Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4094/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; mütəxəssis rəyi və ekspert rəyi, bazar qiyməti; Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tətbiqi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması,) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2025-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktına əsasən cavabdeh tərəfindən iddiaçıda səyyar vergi yoxlaması ##.##.2024-cü ildə başlamış və ##.##.2024-cü ildə başa çatmışdır.
2. “X1” MMC-nin ##.##.2024-cü il tarixli, QYT*** nömrəli ekspert rəyinə əsasən iddiaçının satış obyektinin Sədərək Ticarət Mərkəzində yerləşdiyi əsas götürülərək bazar araşdırması zamanı müəyyən edilmiş qiymətlərin ümumi orta dəyərinin hesablanmasında xüsusi çəki prinsipi tətbiq olunmuşdur. Bu yanaşmaya əsasən müəyyənləşdirilən bazar qiymətində Sədərək Ticarət Mərkəzində müəyyən edilmiş qiymətlərin orta göstəricisi, ümumi hesablamada 70%, onlayn mənbələrdən əldə edilmiş qiymətlərin orta göstəricisi isə 30% nisbətində nəzərə alınmışdır.
3. “X1” MMC-nin ##.##.2024-cü il tarixli, IST*** nömrəli mütəxəssis rəyinə əsasən həmin mütəxəssis rəyini Avstraliyanın Sidney Universitetindən Kommersiya üzrə magistr dərəcəsinə malik olan, Ingiltərənin Uarvik Universitetinin kommersiya ixtisası üzrə doktorantı X3 imzalamışdır, rəyin hesablama hissəsindən görünür ki, iddiaçı tərəfindən yoxlama dövründə alınan bütün əlüzyuyanlar moydadır satışı kimi qiymətləndirilmişlər.
4. Cavabdehin ##.##.2025-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı”na əsasən cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçıya iddiaçıya cəmi 1216194,39 manat məbləğində verginin azaldılmasına görə 608097,2 manat maliyyə sanksiyası tətbiq edilmiş, ona 974639,84 manat əlavə vergi hesablanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi yoxlamanın təyin edilməsi barədə qərarda əsaslandırılmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərar və qərardadlarında (vahid məhkəmə təcrübəsi ilə əlaqədar) pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** saylı,##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli *-*(***)- ****/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. - Bundan başqa, Aktın 1.9.4-cü bəndində ##.##.2024-cü il tarixli **************** nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən ekspertizanın aparıldığı qeyd olunmuşdur. Təqdim olunmuş malın (işin, xidmətin) bazar qiymətinin müəyyən olunması üçün Vergi Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən olunan ardıcıllığa riayət edilməlidir. Halbuki, bazar qiymətinin ekspert rəyi əsasında müəyyən edilməsi ən son addımdır. Lakin cavabdeh səyyar vergi yoxlaması aktında yalnız Vergi Məcəlləsinin 14.6.3.1-ci və 14.6.3.2-ci maddələrinin niyə tətbiq edilmədiyini əsaslandırmamışdır. Cavabdeh təqdim edilən malların bazar qiymətini ekspertiza təyin etmək yolu müəyyən edərkən qanunvericiliyin imperativ tələblərinə riayət etməmiş, daha əvvəlki metodlardan istifadə etməmişdir. - Bundan başqa, “Ekspertiza təyin edilməsi barədə” qərar vergi ödəyicisinə təqdim edilməmiş, onun həmin Məcəllənin 44.7-ci maddəsi ilə müəyyən olunan hüquqları təmin olunmamışdır. Həmçinin, cavabdeh qanunvericiliyin imperativ tələblərini pozaraq, ekspertizanı “Inzibati icraat haqqında” Qanunun 41.4-ci maddəsinə zidd olaraq, məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertlərinə həvalə etməmişdir. Həmin normaya əsasən, ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun” 11-ci maddəsinə görə, ... “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir... Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi nəzərdə tutulur) tərəfindən verilir. Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.” Qanunvericiliyin qeyd olunan müddəalarından göründüyü kimi, inzibati orqan yalnız məhkəmə ekspertizası idarəsinin eksperti və ya özəl məhkəmə eksperti ilə müqavilə bağlayaraq müvafiq sahə üzrə rəy ala bilər. Iddiaçıya ##.##.2024-cü il tarixində ekspert rəyi təqdim edən “X2” MMC-nin direktoru X4 özəl məhkəmə eksperti şəhadətnaməsi yoxdur. Bu səbəbdən də mahiyyətindən asılı olmayaraq onun verdiyi rəyin hüquqi əsası yoxdur. Bundan başqa, rəy verən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə görə bilə-bilə yalan rəy verməyə məsuliyyət daşıması barədə iltizam təqdim etməmişdir ki, bu da onun verdiyi rəyin mötəbər olmadığını bir daha təsdiq edir. Belə ki, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 22.3-cü bəndinə görə, müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətini bildirən və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Həmçinin, vergi orqanlarının bazar qiymətini müəyyən etməsi üçün birbaşa ekspert rəylərindən istifadə etməsinin əsassız olması formalaşmış məhkəmə təcrübəsi ilə də dəfələrlə təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli **(***)-****/**** saylı, ##.##.2023-cüil tarixli *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı və əvvəlki illərdə qəbul edilmiş çoxsaylı qərarlarında əks etdirilən mövqeyə görə, bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə riayət edilməlidir. ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı Qərarın 13-cü bəndində qeyd edilmişdir: “Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Beləliklə də, məhkəmə yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir.” Həmçinin, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı Qərarın 37-40-cı bəndlərində əks etdirilən mövqeyə görə, ...Vergi Məcəlləsinin 14.6-cı maddəsi ilə bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələri ilə bazar qiymətini müəyyən etmək mümkün olmadığı hallarda və təqdirdə keçərlidir. ... Qeyd olunan üsullar nəticə vermədiyi təqdirdə, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl olunmaqla bazar qiyməti müəyyən edilməlidir. Həmçinin, iş üzrə ekspert qismində rəy verən "xxxx" MMC-nin əməkdaşı X1 iltizamda Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə bilə-bilə yalan rəy verməyə görə məsuliyyət barədə xəbərdar olunmadığına görə, onun rəyi də ekspert rəyi kimi qiymətləndirilə və mötəbər hesab oluna bilməz. Xüsusilə qeyd edilməlidir ki, ##.##.2024-cü il tarixdən qüvvəyə minən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycanda yeni yaradılmış Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyət göstərir və qiymətləndirmə sahəsində fəaliyyət göstərən şəxslər mütləq həmin qurumun üzvü olmalıdır. Iddiaçı barəsində rəy təqdim edən X4 həmin qurumun üzvü deyildir. Əlavə olunan sənəddən göründüyü kimi, "X2" MMC-nin yalnız 2 əməkdaşı Palatanın üzvüdür. Bu isə o deməkdir ki, E.Ilyasın Azərbaycan Respublikası ərazisində daşınar əmlakın qiymətləndirilməsinə dair rəy vermək səlahiyyəti yoxdur.Səyyar vergi yoxlaması aktının 1.9.5-ci bəndində qeyd olunmuşdur ki, “X2” MMC-nin direktoru X4 həm də mütəxəssis kimi yoxlamaya cəlb olunmuş və hesablama aparılan zaman onun təqdim etdiyi mütəxəssis rəyindən istifadə edilmişdir. Qeyd olunan şəxs iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilmədiyindən həmin şəxs bu sahədə mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Mütəxəssis rəyinin mahiyyəti ilə bağlı isə bildiririk ki, iddiaçı tərəfindən yoxlama dövründə alınan əlüzyuyanlar heç bir əsas olmadan moydadır istehsalında istifadə olunmuş kimi qiymətləndirilərək bütün əlüzyuyanlar moydadır satışı kimi qiymətləndirilmişdir. Qeyd olunan absurd yanaşma mütəxəssisin özfəaliyyətidir. Xüsusilə bildiririk ki, mütəxəssis rəyi mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli əsas hesab oluna bilməz. Belə ki, kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə görə, (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli, **(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli ,*-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli, *-*(***)- ***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli, *- *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli **(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" MMC yoxlanılan dövrdə faktiki olaraq hamam aksessuarlarının, o cümlədən, moydadır istehsalı, əlüzyuyan, unitaz və santexnika məhsullarının daxili bazarda satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ##.##.2024-cü il tarixdə başlamış və ##.##.2024-cü il tarixdə başa çatmışdır. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2020-ci, 2021-ci və 2022ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Cəmiyyətin 2020-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 28006.85 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 1345293.25 manat + mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 7420.11 manat olduğu, ümumilikdə 1380720.20 manat dövriyyənin olduğu, lakin müəssisə tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 1384668.80 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 3948.60 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Cəmiyyətin 2021-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 201640.42 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 175564.59 manat + mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 744687.7 manat, ümumilikdə 1121892.72 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 377205.02 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 744687.7 manat ƏDV-siz dövriyyənin az göstərilməsi aşkar edilmişdir. Cəmiyyətin 2022-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 1214382.49 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 182306.95 manat +mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 2109746.71 manat, ümumilikdə 3506436.16 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 1473219.0 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 2033217.16 manat ƏDV-siz dövriyyənin az göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə müəssisənin gəlirləri vergi uçot baza məlumatları, istehsal həcmi mütəxəssis rəyi əsasında, satış dəyəri isə ekspert rəyi əsasında müəyyən edilmişdir. Müəssisə tərəfindən sənədlər qismən təqdim edildiyi üçün, mütəxəssis tərəfindən istehsal həcminin, ekspert tərəfindən satış dəyərinin müəyyən edilməsi nəticəsində, müəssisənin təqdim etdiyi EQF-ra və bank əməliyyatlarına əsasən vergilər hesablanmışdır. Mütəxəssis tərəfindən hesablama aşağıdakı qaydada aparılmışdır. Ilkin olaraq təqdim edilmiş alış-satış məlumatları təhlil edilərək çeşidlənmişdir. Çeşidləmə nəticəsində yoxlama dövrü ərzində illər üzrə alınmış və satılmış əlüzyuyan (çanaq) məhsullarının, eləcə də müxtəlif ölçülərdə istehsal edilərək satılmış moydadır (dolabların) miqdarı müəyyən edilmişdir. Yoxlama dövrü ərzində alınmış 67812 ədəd əlüzyuyana alış prosesində yarana biləcək qüsurlu məhsullar, daşınma zamanı itkilər, istehsal prosesində meydana gələ biləcək itkilər və digər mümkün təsir faktorları nəzərə alınaraq 3%-lik itki əmsalı tətbiq edilmişdir. Bu hesablamaya əsasən, ümumi miqdarın 2034 ədədi potensial itki kimi qəbul edilmişdir. Ödəyici tərəfindən xammalın və hazır məhsulun hərəkəti ilə bağlı məlumat təqdim edilməmişdir. Buna görə də yoxlama dövrünün sonuna olan qalıq, vergi orqanı tərəfindən tərtib edilmiş ##.##.2024-ci il tarixli inventarizasiya aktına əsaslanaraq müəyyən edilmişdir. Yoxlama dövründən sonra inventarizasiyanın keçirilmə tarixinədək yəni, ##.##.2023-cü il tarixdən ##.##.2024cü il tarixədək olan alqı-satqı əməliyyatları təhlil edilmiş və yoxlama dövrünün sonuna olan qalıq məbləği müəyyənləşdirilmişdir. Hesablama, öncəki mərhələlərdə müəyyənləşdirilmiş alışlar, satışlar və son qalıq məlumatları əsasında ilkin qalıq olmamışdır. Belə ki, əlüzyuyan alışı 67812 ədəd, 3 % itki tətbiq edildikdən sonra əlüzyuyan alışı 65778 ədəd, xammal formasında əlüzyuyan satışı 177 ədəd, moydadır ilə birgə satış 16016 ədəd, ##.##.2023-cü il tarixə son qalıq 49585 ədəd təşkil etmiş, lakin ##.##.2024-cü il tarixli inventarizasiya aktına əsasən əlüzyuyan qalığı 22100 ədəd və ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə əlüzyuyanların və moydadırla birlikdə olan əlüzyuyanların alışı və satışları nəzərə alınmaqla ##.##.2023-cü il tarixə əlüzyuyan qalığı 23761 ədəd müəyyən edilərək, nəticədə 25824 ədəd əlüzyuyanın əskik gəlməsi müəyyən edilmişdir. Belə ki, əskik gələn 25824 ədəd əlüzyuyan və əlüzyuyandan istehsal edilmiş moydadırın satış qiymətləri ekspert tərəfindən müəyyən edilmişdir. Yoxlama zamanı müəssisənin xərclərini müəyyən etmək mümkün olmadığı, həmçinin vergi ödəyicisi tərəfindən bununla bağlı sənədlər təqdim edilmədiyi üçün müəssisənin 2020-ci, 2021-ci və 2022ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** saylı qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır: 2020-ci il üzrə Vergi ödəyicisi tərəfindən 2020ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1384668.80 manat; ümumi gəlirdən çıxılan xərclər 1143252.76 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 47784.35 manat, sosial sığorta haqlan 9605.68 manat, malın dəyəri 1080528.9 manat, bank xidməti üzrə xərclər 3446.50 manat, sığorta üzrə xərclər 161.12 manat, digər xərclər 1726.21 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 241416.04 manat göstərilmiş və 48283.21 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər təqdim edilməmişdir. Cəmiyyətin 2020-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 28006.85 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 1345293.25 manat + mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 7420.11 manat, ümumilikdə 1380720.20 manat dövriyyənin olduğu, lakin müəssisə tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 1384668.80 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 3948.60 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə 2020-ci il üzrə vergi ödəyicisinin gəlirləri 1384668.80 manat olmuşdur. Ml=1380720.20/ (100+20) x 20 = 230120.04 manat Vergiyə cəlb edilən 230120.04 manat mənfəətdən, 20% dərəcə ilə 46024.01 manat mənfəət vergisi hesablanmışdır.. Hal-hazırkı yoxlama ilə, müəssisənin 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 48283.21 manat mənfəət vergisi nəzərə alınmaqla 2259.2 manat mənfəət vergisinin artıq hesablaması müəyyən edilmişdir. 2021-ci il üzrə: Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 377205.02 manat; ümumi gəlirdən çıxılan xərclər 338342.0 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 72395.0 manat, sosial sığorta haqları 14788.75 manat, malın dəyəri 243723.5 manat, icarə xərci 4560.0 manat, sığorta üzrə xərclər 1246.82 manat, digər xərclər 1627.93 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 38863.02 manat göstərilmiş və 7772.60 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin 2021-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 201640.42 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDVsiz) 175564.59 manat + mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 744687.7 manat, ümumilikdə 1121892.72 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 377205.02 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 744687.7 manat ƏDV-siz dövriyyənin az göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə vergi ödəyicisinin gəlirləri 1121892.72 manat olmuşdur. Ml=1121892.72/ (100+20) x 20 = 186982.12 manat. Vergiyə cəlb edilən 186982.12 manat mənfəətdən, 20% dərəcə ilə 37396.42 manat mənfəət vergisi hesablanmışdır. Hal-hazırki yoxlama ilə müəssisənin 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 7772.60 manat mənfəət vergisi nəzərə alınmaqla 29623.82 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1473219.0 manat; ümumi gəlirdən çıxılan xərclər 1424699.24 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 86673.0 manat, sosial sığorta haqları 16932.3 manat, malın dəyəri 1303733.62 manat, bank xidməti üzrə xərclər 4969.77 manat, sığorta üzrə xərcləri 4035.84 manat, digər xərclər 8354.71 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 48519.76 manat göstərilmiş və 9703.95 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin 2022-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 1214382.49 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 182306.95 manat +mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 2109746.71 manat, ümumilikdə 3506436.16 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 1473219.0 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 2033217.16 manat ƏDV-siz dövriyyənin az göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə 2022-ci il üzrə vergi ödəyicisinin gəlirləri 3506436.16 manat olmuşdur. Ml= 3506436.16/ (100+20) x 20 = 584406.03 manat, vergiyə cəlb edilən 584406.03 manat mənfəətdən, 20% dərəcə ilə 116881.21 manat mənfəət vergisi hesablanmışdır. Hazırkı yoxlama ilə müəssisənin 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 9703.95 manat mənfəət vergisi nəzərə alınmaqla 107177.26 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən ümumilikdə 2020-2022-ci illər üzrə 136801.08 manat mənfəət vergisinin azaldıldığı və 2259.20 manat artıq hesablandığı müəyyən edilmişdir. Nəticə olaraq 134541.88 manat əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə əhatə olunan dövr üzrə büdcəyə çatası mənfəət vergisinin 136801,08 manat azaldılması və 2259,2 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası mənfəət vergisinin 134541.88 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 136801.08 manat vergi məbləğinin 50% miqdarında, yəni 68400.54 manat maliyyə sanksiyasının tətbiq edilməsi müəyyən edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. - Yoxlama ilə ƏDV üzrə ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəssisənin gəlirləri e-qaimə, nəzarət-kassa aparatı məlumatlarına, ixrac YGB məlumatlarına və Mütəxəssis tərəfindən istehsal həcminin müəyyən edilməsi haqqında Rəyə əsasən müəyyən edilmişdir. Vergi ödəyicisi malların həm topdan satışı və həm də pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada satdığı malların qiymətlərinə də topdansatış qiymətləri və topdansatış qiymətlərdən də aşağı qiymətlər tətbiq etməklə satmışdır. Bu əsasa görə VM-nin 14cü maddəsinə əsasən malların real bazar qiymətləri nəzərə alınmaqla hesablama aparılmışdır. ##.##.2024-cü il tarixli, 1ST *** №-li Rəyə əsasən “xxxx" MMC-yə məxsus istehsal obyektində və satış anbarında ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək 25824 ədəd əlüzyuyan kənarlaşması aşkar edilmişdir. Belə ki, müəssisənin satış məlumatlarına və mütəxəssis tərəfindən vergi ödəyicisinin istehsal obyektində aparılan istehsal monitorinqinə əsasən əlüzyuyan xammalının hazır məhsulun tərkib komponenti olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə əskik olan 25824 ədəd əlüzyuyan, mütəxəssis tərəfindən həm satış kimi, həm də istehsal olunmuş moydadır (dolab) satışı kimi illər üzrə xüsusi çəkisi müəyyən edilərək, illər üzrə inflyasiya indeksi nəzərə alınmaqla ekspert tərəfindən təqdim edilmiş dəyərə vurulmaqla satış dövriyyəsi müəyyən edilmişdir. Belə ki, 2020-ci ilin dekabr ayı üzrə istehsal olunan 41 ədəd hazır məhsul, ekspert tərəfindən müəyyən edilmiş qiymətlərə vurularaq 7420,11 manat (ƏDV-siz), 2021-ci il üzrə 3764 ədəd hazır məhsul ekspert tərəfindən müəyyən edilmiş qiymətlərə vurularaq 704446,07 manat (ƏDV-siz), 2022-ci il üzrə 10359 ədəd hazır məhsul ekspert tərəfindən müəyyən edilmiş qiymətlərə vurularaq 2058316,86 manat (ƏDV-siz) və 2023-cü ilin yanvar - noyabr ayları üzrə 11377 ədəd hazır məhsul ekspert tərəfindən müəyyən edilmiş qiymətlərə vurularaq 2753957,71 manat (ƏDV-siz) - cəmi 25542 ədəd hazır məhsul istehsalı satış kimi qiymətləndirilərək, əlavə olaraq 5524140,75 manat (ƏDVsiz) satış dövriyyəsi müəyyən edilmişdir. Aparılan yoxlama zamanı ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək kənarlaşma aşkar edilmiş 25824 ədəd əlüzyuyanın satış məlumatlarına əsaslanaraq, əlüzyuyanın ümumi dövriyyədə xüsusi çəkisi çıxarılaraq 282 ədəd əlüzyuyanın istehsala getmədən satışı müəyyən edilmiş və ekspert tərəfindən müəyyən edilmiş satış qiymətinə vurularaq əlavə 22912,8 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir. Eyni zamanda yoxlanılan dövr üzrə 1672 ədəd unitaz alqı-satqı malı əskik gəlmiş və əskik gəlmiş unitaz ekspert tərəfindən müəyyən edilmiş satış qiymətlərinə vurularaq əlavə olaraq 205953,34 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli, 1ST *** №-li Rəyə əsasən “xxxx" MMC-də ekspert tərəfindən vergi ödəyicisinin ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək satılmış mallarının inflyasiya indeksi nəzərə alınmaqla aylar üzrə orta satış qiymətləri müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 2020 və 2021-ci illər üzrə istehsal fəaliyyət sahəsində 30 faizdən çox (aşağı və yuxarı), 2022 və 2023-cü illər üzrə istehsal fəaliyyət sahəsində 20 faizdən çox (aşağı və yuxarı) fərqlənmiş hər bir mal üzrə ekspert tərəfindən təqdim edilmiş orta satış qiymətlərinə əsaslanaraq malların satış dəyəri formalaşmış və 2021-ci il üzrə 40241,63 manat (ƏDV-siz), 2022ci il üzrə 51429,85 manat (ƏDV-siz), 2023-cü il üzrə 368597,05 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir. Cəmi əlavə olaraq 460268.54 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir. Yekun olaraq yoxlama ilə əlavə dövriyyə 6213275.4 manat ƏDV-siz ((5524140,75 manat (ƏDV-siz) mütəxəssisin müəyyən etdiyi istehsal həcmi + 22912.8 manat (ƏDV-siz) əlüzyuyan satışı + 205953.34 manat (ƏDV-siz) unitaz satışı + 460268.54 manat (ƏDV-siz) ekspert tərəfindən müəyyən edilmiş qiymətlə, müəssisənin satış qiymətləri arasındakı qiymət fərqinə əsasən hesablama) müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2020-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 158442.85 manat (ƏDV 28519.71 manat), əvəzləşdirilən ƏDV-nin 15942.31 manat, büdcəyə çatası ƏDV-nin 12577.40 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 11585.95 manat (ƏDV 2085.47 manat), əvəzləşdirilməli olan ƏDV-nin 15942.31 manat, büdcədən azaldılan ƏDV-nin isə 13856.84 manat olduğu müəyyən edilmiş və nəticə olaraq 26434.24 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2021-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 372552.07 manat (ƏDV 67059.37 manat), əvəzləşdirilən ƏDV-nin 372674.64 manat, büdcədən azaldılan ƏDV-nin isə 305615.27 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 1120513.15 manat (ƏDV 201692.37 manat), əvəzləşdirilməli olan ƏDV-nin 372674.64 manat, büdcədən azaldılan ƏDVnin isə 170982,27 manat olduğu müəyyən edilmiş və nəticə olaraq 134632.99 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən bank hesablarına daxil olan vəsaitlərin satış dövriyyəsində düzgün əks etdirilməməsi, eyni zamanda mütəxəssis rəyinə əsasən əlavə istehsal həcminin və ekspert rəyinə əsasən əlavə satış dövriyyələrinin müəyyən edilməsi olmuşdur. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2022-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 1153911.62 manat (ƏDV 207704.09 manat), əvəzləşdirilən ƏDV-nin 316281.34 manat, büdcədən azaldılan ƏDV-nin isə 108577.25 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3276292.69 manat (ƏDV 589732.68 manat), əvəzləşdirilməli olan ƏDV-nin 364162.48 manat, büdcəyə çatası ƏDV-nin isə 225570.2 manat olduğu müəyyən edilmiş və nəticə olaraq 334147.45 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən bank hesablarına daxil olan vəsaitlərin satış dövriyyəsində düzgün əks etdirilməməsi, VM-nin 175-ci maddəsinə əsasən ƏDV üzrə əvəzləşmənin düzgün müəyyən edilməməsi, eyni zamanda mütəxəssis rəyinə əsasən əlavə istehsal həcminin və ekspert rəyinə əsasən əlavə satış dövriyyələrinin müəyyən edilməsi olmuşdur. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2023-cü ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 1644274.08 manat (ƏDV 295969.33 manat), əvəzləşdirilən ƏDV-nin 69757.72 manat, büdcəyə çatası ƏDV-nin 226211.61 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 4984898.11 manat (ƏDV 897281.66 manat), əvəzləşdirilməli olan ƏDV-nin 302011.72 manat, büdcəyə çatası ƏDV-nin 595269.94 manat olduğu müəyyən edilmiş və nəticə olaraq 369058.33 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən bank hesablarına daxil olan vəsaitlərin satış dövriyyəsində düzgün əks etdirilməməsi, VM-nin 175-ci maddəsinə əsasən ƏDV üzrə əvəzləşmənin düzgün müəyyən edilməməsi, eyni zamanda mütəxəssis rəyinə əsasən əlavə istehsal həcminin və ekspert rəyinə əsasən əlavə satış dövriyyələrinin müəyyən edilməsi olmuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə, müəssisə tərəfindən idxal zamanı əvəzləşdirilməmiş ƏDV məbləğləri, o cümlədən 2022-ci il üzrə 47881.14 manat, 2023-cü il üzrə 232254.0manat, cəmi - 280135.14 manat idxala görə əvəzləşdirilməli olan ƏDV, ƏDV bəyannamələrinə bərpa edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 1079393.29 azaldılması və 267988.77 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 811404.52 manat olduğu müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmaqla səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 811404.52 manat əlavə dəyər vergisinin az hesablandığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə azaldılmasına görə, azaldılmış 1079393.29 manat vergi məbləğinin 50% miqdarında, yəni 539696.64 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
8. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmişdir (Hakim M.Hacıbəyova).
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır.Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün isə bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Qərarda da mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi qərarda əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz və növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz və əsassız olduğundan, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da qanunsuzdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında əks olunan hüquqi mövqe də bundan ibarət olmuşdur. Digər tərəfdən, işin hallarından müəyyən olunur ki, aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə dayandırılmış və uzadılmış, lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. - Növbədənkənar səyyar vergi yoxlaması aktında istinad edilən və məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyi iddiaçıya əlavə vergilərin hesablanması üçün əsas hesab edilə bilməz. Belə ki, vergi orqanı bazar qiymətinin tətbiqi ilə bağlı ardıcıllığa dair Vergi Məcəlləsinin müvafiq normalarına riayət etmədən birbaşa mütəxəssis rəyi almaqla və ekspertiza qaydasında qiymətləri müəyyən etmişdir. Halbuki, bununla bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi mövcuddur və həmin mövqeyə görə, Vergi Məcəlləsinin 14.6-cı maddəsi ilə bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələri ilə bazar qiymətini müəyyən etmək mümkün olmadığı hallarda və təqdirdə keçərlidir (Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli **(***)-****/**** nömrəli, ##.##.2023-cüil tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları). Vergi Məcəlləsinin 14.4-cü maddəsinə görə, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. Eləcə də Vergi Məcəlləsinin 14.5-ci maddəsinə görə, bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Yalnız qeyd olunan üsullar nəticə vermədiyi təqdirdə, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl olunmaqla bazar qiyməti müəyyən edilməlidir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş halları isə Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin birbaşa tətbiqini istisna edir. Belə ki, həmin normaya əsasən, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Yəni hazırkı mübahisəyə münasibətdə cavabdeh ilk növbədə həmin maddədə nəzərdə tutulan üsulları araşdırmalı və tətbiq etməli idi. Lakin iş üzrə materiallarda qeyd olunan qaydanın tətbiqinə dair təsdiqedici sənəd mövcud deyildir. - Iddiaçıya hesablanmış vergilər xronometraj üsulu ilə deyil, mütəxəssis və ekspert qismində cəlb edilmiş, iddiaçının fəaliyyət sahəsində, qiymətləndirmə sahəsində xüsusi bilik və təcrübəsi olmayan, ekspert olmayan şəxsin nəzəri hesablamaları əsasında müəyyən edilmiş istehsal həcmi və satış dəyəri əsas götürülməklə hesablanmışdır ki, bu da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ## #### 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - C.Məmmədov /sədrlik edən/, P.Hüseynov və M.Tağızadə).
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin həmin qərarda yoxlamanın başlanmasına əsas olan hallar göstərilməmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumat dedikdə, yoxlama təyin edilənədək əldə edilən məlumat nəzərdə tutulur. Cavabdeh apellyasiya şikayətinə əlavədə belə mənbəyi bəlli məlumat kimi iddiaçının 2022-ci ildə xərclər çıxılmaqla əldə etdiyi 48 519,76 manat mənfəətin bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olduğu müəyyən edildiyini qeyd etsə də, qeyd olunanları təsdiq edən sübutları, xüsusilə də hansı analoji vergi ödəyiciləri ilə müqayisənin aparıldığına dair heç bir məlumatı məhkəməyə təqdim etməmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün isə bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Qərarda da mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi qərarda əsaslandırılmalıdır. Işdən görünür ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, belə yoxlamanın vacibliyini əsaslandırmamışdır. - Növbədənkənar səyyar vergi yoxlaması aktında istinad edilən mütəxəssis rəyi və ekspert rəyi ilə bağlı isə kollegiya qeyd edib ki, vergi orqanı bazar qiymətinin tətbiqi ilə bağlı ardıcıllığa dair Vergi Məcəlləsinin müvafiq normalarına riayət etmədən birbaşa mütəxəssis rəyi almaqla və ekspertiza qaydasında qiymətləri müəyyən etmişdir. Halbuki bununla bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi mövcuddur və həmin mövqeyə görə, Vergi Məcəlləsinin 14.6-cı maddəsi ilə bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələri ilə bazar qiymətini müəyyən etmək mümkün olmadığı hallarda və təqdirdə keçərlidir (Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cüil tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)***/**** nömrəli qərarları). - Cavabdehin mütəxəssis qismində cəlb etdiyi X5 Palatasının üzvü deyildir və ekspert qismində Məhkəmə Ekspertləri Reyestrinə daxil deyil, ekspert şəhadətnaməsinə malik deyildir. - Həmçinin, mütəxəssis rəyinə nəzər yetirdikdə iddiaçının aldığı 67.812 ədəd əlüzyuyandan 3 faiz itki norması çıxılmış, 177 ədəd əlüzyuyanın satışı və 16 016 ədəd moydadırın satışı nəzərə alınmaqla son qalan 49585 sayda əlüzyuyandan inventarizasiya zamanı müəyyən edilən 23 761 sayda əlüzyuyan nəzərə alınmaqla yekun 25 824 sayda əlüzyuyanın əskik gəldiyi göstərilmişdir. Ilk növbədə qeyd olunmalıdır ki, 3 faiz itki normasının nəyə əsasən müəyyən edildiyi bəlli deyildir. Iddiaçının işə əlavə etdiyi şəkillərdən həmin itki faizinin daha artıq ola biləcəyi görünür. Bundan başqa, iddiaçının ayrıca əlüzyuyan satışını da həyata keçirməsinə baxmayaraq (yoxlama dövründə rəsm satış 177 ədəd, yoxlama dövrünün sonundan inventarizasiya tarixinə qədər rəsmi satış 534 ədəd) rəydə əskik gəlmə kimi qeyd olunan əlüzyuyanlardan yalnız 282 ədədi əlüzyuyan satışı kimi qəbul edilmiş, qalan 25 542 ədəd əlüzyuyana 25 542 ədəd moydadır istehsalı kimi yanaşılmışdır. - O da nəzərə alınmalıdır ki, qeyd olunan rəydə inventarizasiya zamanı moydadır qalığı aşkar edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən idxal edilmiş gömrük əməliyyatları sənədlərinə baxış keçirilərkən ##.##.2020-ci ildən ##.##.2023-cü ilədək “xxxx” MMC tərəfindən moydadır idxal etməməsi müəyyən olunmuşdur. Qeyd olunanlar, yəni malların inventarizasiyası zamanı qalıqlar arasında moydadırın aşkar edilməməsi və iddiaçının adına idxal olunan mallarının arasında moydadırın olmaması “xxxx” MMC-yə moydadır satışına görə mənfəət və ƏDV hesablanmasının hüquqi əsasının olmamasına və qeyd olunan mütəxəssis rəyinin mülahizələrə əsasən tərtib edilməsinə dəlalət edir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə yoxlamanın başlanmasına əsas olan halların araşdırılmasına dair cədvəl həm elektron qaydada, həm də məhkəmə prosesi zamanı təqdim edilmişdir. ##.##.2023-cü il tarixli, **************** nömrəli xidməti məlumatda yoxlamaya əsas olan təhlillər illər üzrə müqayisəli şəkildə ətraflı şəkildə təqdim edilmişdir. Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sistemi və AVIS-in müvafiq alt sistemlərinin imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, iddiaçının 2022-ci ildə xərclər çıxılmaqla əldə etdiyi 48519,76 manat məbləğində mənfəət, eyni iqtisadi göstəricilərə malik, eyni xüsusiyyətli və ya eyni növ malların təqdimatı ilə məşğul olan digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən azdır. Bu səbəbdən, ##.##.2023-cü il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərar qəbul edilmişdir. Daha sonra aparılmış yoxlama nəticəsində, 2022-ci il üzrə bəyan edilmiş 48519,76 manat məbləğində mənfəətin digər analoji vergi ödəyiciləri ilə müqayisədə nisbətən az olması tam şəkildə təsdiq edilmişdir. Bu göstərici ilə bağlı aparılmış təhlillər və müqayisələr, vergi öhdəliklərinin tam və düzgün yerinə yetirilməməsi ilə nəticələnən vergidən yayınma halının mövcudluğunu sübuta yetirmişdir. Beləliklə, yoxlama zamanı əldə olunan faktiki məlumatlar və sənədlər, qərarın hüquqi əsaslarını möhkəmləndirmişdir.
15. Vergi orqanı bazar qiymətinin tətbiqi ilə bağlı ardıcıllığa dair Vergi Məcəlləsinin müvafiq normalarına riayət etmədən birbaşa mütəxəssis rəyi almaqla və ekspertiza qaydasında qiymətləri müəyyən etməsi ilə bağlı bildirir ki, vergi ödəyicisi istehsal fəaliyyətində istifadə etdiyi malları əsasən Çin Xalq Respublikası və Iran Islam Respublikasından idxal edir. Vergi orqanı tərəfindən bazar qiymətinin müəyyən edilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı ilə eyni xüsusiyyətli və ya eyni cinsli malların satışı üzrə analoji əməliyyatlar araşdırılmışdır. Lakin aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, müvafiq dövr üzrə bu cür mallarla bağlı iddiaçının fəaliyyətini əks etdirən müqayisə edilə bilən əməliyyatlar mövcud olmamışdır. Nəticə etibarilə, müqayisə oluna biləcək əməliyyatların olmaması və rəsmi mənbələrdə qiymət göstəricilərinin yerləşdirilməməsi səbəbindən bazar qiymətinin müəyyən olunması üçün alternativ üsullara, o cümlədən ekspert qiymətləndirməsinə əsaslanmaq zərurəti yaranmışdır. Bu hal, Vergi Məcəlləsinin 14.6-cı maddəsində təsbit olunmuş bazar qiymətinin müəyyən olunması prinsiplərinə və həmin qiymətin etibarlı mənbələr əsasında müəyyən edilməli olduğu müddəalara tam uyğundur. Beləliklə, vergi orqanı bazar qiymətinin təyini zamanı yerli bazarda analoji əməliyyatların yoxluğunu və rəsmi informasiya mənbələrində müvafiq məlumatların olmamasını nəzərə alaraq, qanunvericiliyin imkan verdiyi alternativ qiymətləndirmə metodlarından istifadə etmişdir.
16. Cavabdeh Vergi Məcəlləsinin 14-cü maddəsini iş üzrə tətbiqi ilə bağlı bildirir ki, bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş mərhələlərə riayət edilməklə, həmçinin ekspertiza təyin edilməklə mümkündür. Mütləq şəkildə öncə qeyd olunan mərhələlərə riayət olunmalı, daha sonra ekspertiza təyin edilməlidir kimi hər hansı hüquqi tənzimləmə müəyyən olunmamışdır. Cavabdeh ekspert və mütəxəssislə bağlı məhkəmənin dəlillərinə münasibətdə bildirirki, ekspertin şəhadətnaməsinin olması tələbi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsində nəzərdə tutulmuşdur. Bununla yanaşı, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən, məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Bu baxımdan, qeyd olunan qanunun tələbləri yalnız təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan iş üzrə aparılan məhkəmə ekspertizalarına tətbiq edilir. Beləliklə, bu haldan kənar aparılan tədqiqat və ya rəyin verilməsi zamanı ekspertin şəhadətnaməsinin olmamasına istinad edilməsi hüquqi əsas daşımır. Ekspertin Qiymətləndiricilər Palatasının üzvü olmamasına münasibətdə isə qeyd edir ki, Qiymətləndiricilər Palatasının Nizamnaməsi ##.##.2025-ci il tarixində təsdiqlənmiş və həmin tarixdə Palata rəsmən yaradılmışdır. Ekspert rəyi isə ##.##.2024-cü il tarixdə, yəni Palata hələ mövcud olmadığı dövrdə tərtib edilmişdir. Buna görə də, məhkəmənin Palata yaradılmamış bir vaxtda ekspertin onun üzvü olmamasına istinad etməsi hüquqi və məntiqi baxımdan əsassızdır.
17. Məhkəmə itki normasının müəyyən edilməsində yalnız iddiaçının təqdim etdiyi şəkillərə istinad etmiş, vergi ödəyicisinin istehsal, satış və daşınma proseslərində iştirak etmədiyi halda bu proseslərdə itki normasının daha yüksək ola biləcəyi ehtimalına əsaslanaraq mütəxəssisin rəyini əsaslı saymamışdır. Belə ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi tərəfindən itki normasının düzgün müəyyən edilməməsi ilə bağlı obyektiv həqiqətin müəyyən olunması məqsədilə rəy vermiş mütəxəssisin məhkəmə iclasında iştirakı təmin edilməmiş, onun izahatları dinlənilməmiş və rəyin əsaslandırılması obyektiv şəkildə araşdırılmamışdır. Beləliklə, itki normasının müəyyən edilməsində yalnız təqdim edilmiş fotomateriallara əsaslanaraq qərar verilməsi məqbul hesab edilə bilməz.
18. Məhkəmə qərarında qeyd olunur ki, malların inventarizasiyası zamanı qalıqlar arasında moydadırın aşkar edilməməsi və iddiaçının adına idxal olunan mallarının arasında moydadırın olmaması “xxxx” MMC-yə moydadır satışına görə mənfəət və ƏDV hesablanmasının hüquqi əsasının olmamasına və qeyd olunan mütəxəssis rəyinin mülahizələrə əsasən tərtib edilməsinə dəlalət edir. Məhkəmə iddiaçı tərəfindən “moydadır” (yəni vanna otağı üçün nəzərdə tutulmuş dolab) məhsulunun idxal edilmədiyini qeyd etməklə, iş üzrə mövcud materiallara tam və obyektiv hüquqi qiymət vermədiyini bir daha nümayiş etdirmişdir. Belə ki, gömrük orqanlarının təqdim etdiyi idxal məlumatlarına nəzər yetirildikdə, vergi ödəyicisi tərəfindən Çin Xalq Respublikası və Iran Islam Respublikasından istehsal prosesi üçün zəruri olan müxtəlif komponentlərin, o cümlədən, PVC təbəqələr, əlüzyuyan çanaqları, mebel ayaqları, PVC kənar bantlar və digər aksesuarların idxal edildiyi açıq şəkildə müəyyən olunur. Mövcud faktiki hallardan belə nəticə çıxarılır ki, vergi ödəyicisi hazır “moydadır” məhsulunu idxal etməmiş, əksinə, bu məhsulu daxili istehsal şəraitində, müvafiq material və komponentləri idxal etməklə və müştərilərin sifarişlərinə uyğun olaraq formalaşdırmışdır. Belə ki, vergi ödəyicisi əvvəlcə əlüzyuyan çanaqları və ona uyğun digər mebel hissələrini (dolab hissələri və konstruksiya elementləri) idxal etmiş, daha sonra isə onları daxildə yığıb komplektləşdirərək istehlakçılara hazır “əlüzyuyan dolab” (moydadır) dəsti şəklində təqdim etmişdir. Bu baxımdan, məhkəmənin “moydadır” məhsulunun idxal edilməməsini əsas götürərək onun ümumiyyətlə satışının həyata keçirilmədiyi və ya əlüzyuyanın ayrıca satıldığı qənaətinə gəlməsi hüquqi cəhətdən əsassızdır. Çünki bu yanaşma komponentlərin idxalından başlayaraq hazır məhsulun təqdimatına qədər olan bütün mərhələləri nəzərə almır və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən, idxal olunan malların çeşidi və təyinatı, habelə istehsal prosesi və satış forması birlikdə nəzərdən keçirilməli, yalnız "moydadır" adlı hazır məhsulun idxal olunmamasına əsaslanaraq iddiaçının fəaliyyəti barədə qənaət formalaşdırılması hüquqi baxımdan qüsurlu qiymətləndirmə hesab edilməlidir.
19. Məhkəmə öz qərarını əsaslandıraraq qeyd edir ki, iddiaçının ayrıca əlüzyuyan satışını da həyata keçirməsinə baxmayaraq (yoxlama dövründə rəsim satış 177 ədəd, yoxlama dövrünün sonundan invetarizasiya tarixinə qədər rəsmi satış 534 ədəd) rəydə əskikgəlmə kimi qeyd olunan əlüzyuyanlardan yalnız 282 ədədi əlüzyuyan satışı kimi qəbul edilmiş, qalan 25 542 ədəd əlüzyuyana 25542 ədəd moydadır istehsalı kimi yanaşılmışdır. Məhkəmə baxışı zamanı iddiaçı özü də etiraf etmişdir ki, inventarizasiya zamanı 25 824 ədəd əlüzyuyanın uçotda əksik gəldiyi müəyyən edilmişdir. Vergi orqanlarının apardığı yoxlama zamanı, 2020, 2021, 2022 və 2023-cü illəri əhatə edən dövrdə vergi ödəyicisinin ümumilikdə 67 812 ədəd əlüzyuyan əldə etdiyi, onlardan yalnız 177 ədədinin xammal kimi satışa təqdim edildiyi müəyyən olunmuşdur. Bu faktlar göstərir ki, vergi ödəyicisinin əsas dövriyyəsi əlüzyuyanların ayrı-ayrılıqda xammal formasında satışından deyil, dolabla birlikdə birgə komplekt şəklində satışından ibarət olmuşdur. Vergi ödəyicisinin vergiyə cəlb olunan dövriyyəsinin hesablanması zamanı əlüzyuyanın xammal kimi satışı nəzərə alınmışdır. Belə ki, müəssisənin satış məlumatlarına əsaslanaraq, kənarlaşma müəyyən edilmış 25824 ədəd əlüzyuyanın xüsusi çəki üzrə məhsul və illər arasında bölgüsü aparılmışdır. Bu bölgü əsasında, kənarlaşmadan yarana biləcək əlüzyuyanların həm moydadır tərkibində təqdim olunan, həm də xammal formasında birbaşa satılmış miqdarları müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən əksik gələn 25824 ədəd əlüzyuyanla bağlı hər hansı araşdırma aparılmamış, yalnız formal və prosesual pozuntuların mövcudluğuna əsaslanmaqla məsələyə münasibət bildirilmişdir. Halbuki, qeyd olunan miqyasda əlüzyuyanların uçotda əksik gəlməsi faktı vergidən yayınma halının mövcudluğunun araşdırılması üçün kifayət qədər əsas kimi qiymətləndirilməli və buna müvafiq maddi və hüquqi qiymət verilməli idi.
20. Məhkəmənin mövqeyinə əsasən, əgər mütəxəssis və ekspert rəyləri əsassız hesab edilirsə belə, məhkəmə prosesində həmin rəylərin həqiqiliyi və etibarlılığı barədə şübhələr varsa, məsələnin obyektiv və hərtərəfli araşdırılması məqsədilə ekspertiza təyin etmək zəruri idi. Həmçinin, mütəxəssisin məhkəmə prosesində iştirakı təmin edilməli, onun izahları dinlənilməlidir ki, bu da tərəflərin hüquqlarının təmin olunması və ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsiplərinə uyğundur.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
21. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, mütəxəssis rəyinə əsasən əskik qeyd olunan 25824 ədəd əlüzyuyan reallıqda ondan xeyli aşağı olmuşdur. Çünki bu mal tez qırılan, çatalayan olduğundan və gəmi daşıması ilə xaricdən gəldiyindən itki faizi xeyli çox olur, mütəxəssis isə cəmi 3 faiz itki çıxarıb. Mütəxəssis ümumi alınan əlüzyuyandan 3 faiz itki norması (xeyli olaraq) və ayrıca əlüzuyan və moydadır satışlarını, həmçinin inventarizasiya zamanı qalıqda qalan əlüzuyanları çıxaraq yekunda 25824 sayda əlüzuyanın əskik gəldiyini çıxarıb, bundan sonra isə həmin əlüzuyan 282 ədədini xüsusi çəki ilə əlüzuyan kimi, qalan 25542 ədədini isə moydadır istehsalı kimi qiymətləndirib. Iddiaçı dəfələrlə belə bir həcmdə moydadır istehsalı üçün potensial xammal və işçi qüvvəsinin olmadığını (öz göstərdiyi istehsaldan 2 dəfə artıq) bildirsə də, nəzərə alınmır. Hətta, yoxlama zamanı inventarizasiya keçirildiyi (##.##.2024) zaman iddiaçı artıq 534 ədəd əlüzuyanı rəsmi e-qaimə ilə satmışdır. Bu artan əlüzuyan sayını görən vergi orqanı məsələyə obyektiv yanaşma əvəzinə mövcud olmayan istehsalı iddiaçının üzərinə qoymuşdur.
c. Vəsatət və izahatlar
22. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, vergiyə cəlb olunan dövriyyənin hesablanması zamanı vergi orqanı tərəfindən əlüzyuyanın xammal kimi satışı da nəzərə alınmış, müəssisənin satış məlumatları əsasında uçotdan kənar qalmış 25 824 ədəd əlüzyuyan üzrə məhsul və illər arasında xüsusi çəki metodu ilə bölgü aparılmışdır. Həmin bölgü nəticəsində, kənarlaşmadan yarana biləcək əlüzyuyanların həm mebel komplektinin tərkibində təqdim olunan, həm də birbaşa xammal formasında satılan miqdarları müəyyən edilmişdir. Lakin məhkəmə tərəfindən uçotda əksik gəlmiş 25 824 ədəd əlüzyuyanla bağlı hər hansı maddi araşdırma aparılmamış, bu faktın vergidən yayınma ehtimalı baxımından hüquqi nəticələri qiymətləndirilməmiş, yalnız formal və prosessual pozuntuların mövcudluğu əsas götürülərək qərar qəbul edilmişdir. Bundan əlavə, məhkəmənin mövqeyinə əsasən mütəxəssis və ekspert rəyləri əsassız hesab edildiyi və ya onların həqiqiliyi ilə bağlı şübhələr mövcud olduğu halda, işin hərtərəfli, obyektiv və tam araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilməli, habelə mütəxəssisin məhkəmə iclasında iştirakı təmin edilərək izahları dinlənilməli idi.
23. Məhkəmə kollegiyası iddiaçının vəsatətini IPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbinə görə, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
24. Baxılan işin hazırkı vəziyyətində, iddianın maddi-hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.
25. Cavabdeh tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, işə şifahi məhkəmə iclasında baxılmasına dair vəsatətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
Tətbiq edilən hüquq
26. Vergi Məcəlləsi Maddə 14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Ekspert rəyinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: ... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (# ###### 2024-cü il tarixədək qüvvədə olan bənd) ... 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. (# ###### 2022-ci il tarixdən qüvvədə olan bənd)
27. Inzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 70.1. Inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
32. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
33. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
Mübahisələndirilən qərarın 2021-ci il mənfəət vergisi dövrü ilə bağlı mövqe
34. Hazırkı iş üzrə mübahisələndirilən qərarla iddiaçıya 2021-ci il üzrə 29623,82 manat mənfəət vergisi hesablanmışdır. Qərarın qəbul edilməsi üçün əsas olmuş “Səyyar vergi yoxlaması Aktı”nda mənfəət vergisinin hesablanma əsası kimi xərc sənədlərinin yoxlamaya təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 67.14 və 83.9cu maddələri göstərilmişdir.
35. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir.
36. Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ verir ki, həmin müddəada bu qaydada hesablamanın bir neçə üsulu təsbit edilmişdir (müxtəlif əlaqəli məlumatlardan istifadə (VM-nin 67.1.1-67.1.9-cü maddələri; analoji vergi ödəyicisinin məlumatlarından istifadə). Eyni zamanda, Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
37. Hazırkı iş üzrə cavabdeh iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti müəyyən etmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablamış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq etsə də, iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları) məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
38. Beləliklə, həmin hissədə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarı cavabdehin ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarının 2021-ci il mənfəət vergisinin ləğv edilməsi hissəsində qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərar ilə bağlı
39. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərarında formal olaraq VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yoxlamanın başlanması üçün əsas olan mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu, bu məlumatı təsdiq edən zəruri sənədlərə və ya sübutlara əsaslanmamış, ümumiyyətlə yoxlamanın qeyd olunan əsasla həyata keçirilməsini əsaslandırmamışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, iddianın mahiyyəti üzrə qiymətləndirilməsi zamanı, yəni inzibati aktın qanuniliyinə qiymət verilərkən sahəvi qanunvericilik normalarının düzgün tətbiq edilib-edilməməsi ilə yanaşı, inzibati icraat haqqında qanunvericiliyin tələblərinin gözlənilib-gözlənilmədiyi də müəyyən edilməlidir. Başqa sözlə, iddianın əsaslığının yoxlanılması çərçivəsində məhkəmələr tərəfindən mübahisələndirilən qərarın (hərəkət və ya hərəkətsizliyin) həm formalhüquqi, həm də maddi-hüquqi baxımdan qanunauyğunluğu yoxlanılır.
41. Bu zaman IPM-in 70.1-ci maddəsinin 2-ci cümləsinin tələbi də nəzərə alınmalıdır. Həmin normaya əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
42. Göründüyü kimi, inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati akt digər əsaslar üzrə yoxlanılmadan ləğv edilə bilər. Hazırkı iş üzrə isə, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən vergi orqanı tərəfindən inzibati icraatın qaydalarının pozulmasına (növbədənkənar səyyar vergi yoxlamasının başlanılmasının əsaslandırılmamasına) istinad etsə də, başlama qərarının əsaslandırılmasına riayət edilməməsinin mübahisələndirilən qərara təsiri araşdırılmamışdır.
Vergi Məcəlləsinin 14-cü maddəsi ilə bağlı mövqe
43. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlaması aktında istinad edilən mütəxəssis rəyi və ekspert rəyi ilə bağlı qeyd edib ki, vergi orqanı bazar qiymətinin tətbiqi ilə bağlı ardıcıllığa dair Vergi Məcəlləsinin müvafiq normalarına riayət etmədən birbaşa mütəxəssis rəyi almaqla və ekspertiza qaydasında qiymətləri müəyyən etmişdir.
44. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 14-cü maddəsində ardıcıllıq nəzərdə tutulmamışdır. Lakin Vergi Məcəlləsinin 14.6-cı maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı yoxlama zamanı vergi orqanının bazar qiymətini müəyyən edərkən vergi məcəlləsinin 14.4 və 14.5-ci maddələrində göstərilən imkanlarını istifadə edibetməməsini, həmin imkanların istifadə etmə mümkünlüyünü araşdırlmalıdır.
Ekspert və mütəxəssis rəyi ilə bağlı mövqe
46. Ilk öncə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qərarında cavabdehin mütəxəssis qismində cəlb etdiyi X5 Qiymətləndiricilər Palatasının üzvü olmamasını qeyd etmişdir, lakin ekspert rəyi 29.12. 2024-cü il tarixdə tərtib edilmişdir. Qiymətləndiricilər Palatası isə ##.##.2025 ci il tarixində rəsmən yaradılmışdır. Ekspert rəyi tərtib edilərkən palata hələ mövcud olmamışdır.
47. Həmçinin apellyasiya məhkəməsi öz qərarında qeyd edir ki, iddiaçının ayrıca əlüzyuyan satışını da həyata keçirməsinə baxmayaraq (yoxlama dövründə rəsmi satış 177 ədəd, yoxlama dövrünün sonundan inventarizasiya tarixinə qədər rəsmi satış 534 ədəd) rəydə əskik gəlmə kimi qeyd olunan əlüzyuyanlardan yalnız 282 ədədi əlüzyuyan satışı kimi qəbul edilmiş, qalan 25 542 ədəd əlüzyuyana 25542 ədəd moydadır istehsalı kimi yanaşılmışdır.
48. Halbuki, işin hallarında olan rəylərdən görünür ki, iddiaçının 2020-2023-cü illərdə rəsmi bəyan edilmiş satış sənədlərində nəzərdə tutulan xammal və moydadır satışının statistikasını və nisbətini müəyyən edərək inventarizasiya zamanı müəyyən edilmiş əksik mallara həmin nisbəti tətbiq edərək xammal satış rəqəmlərini müəyyən etmişdir.
49. Beləliklə, mütəxəssis rəyinin yuxarıda qeyd olunan müəyyən etmə və araşdırma hissəsi (xammal və moydadır satış statistikası) iddiaçı tərəfindən təqdim edilmiş həmin dövrdə digər malların satışı barədə sənədlərinə uyğun hesablanmışdır.
50. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən mütəxəssis rəyində iddiaçının aldığı 67 812 ədəd əlüzyuyandan 3 faiz itki normasının nəyə əsasən müəyyən edildiyi bəlli deyildir.
51. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, 3 faiz itki normasının əsaslandırılmamasını qeyd edən apellyasiya instansiya məhkəməsi itki normasının 3 faiz müəyyən edilmə əsasını araşdırmamış, mütəxəssisi məhkəmə prosesinə cəlb etməmiş, həmçinin digər tərəfdən iddiaçının iddia etdiyi itki faizinin əsasları da hansı sübut və əsaslara görə müəyyən edildiyini araşdırmalıdır.
Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tətbiqi ilə bağlı mövqe
52. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsi vergi ödəyicisinin büdcə qarşısında öhdəliyini bəyanetmə mərhələsində düzgün icra etməsini təmin edən məsuliyyət normasıdır. Həmin normanın məqsədi hesabatda göstərilməli olan vergi məbləğinin azaldılmasının və ya hesabat təqdim edilməməklə büdcəyə çatası məbləğin yayındırılmasının qarşısını almaqdır. Bu baxımdan, maliyyə sanksiyası azaldılmış və ya yayındırılmış vergi məbləğinə münasibətdə tətbiq edilən hüquqi məsuliyyət tədbiri olmaqla, vergi intizamının yaradılmasına, büdcə daxilolmalarının vaxtında həyata keçirilməsini təmin etməyə və vergi ödəyiciləri arasında bərabərlik prinsipinin qorunmasına xidmət edir.
53. Nəzərə alınmalıdır ki, vergi sistemində hesabat dövrü mühüm iqtisadi alət kimi vacib əhəmiyyət daşıyır, çünki vergi öhdəliyinin yaranması, onun bəyan edilməsi, ödənilməsi, vergi nəzarətinin aparılması və büdcə daxilolmalarının planlaşdırılması, məhz həmin dövrlər üzrə müəyyən edilir. Vergi ödəyicisinin öhdəliyi vergini ümumilikdə nə vaxtsa bəyan etmək deyil, onu qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə bəyan etməkdir. Əks halda, vergi öhdəliyi qanunvericiliyə görə ödənilməli olduğu öz real vaxtı üzrə deyil, vergi ödəyicisinin seçdiyi dövr üzrə göstərilmiş olar ki, bu da vergi münasibətlərinin sabitliyini pozar, suiistifadə hallarına gətirib çıxarar və vergi daxilolmalarının yubanmasına səbəb olar. Odur ki, vergi öhdəliyi real iqtisadi əməliyyatın baş verdiyi vaxta görə müəyyənləşdirilməlidir, əks hal, “hesabat dövrü” anlayışının və ondan gözlənilən məqsədin faktiki olaraq mahiyyətini itirməsinə gətirib çıxarar. Odur ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsi yuxarıda qeyd edilən halların qarşısını almağa yönəlir.
54. Digər tərəfdən, Vergi Məcəlləsinin 58.1-ci maddəsi maliyyə sanksiyası müəyyən edən məsuliyyət normasıdır. Həmin norma vergi ödəyicisinin vergi öhdəliyini düzgün və vaxtında bəyan etməməsinə görə hüquqi nəticə yaradır və mahiyyət etibarilə, cəza xarakterli fiskal məsuliyyət tədbiridir.
55. Bu səbəbdən, vergi məsuliyyətindən azadolma və ya təqsiri istisna edən hallar, yalnız qanunvericilikdə açıq, dəqiq və konkret şəkildə nəzərdə tutulduqda tətbiq edilə bilər.
56. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən, hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir.
57. Lakin Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin məzmunundan görünür ki, həmin norma vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi hər hansı vergi üzrə artıq ödənilmiş məbləğin digər vergi borcunun ödənilməsi hesabına nəzərə alınmasını müəyyən edir. Bu normanın tətbiqi verginin, ümumiyyətlə, bəyan edilib edilməməsi ilə əlaqəli deyil, vergilər üzrə artıq ödənilmiş məbləğlərin mövcudluğu ilə bağlıdır.
58. Başqa sözlə, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsində təsbit edilmiş məsuliyyəti istisna edən hal vergi orqanı tərəfindən yoxlama nəticəsində müəyyən edilmiş “artıq hesablama” deyil, büdcəyə faktiki olaraq artıq ödədiyi pul vəsaitinin mövcudluğudur. Artıq hesablama və artıq ödəmə isə eyni hüquqi anlayış olmamaqla fərqlidir. Artıq hesablama vergi öhdəliyinin müəyyənləşdirilməsi mərhələsinə aiddir, artıq ödəmə isə hesablanmış vergi, faiz və ya maliyyə sanksiyası məbləğindən artıq məbləğin büdcəyə faktiki daxil olmasını ifadə edir. Bu səbəbdən, vergilər üzrə faktiki olaraq artıq ödənilmiş məbləğ olmadığı təqdirdə, sadəcə hesabat dövrü üzrə bəyan edilməli olan vergi öhdəliyinin vergi ödəyicisi tərəfindən düzgün olmayaraq başqa hesabat dövründə artıq bəyan edilməsi, vergi öhdəliyinin düzgün hesabat dövrü üzrə azaldılması və ya tam şəkildə yayındırılması ilə bağlı pozuntu halını aradan qaldırmır və buna görə məsuliyyət tədbirinin görülməsini istisna etmir.
59. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən hesabat dövründən kənar vergilərin bəyan edilməsi, vaxtında bəyan edilməmiş vergilərə görə tətbiq edilən vergi məsuliyyətini – maliyyə sanksiyasını aradan qaldıran hal kimi nəzərə alına bilmədiyindən apellyasiya instansiya məhkəməsinin Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən vergi ödəyicisinin artıq hesabladığı vergilərə istinadən maliyyə sanksiyasının qanunsuzluğuna dair mövqeyi düzgün olmamışdır.
60. Digər tərəfdən, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin səyyar vergi yoxlamaları kontekstində tətbiqi zamanı həmin normanın məqsədi və vergi nəzarətinin xüsusiyyətləri də nəzərə alınmalıdır. Belə ki, vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması müəyyən müddət ərzində aparılır, yoxlamanın nəticələri üzrə akt tərtib edilir, vergi ödəyicisinə aktla tanış olmaq və etirazlarını bildirmək imkanı verilir və yalnız bundan sonra vergi orqanı tərəfindən məsuliyyət tədbirlərinin tətbiqi barədə qərar qəbul edilir. Bu prosesin özü müəyyən zaman intervalını əhatə edir.
61. Odur ki, səyyar vergi yoxlamalarına münasibətdə Vergi Məcəlləsinin 55.1.5ci maddəsinin tətbiqi zamanı vergi ödəyicisinin məsuliyyət qərarı qəbul edilən ana deyil, səyyar vergi yoxlamasının başlanması barədə qərar qəbul edilən ana artıq ödəməsi nəzərə alınmalıdır. Əks yanaşma qəbul edilərsə, yəni vergi ödəyicisinin yoxlama başlandıqdan sonra və ya yoxlamanın nəticələri ona məlum olduqdan sonra büdcəyə əlavə vəsait ödəməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsində nəzərdə tutulmuş təqsiri istisna edən hal kimi qiymətləndirilərsə, bu, vergi məsuliyyətinin faktiki olaraq neytrallaşdırılmasına gətirib çıxara bilər. Başqa sözlə, vergi ödəyicisi verginin düzgün bəyan edilmədiyini və ya yayındırıldığını bildiyi halda, səyyar vergi yoxlaması başlandıqdan sonra, yaxud yoxlama aktında müəyyən edilmiş məbləğlərlə tanış olduqdan sonra həmin məbləğləri büdcəyə ödəməklə maliyyə sanksiyasının tətbiqindən yayınmaq imkanı əldə etmiş olar. Bu isə vergi ödəyicilərini vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətlərdə və qaydada yerinə yetirməyə təşviq etmək əvəzinə, onların yalnız vergi nəzarəti tədbirlərinin nəticələri məlum olduqdan sonra ödəniş etmələrini stimullaşdırar ki, bu hal vergi nəzarətinin preventiv funksiyasını zəiflədər, vergi intizamının təmin edilməsinə xidmət etməz və vergi ödəyiciləri arasında bərabərlik prinsipini pozar.
62. Beləliklə, səyyar vergi yoxlamaları baxımından Vergi Məcəlləsinin 55.1.5-ci maddəsində nəzərdə tutulan “artıq ödənilmiş məbləğ” dedikdə, vergi nəzarəti tədbirinin başlanılması barədə qərar qəbul edilən tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə nəzərə alınmalıdır. Yoxlama başlandıqdan sonra və ya yoxlama nəticələrinin vergi ödəyicisinə məlum olmasından sonra həyata keçirilən artıq ödənişlər vergi qanunvericiliyinin pozulmasına görə yaranmış məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz.
63. Hazırkı işin halından da görünür ki, cavabdeh iddiaçı barəsində ##.##.2023-cü il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərar qəbul edilmiş və səyyar vergi yoxlaması başlamışdır.
64. Beləliklə, işə təkrar baxan məhkəmə iddiaçıya hesablanmış maliyyə sanksiyasının hesablanmasının qanuniliyinin yoxlanılması zamanı iddiaçıya yoxlama başlandığı tarixədək şəxsi hesab vərəqəsində artıq ödəmənin mövcudluğu araşdırılmalı, artıq ödəmə mövcudluğu aşkarlanmalı və mövcud olduğu halda həmin artıq ödəmə miqdarının maliyyə sanksiyası hesablanması zamanı nəzərə alınıbalınmaması araşdırılmalıdır.
65. Odur ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının cavabdehin ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarının 2021-ci il mənfəət vergisinin ləğv edilməsi hissəsi istisna qalan hissədə ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə şikayət təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, cavabdehin ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarının 2021-ci il mənfəət vergisinin ləğv edilməsi” hissəsində qərarı dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı qismən - “cavabdehin ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarının 2021-ci il mənfəət vergisinin ləğv edilməsi” hissəsində qərarı dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı qalan hissədə ləğv edilsin. Iş həmin hissədə təkrar baxılması üçün göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.