Məhkəmə qərarları › İş №2-1(102)-41/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-41/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-41/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxsə münasibətdə ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı (üçüncü şəxs: X6) “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxs ə münasibətdə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 avqust tarixli, 2-1(107)-292/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxsə münasibətdə ləğv edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 12 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədl ərə (əvvəllər tanınmış hüquqlar) düzəliş edilməsi və ya onların ləğv edilməsi habelə ərizə əsasında adların daxil edilməsi və ya çıxarılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 10 iyun tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 23 noyabr tarixli, 2 saylı qərarı əsasında tərtib edilmiş JN-960A kod 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən ra yonu AİK-nın 2004-cü 23 noyabr il tarixli 02 saylı qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçının anası X2 və üçüncü şəxs X3 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onun atası və anasının birgə mülkiyyətində olmasına baxmayaraq JN-960A nömrəli şəhadətnaməyə əsasən 0.10 ha torpaq sahəsinin mülkiyyətçiləri anası və iş üzrə üçüncü şəxs X5r. X3 adı heç bir əsas və səbəb olmadan torpaq şəhadətnaməsində qeyd edilmişdir. İddiaçı üçüncü şəxsin adının şəhadətnamədən çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 21 aprel tarixli, 2-1(116)-121/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2004-cü il 10 fevral tarixli Balakən rayonunun Balakən şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlində üçüncü şəxsin adı nənəsi ilə birgə qeyd olunmuş, ona görə də Balakən rayon AİK-nın 2004-cü il 23 noyabr tarixli, 2 saylı qərarına əsasən JN-960A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də onun da adı qeyd olunmuşdur. İddiaçının Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 23 noyabr tarixli, 02 saylı qərarı əsasında tərtib edilmiş JN-960A kod 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 münasibətdə ləğv edilməsindən imtina olunması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 avqust tarixli, 2-1(107)-292/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 21 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şik ayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş materiallarında olan Balakən şəhər İƏD-nin 2016-cı il 09 iyun tarixli, 249S nömrəli arayışına əsasən, 01 saylı təsərrüfatbaşına kitabın 10-cu səhifəsində iddiaçının anası X1 adına şəhərin Z. Əliyeva küçəsi 94 ünvanda (keçmiş R. Cirinqov küçəsi 54) fərdi yaşayış evi və JN 960A nömrəli şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Göründüyü kimi, təsərrüfatbaşına kitabın 94-cü səhifəsində 0.10 ha torpaq sahəsinin JN 960A nömrəli şəhadətnamə ilə iddiaçının anası X2 adına tərtib edildiyi bildirilir. Eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-cı il 29 iyul tarixli məktubunda açıq qeyd edilmişdir ki, mövcud arxivlərdə Ba lakən rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 23 noyabr tarixli, 02 nömrəli qərarının aşkar edilmədiyi qeyd edilir. Göründüyü kimi, həmin qərar əsasında qeyd olunan torpaq sahələri verilir. Bundan başqa, qeyd olunan Aqrar İslahat Komissiyasının mübahisələndirilən qərarının aşkar edilməməsi anlaşılan məsələ deyil. Bütün bunlar həmin qərarla 2004-cü ildən sonra üçüncü şəxsin adına süni şəkildə sənədləşməni müəyyən edən sənədlərlə ciddi ziddiyyət təşkil etdiyindən həmin qərarın ilkin sənədləri yoxa çıxa bilməz. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərarında apellyasiya şikayətinin dəlillərini göstərməmiş, onları nəzərə almamış və onların rədd edilməsinin əsasını göstərməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı ya zılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəril məlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktın ın bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

18. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, üçüncü şəxs islahatdan əvvəl mərhum babasının təsərrüfatında 1985-1990-cı illərdə qeydiyyatda olmaqla yaşamış, babası 1992-ci ildə vəfat etdikdən sonra nənəsi X2 ilə 1990-2003cü illərdə birgə təsərrüfat aparmış, 2005-2012-ci illərdə əhalinin qeydiyyat kitabına əsasən tək onun adı qeyd olunmuşdur. 19. “Balakən rayonunun Balakən şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”ində də üçüncü şəxsin adı nənəsi ilə birgə qeyd olunmuş, ona görə də Balakən rayon AİK-nın 2004-cü il 23 noyabr tarixli, 02 saylı qərarına əsasən JN-960A nömrəl i “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də onun da adı qeyd olunmuşdur

20. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qa nunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

22. İstinad edilən normaların tələbləri nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 23 noyabr tarixli, 02 saylı qərarı əsasında tərtib edilmiş JN960A kod 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxsə münasibətdə ləğvi üçün əsaslar olmamışdır.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 avqust tarixli, 2-1(107)-292/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar