Məhkəmə qərarları › İş №2-1(102)-41/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-41/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-41/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar söz: diplomun tanınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Mə hkəmənin binasında 03 mart 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı **.**.1994-cü il tarixində X rayonunda anadan olmuş, 2012-ci ildə X əyani şöbəsinə daxil olmuş, 13 iyun 2016-cı ildə həmin universiteti bitirmiş, dövlət yekun attestasiyasını keçərək bakalavr dərəcəsinə layiq görülmüşdür. Universitet tərəfindən ona verilmiş ******* saylı, 21 iyun 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, cavabdeh isə 26 oktyabr 2017-ci il tarixli məktubla diplomun tanınmasından imtina edərək bildirilmişdir ki, X tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bununla razılaşmayan iddiaçı Iddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək X tərəfindən onun adına verilmiş ******* nömrəli, 21 iyun 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2-1(82)2306/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Iddiaçı X tərəfindən 21 iyun 2016-cı ildə verilmiş **** **** nömrəli (qeydiyyat nömrəsi **** **** ) bakalavr diplomunun Azərbaycan Res publikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, sözügedən diplomun ekvivalentliyi Azərbaycan Respublikasının 13 may 2003-cü il Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinin tələblərinə uyğun olaraq müəyyən edildiyinə görə, ekvivalentlik haqqında Şəhadətnamə iddiaçıya ekspertiza keçirilmədən verilməlidir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/19 saylı 04 iyun 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2-1(82)- 2306/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı iddiası təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının bakalavr səviyyəsi üzrə təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət onun müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. Odur ki, Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar aşkar olunduğundan və bu hallar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan olan nazirliyin iddiaçının bakalavr və magistr diplom unun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/19 saylı 04 iyun 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı təhsil aldığı ölkədə 34 ay olmuş, həmin müddətə öz ixtisasını tam şəkildə mənimsəmiş, lakin apellyasiya instansiya məhkəməsi buna məhəl qoymayaraq şikayəti təmin edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin, qeyd edilmişdir ki, iddiaçının müraciətinə mənfi ekspert rəyinin hansı hallarda verilə biləcəyi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nd a müəyyən edilmiş 3 haldan biri hazırki iş üzrə mövcud olmadığından cavabdehin imtinasına səbəb olan ekspert rəyi də əsassız olmuşdur. Kassator Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.1, 402-407, 416-418-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1168/19 saylı 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən və vəkili qızı kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respub likası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/19 saylı 04 iyun 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı X dövlət və bələdiyyə idarəetməsi üzrə əyani təhsil aldığı zaman fənnlərdən yaxşı, əla və məqbul qiymət almış, tədris təcrübəsini keçmiş, ixtisası üzrə dövlət imtahanlarını verərək ixtisası üzrə bakalavr proqramını mənimsəmiş, dövlət yekun attestasiyasını uğurla keçmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verilmiş, diplom 28 sentyabr 2016-cı ildə apostil edilmiş, iddiaçının bakalavr diplomu üzrə ixtis asının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə etdiyi müraciətinə baxılaraq müvafiq sənədin verilməsindən imtina edilmişdir və iddiaçı məhkəməyə müraciət edərək həmin imtina məktubunu mübahisələndirmişdir. Hazırki mübahisəsinin düzgün həll edilməsi üçün Ali Məhkəmə Kollegiyası aşağıdakı normaların təhlilini zəruri hesab edir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra ha kimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın 1.1-ci bəndinə əsasən “bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli *** nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasənxarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma ha qqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturl arına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiy abi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdeh, göstərilən Qaydaların 3.6-cı bəndinə əsaslanaraq qeyd etmişdir ki, X tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmiş,13 iyun 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Halbuki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının aldığı təhsilin forması (əyani), müddəti (4 il), sənədin verdiyi hüq uqlar Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğundur. Bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının Rusiya Respublikasında olma müddətlərini diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün kifayət hesab etməsə də, iddiaçının diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün hansı müddət ərzində Rusiya Respublikasında olmalı olmasını qeyd etməmişdir. Həmçinin, Ali Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikasından çıxışı və respublika ərazisinə giriş barədə sərhədkeçmə məlumatını qiymətləndirərkən iş materiallarına əlavə olunmuş “Iddiaçı “Özəl Terapevtik Müayinə və Müalicə” mərkəzində “ sağ tərəfli eksudativ Plevrit, Pnevmotoraksla ağırlaşma” diaqnozu ilə 02 fevral 2015-ci ildən 23 iyun 2015-ci il tarixinədək müayinədə və müalicədə olması” barədə arayışı nəzərə almamış, yalnız cavabdeh orqanın cavab məktubuna əsaslanaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkə mə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ali Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin sözügedən maddələrini pozaraq iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış və nəticə etibarı ilə iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əs asən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhk əməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar