Məhkəmə qərarları › İş №2-1(102)-41/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-41/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-41/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunma haqqında qərarın ləğvi, növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, onun vəkili Vəkil 1, cavabdehin nümayəndəsi Nümayəndə və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1365/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2018-ci il tarixli **********140266 saylı qərarı ilə iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır.

2. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********140319 saylı aktla rəsmiləşd irilmişdir.

3. Həmin akt əsasında xx.xx.2019-cu il tarixli **********189006 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla digər tədiyyələr ilə yanaşı, 2017-ci ilin ƏDV üzrə 78162,82 manat azaldılmasına görə 39081,41 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********140319 nömrəli səyyar vergi yoxlaması aktının və xx.xx.2019-cu il tarixli **********140319 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərarın ləğv edilməsi barədə qərar q əbul olunmasını xahiş etmişdir.

5. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin xx.xx.2019-cu il tarixli **********89006 saylı qərarının 78162.82 manat ƏDV azaldılması və ona görə 39081.41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsinə dair qəar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qəbul edilən məsuliyyət qərarı əsassız və qanunsuzdur. Cavabdeh heç bir araşdırma aparmadan akt tərtib etmiş, əsassız vergi və maliyyə sanksiyası hesablamışdır.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə 463533,33 manat (ƏDVsiz), dövriyyədən hesablanan ƏDV 83436,00 manat, əvəzləşdirilən ƏDV 82479,38 m anat, büdcəyə hesablanan ƏDV 956,62 manat (972,40 manat (büdcəyə ödəmə) – 15,78 manat (büdcədən qaytarma)) təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir. "Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********152075 nömrəli Qərarına əsasən müəssisənin fəaliyyət göstərdiyi ünvana (ofis) baxış keçirilən zaman qeyd edilən ünvanda vergi ödəyicisinə məxsus hər hansı mal qalığı və vergi ödəyicisinə məxsus digər ünvanlarda obyektin olması aşkar edilməmiş, baxışın nəticəsi xx.xx.2018-ci il tarixli **********153366 nömrəli "Vergi ödəyicisinin əraz isinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə" Protokolla rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən aparılmış inventarizasiya nəticəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli akta əsasən, müəssisənin hüquqi ünvanı yaşayış sahəsi olduğundan, müəssisənin qeyd etdiyi obyektlər isə rəsmi qaydada vergi orqanında uçotda olmadığından, eyni zamanda, hər hansı mal-material (o cümlədən, xammal, nağd pullar, hazır məhsul, qiymətli kağızlar və s.) aşkar edilmədiyindən inventarizasiya keçirilməsi mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə (yerinə yetirilmiş işlərin qəbul aktları forma-2, qaimə fakturalar, EQF, VHF, bank sənədlərinə) əsasən, Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri gözlənilməklə vergi ödəyicisinin dövri yyəsi 463533,33 manat (ƏDVsiz) və mal qalığı üzrə qeyd olunmuş 434237,91 manat (ƏDV-siz) məbləğ də nəzərə alınmaqla ƏDV üzrə ümumi dövriyyə 897771,24 manat (ƏDV-siz) müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən VHF ilə alınmış malların (sement, meşə materialı) təqdim olunmuş forma-2 üzrə silinməsindən sonra (mütəxəssis rəyinə əsaslanaraq) 434237,91 manat dəyərində əskik gəlməsi müəyyən edilmiş (Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir.) və Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV hesablanmışdır. Yoxlama ilə ƏDV məbləğinin 78162,82 min manat azaldılması aşkar edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim X2, 2-1(112)7 00/2020 saylı iş) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cəmiyyət tərəfindən əldə edilmiş 434237,91 manat dəyərində mallar yoxlama ilə əhatə olunan dövrdə qalıqda olmadığından, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq əskik gəlmə kimi qiymətləndirilməklə VM-nin 159.5-ci maddəsinə uyğun olaraq yoxlama ilə büdcəyə 78162,82 manat ƏDV hesablanmışdır.

10. Qərardan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6-məruzəçi, hakimlər X4 və X3, 2-1(103)-1365/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiy a şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan xx xxxxxxxx 2021-ci il tarixdə kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin dəlilləri ilə razı olmadığını bildirmiş və apelyasiya instansiyası məhkəm əsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

17. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanın ın əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keç irilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh səyyar vergi yoxlamasını növbədənkənar qaydada aparsa da, bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsasların olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qanunvericilik növbədənkənar səyyar vergi yoxlamasının aparılmasının əsaslarının dəqiq siyahısını VM-nin 38.3-cü maddəsində müəyyən etmişdir. Lakin hazırkı iş üzrə qeyd edilən halların mövcudluğu öz təsdiqini tapmır, bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, apelyasiya instansiyası məhkəməsi də bu əsasların mövcudluğunu yoxlamamış və bu hallara qiy mət verməmişdir.

24. Bundan əlavə, cavabdehin səyyar vergi yoxlamasının nəticələrinə dair aktının 10-cu vərəqində qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən, vergi ödəyicisinin dövriyyəsi 463533,33 manat (ƏDV-siz) və mal qalığı üzrə qeyd olunmuş 434237,91 manat (ƏDV-siz) məbləğ də nəzərə alınmaqla, ƏDV üzrə ümumi dövriyyə 897771,24 manat (ƏDV-siz) müəyyən edilmişdir. Eyni məlumat iddia tələbinə qarşı cavabdeh tərəfindən verilmiş etirazda da qeyd edilmişdir. Halbuki, səyyar vergi yoxlaması aktının nəticələrinə dair aktın 6-cı vərəqində mənfəət vergisinin məqsədləri üçün iddiaçının dövriyyəsi eyni il üzrə 463533,33 manat müəyyən edilmişdir. Göründüyü kimi, eyni il üzrə müxtəlif vergi tədiyyələri üzrə iddiaçının dövriyyəsi ilə bağlı ziddiyyətli məlumatlar qeyd edilmişdir. Başqa sözlə, ƏDV üzrə ümumi dövriyyə 897771,24 manat (ƏDV-siz), mənfəət vergisi üzrə isə 463533,33 manat müəyyən edilmiş, yəni yoxlama nəticəsində iddiaçının ƏDV üzrə ümumi dövriyyə məbləği təxminən iki dəfə artırılmış, lakin bu hal əsaslandırılmamışdır. Belə ki, iddiaçı tərəfindən alınan malın ümumi məbləği 463533,33 manatdır (ƏDV-siz) və bu hal tərəflər arasında mübahisələndirilmir. İşin hallarına dair bu ziddiyyətli hal isə apelyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmamışdır.

25. Halbuki, işə baxan apelyasiya instansiyası məhkəməsi işdəki ziddiyyətli halları aradan qaldırmalı, öz xidməti vəzifəsinə uyğun olaraq işin hallarını hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməlidir.

26. Beləliklə, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi, növbədən kənar aparılan səyyar vergi yoxlamasının qanuniliyini yoxlamalı, bundan əlavə, dövriyyə ilə bağlı ziddiyyətli halları aradan qaldırmaqla işə baxmalıdır.

27. Qeyd olunanlara əsasən, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

29. Yuxarıdakılara əsasən və İPM-in 96.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının verdiyi kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1365/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar