Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4091/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Operativ Vergi Nəzarəti və Uçotunun Təşkili Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın, kameral vergi qərarlarının ləğvindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyev ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X3 və Uçotunun Təşkili Baş Idarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə ##.##.2023-cü il tarixli **************** qeydiyyat nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (1401550582) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 32,9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Online ups üçün akumlyator 12 v 12A, Lenovo yoga c940, Asus vivobook k513, Hitachi proyektor lampası, Monitor HP P24 G4 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur."
2. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən iddiaçıya 2022-ci il gəlir vergisi üzrə 24.868,04 manat vergi hesablanmışdır. Səbəb olaraq iddiaçının Nazirlər Kabinetinin *** saylı qərarının 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən ##.##.2023cü il tarixli **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi siyahısına daxil edildiyi, bunun isə kənarlaşmaların yaranmasına səbəb olduğu göstərilmişdir.
3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 873,61 manat vergi hesablanmışdır. Səbəb olaraq qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinin onun riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə olan ##.##.2023-cü il tarixli **************** qeydiyyat nömrəli qərarın, ##.##.2023-cü il tarixli **************** qeydiyyat nömrəli bildirişlə (№***********) 2022-ci il bəyannamə və hesabat dövrü üzrə dövlət büdcəsinə ümumilikdə 8655 (səkkiz min altı yüz əlli beş) manat 59 qəpik vergi borcunun, o cümlədən 628 manat 86 qəpik faizlər üzrə borcun ödənilməsinə dair tələbin, 24868 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz) manat 04 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın, ##.##.2023-cü il tarixli **************** qeydiyyat nömrəli bildirişlə (№***********) 32778 (otuz iki min yeddi yüz yetmiş səkkiz) manat 88 qəpik, o cümlədən faizlər üzlə 1718 manat 67 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə” ona qarşı 40.0 (qırx) manat maliyyə sanksiyası tətbiq edilməsi barədə olan ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın, ##.##.2023cü il tarixli **************** qeydiyyat nömrəli bildirişlə (№ ***********) 33299 (otuz üç min iki yüz doxsan doqquz) manat 97 qəpik, o cümlədən, 40.00 manat maliyyə sanksiyaları üzrə, 2199 manat 76 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin, 873 (səkkiz yüz yetmiş üç) manat 61 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın, #.##.2023-cü il tarixli **************** qeydiyyat nömrəli bildirişlə (№***********) 34,674 manat 42 qəpik, o cümlədən 40.00 manat maliyyə sanksiyaları üzrə, 2700 manat 60 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin və bu tarixdən sonra hesablanmış əlavə faiz borclarının tutulmasına dair qərarlar və tələblərin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, Aparatın rəhbəri R X1 ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğun olaraq iddiaçının əməlində risk meyarı (meyarları) müəyyən edildiyi iddia olunur ki, bu da həqiqətə uyğun deyil. Iddiaçı belə əməliyyatlara yol verməmişdir. Belə ki, iddiaçının aldığı mallarla satdığı mallar arasında çeşid fərqi olmayıb. Təqdim olunan elektron qaiməfakturalarda aldığı mal çeşidlərindən fərqli mal çeşidlərini göstərməmişdir. Vergi xidməti tərəfindən belə bir fakt müəyyən edilməyib. Buna baxmayaraq, Vergi Xidmətinin iddiaçıya qarşı olan qeyri-obyektiv münasibəti davam etdirilir, əsassız vergi borcları, faizlər və s. ödəmələr hesablanır. Iddiaçının vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə şikayət vermək imkanının qarşısını almaq, yaxud məhdudlaşdırmaq məqsədilə müxtəlif qanunsuz üsullara yol verilir, Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin və digər müvafiq normativ hüquqi aktların tələblərinə zidd olaraq, aparılmış kameral yoxlamaların məzmunu və mahiyyəti barədə iddiaçıya məlumat verilmir, qəbul olmuş qərarlar lazımınca əsaslandırılmır, onlar qanunla müəyyən olunmuş formada və qaydada iddiaçıya vaxtında təqdim olunmur, müvafiq müddətləri gözləmədən faizlər hesablanır. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cəlil oğlunun iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinə qarşı “cavabdehin iddiaçının riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə ##.##.2023-cü il tarixli **************** qeydiyyat nömrəli qərarının, 24868 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz) manat 04 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə” iddiaçıya qarşı 40.0 (qırx) manat maliyyə sanksiyası tətbiq edilməsi barədə olan ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın, 873 (səkkiz yüz yetmiş üç) manat 61 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın, iddiaçının riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə ##.##.2023-cü il tarixli **************** qeydiyyat nömrəli qərarın icrası ilə bağlı olan, lakin ona təqdim olunmamış digər qərarların, məsələn, ##.##.2023-cü il tarixli **************** qeydiyyat nömrəli bildirişlə bəyan edilmiş 34,674 manat 42 qəpik məbləğində hesablanmış əlavə faiz borclarının tutulmasına dair qərarlar və tələblərin ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. Lakin sonradan iddiaçının verdiyi yeni dəqiqləşmə ərizəsinə əsasən onun iddia tələbi “cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinin iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə ##.##.2023cü il tarixli **************** qərarının, 24868 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz) manat 04 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının və 873 (səkkiz yüz yetmiş üç) manat 61 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir.
6. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim F.Ismayılzadə) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının riskli vergi ödəyicisi kimi tanınması birbaşa onun kommersiya fəaliyyəti çərçivəsində həyata keçirdiyi əməliyyatların qanunvericiliklə müəyyən edilmiş normalara və vergi nəzarəti prinsiplərinə uyğunluq baxımından ziddiyyət təşkil etməsi ilə bağlıdır. Belə ki, ##.##.2022 - ##.##.2022-ci il tarixləri arasında cəmi 32.900 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Online UPS üçün akkumulyator 12V 12A, Lenovo Yoga C940, Asus Vivobook K513, Hitachi proyektor lampası, Monitor HP P24 G4 və s." malların satışının həyata keçirildiyi müəyyən edilsə də, vergi ödəyicisinin alış əməliyyatlarında və idxalında bu malların mövcudluğu aşkarlanmamışdır. Vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması zamanı, eləcə də məhkəmə icraatı çərçivəsində iddiaçı tərəfindən satışda göstərilən, lakin alışında və ya idxalında yer almayan malların hüquqi mənşəyini təsdiq edən sənədlər təqdim olunmamışdır. Bu hal isə, Vergi Məcəlləsi və ona əsaslanan normativ aktlarla müəyyən edilmiş vergi risklərinin qiymətləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Meyarların 3.1.2-ci bəndinə uyğun olaraq, iddiaçının riskli vergi ödəyicisi kimi təsnif olunmasına hüquqi zəmin yaratmışdır.
8. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, N.Nəbizadə və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri 12.
TƏTBIQ EDILƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.4. Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 13.2.82 Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Maddə 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. riskli vergi ödəyicisi hesab olunmanın meyarları (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda); aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FIN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.1-2.1.5. riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.1-2.1.5. riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər). 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı riskli vergi ödəyicisi hesab olunması barədə qərarın, həmçinin riskli vergi ödəyicisi hesab olunması əsası ilə kameral vergi yoxlaması zamanı aşkar olunan kənarlaşmalar nəticəsində ona münasibətdə vergilərin hesablanmasına əsas olmuş qərarların ləğv edilməsinə nail olmaqdan ibarətdir.
22. Işin faktiki hallarına görə, ##.##.2022 - ##.##.2022-ci il tarixləri arasında cəmi 32.900 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Online UPS üçün akkumulyator 12V 12A, Lenovo Yoga C940, Asus Vivobook K513, Hitachi proyektor lampası, Monitor HP P24 G4 və s." malların satışının həyata keçirildiyi müəyyən edilsə də, vergi ödəyicisinin alış əməliyyatlarında və idxalında bu malların mövcudluğu aşkarlanmamışdır.
23. Belə ki, satışı həyata keçirilmiş malların (UPS akkumulyatoru, noutbuklar, monitor və digər mallar) alışına və ya idxalına dair vergi orqanına hər hansı təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən satılmış malların mənşəyini təsdiq edən sübutların olmaması həmin malların alış uçotunda əks etdirilmədiyini göstərir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Meyarların 3.1.1 bəndinə görə vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə riskli əməliyyat hesab olunur.
25. Həmçinin alış sənədi ümumiyyətlə mövcud olmadıqda da bu hal artıq həcmdə satış kimi qiymətləndirilməlidir. Beləliklə, alışın “0” olduğu halda satışın mövcudluğu riskli əməliyyatın mövcudluğunu təsdiq edir. Bu hallar iddiaçının riskli vergi ödəyicisi kimi təsnif olunması üçün hüquqi əsas yaradır.
26. Oxşar işlər üzrə Ali Məhkəmənin Inzibati Kollegiyasının formalaşmış hüquqi mövqeyinə əsasən qeyd edilməlidir ki, “Meyarların hazırda qüvvədən düşmüş 3.1.1-ci yarımbəndinə görə, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, şəxs riskli vergi ödəyicisi hesab oluna bilərdi. Bu hala istinad üçün şəxsin həm alışını, həm də satışını təsdiq edən sənədlər mövcud olmalı və həmin malların müxtəlif çeşiddə olduğu müəyyən edilməlidir. Hazırkı işdə isə, iddiaçının alışını təsdiq edən mötəbər sənədlər mövcud olmadığından, iddiaçının satdığı malların aldığı mallarla fərqli çeşiddə olması (müqayisə üçün hər iki malın mövcudluğu tələb olunduğundan) barədə cavabdehin iddiası əsaslı sayıla bilməz. Cavabdeh Meyarların 3.1.1-ci bəndini düzgün təfsir etməyərək alışı olmayan malı fərqli çeşiddə olan mal kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdehin Meyarların 3.1.1-ci bəndinə istinadən iddiaçını riskli vergi ödəyicisi hesab etməsi əsassız sayılmalıdır.
27. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Meyarların 3.1.2-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. Istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dispozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarları).”
28. Bundan əlavə kollegiya bildirir ki, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən iddiaçıya 2022-ci il gəlir vergisi üzrə 24.868,04 manat vergi hesablanmışdır. Buna əsas iddiaçının Nazirlər Kabinetinin *** saylı qərarının 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi siyahısına daxil edildiyi, bunun isə kənarlaşmaların yaranmasına səbəb olduğu göstərilmişdir.
29. Həmçinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 873,61 manat vergi hesablanmışdır. Buna əsas Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
30. Kollegiya bununla bağlı qeyd edir ki, bu qərarın 13-cü bəndində istinad edilən normaya əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz. Hazırkı işdə iddiaçının satışında mövcud olan müvafiq malların onun alışında və ya idxalında müəyyən edilməməsi, həmin vergi ödəyicisinin xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığını ifadə edir.
31. Beləliklə, kollegiya apellyasiya məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun qaydada həyata keçirilmişdir. Kameral yoxlama zamanı aşkar edilmiş uyğunsuzluqlar əsasında iddiaçıya əlavə vergi hesablanması qanunvericiliyin tələbinə uyğun olmuşdur.
32. Bununla yanaşı, riskli vergi ödəyicisi statusunun tətbiqi vergi nəzarətinin təmin edilməsi və vergi intizamının qorunması məqsədinə xidmət edir. Odur ki, alış sənədi olmadan malların satışı digər vergi ödəyiciləri ilə müqayisədə əsassız üstünlük yaradır və ədalətli rəqabət prinsiplərini pozur. Bu səbəbdən iddiaçının riskli vergi ödəyicisi kimi tanınması və bu əsasla qəbul edilmiş vergi qərarları qanuni və əsaslı hesab edilir.
33. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.