı hərbi hissənin dislokasiya məntəqəsi olan Kürdəmir rayonunda maliyyə xidmətinin rəisi vəzifəsində xidməti vəzifələrini yerinə yetirmişdir. Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci abzasındakı normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, Kürdəmir rayonu istiqaməti üzrə yerləşmiş hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir: 1) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə müharibə veteranı adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Kürdəmir rayonunda olmuşdur. Göründüyü kimi, Kürdəmir rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirməmiş və Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamış, yalnız xidməti vəzifələrini icra etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçı İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı – döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə maddi-texniki, mənəvi-psixoloji və tibbi təminat üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı avtotexniki, yanacaq sürtkü materialları, ərzaq, əşya, metroloji, maliyyə və raket artilleriya silahların təminatı üzrə tədbirləri vaxtında həyata keçirmək, bölmələrin həyat qabiliyyətini saxlanılması, tibbi təminatı üzrə bütün növ profilaktik tədbirlərin həyata keçirilməsini, qaytarılmaz və sanitar itkilərin təxliyəsinin, ilkin tibbi yardımların göstərilməsini həyata keçirtməklə yanaşı bölmələrin yaşama qabiliyyətinin saxlanılması məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Odur ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər X.Cəmilova – məruzəçi, R.Səmədov və O.İsmayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş N nömrəli hərbi hissə komandirinin *** nömrəli ## #### 2022ci il tarixli “##.##.2020 - ##.##.2020-ci il tarixlərində işğal altında olan torpaqların azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara pul təminatının ödənilməsi haqqında” əmrinə əsasən R İddiaçı ##.##.2020-##.##.2020-ci il tarixlərində işğal altında olan torpaqların azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etməsinə görə pul təminatının ödənilməsi qərara alınmışdır. Həmçinin N nömrəli hərbi hissədə müharibə veteranlığı təyin olunan 25 nəfər hərbi qulluqçunun siyahısı da məhkəmə kollegiyasına təqdim olunmuşdur. Beləliklə, iddiaçı ##.##.2020-##.##.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
16. Kassator bildirir ki, hərbi hissənin maliyyə xidməti aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasında, hazırlanmasında və ya idarə edilməsində iştirak etmir o, yalnız hərbi hissənin maliyyə təsərrüfatının aparılmasına cavabdehdir. Həmçinin nəzərinizə Daxili Xidmət Nizamnaməsinin bəndinə əsasən maliyyə xidməti rəisi alayın (briqadanın) maliyyə təsərrüfatının vəziyyətinə cavabdehdir, o, alay (briqada) komandirinə tabedir, alayın (briqadanın) maliyyə xidməti rəisinin vəzifəsidir: alayın (briqadanın) maliyyə təsərrüfatını təşkil etmək və şəxsi heyətin pul təminatını vaxtında ödəmək; pul vəsaitini vaxtında sifariş etmək, maliyyə təsərrüfatının uçot və hesabat işini aparmaq; təhtəlhesab şəxslərin hesabatını yoxlamaq; pul qutusundakı nəğd pul məbləğini və qiymətli kağızları hər gün uçot göstəricilərinə görə yoxlamaq.
17. İddiaçı döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə Kürdəmir rayonunda öz xidməti vəzifələrini icra etmişdir. Yəni hərbi hissənin maliyyə xidməti rəisi yalnız hərbi hissənin hərbi hissənin maliyyə təsərrüfatının aparılmasına cavabdehdir. İddiaçı İddiaçı “Vətən müharibəsi” zamanı Kürdəmir rayonunda yerləşən xidmət etdiyi hərbi hissənin tərkibində yuxarıda qeyd edilən tapşırıqları yerinə yetirmiş olsa belə, yerinə yetirdiyi həmin tapşırıqlar ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas sayıla bilməz. İddiaçının fəaliyyəti döyüş əməliyyatlarında bilavasitə iştirak etmək və ya döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməkdən ibarət olmamış, onun fəaliyyəti yalnız və yalnız maliyyə təsərrüfatının təşkilindən ibarət olmuşdur.
18. Kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il ######ın #-dən 1951-ci il ######ın ##-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 0# ####### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixdə gedən döyüşlərdə hava hücumundan müdafiə üzrə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Öz mövqeyini əsaslandırmaq üçün iddiaçı N nömrəli hərbi hissə komandirinin “N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqların icrası haqqında” ##.##.2020ci il tarixli, *** nömrəli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir.
28. Mübahisə predmeti iddiaçının müharibə veteranı adının almasına hüququnun olub-olmaması ilə bağlıdır.
29. Qeyd etmək lazımdır ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı hallar üzrə hüquqi əsas “Veteranlar haqqında” Qanun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təşkil edir.
30. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilir. Həmin normaya görə qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş bütün şəxslərə deyil, müəyyən kateqoriya şəxslərə bu statusun verilməsini məqsədə müvafiq hesab edir ki, belə şəxslərin dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşir. Məhkəmə kollegiyası bildirir ki, müharibə veteranı adının verilməsi ilə bağlı olan şəxslərin dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-
31. *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı ci il tarixli, və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə əksini tapmışdır.
32. Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək olan dövr üzrə müharibə veteranı adı və vəsiqəsi verilən şəxslər əsasən iki kateqoriyaya bölünmüşdür.
33. Onlardan biri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçular və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (hərbi hissə (bölmə) və ya orqanların mülki işçiləri), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərdir.
34. Onlardan digəri isə 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərdir.
35. İddiaçı birinci hala istinad etməmişdir. Onsuz da, iddiaçının vəziyyəti birinci hala uyğun gəlmir. İddiaçı ikinci hala əsaslanmışdır.
36. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin “N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və döyüş tapşırıqların icrası haqqında” ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçının adı maliyyə xidmətinin rəisi kimi ##.##.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuların adlı siyahısında, X1 göstərilmişdir.
37. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən iddiaçının adı bilavasitə döyüşən şəxslərin siyahında deyil, arxa cəbhə ilə bağlı siyahıda qeyd edilmişdir. Həmin əmrdə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi qeyd olunmamışdır. İddiaçı bilavasitə döyüş əməliyyatlarına cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmişdir.
38. Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
39. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrində döyüş əməliyyatları zamanı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuların siyahısı təsdiq olunmuş və əmrin 2-ci bəndində arxa cəbhədə maliyyə təminatı üzrə tədbirlərin vaxtında həyata keçirilməsi göstərilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən tələbləri baxımından iddiaçının xidməti “döyüş əməliyyatlarında bilavasitə iştirak edən şəxslər” və ya “döyüş təminatı üzrə tapşırıqları yerinə yetirən şəxslər” kateqoriyasından heç birinə aid deyil.
40. Odur ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsaslar olmadığından iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.